Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə72/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
225 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Elçinin bu romanları barədə hərarətlə söz açan cavan həmkarım Ə.Cahangirin çox dəqiq 
mənalandırmasına görə: «Onun əvvəlki yazıları üçün (söhbət «Yovşan qağayılar»dan gedir-
V.Y.) səciyyəvi olan oricinallıq cəhdləri, xüsusən də şüuraltı axın prosesini ətraf gerçəkliklə 
paralel vermək istəyi, bir-birinə daban-dabana zidd olan lirik və komik situasiyaların 
çulğalaşması, sosial-siyasi və əxlaqi-mənəvi imperativlərə qarşı etiraz ruhu, tarixiliklə 
çağdaşlığın vəhdəti, çağdaş problemlərin tarixi köklərinə varmaq ehtirası və bundan doğan 
çoxqatlılıq və s. kimi xüsusiyyətlər burada da özünü göstərir». 
 
Və bütün bu romanlarda fərd və cəmiyyət, insan və zaman, şəxsiyyət və gerçəklik kimi 
problemlər öz əksini tapırdı. 
 
Təbii ki, Elçin Hüseynbəyli bu problemləri yalnız bir romanında həll edə bilməzdi, hətta deyə 
bilərik ki, heç dörd romanında da tamamilə həll etmək mümkün deyildi. 
 
Buna hətta bir yazıçı ömrü də yetməz. 
 
Amma ayrı-ayrı, özü də müxtəlif taleli insanların faciəsini əks etdirmək baxımından hər bir 
roman oricinallığı ilə seçilir. 
 
O ki qaldı SİNTEZ məsələsinə…Bu, artıq dünya ədəbi prosesində mövcud olan roman 
poetikasına xas olan bir xüsusiyyətdir. 
 
Roman artıq öz əvvəlki stixiyasını, yönünü və istiqamətini dəyişə-dəyişə yeniləşməkdədir. 
 
Bu yeniləşmənin aqibəti necə olacaq, bunu indidən proqnozlaşdırmaq çox çətindir. 
 
Elçinin «Tut ağacı boyunca», «Balıq adam», «Yovşan qağayılar», «Metro vadisi» romanları da 
müasir Azərbaycan nəsrində belə təşəbbüslərdən biridir. 
 
Onun yaradıcılığından söz açan müəlliflər M.Prustun, yaxud Dostoyevskinin təsirini qeyd etsələr 
də, bir cəhəti unutmayaq ki, modern düşüncəli E.Hüseynbəylinin nəsrində sırf milli kolorit də 
güclüdür. 
 
*** 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
226 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Elçin Hüseynbəylinin birincisini roman-ekskürs, digərini isə roman-xronika adlandırdığı iki 
romanı da var: «On üçüncü həvari-141 -ci Don Juan» və «Şah Abbas». Müasir həyatdan, 
gerçəklikdən uzaq tarixi keçmişə adlamaq bizim bir çox yazıçılarımıza xas olan bir cəhətdir ki, 
bu artıq bir ənənəyə çevrilmişdir. 
 
İsa Hüseynovun müharibədən sonrakı Azərbaycan kəndinin təsvirindən, bu kəndin sosial 
faciələrinin inikasından sonra Nizami və Nəsimi dövrünə üz tutması, Elçin Əfəndiyevin «Bir 
görüşün tarixçəsi», «Şuşaya duman gəlib», «Dolça» əhvalatlarından sonra Azərbaycan tarixinin 
ən keşməkeşli bir dövrünə-XV əsrin qanlı, müdhiş hadisələrinə müraciət etməsi, yaxud Çingiz 
Hüseynovun «Məhəmməd, Məmməd, Məmiş»dən sonra Axundov əsrinə gedib çıxması bir 
kimsədə təəccüb doğurmur. 
 
Ancaq söhbət ondan getməlidir ki, yazıçı tarixə müraciət edəndə hansı prinsipləri əsas tutur. 
Tarixin müəyyən bir dövrünü əks etdirən roman hansı mərama xidmət edir. 
 
Və nəhayət, bu tarixi roman oxucuya hansı formada təqdim edilir? Axı, eyni üsulla, tarixdən bizə 
məlum olan bir şəxsiyyətin (dövlət xadiminin, sərkərdənin, söz ustasının) həyatından məlum 
tərcümeyi-halı bədiiləşdirib təqdim etmək yolu ilə yazılan əsərlər az deyil. Sadəcə «tərcümeyi-
hal» romanı…Elə deyilmi?. 
 
Yaxın tarixi keçmişin sovet yazıçısı, özü də bir çox tarixi romanların müəllifi S.Zlobinin bu gün 
üçün də əhəmiyyətini itirməyən bir fikrini xatırlatmaq istəyirəm: «Tez-tez bizim ədəbiyyatçılar, 
tənqidçilər «müasir» və «tarixi» roman anlayışlarını qarşı-qarşıya qoyurlar. 
 
Mən tarixi romandan söz açanda onu heç də müasir mövzuda yazılan romana qarşı qoymuram.  
 
Çünki «tarix» məfhumunun özü «müasir» məfhumuna qarşı qoyula bilməz. İndi və keçmiş-
bunlar bir-birinə zidd anlayışlar deyil. 
 
Tarix bu gün yenidən başlamaq üçün dünən qurtarmır. Bu, vahid prosesdir». 
 
Fikrimcə, Elçin Hüseynbəylinin «Don Juan» və «Şah Abbas» romanlarında da «tarixi» və 
«müasir» məfhumlarının qovuşduğu danılmaz bir həqiqətdir. «Don Juan»da müəllif özü də 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
227 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
romanın personaclarından birinə çevrilir, Azərbaycan Don Cuanının keçdiyi yolları sanki addım-
addım izləyir, həm tarixi yeni gözlə «oxuyur», həm də ulu babasının hərəkət və əməllərini, 
yanlışmı, doğrumu düşündüyünü maraqlı, cəzbedici bir sücet daxilində oxucuya təqdim edir. 
 
«Şah Abbas» romanı isə doğrudan da tarixi xronikadır və bizim bu tipli tarixi romanlar içərisində 
növbəti bir cəhddir ki, tarixi mənbələr və qaynaqlara istinad edib daha bir şəxsiyyətin ömür 
yolunu gözlərimiz qarşısında canlandırır. 
 
Burada ənənədən gələn bədii priyom və üsullarla qarşılaşsaq da, Elçin Hüseynbəylinin 
özünəməxsus bədii təsvir ustalığı, obrazları məhz canlı, koloritli boyalarla, həm də bütün 
mürəkkəbliyi ilə əks etdirmək məharəti diqqətdən yayınmır. 
 
*** 
 
Elçin Hüseynbəylinin nəsr yaradıcılığı haqqında bu ümumi fikir və mülahizələrimi yazıda 
nəzərinizə çatdırmaqda bir məqsədim oldu. 
 
O da bundan ibarətdir ki, onun yaradıcılığındakı bu «çevrilmələr» -həm mövzularının 
rəngərəngliyi, həm qaldırdığı problemlərin gərəkliliyi, həm də bunları özünəməxsus bir şəkildə 
bədii materiala çevirməsi, bu yolda dünya və milli ədəbiyyatda məlum və həm də yeni bədii 
priyomlarla oxucuya çatdırması onun oricinal yazıçı olmağını təsdiq edir. 
 
2004-cü ildə, Elçin Hüseynbəylinin «Balıq adam» kitabının müzakirəsinə həsr edilmiş 
yığıncaqda Xalq yazıçısı Anar belə bir söz söylədi: 
 
«Bu romanla bağlı Elçinə bir şeyi arzu edərdim. Mənə elə gəlir ki, o bir qədər realist olmaqdan 
qorxur, çəkinir. Halbuki, onun güclü cəhəti məhz incə realistik təsvirlərindədir. 
 
Amma o, elə bil düşünür ki, birdən ona deyərlər, sən dəbdən düşmüş üslubda yazırsan, bu, 
keçmiş etapdır və buna görə də, əsərinə modernizm elementləri qatır. 
 
Demək istəyirəm ki, modernizm elementləri olmasaydı da, mən bu əsəri maraqla izləyərdim
çünki orada insan taleyi, insan psixologiyası çox dəqiqliklə təsvir olunur». 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
228 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Bu sitatda mənim xüsusi vurğulamaq istədiyim fikir də məhz onun «realist olmaqdan 
qorxmasıyla» bağlıdır. 
 
Təbii ki, Elçinin bədii düşüncəsində modernizm çalarları güclüdür və yuxarıda adlarını çəkdiyim 
ilk dörd romanında siz bunu arayıb-axtarmaqda heç bir çətinlik çəkməzsiniz. 
 
Bəlkə də, E.Hüseynbəyli Anar müəllmin dediyi kimi, əsərinə modernizm elementləri qatır ki, 
onu ənənəçi adlandırmasınlar. 
 
Ola bilər. 
 
Budur, Elçin Hüseynbəylinin «Yolayrıcında qaçış» romanı («Azərbaycan» curnalı, 2010, № 10) 
onun nəsr yaradıcılığında artıq realist olmaqdan qorxmayan, həyat həqiqətlərini məhz realistik 
üslubla əks etdirən bir əsər kimi diqqəti cəlb etdi. 
 
*** 
 
«Yolayrıcında qaçış» müasir dövrün romanıdır və burada təsvir olunan hadisələr də bizə tanışdır. 
 
Mən romanın məzmununu təfərrüatı ilə danışıb sizi yormaq istəmirəm. Amma xüsusi bir qeydə 
ehtiyac var. 
 
Roman qloballaşan dünyada çaşmış insanlar barədədir. Və təsadüfi deyil ki, müəllif romanı elə 
bu cür də xarakterizə edir. 
 
Züleyxa və Fatimənin timsalında Qərb-Şərq ziddiyyətini qələmə alan müəllif əsərin ideyasını, 
qəhrəmanının dililə İstanbul konfransindakı çıxışında açıqlayır və bunu elə ustalıqla edir ki, 
əsərə yamaq kimi görünmür. 
 
Züleyxa Qərb düşüncəsinin, Fatimə isə Şərq təfəkkürünün daşıyıcısıdır və onların sevdikləri 
Məhəmməd bu ziddiyyətin qurbanı olur. 
 
Əsərdə iki azərbaycanlı qadının faciəli taleyi izlənilir. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
229 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Onlar çaşmış azərbaycanlıların rəmzidir. Əqlən qərbli qəlbən şərqli olan cavanlarımız 
qloballaşan dünyada çaşmağa məhkumdurlar. 
 
Züleyxadan başlayaq. 
 
Bu qadın zahirən çox gözəldir və başına gələn bütün bəlalar da onun gözəlliyindən gəlir. 
 
«Mən Züleyxanı tanıyırdım. Məhlədə onu «Malena», evdə Zülya çağırırdılar. Ona «Malena» 
adını kimin qoyduğunu bilmirəm…Məhlə uşaqlarının hamısı Züleyxa-Malenanı sevirdi. 
 
O, bir şeytan idi. Kişilər bu mələksifət, dəcəl qıza vurulmuşdu. Məhlə arvadlarının onu görməyə 
gözü yox idi». 
 
Bu gözəl qızın-Züleyxanın faciəsinin mənbəyini müəllif ilk növbədə, onun özündə axtarır. 
 
Yəni, bu obraz bizim bir çox nəsr nümunələrində adət etdiyimiz gözəllər tipinə aid deyil. O 
gözəllər ki, onların əxlaqı zahiri gözəllikləri ilə ziddiyyət təşkil eləmirdi. 
 
Və həmin gözəllər yalnız kənar qüvvələrin təsirilə təcavüzə, zorakılığa uğrayıb bədbəxt 
olurdular. Züleyxa-Malena isə çox sərbəstdir və elə həddi-büluğa çatan kimi öz gözəlliyini 
xərcləməyə başlayır. 
 
Şərq ədəbiyyatında ənənəvi Yusif-Züleyxa macərası bu əsərə də təsirsiz qalmır, bu əsərdə də 
Züleyza Yusifə aşiq olur, dastanın prozaik bir «versiyası» yaranır. 
 
Amma bir qədər fərqli. Yusifin yaraşıqlı boyuna, idmançı qamətinə vurulan Züleyxa bir neçə 
cəhddən sonra istədiyinə nail olur. 
 
Züleyxa məhlənin uşaqlarına «kim mənə Yusifin ora girdiyini xəbər eləsə, döşlərimi ona 
göstərərəm» deyir və cilovlaya bilmədiyi ehtiraslarını gizlədə bilmir. 
 
Nəhayət, o, Yusifgilin duşxanasına girib «məsələni» elə oradaca həll edir. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
230 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Daha eşq yolunda çəkilən sürəkli əzab-əziyyətə ehtiyac qalmır. Sonra isə məlum olur ki, Züleyxa 
Yusifdən uşağa qalır. 
 
Atasının və bacısı Fatimənin qəzəbinə düçar olan Züleyxanın yolları Dubaydan keçir, sonra bu 
yollar onu Türkiyəyə aparıb çıxarır. Orada zəngin olur, şəkli qəzetləri bəzəyir. 
 
Məhlə uşaqlarından biri –artıq böyüyüb yaşa dolmuş Curnalist Züleyxanın Türkiyədə yaşadığını 
öyrənir və onu axtarmağa başlayır. 
 
Bu axtarış uğurlu alınsa da, az sonra həmin curnalist Züleyxanın qətli barədə məlumatı oxuyur. 
Onu kim öldürüb? Bu qətl vacib idimi? 
 
Bu suallara az sonra cavab verəcəyik. 
 
Burada həmin SİNTEZ məsələsi yada düşür. Elçin Hüseynbəylinin üslubuna xas olan bir 
xüsusiyyət bu əsərdə də bariz şəkildə nəzərə çarpır. 
 
Elçin romana həqiqətən macəra ünsürü qatır. Züleyxanın bacısı oğlu Məhəmməd anasının 
təkidilə Türkiyəyə yollanır. «Get, o qancığı öldür. 
 
Öldürməsən, südümü sənə halal etməyəcəm!-Anası onu yola salmazdan öncə bu sözləri dedi və 
dəsmala bükülü pulu çıxarıb verdi» -Məhəmməd də bu qətli həyata keçirmək üçün xalasını 
axtarmağa başlayır. 
 
Yəni Şərq –İslam təfəkkürünün daşıyıcısı olan Fatimə Qərb əxlaqına üsyan edir.  
 
Məhəmmədin axtarışının özü bir macəra xarakteri daşıyır. 
 
Məhəmmədin terrorçu bir dəstəyə qoşulması və sonra görünməz olması («Məhəmməd ağ suların 
dalğasında xalasına tərəf qaçırdı… 
 
Amma qarşıda gəmi əvəzinə uçurum və qapqaranlıq dərə vardı») bu macəranın faciəli sonluğu 
kimi yadda qalır. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
231 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Elə Züleyxanın Dubayda yaşadığı illər də macəra təsiri bağışlayır. 
 
Ancaq bütün bu macəralar romanın realist axarını zəiflətmir. 
 
Çünki müəllifin təsvir etdiyi səhnələr yaşadığımız gerçəkliyin sosial-mənəvi ab-havasını əks 
etdirir. Ona görə də əsərə heç vəchlə «macəra romanı» demək olmaz. Macəra yalnız hadisələrin 
tipini müəyyənləşdirir. 
 
Zənnimcə, E.Hüseynbəyli romanda iki xətti əsas götürüb. Birincisi; Qadının fərdi həyatı. 
İkincisi; Qadının sosial həyatı və cəmiyyətin bu fərdə münasibəti. 
 
E.Hüseynbəyli Züleyxanı, onun fərdi həyatını ideallaşdırmır. İdeallaşdırmaq üçün heç bir əsas 
yoxdur. Lakin ona fərdi yanaşaq. 
 
Bəli, bir insan kimi, qadın kimi yanaşanda Züleyxa çox sərbəstdir. Bu sərbəstlik onu uçuruma 
sürükləyir. 
 
O, bunu anlayırmı? 
 
Təbii ki, anlamır və lap anlasaydı da, onun fərdi həyatı dəyişməzdi. Ona görə də, burada müəllif 
«diqtəsi» hiss olunmur. Züleyxa Anarın yaratdığı Təhminə deyil. 
 
Təhminə zərif, incə ruhlu bir qadın idi və mühitin ona ünvanladığı böhtanlardan yuxarıda 
dayanırdı. Züleyxa Təhminə ucalığına qalxa bilməzdi, çünki yolu duşxanadan və Dubaydan 
keçir. 
 
Amma Züleyxanı da hissiz, duyğusuz, yalnız ehtiraslarla yaşayan yaxud kişilərdən intiqam 
almağa çalışan fenimist qadın kimi qələmə vermək olmaz. 
 
O, müasir dövrün öz bağrından qopan bir tipdir. 
 
Dini elmləri oxuyur, musiqi sənətini, rəssamlığı duyur, dünyanın gözəlliklərindən feyz alır. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
232 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Lakin həyatında qadına lazım olan, onu ruhən bütün pisliklərdən qoruyan bir şey çatışmır-
SEVGİ. Əgər müqayisə etsək, deyə bilərik ki, Anarın Təhminəsini məhz SEVGİ xilas etmişdi. 
 
Mənim üçün Züleyxanın fərdi həyatı ilə bağlı bir məsələ qaranlıq qaldı. Obrazın mənəvi ya 
cismani aləmini səciyyələndirərkən onun xarakterinin formalaşmasını müəyyənləşdirən stimulu 
açıqlamaq lazımdır. 
 
Züleyxa isə əsərə hazır şəkildə ehtiraslı-məhləsindəki idmançı Yusifə özünü təslim etməyə can 
atan bir personac kimi daxil olur.Haradan gəlir bu qadın çılğınlığı. 
 
Niyə onun ekiz bacısı Fatimə tamam ayrı bir əxlaqın yiyəsidir, Züleyxa yox? 
 
İlk baxışdan bu məsələ qaranlıq qalır, əslində isə hər şey mahiyyətdən bəlli olur. Çünki orta 
statik azərbaycanlının bir tətrəfi qərbli, bir tərəfi şərqlidir. 
 
Züleyxa obrazı ilə bağlı ikinci xətt onun sosial həyatı və cəmiyyətin, mühitin ona münasibətidir. 
Təbii ki, bu xəttin birinci tərəfi-Züleyxanın sosial həyatı zəifdir. 
 
Dubayda, qadın həbsxanasında gözəllik müsabiqəsinin qalibi olmaq, ya da Türkiyədə «Bahar 
çiçəkləri» gözəllik salonunun sahibi olmaq obrazın sosial həyatının göstəricisi deyil. 
 
Fərdin sosial həyatı məfhumu geniş anlayışdır. Lakin bu məsələdə müəllifi qınamaq olmaz. 
 
Onun məqsədi heç də bu deyil, çünki əvvəli bədbəxtlikdən başlanan bir ömür yolu, valideynləri 
tərəfindən lənətlənmiş, qadına əşya kimi baxan kişilər tərəfindən alçaldılan bir qadının həyatı 
onun ictimai aləmdə seçilmək, fərqlənmək üçün heç bir stimul yaratmadı. 
 
O, yalnız gözəlliyinin hesabına müvəqqəti xoşbəxt ola bilərdi. 
 
Və oldu da. Amma əksər gözəllərin həyatı faciə ilə bitir və Züleyxa da belə bir faciənin qurbanı 
olur. Buna oxşar aqibəti Fatimə xanım oğlu Məhəmmədin timsalında yaşayir. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
233 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd yaxınlarının çaşması ucbatından yolunu azır və görünməz uçuruma yuvarlanır. 
Müəllifin fikrincə qloballaşan dünyada insan çaşir, yolunu azır, nəticədə ya terrorçuya, ya 
fahişəyə, ya da qatilə çevrilir. 
 
Cəmiyyətin, mühitin personaclara münasibətinə gəldikdə isə, burada müəllif iki meyli nəzərə 
çarpdırır. Birincisi; Fatimə-Məhəmməd timsalında Züleyxa inkar olunur («Get, o qancığı 
öldür!»). 
 
İkincisi, Züleyxa-Məhəmməd timsalında Fatimə rədd edilir. Amma yaşadığı mühit nə Fatiməni, 
nə də Züleyxanı rədd edə bilir. 
 
Bayaq dediyimiz kimi, çağdaş azərbaycanlı əqlən avropalı, qəlbən azərbaycanlıdır. 
 
O, elektron vasitələrdən qərb dəyərlərini əxz edir, ailədə isə şərq qaydaları ilə yaşayır. 
 
Bu əsəsrdə maraq doğuran Züleyxadır. Çünki əsər onun üzərində qurulub. Qarışıq Turkiyə 
muhiti Züleyxanı rədd etmir. 
 
Əksinə, onu qəbul edir, gözəlliyini reklama çevirir və bundan bəhrələnir. 
 
Dünyanın demokratiyaya, insan azadlığına qənim kəsilmədiyi bir dövrdür və belə bir dövrdə 
Züleyxaların yaşam tərzinə qadağa qoyula bilməz. Bir növ, cəmiyyətin bu günkü durumunda 
Züleyxalar istisnalıq təşkil etmir. 
 
Əlbəttə, romandakı obrazları bircə-bircə təhlil etmək fikrim yoxdur, bundan imtina edirəm. Əsas 
Züleyxa və Fatimə obrazları idi ki, onlarla bağlı bəzi fikirlərimi oxucularla bölüşdürdüm. 
 
Elçin Hüseynbəylinin yazıçı ustalığının və səviyyəsinin bu romanda artımı hər səhifədə hiss 
olunur. Xüsusilə, romanın lüğət tərkibini zəngin və çeşidli hesab edirik. 
 
Elçin oxucunu ələ almağı bacaran, təhkiyəsində lazım olan məqamları tutmağı bacaran bir 
yazıçıdır. O, ayrı-ayrı məkanın, yaxud hadisənin, olayın daha təsirli və koloritli təsvirində 
ustadır. Xüsusilə, bunu Züleyxa obrazı barədə söyləyə bilərəm. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
234 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Diqqət və hədəf hər bir səhifədə Züleyxadır, onun hərəkətləri, əməlləri, ona aid nə varsa, 
təhkiyəçinin nəzərindən yayınmır, bircə daxili dünyasını çox az müşahidə edirik. 
 
Elçin Hüseynbəylinin «Yolayrıcında qaçış» romanı, zənnimcə, çağdaş nəsrimizin uğurlu 
nümunələrindən biri kimi qarşılanacaq. 
 
Onun nəsri, belə demək mümkünsə, yeni bir çeşidi ilə diqqəti cəlb edir və hələlik, bu, istedadlı 
nasirin yaradıcılığında sonuncu olmayacaq. 
 
Qloballaşmanın beyinlərə və şüurlara hakim kəsildiyi bir vaxtda bu cür əsərin yazilması 
peşəkarliğa və vəvtəndaş mövqeyinə bir işarədir. 
 
/"525-ci qəzet"/ 

Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə