Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   2   3   4   5   6   7   8   9   ...   22

Elçin
 
38 
 
 
 
 
Seyfəddin Altaylı 
Türkiyə radiosu Azərbaycan bölməsinin rəhbəri 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
39 
 
Bir  gün  daha  qalıb  Ankaraya  yola  düşdük. 
Ankaraya çatıb qonaq evinə gedib bir az dincələndən 
sonra  mənə  sakitcə  dedi  ki:  «Bala,  Alparslan 
Türkeşlə  görüşmək  istəyirəm,  bu  məsələni  həll  et». 
Vəziyyəti  professor  Ahmet  Bican  Ercilasun  bəyə 
açdım o da mərhum Türkeşlə danışdı. İki gün sonra 
bir  axşam  Ahmct  Bican  bəyin  evində  qonaq  idik. 
Doktor  Məhəmməd  Kəngərli,  Nurəddin  Nazar,  mən 
və  həyat  yoldaşlarımız  saat  yeddinin  yarısında 
yığışmışdıq.  Baş  küncdə  isə  Abbas  müəllim  əyləş-
mişdi.  Aradan  20  dəqiqə  ötəndən  sonra  xəbər  gəldi 
ki,  Türkeş  gəlir.  Abbas  müəllim  durdu,  qapıda  onu 
qarşıladı. İkisi də bir-birinin boynunu qucaqlayıb bir 
müddət  eləcə  qaldılar.  Abbas  müəllim  kövrəlmişdi, 
«Nağıl qəhrəmanımı gördüm, çox sağ olun» deyir və 
duyğularını dilə gətirirdi. O axşam gec saatlara kimi 
oturub söhbət elədik. Türkeşlə söhbət Abbas müəlli-
mə  ləzzət  eləmişdi  və  onun  Türkeşlə  bağlı  hissləri 
düzünü deyim, bizi də çaşdırmışdı. 
Bütün olan hadisələr, araya çıxan duyğular bir şeyi 
sübut edirdi. Azərbaycan və Anadolu Türklərini bir-
birindən  ayırmağa  bəşər  olaraq  heç  kəsin,  heç  bir 
imperiyanın gücü çatmaz. 
Allah  sənə  rəhmət  eləsin,  ey  böyük  və  səmimi 
İnsan! Ailəmizin mənəvi atası, yerin nurla dolsun! 
 
Seyfəddin ALTAYLI 
Türkiyə radiosu Azərbaycan bölməsinin rəhbəri. 


Elçin
 
40 
 
 
 
Abbas  Zamanov  atamın  dayısıdır.  Şərur  rayonu 
Maxta  kəndində  böyük  nüfuza malik  olan,  hörmətli 
Seyid  Mirfəttahın  oğludur.  Onun  haqqında  uşaq 
yaşlarımda eşitmişdim. 
İlk  dəfə  Abbas  Zamanovu  1963-cü  ildə  Şərurda 
bizim  evimizə  qonaq  gələndə  gördüm.  Dayımın 
görüşünə  qonum-qonşular,  Şərur  camaatı  o  qədər 
gəlmişdilər  ki,  iynə  atmağa  yer  yox  idi.  Dayım 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
41 
 
bəstəboylu, ağsaçlı, gülərüzlü, çox istəkli görünürdü. 
Bir saatlıq qonaqlıq ərzində bizim ailə üzvlərinin hər 
biri  ilə  tanış  olaraq  uşaqların  adlarını  soruşardı, 
sonra  göyə  atıb-tutardı.  Bu  ilk  görüşdən  sonra 
sönməz Abbas Zamanov işığı qəlbimizə səpələndi. 
Bir  hüquqçu  görüş  zamanı  mənim  Abbas  Zamano-
vun  qohumu  olduğumu  bildikdə  çox  həyəcanla 
danışırdı  ki,  60-cı  illərdə  Naxçıvanın  Ermənistana 
verilməsi  məsələsi  qoyulmuşdu.  Abbas  Zamanov 
Rəsul  Rza  ilə  birlikdə  Naxçıvanda  mitinqlər  təşkil 
etmiş və Naxçıvanın Ermənistana birləşdirilməsinin 
qarşısını almışlar. 
Elmlər  Akademiyasında  Səməd  Vurğunun  yubiley 
gecəsində  Abbas  Zamanov  çıxış  edərək  Naxçıvanın 
Azərbaycan torpağı olduğunu tarixi, elmi sübutlarla 
göstərmiş  və  çıxışının  sonunda:  -  Biz  Naxçıvanı 
ermənilərə  vermərik!  -  deyərək  tələbə  və  müəllim-
lərin alqışına səbəb olmuşdur. 
Bu  tarixi  hadisədən  sonra  ermənilər  Naxçıvandan 
qovulub təmizlənmişdir. 
Bu  gün  cəsarətlə  deyə  bilərəm  ki,  60-cı  illərin 
hadisələrində  Abbas  Zaınanovun  cəsarəti,  qeyrəti, 
doğru  sözü  qəlblərdə,  fikirlərdə  inqilab  edərək,  bizə 
cəsarətli olmağı, doğru söz deməyi öyrətdi. 
Biz qohumları, kəndliləri Abbas Zamanovun adı ilə 
fəxr edirik. 
 
Azər ABDULLAYEV 
Tibb elmləri namizədi, dosent. 


Elçin
 
42 
 
 
 
Həyatımla  bağlı  adamlar  içində  əziz  müəllimim, 
böyiik  vətəndaş,  nadir  şəxsiyyət  və  görkəmli  alim, 
Azərbaycan  EA-nın  müxbir  üzvü,  professor  Abbas 
Zamanov önəmli yer tutur. Abbas müəllim biz 70-ci 
illərin  tələbələri  üçün  qeyrət,  mərdlik  və  cəsarət 
məktəbi idi. 
Nizaməddin ŞƏMSİZADƏ 
Professor. 
 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
43 
 
Respublikanın  müxtəlif  ədəbi  tədbirlərində  Abbas 
müəllimin  çoxlu  çıxışlarına  qulaq  asmışam.  0, 
çıxışını mövcud şəraitə və mövzuya uyğun əhvalat və 
ya xatirə ilə başlamağı sevər, qısa və dəqiq danışardı. 
Hansı  mövzuda  danışırsa-danışsın  onu  mütləq 
gətirib  Azərbaycanın  tarixi  taleyi,  milli  azadlığın 
zəruriliyi ilə bağlayırdı. Onun özünəməxsus yumoru, 
mətnaltı  zarafatları  da  olurdu.  Bir  dəfə  Nizami 
Institutunda  tədbir  keçirilirdi.  Abbas  müəllim  biz 
gənc alimlərə yaxınlaşdı, bir-bir ehtiramla görüşdük. 
Mənə  Abbas müəllimlə  yol-yoldaşlığı  da  nəsib  olub. 
Səhv etmirəmsə 1983-cü il idi. Gənc alim və tənqidçi 
kimi Abbas miiəllim məni də Sabir poeziya günlərinə 
cəlb  etdi.  Akademik  Bəkir  Nəbiyev,  Abbas  müəllim, 
Xeyrulla  Əliyev,  İsmayıl  Şıxlı,  Əzizə  Cəfərzadə, 
Balaş Azəroğlu, Cabir Novruz və başqa ədiblərlə Şa- 
maxıya  getdik.  Birinci  katib  Firuz  Mustafayev  bizi 
çox  səmimiyyətlə  qarşıladı.  Gözəl  bir  tədbir  keçirib, 
şəkillər  çəkdirdik.  Burada  da  Abbas  miiəllim 
təmkinini,  zəhmini,  başlıcası  isə  nüfuzunu  bir  daha 
miışahidə etdim... 
Nizaməddin ŞƏMSİZADƏ 
Professor. 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə