Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə3/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
9 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
xüsusən də dənizdən gələndən sonra duşxanaya girirdi və bundan açıq-aşkar qürurlanırdı... 
Ürəyimizdə hamımız ona oxşamaq istəyirdik. 
Biz gözlədiyimiz vaxt gəlib çatdı... Yusif həyətə girən kimi, çantasını qoca əncir ağacının sınıq 
budağına keçirdi. Bizim maraqla ona baxdığımızı görüb, saçlarını geri daradı, hədələdi. Sonra 
məhrəbanı çıxardı və duşxanaya girdi... 
Qadir Züleyxagilin qapısına məndən qabaq çatdı, amma ağ, yumru döşləri məndən qabaq 
görmək ona nəsib olmadı. Qapını Züleyxanın atası açdı. 
Yaqub dayı (olub-keçənlərdən sonra "dayı" demək mümkündürsə) dənizdə işləyirdi. Məhlənin 
böyük papaqlıları öz aralarında ona "zay Yaqub" deyirdilər. Həftə səkkiz, mən doqquz dənizdə 
olardı. Həmin gün də dənizdə olmalıydı. Amma bizim gözləmədiyimiz halda qapının ağzında 
zühur elədi. Qadirin qorxusundan dili tutuldu və Yaqub dayının: 
- Nə itin azıb burda?! - sualının cavabında kəkələdi: 
- Heç, - dedi və dalı-dalı pilləkənlərdən düşdü. 
Bu hadisənin üstündən bir neçə gün keçəndən sonra istəyimizə çatdıq, amma ilkin olaraq 
arzusuna Züleyxa yetişdi.  
Yusif növbəti dəfə duşxanaya girəndə ona xəbər elədik. O, duşxananın arxasındakı deşikdən bir 
xeyli Yusifə baxdı, sonra çıxıb getdi, biz də onun dalına düşdük. Qapılarının ağzında, o tərəf-bu 
tərəfə göz gəzdirib, heç kimin olmadığına əmin olandan sonra donunun qabağını açıb döşlərinin 
arasını göstərdi. 
- Hamısını göstər! - Qadir çığırdı, amma Züleyxa onun səsini eşitmədi, çünki biz özümüzə 
gələnə kimi içəri girib, qapını bağlamışdı. 
Bizim Züleyxanın ağ, yumru məmələrini həmin gün görmək istəyimiz baş tutmadı. Heç sonralar 
da arzumuza çatmadıq. Çünki Züleyxa qəfil yoxa çıxmışdı. 
Lap sonralar bildik ki, atası Züleyxanı kəndə - babasıgilə göndərib. Səbəbi məlum deyildi. 
Məhlədə onu bir daha görən olmadı. Sonrakı taleyini mənə Boğaziçində Züleyxa özü danışdı. O, 
daha da gözəlləşmiş, varlanmışdı. Ətrafındakı adamlarla, yaxınlarıyla kübar qadınlara məxsus 
ədayla davranırdı, məni görəndə isə həminki Züleyxaya çevrildi. Mən onu keçmişə, xatirələrinin 
içinə qaytaran bir varlıq idim və sanki əlinə göydən düşmüşdüm. 
O, danışdıqca, yaxud məni dinlədikcə elə hey gülürdü, aramsız suallar verirdi. Keçmiş taleyinə 
gələndə isə dönüb başqa adam olurdu. Bəlkə də gələcək taleyi onu qorxudurdu... 
Bu olduqca qəribə və maraqlı bir taleydi. Və mən Azərbaycan gözəlinin Beşiktaşdakı 
malikanəsində qan içində tapılması barədə televiziya kadrlarını izləyəndə gözlərimə inana 
bilmirdim. Bizim uşaqlıq idealımızı, ilk sevgimizi qətlə yetirən adamın kimliyini öyrənmək 
istəyirdim. Öyrəndim də. Amma bu, elə də tez və asan olmadı... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
10 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Qatilin kimliyi təsadüfən üzə çıxmışdı. Türk əsgərlərinin öldürdüyü PKK terrorçusunun 
üstündən gündəlik tapılmışdı... 
Gündəlikdə nə imza, nə də tarix vardı. Yalnız bir neçə yerdə Məhəmməd adlı adamın adı 
çəkilirdi. 
Gündəlik barədə mənə Mərmərə universitetinin rektoru Yılmaz Durmuş danışdı. 
Ona qədər isə mənim İstanbul səfərim vardı... Gəlin kimi adamın üzünə açılan İstanbul, sular 
səhəri. Qərblə Şərqin birləşdiyi bir məkan. Üstündə minlərin, milyonların qanı axıdılan, altında 
saysız-hesabsız müsəlmanın, xaçpərəstin sümüyü çürüyən, ruhları dolaşan və Sultan Mehmetin 
zəfəri sayəsində əbədi türkləşən minarəli şəhər.  
 
* * * 
 
Biz isti avqust günlərinin birində, lap dəqiqi, avqustun 11-də Boğaziçindəki "Quş ağzı" 
restoranında oturub söhbət edirdik. Söhbətə qədər isə mən Züleyxanı çox axtarmışdım. İndi o, nə 
Malena, nə də Zülyaydı, sadəcə Züleyxa xanım idi, Züleyxa Göyçək. Mənim nəzərimdə isə hələ 
də məhləmizin oğlanlarının ilk sevgisi və qadın idealıydı. Cavanlıq əxlaqı yox, tərbiyəsizliyi 
sevir. Cavanlıq üçün əxlaq mühafizəkarlığın, tərbiyəsizlik sivilizasiyanın göstəricisidir. 
İstanbula hər gəlişimdə onunla görüşmək istəyirdim, amma axtarışlarım bir nəticə vermirdi. 
Züleyxa Azərbaycandan gələn bir kimsəylə görüşmək fikrində deyildi. Və sonralar: "mən 
onlardan qorxurdum", - deyə etiraf etmişdi. Zahirən güclü, qayğısız və şən görünən Züleyxanın 
bu ehtiyatlılığına inanmağım gəlmirdi. 
Mən onu təsadüfən gördüm. "Hürriyyət+" qəzetinə verdiyi məşhur müsahibədə Züleyxa 
Göyçəyin cazibədar şəkli vardı və fonda divardan istanbulluların çox sevdiyi rəssam Sərdar 
Küçükoğlunun “Boğaziçində ağ yelkənli günəş" adlanan rəsmi asılmışdı. "Bu rəsmin orijinalını 
heç kimə satmayacam" - deyən rəssam sonradan etiraf etmişdi ki, onu gözəl və varlı bir xanıma 
hədiyyə edib. Fotoqrafın ehtiyatsızlığı Züleyxa xanımı ələ vermişdi. Hamı bilmişdi ki, Sərdar 
bəyin rəsmini alan gözəl və varlı xanım Züleyxa Göyçəkdir. Bundan sonra qəzetlər bu cütlük 
haqqında çox yazdılar və təbii ki, onların böyük eşq macərası yaşadığını güman elədilər. Amma 
həqiqəti onların özlərindən başqa heç kim bilmədi. 
Mənim "Hürriyyət+" qəzetində Çövdət bəy adlı bir tanışım vardı. Biz onunla bir müddət əvvəl 
Münhendə görüşmüşdük. "Sivilizasiyalar arasında dialoq" forumunu Almaniyanın Solçu yazarlar 
sindikatı Yaşıllar partiyası ilə birgə keçirirdi. Mən o zaman "Azadlıq" radiosunda işləyirdim və 
Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyilə tədbirə qatılmışdım. Cövdət bəy o vədə mənimlə 
bir yaşdaydı və "Hürriyyət+" kimi nüfuzlu bir qəzetdə köşə yazarıydı. Tədbirdə bir azərinin də 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə