Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

Elçin
 
92 
 
sadə  sözlər,  sadə  anlayışlardır.  Misal  üçün,  eyni 
mənalı  «məktəb»,  «oxumaq»,  «dərs»  obrazlarını 
götürərək,  M.Ə.Sabirin  məşhur  şerlərini  xatırlayaq: 
məktəbə  münasibət  psixologiyaları  müəyyənləşdirir, 
xalqın gələcəyinə münasibətin sinoniminə çevrilir. Əli 
Nəzminin  qələmə  aldığı  tip  «-Məktəb  demə,  ondan 
sarı  qəlbim  dolu  qandır!»  -  deyir.  Yaxud  Ə.Qəmkü-
sarın yaratdığı tip «-Şeytan işidir, düşmə yaxın dərsə, 
kitaba,  əfsanəyə  uyma!»  -  deyə  nəsihət  verir. 
M.S.Ordubadinin  seçdiyi  tip  «-Bir  söylə  görüm 
məktəbi-ürfan nəyə lazım?» - deyə yana-yana soruşur. 
Bütün bu şikayətlər, nəsihətlər, suallar, hədə-qorxular, 
təkrar təsiri bağışlamır, çünki mollanəsrəddinçi şairlər 
bir-birini  təkrar  etmirdilər.  Onlar  adicə  olaraq  eyni 
məqsəd naminə mübarizə aparırdılar.  
Yeri  gəlmişkən,  bir  məsələni  də  qeyd  etmək 
istəyirik.  Mollanəsrəddinçi  poeziyasının  lideri,  ən 
nüfuzlu  nümayəndəsi  M.Ə.Sabir  idi  və  onun  yaradı-
cılığı həm  böyük  emosional  təsir,  həm  də  ədəbi təsir 
gücünə  malik idi.  Ə.Nəzminin,  Ə.Qəmküsarın,  Ham-
balın,  M.Ə.Möcüzün  və  digər  görkəmli  mollanəsrəd-
dinçi şairlərin yaradıcılığında açıq-aşkar Sabir təsirini 
görmək  çətin  deyil,  lakin  ən  əhəmiyyətli  cəhət 
burasıdır  ki,  onları  qətiyyən  epiqonçu  şairlər  kimi 
qiymətləndirmək  olmaz.  Epiqonçuluq  kor-koranə 
yamsılamaqdır,  mollanəsrəddinçi  şairlər  isə  Sabirin 
dərin  təsirini  hiss  etsələr  də,  qələmə  aldıqları  tipləri 
özləri  görür,  özləri  həyatdan  seçirdilər.  Biz  hər  bir 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
93 
 
şerdə  onların,  yaradıcı  bir  fərd  kimi,  ürəklərinin 
ağrısını hiss edirik. 
Mollanəsrəddinçi şairlərin ürək ağrısı pessimizmə, 
əlacsızlığa gətirib çıxarmırdı, əksinə, onların mübariz-
liyinə,  qorxmazlığına  daha  artıq  bir  şövq  verirdi. 
Məhz belə bir qorxmazlığın nəticəsi idi ki, M.Ə.Sabir: 
«-Harda  müsəlman  görürəm,  qorxuram!.»  -  deyirdi, 
yaxud  Ə.Nəzmi  «Molla  Nəsrəddin»  jurnalına  müra-
ciətlə «-Qorxuram, Molla, tökülsün axırı qanın sənin» 
- deyirdi. 
Bu  cür  vətəndaş  cəsarətinə  arxalandığı  üçün 
«Molla  Nəsrəddin»  ənənələri  qalib  mübarizəyə  və 
qalib ənənəyə çevrildi. 
Haqqında  danışdığımız  kitab  bir  daha  belə  bir 
cəhəti  qabarıq  şəkildə  nəzərə  çarpdırır  ki,  «Molla 
Nəsrəddin»  ədəbi  məktəbinin  yaratdığı  mənəvi sərvət 
məhz  mollanəsrəddinçi  təşəbbüskarlığı  ilə  təqdim 
edilməli və üzə çıxarılmalı və bu kitabda olduğu kimi, 
həmin  ədəbi  məktəbə  layiq  şəkildə  müasir  oxuculara 
çatdırılmalıdır.  
 
İşığa səsləyən sənət. Kommunist qəzeti. 1989-22 sentyabr. 
Seçilmiş əsərləri. 10 cilddə. Redaktor Dilsuz. Bakı. Çinar-
çap. 2005. VII C. Səh 470-474. 


Elçin
 
94 
 
O, BEYNƏLMİLƏLÇİ «MİLLƏTÇİ»DİR 
 
 
-  Abbas  müəllim,  səhv  etmirəmsə  tale  sizi 
erməni  millətçilərinin  riyakarlığı  ilə  ikinci  dəfə 
üzləşdirir... 
-  Erməni  daşnaklarının  fitnə-fəsadları  ilə  çox 
üzləşmişəm. Ancaq ikinci dəfədir ki, bu qonşu xalqın 
qanlı  faciələrə  sürükləndiyinin  canlı  şahidiyəm.  7-8 
yaşım  ancaq  olardı.  Naxçıvan  elatının,  o  cümlədən 
Şərur  rayonunun  camaatı  vahimə  içində  yaşayırdı. 
Erməni  daşnaklarının  hücumlarından  yaxa  qurtarmaq 
üçün çoxu Cənubi Azərbaycana qaçırdı. 
1918-ci  ildə  bizim  Maxta  kəndinin  sakinləri  də 
İrana keçməli oldular. Anam rəhmətə getmişdi. Atam, 
qardaşım  İsmayıl  və  mən  Xoy  şəhərində  sığınacaq 
tapdıq.  Atam  bir  ərbabın  yanında  muzdurluq  edirdi. 
Həyat  şəraiti  çox  çətin  idi.  Qardaşım  bu  məhrumiy-
yətlərə dözməyib öldü... 
Daşnak  hökuməti  devriləndən  sonra  kəndimizə 
qayıtdıq. Nə cütümüz vardı, nə öküzümüz. Belə olan-
da  əkinçinin  əli  hər  yerdən  üzülür.  Atam  da  qalmışdı 
naəlac. 
- Bəs uşaq evinə necə düşdünüz? 
- Elə dolanışığın çətinliyinə görə. Atam ikinci dəfə 
evlənmişdi. Körpə bacı-qardaşım vardı. Kişi gördü ki, 
ailəni  dolandıra bilmir, məcbur  olub  məni  uşaq  evinə 
verdi.  Bir  müddət  Naxçıvanda  qaldım,  sonra  Bakıya 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
95 
 
göndərdilər.  Bakıya  məni  atam  gətirdi.  Uşaq  evinin 
müdiri  harasa  getmişdi.  Qatarın  geri  qayıtmasına  az 
qalırdı.  Ona  görə  atam  onu  gözləyə  bilmədi.  Məni 
uşaq evinə qoyub qayıtdı. 
Axşamüstü uşaq evinin müdiri Səkinə xanım Rəsi-
zadə gəlib  çıxdı. Bu mehriban qadın  Hüseyn  Cavidin 
bacısı idi. Məni yanına çağırıb başımı sığalladı: 
- Adın nədir? 
- Mirabbas... 
O, üzünü katibəsinə tərəf çevirdi: 
- «Miri»ni at, Abbası saxla, - Sonra yenə soruşdu. 
- Atanın adı nədir? 
- Mir Fəttah. 
- «Miri»ni at, Fəttahı saxla. Bəs familin? 
- Seyidzamanov... 
- «Seyid»i at, Zamanovu saxla. 
Beləliklə,  mən  oldum  Abbas  Fəttah  oğlu 
Zamanov.  Naxçıvandakı  qohum-qardaşın  isə  fami-
liyasının  «Zaman»ını  atıblar.  Onların  hamısı  indi 
Seyidovdur. 
- Deyirlər sizi uşaq evindən qovmaq istəyiblər? 
Bu doğrudurmu? 
-  Bəli  olub.  Bunun  da  qəribə  tarixçəsi  var.  Atam 
əkib-becərdiyi bostandan üç-dörd yemiş-qarpız gətirib 
evin qabağında gözəyarı qəpik-quruşa satırmış. Bunun 
üstündə  onu  «kulak»  adlandırıb  səsini  alırlar.  O  vaxt 
səsin  alınması  çox  dəhşətli  idi.  Həmin  adam  səs  verə 
bilməzdi  və  bütün  qapılar  üzünə  bağlanardı.  Sonra 
götürüb Mərkəzi Komitəyə bir məktub da yazırlar ki, 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə