Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə14/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
36 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Mənə elə gəldi ki, "çılpaq" sözünü Sərdar bəy qəsdən işlətdi. Bu, Züleyxanın açıq-saçıqlığına 
işarəydi. Ona görə də bir qədər incik və kinayəli tonda: 
- Bəlkə özünüz alasınız? - dedim və çiçək xəstəliyinin izləri qalmış üzünə baxdım. 
Sərdar bəy köhnə kişilərə məxsus ədayla, bir az da ərklə çiynimə vurdu: 
- Param çatsa da, cəsarətim çatmaz, - dedi. 
Üçüncü mərtəbədə qapısı bağlı iri bir otaq da vardı. 
Hökumət məmuru: 
- Mərhumun şəxsi əşyaları yığılan otaqdır. Yaxınlarından kimsə onları apara bilər, - dedi və 
üzümə baxdı. 
O, demək istəyirdi ki, özümü mərhuma yaxın bilirəmsə, həmin əşyaları götürə bilərəm.  
Mən əşyaların nədən ibarət olduğunu soruşdum. Məmur cavab verdi ki, orada Züleyxa xanımın 
qanlı paltarlarından, köhnə geyincəklərdən, dodaq boyalarından, parfümdən və bər-bəzək 
əşyalarından savayı bir şey yoxdur.  
- O əşyaları Bakıya atasıgilin ünvanına göndərsəniz, yaxşı olar. Mən Bakıya qayıdan kimi 
onların yeni ünvanını öyrənib sizə xəbər verərəm, bir müddətdir ki, başqa yerə köçüblər, - 
dedim, sonra əlavə elədim, - qanlı paltarlarından başqa. 
Qan iyindən və qanlı paltarlardan zəhləm getdiyinə görə o otağa girməkdən imtina elədim. 
Biz geriyə qayıtdıq. Qəlbimdə və canımda sıxıcı bir ovqat vardı. Mən burdan getmək istəmirdim, 
hansısa bir qüvvə, sanki ayaqlarımdan tutub geri dartırdı. Züleyxanı öldürən adamın kimliyini 
bəlkə də burda öyrənmək olardı, meditasiya vasitəsiylə. Amma buna halım qalmamışdı. Mən 
indi heç nə istəmirdim, bir küncə çəkilib, Züleyxanı, onun gəncliyini, "Quş ağzı" restoranındakı 
şaqraq gülüşlərini, bəyaz dişlərini, ala gözlərini xatırlamaq istəyirdim. Mən arzuma çatdım, 
amma tək yox. Sərdar bəy ovqatımı duydu və: 
- Bəlkə, "Quş ağzı" restoranında bir nahar eliyək? - deyə təklif elədi, - istəsən, rus vodkası da 
içərik. 
Mən imtina eləmədim. Şərab içməyin və Züleyxalı günləri xatırlamağın əsil məqamıydı.  
Üz-üzə oturmuşduq və hərdən mənə elə gəlirdi ki, qarşımdakı Sərdar bəy yox, Züleyxadır. Onun 
sifəti tez-tez dəyişirdi. Boğaziçindən əsən külək dəniz sularını çiskinli yağış kimi hərdən 
üzümüzə vururdu və mən ayılırdım. Dənizdə yelkənli qayıqlar yoxa çıxmışdı. Görünür, onlar 
günəş olanda dənizə çıxırlar. Bəlkə Züleyxa olmadığına görə görünmürdülər? 
- Cansıxıcı mənzərədir, - dedim. 
- Cansıxıcı və ürəküzücüdür, - deyə Sərdar bəy sözümə qüvvət verdi. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
37 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Biz Züleyxa barədə bir kəlmə də kəsmədik. Bəlkə də onu xatırlamaqdan qorxurduq, amma dəqiq 
bilirəm ki, həmin vaxt o, bizim ürəyimizdəydi. Yəqin ki, mən onu gözəl "Malena" kimi, o isə 
"Göyçək" xanım kimi xatırlayırdı... 
Biz ayrılanda Sərdar bəy: 
- Mən demək istəmirdim, bəlkə də bunun Züleyxa xanımla əlaqəsi yoxdur. Amma son zamanlar 
onun yanına bir oğlan gəlirmiş, Məhəmməd adında, - dedi, - Göytəpə universitetinin 
tələbəsiymiş, Göyçək xanımın qohumuymuş. Züleyxa xanım öləndən sonra həmin oğlan da yoxa 
çıxıb. Bəziləri ondan şübhələnir. Çünki bir PKK terrorçusunun gündəliyindən onun adı tapılıb. 
Lap təzəlikcə olub bu. Qəzetlər belə yazır. 
Mən, sanki indi ayıldım, birdən yadıma düşdü ki, Züleyxanın bacısı oğlu Məhəmməd İstanbulda 
oxuyur və onların əlaqəsi olmamış deyil. Ürəyimdə sevindim, amma büruzə vermədim. 
Araşdırma üçün gözəl mövzu vardı. Bəlkə də ipin ucunu tapmışdım... 
Otağıma qayıdan kimi yatdım və səhər erkən oyandım. Üzümü qırxanda gözlərimə fikir verdim, 
onlarda uşaq marağına oxşar nəsə vardı... 
 
* * * 
 
Göytəpə universiteti Boğaziçinin sol sahilində yerləşirdi. Mən Avropa hissəsində, Topqapının 
yaxınlığındakı "Montekarlo" otelində qalırdım. Yığcam, təxminən 20-30 nəfərlik 
mehmanxanaydı. Səhər yeməyi mansard-çardaqda verilirdi. Barmaqla sayılası müştərilərə 
İbrahim adlı qarayanız kürd oğlan xidmət eləyirdi. Oteldə qaldığım axşamlar çardağa çıxıb, 
Boğaziçini seyr edirdim. İbrahimə isinişmişdim. Müştərilər az olduğundan onun da bekar vaxtı 
çox olurdu. Mən ona özümlə gətirdiyim bir rus arağı bağışlamışdım, o isə əvəzini rakıyla 
çıxmışdı. 
- Xocam, burda rus vodkaları fəzlə, yəni çox bahadır, - sevinclə demişdi.  
İbrahimin arzusu yaxşı bir işə düzəlmək, ev kirayələmək, arvadını və balaca qızını da İstanbula 
gətirmək idi. Göytəpə universitetinə getmək istəyimi eşidəndə bir qədər tutuldu və: 
- Xocam, mənim bir arkadaşım da orada oxuyurdu. Adı Dinqoydu, onu görsən məndən salam de, 
çoxdandır ki, zəng eləmir, - dedi. Sonra da başa saldı ki, Göytəpəyə "Üsküdar"dan vapurla, yəni 
gəmiylə də gedə bilərəm, İstəsəm avtobusla da körpüdən adlayaram.  
İstanbullu arkadaşlarım mənə maşın ayırdıqlarından avtobusa ehtiyac olmadı. 
Həmin axşam müvəqqəti sürücüm Əhməd bəyə zəng elədim, hara gedəcəyimi dedim. O, 
cavabında: 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
38 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Ertədən çıxaq, İstanbul yollarında basabasdır, - dedi və biz saat doqquzu adlamamış Göytəpəyə 
yollandıq. 
Yolda nəhəng ticarət mərkəzinə rast gəldik. Əhməd bəy dedi ki, bura ermənilər nəzarət edirlər.  
Universitetin olduğu Bağlarbaşı caddəsinə çatdıq.  
Göytəpə İstanbulun Asiya hissəsində yerləşsə də, Avropa üslubunda tikilmişdi, bir neçə 
korpusdan ibarət idi.  
Qapı gözətçisi öncə bizi içəri buraxmaq istəmədi. Bir neçə il bundan əvvəl İstanbulda olan terror 
aktları universitetlərə də girişi çətinləşdirmişdi, bina ciddi mühafizə olunurdu. Mən gözətçiyə 
başa saldım ki, çox vacib bir iş üçün gəlmişəm və rektorla görüşməsəm, geri qayıtmayacam. O, 
məcbur olub gözətçibaşını çağırdı. Üzündən zəhm yağan, dildən isə iti və şirin olan gözətçibaşı 
da mənimlə uzun-uzadı danışdı, sonra rektorun qəbul otağına çıxdı və qayıdıb dedi ki, rektor 
bəylə görüşmək üçün öncədən növbəyə yazılmaq lazımıydı, amma müsafir olduğumuza görə 
rektor bəy bizi qəbul edəcək, bir buçuq saatdan, yəni saatyarımdan sonra. 
Əhməd bəy maşına qayıtdı, mənsə universitetin həyətindəki parkda gəzməyə, var-gəl eləməyə 
başladım. Rektor Yılmaz Durmuşa deyəcəyim sözləri götür-qoy elədim. Keçmiş tələbəsi barədə 
o nəsə bilməliydi. Çünki yabançı tələbələrlə rektorlar özləri birbaşa məşğul olurlar, onların 
taleyinə cavabdehdirlər.  
Havada qəribə ayaz vardı, sanki bir azdan qar yağacaqdı. Neçə gün idi ki, günəş görünmürdü. 
Nədənsə dörd yüz il bundan qabaq Boğaziçinin şaxtadan donması yadıma düşdü. Bu hadisə 
"dəli" ləqəbli Sultan Mustafa dönəmində baş vermişdi. Adamlar nəsə pis bir olayın baş 
verəcəyindən qorxurdular. Çünki o boyda nəhrin donması şeytan əməliydi. Tanrı heç zaman belə 
işlərə qol qoymazdı. Nəticəsi də o olmuşdu ki, yeniçərilər Sultan Mustafaya qarşı qiyam 
qaldırmış və onu yatağındaca boğmuşdular...  
Qapı gözətçisi hərdən dişarı çıxıb bir dəfə göyə, bir dəfə də mənə baxırdı, astaca gərnəşirdi. Mən 
görməzliyə vururdum. Bilmirəm o məndən bezmişdi, yoxsa mən gözləməkdən yorulmuşdum... 
Düşünməkdən, xatırlamaqdan gözəl nə ola bilər, xüsusən də vaxtın çox olanda. Mən Züleyxanın 
iri ala gözlərini, ağızdolusu gülüşünü, bəyaz dişlərini, ağ dərisini xatırlayırdım, siqaret tutan 
uzun, nazik barmaqlarını yadıma salırdım. Məhəmmədi təsəvvür etməyə çalışırdım. Mən 
Məhəmmədi körpə vaxtı bircə dəfə görmüşdüm, Fatimə atasıgilə qonaq gələndə, sonra ara 
qarışdı, məssəb itdi, Qarabağ müharibəsi başladı, aclıq və səfalət adamların əl-ayağını yığışdırdı. 
Həmin vaxt qohum-əqrabalar bir-birilərinə qonaq getməyə də utanırdılar, çünki saatlarla çörək 
növbəsinə dayanmış yaxınlarının, dost-tanışın boğazına ortaq olmağı ayıb sayırdılar. 
Züleyxa isə məhəllədə görünmürdü. Onun xatirəsi böyüklərin yaddaşından çoxdan silinmişdi, 
yeniyetmələr isə onu xatırlayırdılar. Çünki o, bizim bir parçamız idi. Üstündən uzun illər 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə