Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   2   3   4   5   6   7   8   9   ...   22

Elçin
 
26 
 
Universitetin  III  kursunda  oxuyurdum.  O  zaman  mən 
ərəb əlifbasını hələ çətinliklə oxuyurdum. Sinifə gətirilən 
jurnalın 
şəkilaltı 
qeydlərini 
höccələyə-höccələyə 
oxuduğumu  görən  Abbas  müəllim  mənə  xüsusi  diqqət 
yetirməyə və işimlə, vəziyyətimlə maraqlanmağa başladı. 
Onun  vasitəsilə  mən  başqa  müəllimləri  də  yaxından 
tanıya  bildim.  Amma  Abbas  müəllimin  mənə  olan 
qayğısını heç kəsdən görmədim. O, elə tələbə ikən mənə 
«Kəşkül» qəzetini diplom işi kimi yazmağı təkidlə həvalə 
elədi və rəhbərliyini də özü boynuna götürdü. 
Abbas müəllimlə ilk birgə əməkdaşlığımız belə başladı. O 
mənə  elə  o  vaxtdan  arxivlərimizdə  yatıb  qalan  mənəvi 
sərvətlərimizi  üzə  çıxartmaq  yollarını  göstərdi.  Mən 
onun rəhbərliyi ilə diplom müdafiə etdim. Onun  qayğısı 
və  zəmanəti  ilə  redaksiyaların  birində  işə  düzəldim. 
Abbas  müəllim  bütün  tələbələrinə  beləcə  xeyirxahlıq  və 
rəğbətlə  yanaşırdı.  Onun  üçün  pis-yaxşı  tələbə  yox  idi, 
onun  üçün  insan  var  idi.  O,  insanda  həmişə  insanı 
görməyə  çalışırdı  və  qiymətləndirirdi.  Buna  görə  də  o, 
böyük  Alim,  böyük  İnsan  olmaqla  bərabər,  həm  də 
Vətəndaşdır.  Bizim  hamımız  yüksək  vətəndaşlıq  hissini, 
vətənpərvərlik  duyğusunu,  xalqa  vurğunluğu  birinci 
növbədə  ondan  öyrənmişik,  onun  şəxsi  nümunəsindən 
bəhrələnmişik. 
Şamil QURBANOV 
Professor. 
 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
27 
 
 
Qulam Məmmədli 
 
Abbas müəllim çoxlu  xahiş  eləyərdi,  amma mən bu 
onilliklər  ərzində  bir  dəfə  də  görmədim  ki,  onun  o 
xahişlərinin hansısa özü ilə bağlı olsun.  
Telefon zəng çalardı, Abbas müəllimin təkrarsız səsi 
eşidilərdi:  «Elçin,  Əziz  Şərifin  xatirələrini  nəşr 
etmək lazımdır... Qulam Məmmədlinin salnaməsinin 
çapı  ləngiyir,  köməkləşək,  görək  neyləyirik...  Ərzu-
rum  Universitetinə  təzə  kitablar  göndərmək  lazım-
dır...»  
 
 


Elçin
 
28 
 
 
 
 
 
Hörmətli  qonaqlarımız,  elm  xadimlərimiz  və 
gələcəyimizin  təminatı  istəkli  tələbələrimiz.  Konya 
Səlcuq  universiteti  Ali  Şurası  türk  ədəbiyyatı 
aləminə  gözəl  əsərlər  bəxş  etmiş,  Türkiyə  ilə 
Azərbaycan  arasında  sarsıdılmaz  mədəni  əlaqələ-
rin  yaradılmasında  hər  çətinliyi  öz  bacarığı  ilə 
məğlub  eliyən  gözəl  alim,  professor  Abbas  Zama-
nova  fəxri  doktorluq  diplomu  vermək  qərarına 
yetişdi.  Təşkil  etdiyimiz  bu  mərasimdə  iştirak 
etmək üzrə Bakıdan qalxıb Konyaya gələn profess-
sor  Abbas  Zamanov  hamımıza  oradan  xoşbəxtlik 
gətirib, səadət gətirib, bizim başımızı uca etmişdir. 
Halil ÇİN 
Konya Səlcuq Universitetinin rektoru 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
29 
 
 
T
ü
rk
iy
ə 
1989
-c
u
 il

Kop
ya S
əlcuq
 u
n
ve
rsite
tind
ə 

şk
il
 olu
n
m
u
ş t
ənt
ən
əli
 m
ər
asim. 
Abb
as 
Z
amanova F
əxr

Doktor
lu
q
 d
ip
lomu
n
un
 t
əq
d
im
 olu
n
m
ası.
 
 
 


Elçin
 
30 
 
 
1969-cu 
ildə 
unversitetdən 
məzun 
olunca 
Azərbaycan  ədəbiyyatı  üzərində  çalışacağıma  qərar 
verdim.  Müəllimimin  yönləndirməsi,  Mirzə  Fətəli 
Axundzadədən  bəhs  etməsi  diqqətimi  Azərbaycana 
yönəltdi.  1970-ci  ildə  Sovetlər  Birliyinə  gəldim.  O 
zaman  viza  almaq  və  buralara  gəlmək  çox  çətin  idi. 
Ermənistandan  dəmir  yolu  ilə  gəlməli  oldum. 
Arpaçayda  qatara  minib  gələndə  yolda  sərhəd 
boyunca  uzanan  tikanlı  məftilləri,  silahlı  əsgərləri, 
onların  çəkmələrinin  sərtliyini,  məftillərin  arxasın-
dakı  taranlanmış  torpağı  görüncə  məni  qorxu 
bürüdü.  22-23  yaşım  vardı,  amma  bütün  bunlara 
rəğmən,  Azərbaycana  gəldim.  Bakıya  gəlişimin 
səbəbkarı  təsadüfən  professor  abbas  Zamanovla 
məktublaşmağım oldu. Onunla görüşüb Azərbaycan 
ədəbiyyatı  üzrə  çalışmaq  istəyimi  söylədim.  Mən  o 
zaman  Bakıda  qalıb  doktorluq  işi  müdafiə  edə 
biləcəyimi  zənn  edirdim.  İnanırsınızmı,  o  zaman 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə