Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

Elçin
 
96 
 
bəs fılan «kulak»ın oğlu uşaq evində asudə yaşayır. O 
vaxt Əliheydər Qarayev Mərkəzi Komitənin katibi idi. 
Məktubu oxuyandan sonra məni yanına çağırtdırdı. 
Bir gün uşaq  evinin xidmətçisi  Manya  xala  mənə 
dedi  ki,  hazırlaş,  Mərkəzi  Komitəyə  gedəcəksən. 
Təəccübdən  ayaqlarım  yerə  yapışdı.  Mənim  Mərkəzi 
Komitədə  nə  işim  vardı?  Mən  uşaq  evinin  direktoru 
Nina Kadışeva ilə birlikdə Mərkəzi Komitəyə getdim. 
Əliheydər  Qarayev  bizi  gözləyirdi.  O,  Bakı  şəhər 
Daxili  İşlər  şöbəsinin  rəisi  Məmmədəmin  Şəkinskiyə 
zəng  edib  yaınna  çağırdı.  Sonra  məktubu  çıxarıb 
oxudu və dedi ki, bunu uşaq evində saxlaya bilmərik. 
Elə söhbətin bu yerində M.Şəkinski gəlib çıxdı, Allah 
ona  rəhmət  eləsin.  Dedi,  siz  nə  danışırsınız,  biz  belə 
uşaqları  küçədən  yığıb  oxutdururuq  ki,  oğurluq, 
quldurluq  eləməsinlər,  oxuyub  savad  sahibi  olsunlar. 
Tutaq  ki,  bunu  uşaq  evindən  qovduq,  bəs  sonra? 
Xuliqanlıq edənlərin sayı bir nəfər də artacaq. 
Şəkinskinin  sözləri  təsirsiz  qalmadı.  Qarayev  Ka-
dişevaya  dedi  ki,  bu  oğlanın  uşaq  evində  qalmasına 
etirazımız yoxdur, durun gedin. 
Əgər  həmin  gün  Məmmədəmin  Şəkinski  yerində 
olmasaydı,  yaxud  vaxtında  gəlib  çıxmasaydı,  Allah 
bilir  sonrakı  taleyim  necə  olacaqdı.  Mən  beş  il  uşaq 
evində yaşadım və onunla üzbəüzdəki şura məktəbin-
də  oxudum.  Hamı  bu  təhsil  ocağına  Balabəy 
İsrafılovun məktəbi deyirdi. Qori seminariyasında təh-
sil almış Balabəy bu məktəbin direktoru idi. 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
97 
 
İbtidai məktəbi bitirəndən sonra pedaqoji məktəbə 
daxil  oldum.  O  vaxt  texnikum  indiki  Əlyazmalar 
İstitutunun  binasında  yerləşirdi.  Qəbul  imtahanını 
Hüseyn Cavidlə Abdulla Şaiq götürdülər. A.Şaiq yazı 
taxtasına belə bir mövzu yazdı: «Şəhər kəndə nə verir, 
kənd  şəhərə  nə  verir?»  texnikumda  Pənah,  Məmməd 
Zəki  Dursunzadə,  Şamo  Cəbrayılbəyli  və  başqa  məş-
hur  müəllimlər  dərs  deyirdilər.  Repressiya  dövründə 
onların  çoxunu  tutdular.  Hüseyn  Cavid  də  pedaqoji 
texnikumda  işləyirdi.  Ancaq  o,  yuxarı  kurslara  dərs 
deyirdi. 
-  O  vaxt  Hüseyn  Cavidlə  heç  söhbət 
etmisinizmi? 
-  Bir  dəfə  H.Cavid,  Ə.Cavad  və  A.Şaiq  texni-
kumun giriş qapısında dayanmışdılar. Mən də bir neçə 
yoldaşımla  orada  idim.  Hüseyn  Cavid  məni  yanına 
çağırıb dedi: 
- Oğlum, get bir fayton gətir. 
- Mən qorxa-qorxa qapıçı Əhmədə baxdım: 
- Axı Əhməd kişi içəri buraxmayacaq... 
O  zaman  texnikumda  oxuyanlar  həftədə  bir  gün 
gəzə  bilərdilər.  Qalan  günlərdə  isə  saat  4-dən  6-dək 
texnikumdan  çıxmaq  olardı.  Beşcə  dəqiqə  gecikəni 
Əhməd kişi içəri buraxmazdı. Cavid əfəndi 
gülümsədi

-  Qorxma,  get,  Əhməd  kişidən  xahiş  edərik  səni 
buraxar. O zaman faytonçular indiki urologiya xəstə-
xanasının  qabağında  dayanardılar.  Gedib  bir  faytona 
mindim və texnikumun qabağına gətirdim... 


Elçin
 
98 
 
Hüseyn  Cavidlə  bağlı  başqa  bir  xətirəm  yoxdur. 
Ancaq texnikumun pəncərəsindən səliqəli geyimi, gur 
saçı ilə seçilən Əbdürrəhimbəy Haqverdiyevi, həmişə 
qayğılı  görünən  Cəfər  Cabbarlını  tez-tez  görürdük. 
Həmin  illərdə  onları  yer-li-yersiz  incidirdilər.  C.Cab-
barlını  ədəbi  mühakimələrdən  əlavə,  müsavatın  ideo-
loqu kimi üç dəfə həbs ediblər. 
-  Texnikumu  qurtarandan  sonra  harada 
işlədiniz? 
-  Atraxanbazar  (indiki  Cəlilabad)  rayonunun 
Üçtəpə  kəndində bir il  müəllim  işlədim.  Sonra  rayon 
komsomol  komitəsinin  katibi  seçdilər.  Bir  il  də  bu 
vəzifədə  çalışandan  sonra  məni  «Gənc  işçi»  qəzetinə 
redaktor  müavini  qoydular.  O  zaman  «Gənc  işçi» 
redaksiyası  bütün  ədəbi  hadisələrin  təşəbbüsçüsü  və 
təşkilaçısı  idi.  Burada  gənc  şair  və  yazıçıların  görüş-
ləri  keçirilir,  onlara  yaradıcılıq  məsləhətləri  verilirdi. 
S.Vurğun,  M.Müşfıq,  S.Rüstəm,  Əbdülbaqi  Fövzi  və 
başqaları belə ədəbi görüşlərdə tez-tez çıxış edirdilər. 
Sonra  «Ədəbiyyat»  qəzetində,  daha  sonra  isə 
Azərnəşrdə  işlədim.  O  vaxt  Azərnəşrin  direktoru  in-
diki  baş  nazirimizin  atası  Əlihüseyn  Hüseynov  idi. 
Rəhmətlik çox mədəni və ziyalı adam idi. Sonralar bir 
müddət «Kommunist» qəzetinin redaktoru da oldu. 
-  Ömrünüzün  beş  ili  Boyük  Vətən  müharibəsi 
cəbhələrində  keçib.  İndi  müharibə  iştirakçılarına 
qayğı  göstərmək  əvəzinə  onlara  ikrahla  baxanlar 
da var... 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
99 
 
-  Çox  nahaq  yerə.  Kim  fikirləşirsə  ki,  faşistlər 
Azərbaycana  azadlıq  gətirəcəkdilər,  səhv  edirlər. 
Faşizm əvvəl də, elə indi də taundur. Taun isə insan-
lara ancaq ölüm, faciə gətirə bilər. 
Mən müharibənin əvvəlindən axırına kimi cəbhədə 
olmuşam.  Əvvəlcə  «Döyüşən  Krım»,  sonra  «İrəli» 
qəzetlərində həmyerlilərimizin qəhrəmanlarından söh-
bət  açmışam.  Cəbhə  dostlarım  Rəsul  Rza,  Cəfər 
Cəfərov, Nüsrət Bağırov, Nəsir İmanquliyev, Seyfulla 
Əliyev,  İbrahim  Novruzov  və  başqaları  bir  əlində 
silah,  o  biri  əlində  qələm  tutaraq  min  bir  məhrumiy-
yətə  ona  görə  dözürdülər  ki,  Azərbaycana  düşmən 
ayağı  dəyməsin,  qız-gəlinlərimizin  namusu,  isməti 
tapdalanmasın.  Yeri  gəlmişkən,  bəzi  cavanlara  həyat 
sınağından  çıxmış  bir  həqiqəti  xatırlatmaq  istəyirəm: 
keçmişə güllə atanı gələcək topa tutacaq. 
Müharibədən  əvvəl  Bakı  Dövlət  Universitetinin 
fılologiya  fakültəsinə  daxil  oldum.  Yaşlı  olduğum 
üçün  müəllimlərlə  oturub-dururdum.  Bir  gün  Səlim 
Cəfərov  dedi  ki,  sən  elə  bizim  qədər  bilirsən,  daha 
niyə  vaxt  itirirsən.  Sənədlərini  hazırla  ver  ZPİ-yə 
(Qiyabi Pedaqoji İnstituta). Elə də etdim. Azərnəşrdə 
işləyə-işləyə  bu institutu iki ilə qurtardım. Rəhmətlik 
Feyzulla  Qasımzadə  təklif  etdi  ki,  qalıb  burada 
ədəbiyyat  nəzəriyyəsindən  dərs  deyim.  Bir  müddət 
qiyabi  institutda  işlədim.  Sona  Mirzə  Feyzulla  məni 
universitetə  aparıb  fılologiya  fakültəsinin  dekanı  Əli 
Sultanlı  ilə  tanış  etdi.  Həmin  fakültədə  ədəbiyyat 
nəzəriyyəsindən  və  XX  əsr  Azərbaycan  ədəbiyyatı 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə