Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə4/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
11 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
iştirak etdiyini biləndən sonra mənə yanaşmış və öz doğması ilə görüşürmüş kimi məni bağrına 
basmışdı. Vətənə döndükdən sonra onunla əlaqələrimiz davam etmişdi və bu dəfə Türkiyəyə 
uçmazdan öncə ona zəng vurub xahiş eləmişdim ki, İstanbul səfərim zamanı məni Sərdar 
Küçükoğluyla tanış eləsin. "Heç problem yok". Cövdət bəyin mənə cavabı belə olmuşdu... 
Atatürk aeroportunda məni Cövdət bəy qarşıladı. Səhər yenicə açılırdı. Havada qəribə qoxu 
vardı. Qərib şəhərlərdən bu cür qoxu gəlir. Günəş İstanbul minarələrini təzə-təzə işıqlandırırdı. 
"Səni çox özlədik, Elçin bəy", - deyə o, azəri dostundan ötrü darıxdığını nümayiş elətdirmək 
üçün məni bərk-bərk qucaqladı.  
 
Yolboyu ordan-burdan söhbət elədik. O, Sərdar bəylə danışdığını və bu gün günortaya yaxın 
məni gözləyəcəyini dedi. Sən demə, rəssamın emalatxanası mən qaldığım mehmanxananın 
yaxınlığında, Boğaziçinin sahilində, Atatürk Hərbi Liseyinin böyründəymiş. 
Cövdət bəyin təkidlərinə baxmayaraq, nahar eləməkdən boyun qaçırdım və mehmanxananın 
yanında ondan ayrıldım... 
Sərdar bəylə görüşməyim elə də çətin olmadı, çünki Küçükoğlunun azərilərə böyük rəğbəti 
vardı, ana babası Qarabağdan köçməydi. Emalatxananın qarşısında iri şabalıd ağacları vardı. 
İstanbul istisi onun yarpaqlarında buxarlanırdı. Girəcəkdə məni Küçükoğlunun köməkçisi 
qarşıladı və mansarda dəvət elədi.  
Sərdar bəy böyük bir molbertin qarşısında dayanıb, uzun-uzadı nəyəsə baxırdı, yəqin 
Boğaziçiylə bağlı nəsə çəkirdi. Əcaib görkəmdəydi. Əynində qısaqol, dizdən yuxarı göy xalat və 
gödək sarı şalvar vardı. Ayağına məst keçirmişdi. Məni görən kimi yaş, yaşıl güllü dəsmalla 
əllərini sildi və əyləşmək üçün yer göstərdi. Emalatxanada səliqə-sahmandan əsər-əlamət 
yoxuydu və başdan-ayağa rəsmlərlə bəzədilmişdi, daha doğrusu, rəsmlər hara gəldi atılmışdı. Ən 
çox Boğaziçinin təsvirləriydi. Gözəl xanımların naturadan da rəsmləri vardı. Bu açıq-saçıqlığa 
görə Türkiyə mətbuatı hər addımbaşı onu tənqid eləyirdi. İslamçılar onun emalatxanasını 
yandırmağa bir neçə dəfə cəhd də göstərmişdilər. Bu məlumatları yolda mənə Cövdət bəy 
danışmışdı və naturadan çəkilmiş rəsmlərlə bağlı ona hər hansı sualı verməməyi tövsiyə 
eləmişdi.  
Sərdar bəydən öyrəndim ki, Züleyxa xanım "Bahar çiçəkləri" adlı gözəllik salonunun rəhbəridir, 
amma bu "çılğın azəri qızıyla" görüşmək çətindir.  
- Züleyxa xanım Azərbaycandan gələn müsafirlərlə heç görüşmək istəməz, - dedi.  
- Siz ona mənim adımı desəniz, mütləq görüşmək istəyəcək, - israr elədim və Züleyxa xanımla 
uşaqlığımızın bir yerdə keçdiyini, bir zamanlar çox yaxın olduğumuzu anlatdım və təkidlərim öz 
bəhrəsini verdi. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
12 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
O, mənim indiyə kimi görmədiyim, kobraya oxşar, iri mobil telefonla Züleyxa xanımın 
nömrəsini yığdı, amma nəticəsi olmadı. Nömrə cavab vermirdi, yəqin "əhatə dairəsindən 
xaricdəydi". "Mərak etməyin, onu tapacayız", - Sərdar bəy mənim narahat olduğumu görüb 
gülümsündü. 
Süfrəyə çay gəldi. Sərdar bəy ana babasının Qarabağdan gəlməsindən, nəsil tarixçəsindən 
(şəcərəsindən), İstanbulda sənədsiz qaldığına görə babasının qazamata atılmasından qısa danışdı 
və yenidən zəng elədi. Bu dəfə telefonu götürdülər. Deyəsən, Züleyxa xanımın katibəsiydi. 
Sərdar bəy onunla danışa-danışa arxa otağa keçdi və bir azdan qayıtdı. 
- Sən doğru demisən. Züleyxa xanım görüşməyə hazırdır, bizi ofisində gözləyir... 
Sərdar bəyin sürücüsü arif adamıydı. Züleyxa Göyçəyin yanına gedəcəyimizi eşidəndə güldü, 
maşını böyük bir ləzzət və məmnunluqla işə saldı və biz Nişantaşı səmtə yollandıq. 
Küçükoğlu yolda mənə sözarası anlatdı ki, Züleyxa xanımın "gözəl rəfiqələri" var. Və soruşdu 
ki, mən təsadüfən onlara "baxmağa" gəlməmişəm ki? Mən "yox" cavabını verdim. Amma, 
deyəsən, o, mənim səmimi etirafıma bir az şübhə ilə, bir az da qısqanclıqla yanaşdı. 
"Bahar çiçəkləri" Nişantaşının ən hündür məhəllələrindən birində yerləşirdi. Zəngin 
malikanələrin arxasındakı təpəlikdəydi. Üçmərtəbəli yaraşıqlı binaydı. Şüşələri maviyə çalırdı. 
Qarşısında şabalıd, cökə və palıd ağacları vardı. 
Züleyxa Göyçəyin katibəsi və köməkçisi vestibüldə bizi gözləyirdi. Küçükoğlunu görəndə 
gülümsündülər və "Əfəndimiz, xoş gəlib" - deyə bizi salamladılar. Onların üzlərindəki 
çoxmənalı təbəssüm gözlərimdən yayınmadı. Birinci mərtəbədən sağa və sola dəhlizlər uzanırdı. 
İçəridən cürbəcür ətir iyi gəlirdi.  
İkinci mərtəbəyə qalxdıq və bir neçə dəqiqədən sonra mən "Boğaziçində yelkənli günəş" rəsmi 
asılmış otaqdaydım. 
Mənə elə gəldi ki, bura gözəllik salonundan daha çox diplomatik korpusu xatırladır və indi 
gördüyümüz otaq da ziyafət verilən guşədir. Çünki otaq çox işıqlı və havalıydı. Sol divarda bar 
yerləşdirilmişdi. Bir qədər aralıda bədənnüma güzgü qoyulmuşdu, sağda divan, kreslo və jurnal 
stolu vardı.  
Sərdar bəyin Səlma xanım kimi çağırdığı katibə bizə oturmaq üçün yer göstərdi və dedi ki, 
Züleyxa xanım çox yaxın zamanda görüşümüzə gələcək. Biz oturmaqdan imtina etdik və mavi 
şüşələrin arxasından Boğaziçinə baxdıq. Mən şüşələrin niyə mavi olduğunu indi anladım. 
Görünür, sahibə özü belə istəmişdi. Uzaqda görünən sular öz rəngində görünürdü, belə demək 
mümkünsə, önümüzə açlıan mənzərə daha cəlbediciydi. Ağır yük gəmiləri günbatana doğru 
irəliləyirdi, vapurlar sahildən-sahilə yön alırdı, lap uzaqlarda isə yelkənli qayıqlar üzürdü. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə