Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə6/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
16 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Kişilərin ha?! Hardaydı o kişilər?! - Mənim duruxduğumu görüb, - bircə səndən başqa, - dedi 
və güldü.  
Züleyxa qəfil güldüyü kimi də qəfil sakitləşdi. Bir müddət dinmədi, eləcə yeməkdə davam elədi. 
Və sonra gözləmədiyim halda: 
- Yəqin ki, heç kim mənim Yusifdən uşağa qaldığımı bilmirdi? - deyə suallı baxışlarını üzümə 
zillədi. 
Mən onun qəfil etirafından çaşdım, daha doğrusu, Züleyxanın əvəzinə qızardım. Nə cavab 
verəcəyimi bilmədim. Handan-hana: 
- Bilmirdik, - dedim, - bu necə ola bilərdi? 
- Çox asan, - deyə Züleyxa qəşş elədi, əlini-əlinə vurdu, - uşaq ki, uşaq. Siz o vaxt uşaq idiniz. 
- Bəs sən necə, uşaq deyildin? 
- Yox, mən uşaq deyildim, mən şeytan idim. Hamını yoldan çıxarmağa çalışan şeytan. Hələ indi 
də bu bəd əməllərimdən əl çəkməmişəm, - dedi və mənə göz vurdu. 
Züleyxa gülməyində davam edirdi. Mən onun üzünə baxırdım, onu şeytana oxşatmağa 
çalışırdım, amma heç nə alınmırdı. O, gözəllik ilahələrinə bənzəyirdi. 
- Mən buna inanmaq istəmirəm, - dedim, - Yusiflə sən bunu necə bacardınız? 
Züleyxa gülməyinə ara verdi, ciddiləşdi. 
- Duşxana yadındadı? - başımla təsdiqlədim, - səni maraqlandıran hadisə orda baş verdi. Yerini 
rahatla və qulaq as... Ey, qulaq asırsan, - deyə o, mənim qayğılı baxışlarımı görüb, uzun, ətirli 
barmaqlarıyla burnuma toxundu.  
Mənim fikrim doğrudan da əncir ağacının yanında qalmışdı. Duşxanada Yusifi və onun qucağına 
sığınmış Züleyxanı təsəvvür edirdim. Düşüncələrim biədəb səhnələrlə zəngin idi.  
- Qulağım səndədi, - dedim.  
- Onda yaxşı-yaxşı qulaq as. Axı sən mənim həyat tarixçəmi yazmağa gəlmisən, elə deyil? - 
Başımla təsdiqlədim, dodağımın altında mızıldandım və "elədir" dedim. - Mən Yusifə 
vurulmuşdum. Hər gecə onun xəyalıyla yatırdım və qəribədir ki, yuxuda onun əzalarını 
görürdüm, anlayırsan da nəyi deyirəm... onu sığallayırdım. İçimdə, sanki bir şeytan vardı, daim 
məni duşxanaya sarı dartırdı. Yusif onu izləməyimdən duyuq düşmüşdü və son zamanlar 
duşxanaya axşamlar, qaranlıqlaşanda girirdi. Mən ona məktub yazdım, çatdırdım ki, axşam 
duşxanaya girəndə qapını daldan bağlamasın... Məktubu Qadir apardı. Hə, düzdü. Mən sözümün 
üstündə durdum və budlarımı ona göstərdim ...hə, döşlərimi də... Sən o zaman həyətdə yox idin
hara getdiyini də bilmirdim. Ona görə də məktubu səndən yox, ondan göndərdim. Əslində, sənə 
daha çox etibar edirdim. Niyəsini bilmirəm... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
17 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
"Ay səni, şeytan!" Bunu kim dedi? Yəqin hər ikimiz, ürəyimizdə və eyni zamanda. Bir-birimizə 
baxdıq. Baxışlarımız nüfuzediciydi. Bir anlıq pauzadan sonra o davam elədi: 
- Yəqin səni maraqlandırır ki, məndə bu şeytani hisslər hardan idi? Özüm də bilmirəm. Məgər 
dünyada hər şeyin izahı var? Amma mən uşaqlıqdan özümü qadın kimi hiss edirdim. Yalnız 
bircə dəfə kişinin qadını qucaqlamasını görmüşdüm. Düzdür, atamla anamı. Bəzi gecələrdə isə 
cürbəcür səslər. Pərdənin dalından gələn səsləri nəzərdə tuturam. Mənim içim yanırdı, odlanırdı. 
Mən yorğanın altında səhərə kimi qıvrılırdım, əvvəllər səbəbini bilmirdim, amma sonradan 
Yusifi hamamda lüt-üryan görəndə bu hissin nə olduğunu başa düşdüm... Ürəyim az qala 
ayağımın altına düşdü. Uçunurdum. Havasızlıqdaydım. 
- Sən Markiz de Sadı oxumusan? - deyə bu qəfil sualla onun sözünü kəsdim. 
- O kimdi elə? 
- Sadizmin yaradıcısı. 
- Yox, - başını buladı. 
- Sənin bu hisslərini o yazıb. "Ehtiraslı Tereza"da. 
- Tereza, Tereza, - deyə o dodağının altında bir neçə dəfə təkrar elədi, - yox, xatırlamıram, o da, 
yəqin mənim kimi gözəl olub?! 
- Gözəl, həm də cəlbedici. Onlar hər ikisi şeytan olublar. Tereza da, onun müəllifi də. Müəllif və 
qəhrəman dueti... 
Züleyxa mənə sınayıcı nəzərlərlə baxdı. Sonra isə: 
- Maraqlı deyilsə, danışmayım. 
- Nə danışırsan, maraqdan ölürəm. 
- Ələ salırsan məni? 
- Əstəğfürullah. Doğrudan, maraqlıdır... 
Boğaziçinin üstündən təyyarə keçdi. Züleyxanın gözləri yol çəkdi. Sonra öz-özünə danışırmış 
kimi davam elədi. Yəqin keçmişi xırdalıqlarına qədər xatırlamaq istəyirdi. 
- Mən içəri girəndə Yusif lüt-üryan duşun altında dayanmışdı. Heç nə demədim, dinməzcə 
paltarımı soyunub duşun altına girdim. Mən bunu kinoda görmüşdüm. O mənzərəni hər gün 
gözlərim önündə canlandırırdım. Sanki dəli olmuşdum, çıldırmışdım. Sonradan anlayıram ki, 
məni dəli eləyən ehtiras imiş, şeytani şəhvətiymiş. Yusifə sığındım. Onun bədəni sürüşkən və 
sıcağıydı. O, məni öpdü. Mən də ona cavab verdim. Sonra məni xalatının üstünə uzatdı və məni 
öpməyə başladı. Onda başa düşdüm ki, Yusif də məni sevirmiş. O, məni sevdiyini hər an təkrar 
edirdi... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
18 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Züleyxa danışdıqca mən həmin hadisəni təsəvvür edirdim, daha doğrusu, içimdəki şeytan qanımı 
coşdururdu. Qısqanırdım. "Qancıq" - ürəyimdə fikirləşdim. Bizə döşünün arasını da göstərməyi 
qıymırdı, amma Yusifə bütün bədənini təslim edib... 
- Ey, niyə fitkrə getdin? - Züleyxanın səsi məni şeytani hiss və düşüncələrdən ayırdı. - Yusiflə 
əlaqələrimiz üç aydan çox davam elədi. Bunu Fatimə bilirdi. O, hər gün məni hədələyirdi ki, 
atama deyəcək. Mənim vecimə də deyildi. Hamilə olmağımdan birinci anam duyuq düşdü. 
Həmin axşam atam məni səhərə kimi döydü və səhər açılmamış kəndə - babamgilə apardı. 
Amma burada da məni sakit qoymadılar. Anam mamaçaların birinin əliylə uşağımı saldırtdı. 
Mən buna heyifsilənmədim də. Çünki analıq hisslərim hələ oyanmamışdı. Mən sevilmək 
istəyirdim, güclü erkək qollarına ehtiyacım vardı. 
Hərdənbir Yusiflə görüşürdük. Bir bəhanəylə evdən çıxırdım. Biz hisslərimizi onun 
əmisioğlunun qarajında sərinlədirdik. Amma elə zaman gəlir ki, hisslər də tükənir. Yusif 
əsgərliyə - Qarabağa getdi və mən tək qaldım. Təklik məni sıxırdı. Məni şəhərə də buraxmırdılar. 
Evdə də gün verib-işıq vermirdilər. Anam məni özümdən yaşlı, dul bir kişiyə ərə vermək, 
bununla da onları gözləyən "rüsvayçılıqdan" canlarını qurtarmaq istəyirdi.  
Məni ömürlük ana olmaq şərəfindən xilas eliyən mamaça məni dilə tutdu ki, onun şəhərdə 
yaşayan rəfiqəsilə tanış olum. Bu tanışlıq mənim kimi gözəl qıza gərəkli olardı.  
 
Mamaçanın dediyi xanım doğrudan da qəşəng idi, kişilərlə dil tapmağı bacarırdı. Mən onun 
təklif etdiyi kişilərlə yatmalı olurdum. Bir gün Gülzar dedi ki, o qadının adı beləydi, yaxşı pul 
qazanmaq, həm də xarici gəzmək istəyirəmsə, onunla birgə Dubaya gedim. Pul-para da lazım 
deyil, istədiyim paltarı ala və geri qayıdanda yaxşı pula sata bilərəm. Mən Dubay adını bir neçə 
dəfə eşitmişdim. Bilirdim ki, ora alverçilərin məskənidir. Gülzar xanım öz tanışları vasitəsilə 
mənə xarici pasport düzəltdi və Dubay həyatım başladı. Anamgil buna etiraz etsələr də, babam 
mənim tərəfimi tutdu. "Onlar da müsəlmandılar. Müsəlmandan bizə zərər gəlməz", dedi. 
Kişilərdən öncə gözlərimi şəhər qamaşdırdı. Kişilərin göz qamaşdırması yalan sözdür. Qadınlar 
başqa. Qadınların qanında fosfor artıqdır. Ona görə də bəyaz qadınlar işıq saçır. Kişilər 
qaranlıqdan qorxduqlarına görə işıq axtarmağa məcburdurlar. Qaranlığı isə qadınlar əvəz edir. 
Belə olmasaydı, kişilər gecələr qadınların böyründə yatmazdılar. Bu, erkəklikdən çox, qorxunun 
əlamətidir... 
Dubay bu baxımdan kişi yox, qadınıydı. Bu şəhərdə bir qadınlıq cazibədarlığı vardı. Hamı ona 
sahib olmaq istəyirdi, ya heç olmasa, ondan nəsə qopartmaq ümidindəydi... 
Züleyxa danışırdı və mən onun bu təcrübəsinə, mülahizələrinə heyran olurdum. O, təkcə gözəl 
və güclü qadın yox, həm də fərqli müşahidə hissi olan adamlardanıydı... 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə