Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   14   15   16   17   18   19   20   21   22

Elçin
 
112 
 
Türkiyə  ilə  Azərbaycan  arasında  sarsıdılmaz  mədəni 
əlaqələrin yaradılmasında hər çətinliyi öz bacarığı ilə 
məğlub eliyən gözəl alim, professor Abbas Zamanova 
fəxri  doktorluq  diplomu  vermək  qərarına  yetişdi. 
Təşkil  etdiyimiz  bu  mərasimdə  iştirak  etmək  üzrə 
Bakıdan  qalxıb  Konyaya  gələn  professor  Abbas 
Zamanov  hamımıza  oradan  xoşbəxtlik  gətirib,  səadət 
gətirib, bizim başımızı uca etmişdir». 
Yeri gəlmişkən deyək ki, universitetin bu diplomu 
elm  sahəsində  abidələşən  əsərlər  yaradan  alimlərə 
verilir.  Fərəhli  və  sevincli  haldır  ki,  onların  sırasına 
bizim  alimlərin  adı  da  yazıldı.  Lent  yazısından  aydın 
olur  ki,  mükafat  təqdim  edilərkən  salonda  alqışdan 
qulaq  tutulurmuş.  Oradakıların  həyacandan  az  qala 
ürəkləri ağızlarına gəlirmiş. Tələbələrin söylədiyi söz-
lər dalğa-dalğa yayılıb oradakıların ürəyinə həkk olur, 
günəş şüaları kimi asimana yayılırmış: Özünə göstəri-
lən  bu  sevgi  və  məhəbbət  nümayişinə  kiprik  döymə-
dən  heyrətlə  tamaşa  eləyən  Abbas  Zamanov  kürsüyə 
tərəf  yeriyib  minnətdarlıqla  deyir:  «Əziz  qardaşlar, 
bacılar,  əziz  övladlarım!  Gördüyünüz  kimi,  mən 
balaca bir kişiyəm. Lakin bura gələrkən sizlərə qarşı o 
qədər  sevgi  və  məhəbbət  gətirmişəm  ki,  o,  bütün 
Türkiyəyə  çatar.  Əslində  bu  yığıncaq  Azərbaycan 
türkləri  ilə  anadolu  türkləri  arasmdakı  ədəbi-mədəni 
əlaqələrin yeni timsalı, yeni bir vasitəsidir. 
Əziz  qardaşlar,  mən  təvazö  naminə  yox,  bir 
həqiqəti  demək  istəyirəm  və  inanın  mənə  ki,  bunu 
ürəkdən  deyirəm.  Səlcuq  universiteti  mənim  xidmət-


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
113 
 
lərimə,  mənim  işlərimə  son  dərəcə  yüksək  qiymət 
vermişdir. Mən belə hesab edirəm ki, bu qiymət azəri 
türklərinin elmi, mədəni işlərinə verilən qiymətdir. Və 
mən  bu  hadisə  üçün  sizin  hamınıza  öz  minnət-
darlığımı  bildirirəm.  Hamınıza  eşq  olsun,  tanrı  türkü 
saxlasın». 
Türkiyə  görüşləri,  hadisələri  yəqin  ki,  uzun  vaxt 
unudulmayacaq.  Əhməd  Erçilasunun  ailəsindəki  qo-
naqlıq, onun səfər zamanı göstərdiyi qayğı, Hacəttəpə 
universitetində  tələbə  və  müəllimlərlə  görüş,  Atatür-
kün  muzeyini,  yüz  min  adamın  birdən  namaz  qıldığı 
məscidi  seyr  etməsi  Abbas  müəllimin  xatirəsində 
silinməz  izlər  buraxmışdır.  Abbas  müəllim,  demək 
olar  ki,  Ankara  və  Konyanın  bütün  tarixi  abidələrinə 
baxmışdır. Buna görə o, haqlı olaraq deyir ki, on gün 
davam  etmiş  Türkiyə  səfəri  hafizəmdə  daim  yaşaya-
caqdır. Bu səfər xalqlarımız arasındakı dostluq telləri-
nin  daha  da  möhkəmlənməsində  mühüm  rol  oynaya-
caqdır. Təbii ki, Abbas müəllim səfər zamanı fəaliyyət 
göstərdiyi  sahə  ilə  əlaqədar  daha  çox  məsələ  ilə 
maraqlanmışdır.  Biz  də  Türkiyədə  yazıçılarımızdan 
kimin dərc olunmasını soruşduq. 
Son  dövrlər  Azərbaycanda  baş  verən  əlamətdar 
hadisələr  türk  dünyasında  maraq  və  sevinclə  qarşıla-
nır.  Elə  mətbuatda  da  Azərbaycan  ədəbiyyatı,  tarixi, 
mədəniyyəti  ilə  bağlı  tez-tez  yazılar  dərc  edilir.  Bu 
gün  S.Vurğun,  R.Rza,  B.Vahabzadə,  Ə.Cəfərzadə, 
İ.Şıxlı,  N.Xəzri  və  başqa  tanınmış  yazıçılarımız  tez-
tez  nəşr  edilirlər.  Klassiklərin  yaradıcılığı  isə  ortaq 


Elçin
 
114 
 
mənəvi  xəzinədir. Füzuli, Qazi  Bürhanəddin, Nəsimi, 
Xətai əsərləri də tez-tez işıq üzü görür. Alim dostları-
mın  dediklərinə  görə  həmin  əsərlərin  vitrinlərdə 
görünməyi ilə yoxa çıxmağı çox az çəkir. Ədəbiyyatı-
mızla bağlı antologiya hazırlanır. Əli Yavuz Akpına-
rın  nəşr  etdirdiyi  «Qardaş  ədəbiyyatlar»  jurnalı 
Azərbaycan  şair  və  yazıçılarının  əsərlərinin  türk 
oxucularına  çatdırılmasında  böyük  iş  görmüşdür.  Bir 
sözlə, Türkiyədə Azərbaycana sonsuz istək və məhəb-
bət gördüm. 
Yəqin  ki,  səfər  yeni  ideyalar,  yeni  arzular  da 
doğurmuşdur. - Bu həqiqətən belədir. Taleyin hökmü 
ilə  dünyanın  bir  çox  yerlərinə,  eləcə  də  Türkiyəyə 
səpələnmiş,  görkəmli  şəxsiyyətlərimizin  xalqımıza 
daha  yaxından  tanıdılması  üçün  hələ  nə  qədər  iş 
görülməlidir. Onların fəaliyyəti, ədəbi əsərləri üzərinə 
çəkilmiş  pərdə  götürülməlidir.  Bu  məsələ  ilə  bağlı 
yeni  fıkirlər  meydana  çıxmışdır.  Tariximizin,  mədə-
niyyətimizin,  ədəbiyyatımızın  bu  qədər  yaxınlığı, 
ümumi cəhətləri olduğu halda nəyə görə tələbə müba-
diləsi  etməyək?  Türkiyə  Mədəniyyət  Nazirliyində 
olarkən bu barədə söhbət etdik. Türkiyəli yoldaşlar da 
bu  məsələdə  bizimlə  yekdilidirlər.  Həmkarlarım 
mənim  də  kitabımı  nəşr  etmək  fikrindədirlər.  Bunun 
üçün «Sabir gülür» əsərini çapa hazırlamaq istəyirəm. 
Arzular, fikirlər çoxdur. Təki sağlıq olsun. 
 
Təəssüratı qələmə aldı: Dilqəm ŞAHVERDİYEV. 
«Azərbaycan müəllimi» qəzeti, 3 yanvar 1990-cı il 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
115 
 
ELÇİN ABBAS ZAMANOV HAQQINDA 
BİBLİOQRAFİYA 
 
 
Həyat eşqi. 
Bakı axşam qəzeti. 1985 – 20 iyul. 
Qardaş ədəbiyyatlar. Türkiyə. 1985. №11. Səh 
12-14 
Abbas  Zamanov.  Sabir  bu  gün.  Ön  söz  və 
redaktor Elçin. Bakı. Gənclik 1985, 352 səh. 
“Bu fani dünyadan bir köç eylərəm ...” 
Ədəbiyyat qəzeti. 1993 – 09 aprel. 
“İşığa səsləyən sənət” 
“Kommunist” qəzeti. 22 sentyabr 1989-cu il. 
Seçilmiş  əsərləri  10  cilddə.  Redaktor  Dilsuz. 
Bakı – çinar Çap 2005. VII C. Səh. 470 – 474. 
“Ədəbiyyat və Cəsarət tərcümanı” 
Önər. - 2003 – №2. Səh 2 – 4. 
Ədalət qəzeti. – 2003. 27  fevral. 
“525”-ci qəzet. – 2003. 27 fevral. 
Seçilmiş  əsərləri  10  cilddə.  Redaktor  Dilsuz. 
Bakı – çinar Çap 2005. VII C. Səh 305-317. 
Abbas Zamanov, Seçilmiş əsərləri. Tərtib edən: 
İsa  Həbibbəyli.  Ön  söz:  Elçin.  Redaktor: 
Dilsuz.  Bakı. Çinar Çap. 2003 – 316 səh 
Abbas  Zamanov,  Cənubdan  səslər.  Toplayanı, 
tərtib  edəni  və  ön  sözün  müəlifi  Orxan 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə