Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   2   3   4   5   6   7   8   9   ...   22

Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
31 
 
“Bakıda  oxumaq  istəyirəm,  mənə  təqaüd  verin”  –
deyə  sizin  maarif  nazirinin  qəbuluna  qədər  getdim. 
O, bunun mümkün olmadığını dedi. İndi düşündük-
cə bunlar mənə röya kimi gəlir. Sonra bir neçə yaşlı 
adam  mənə  :  “Sən  türksən,  burada  heç  bir  türkə 
inam olmaz. Burada qalsan səni öldürəcəklər. Kitab-
ları al,  apar, ancaq burada oxuma. Rus burada tür-
kün  oxumasına  izn  verməz”  dedilər.  Mən  Bakıdan 
iki bağlama kitabla qayıtdım... 
-Abbas  Zamanovun  dəstəyi  ilə  Azərbaycana  gəlib-
getdim və buraları tanıdım. 
Ən  çox  məktub  yazdığım  Abbas  Zamanov  olub. 
Onun  da  məndə  məktubları  var.  Hətta,  Ədəbiyyat 
arxivinin  müdiri  Maarif  Teymur    bir  neçə  dəfə 
“onları gətir arxivdə saxlayaq” -dedi. 
70-80-ci  illərdə  Bakıdan  Təbrizə  məktub  yazmaq 
çətin  idi.  Məktubu  göndərsən  də  gedib  çatmazdı. 
Ancaq Türkiyə ilə İran çox açıq olub. Hətta, bu gün 
belə iki dövlət arasında viza yoxdur. 
Abbas  Zamanov  Səməd  bəy  Behrənginin  qardaşı 
Həsən bəyə yazdığı məktubu mənə göndərirdi, mənsə 
Ərzurumdan  Təbrizə  göndərirdim.  Mən  həmin 
illərdə  bilavasitə  Azərbaycanla  İran  arasında  körpü 
idim. 
Yavuz AKPİNAR 
Professor. 
“Kaspi qəzeti”. Bunlar mənə bir röya kimi gəlir.  
Yavuz Akpinarla müsahibə.  
15 oktyabr 2016. Səh 13.  


Elçin
 
32 
 
 
 
Mən  ona  çox  şey  borcluyam.  Allah  rəhmət  eləsin! 
Abbas  bəy  sovet  zamanı  qorxmadan  məndən 
Rəsulzadənin  əsərlərini  istəyirdi.  “Sən  gətir  ,  sənə 
nə?”- deyirdi. “Ya sərhəddə  əlimdən alarlar,  burax-
mazlar”.  “Olsun”.  Sərhəddə  Ermənistandan  girər-
kən  Gümrü  tərəflərdə  siyahı  tuturdu  ki,  bu-bu 
kitablara əl vurulmuşdur. Gətirib Abbas bəyə qəbzini 
verirdim.  Abbas  bəy  bir  həftə,  on  gün  sonra  nəyi 
deyirdim    o  kitabları  Bakıya  gətirirdi. Yəni mən da-
şımaq  söhbətindən  qurtarırdım  (gülür).  Haqlısan 
yəni,  Abbas  bəy  qorxmadan  məktub  yazardı,  sadəcə 
bizə deyil, Kərkük  türklərinə  Abbas məktub  yazardı. 
Biz hələ Kərkükdə  türk olduğunu yeni başa düşdük. 
 
Yavuz AKPİNAR 
Professor. 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
33 
 
 
 
«Azərbaycan  müəllimi»  qəzetində  «Cənubdan 
səslər» adı altında xüsusi bölmə ayrılmışdır. Cənubi 
Azərbaycan  ədəbiyyatının  patriotlarından  və  tədqi-
qatçılarından olan Abbas Zamanov könüllü olaraq o 
bölmənin rəhbərliyini boynuna götürmüşdür. Təkcə 
«Azərbaycan  müəllmi»ndə  çap  olunmuş  məqalələri 
bir yerə toplansa samballı bir kitab əmələ gələr. 
 
Mirzə İBRAHİMOV  
Xalq yazıçısı  
 


Elçin
 
34 
 
 
 
 
 
İstərdim  Abbas  Zamanovu  xatırlayaq.  Cünki, 
mühacirət  ədəbiyyatının  Azərbaycanda  tanıdıl-
masında, yəni bilinməsində ən böyük xidmət məncə, 
Abbas  Zamanovun  adı  ilə  bağlıdır.  Onun  məktub-
laşmaları təmasları... 
Abbas  Zamanov  Amerikada  yaşamış    mühacirləri-
mizdən  Mustafa  Hakkı  Türkəqulun  “Azərbaycanın 
mağdur  şairi  Hüseyn  Cavid”  kitabının  da  Vəli 
Məmmədovun araçılığı ilə sovet dönəmində Azərbay-
canda tanıdılmasına vəsilə olmuşdu. 
Səlim  Turanın  Bakıya  gəlməsi  uçun  də  çox 
uğraşmışdı. Səlim Turanı ilk dəfə Abbas Zamanovun 
vasitəsilə tanıdılar Azərbaycanda. 
 
 
Azər TURAN 
“Ədəbiyyat qəzeti”-nin baş redaktoru 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
35 
 
 
Azər Turan 
filalogiya üzrə fəlsəfə doktoru 
“Ədəbiyyat qəzeti”-nin baş redaktoru 


Elçin
 
36 
 
 
Sabir Rüstəmxanlı 
xalq şairi 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
37 
 
 
Abbas Zamanov başqalarına bənzəmirdi. Qəzetdə miixbir 
işləyirdim.  O  vaxtdan  tanıyırdım  onu.  Sabir  giinlərində 
oxuduğum «Vətən» şeirini dinləyəndən sonra zəng vurub 
məni çağırmışdı yanına. Nizami muzeyinin direktoruydu. 
Qapını  örtən  kimi  siyirtmədən,  yazı  vərəqi  boyda  şəkil 
çıxartdı:  «Bunu  tanıyırsan?»  «Yox!»  «Şerində  adını 
çəkdiyin Cavad xandı!» Diksinmiş və tanımadığıma görə 
bir az da pərt olmuşdum... 
«Bu  şəkli  məndən  başqa  heç  kimdə  görə  bilməzsən. 
Bağışlayıram sənə». 
Abbas  müəllim  beləydi.  Əlinə  maraqlı  bir  sənəd  keçən 
kimi  səliqəylə  üzünü  çıxartdırıb  iki-üç  cümlə  fikriylə 
mənə göndərərdi... 
Sabir RÜSTƏMXANLI 
Xalq şairi. 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə