Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə9/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
23 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
düşürdü, bəziləri intihar eləmək barədə fikirləşirdi, amma ürəkləri gəlmirdi. Həyatdan əl çəkmək 
elə də asan deyil. 
İlk günlər mən də həyata inamımı itirmişdim, amma getdikcə özümü ələ almağa başladım. 
Bəzilərini həyata yaxınları və övladları, bəzilərini sevdikləri və düşmənləri bağlayırdı. Məni 
həyata bağlayan tellər zəif olsa da, burada ömürlük qalmaq fikrim yoxuydu və hansı yollasa 
buradan çıxmaq istəyirdim.  
Müxtəlif peşə sahibləri arasında biz çoxluq təşkil edirdik. Həbsxana rəisi Mahmud adında 
heyvərənin biriydi, adam ondan iyrənirdi. O, fahişələri tez-tez otağına çağırır və istədiyini 
almayınca əl çəkmirdi. Mənə xüsusi münasibəti vardı. Ayrıca otaq ayırmışdı və bütün şəraiti 
yaratmışdı. 
Bilmək istəyirsən ki, onunla yatırdım, ya yox. Cavab birdir: "Hə". Başqa necə ola bilərdi ki? 
Gözəllik müsabiqəsi də başlamışdı. Onunla yatmağa razı olmasaydım, məni müsabiqəyə 
buraxmayacaqdı. Hə, dediyim həbsxanada gözəllik müsabiqəsi keçirilirdi. Amma qapalı. 
Müsəlman ölkəsidir axı. Nədir, inanmırsan? 
- Bəs dedin axı, səni orada bir ay saxlamalıydılar? Amma elə danışırsan ki, elə bil, illərlə orada 
qalmısan. 
- Ah, unutmuşdum. Orasını demədim axı. Mahmud, əclaf, məni türmədən buraxmaq istəmirdi. 
Ona görə də üstümə ayrı bir cinayət işi yazdı. Guya, mən nəzarətçi polislərə rüşvət təklif 
eləmişəm. Orada isə belə məsələlərə pis baxırlar. Həmin iş üzrə məhkəmə uzanırdı. Çünki 
məhkəmə həbsxanada keçiriləcəkdi. Bu isə Mahmuddan asılıydı. Ona görə də yeddi aydan çox 
orada qalası oldum. Mahmuda baxa-baxa ətimi də tamam tökdüm. 
Bir şey pis idi ki, o, məni yorurdu, boş vaxtı olan kimi yanıma qaçırdı. Porno-kinolardan 
öyrəndiyi bütün pozaları sınaqdan keçirirdi, mənim üstümdə eksperimentlər aparırdı. 
Müsabiqəyə Dubaydakı bir neçə həbsxanadan "gözəllər" gəlmişdi. Şərtlərə görə, yaxşı oxumalı, 
rəqs eləməli və hansı dildə olur-olsun şeir oxumalıydın. Mən də şeir oxudum. Öz şeirimi, daha 
doğrusu, ağlıma gələn misraları şeir əvəzinə sırıdım onlara. Bizdə hamı oxumamış şairdir axı. 
Əsasını, yəqin, bilirsən. Gözəl bədən quruluşu, amma lüt-üryan münsiflərin qabağında 
dayanmalısan və birinci yeri tutmaq istəyirsənsə, onların hamısına o məsələ... Münsiflər də ki, 
özün bilirsən də... Hamısı varlı-hallı. Ora elə-belə adam gəlmirdi. Gərək cibin və portmanatın 
dolu olaydı. 
Mahmud əvvəlcə bu şərtə razı olmadı, yəni onların mənimlə növbə ilə yatmaqlarına... Amma 
məni tamam itirəcəyindən qorxdu və taleyinə boyun əydi.  
Müsabiqədə qalib gəlməyim həyatımı tamam dəyişdi. Mənim çılpaq şəkillərim internetdə 
yerləşdirildi, Dubayda çıxan ingilisdilli qəzetlərin birində qısa məlumat verməklə kifayətləndilər. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
24 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Xaricdə isə məlumatlar gen-bol yayılmışdı. Çünki müsabiqənin təşkilatçılarından biri 
Almaniyanın hansısa feminist qurumuydu.  
Bu müsabiqə ərəb ölkələrində böyük hay-küyə səbəb oldu. İslam fanatları həbsxana rəhbərliyini 
və bizi ölümlə hədələməyə başladılar. Hətta bir neçə dəfə həbsxanaya basqı da yapdılar, oranı 
yandırmaq cəhdləri də oldu. Allahım məni bu dəfə də darda qoymadı. Nədir, elə bilirsən, 
fahişələrin allahı olmur?  
Təbii, son sözlər mənə ünvanlanmışdı və mən müdrik adamlar kimi susurdum.  
- Bir gün həbsxanada hamı bir-birinə dəydi. Bizə tapşırdılar ki, otaqlarımızı səliqəyə salaq və 
gələcək qonaqların yanında artıq-əskik danışmayaq. Sonradan bildim ki, gələn qonaq Türkiyənin 
Dubaydakı konsulu Orhun bəydir. O, həbsxanada saxlanılan soydaşlarına baş çəkməyə gəlmişdi. 
Deyəsən, burada saxlanılan qadınlardan kimsə kənara məktub ötürə, vəziyyətinin pis olduğunu 
çatdıra bilmişdi. Biz həmin qadının kimliyini sona qədər öyrənə bilmədik. 
Həbsxanada saxlanılan qadınların vəziyyətinin çox yaxşı olduğunu göstərmək üçün türkiyəli 
elçini mənim də kamerama gətirdilər. Əslində, o, mənə görə həbsxanaya gəlibmiş. Orhun bəy 
mənim şəklimi görən kimi aşiq olmuşdu və sonralar bunu etiraf etdi. O, yaraşıqlı bir insan idi. 
Saçları çallaşmışdı, yaşı 50-ni haqlamış olardı. Mahmudla danışıb ki, məni satsın, yəni para 
əvəzinə, vaxtından əvvəl azadlığa buraxılmağım haqqında məsələ qaldırılsın. Öz qiymətimi hələ 
də bilmirəm. Hər halda, az məbləğ olmaz, yəqin. 
Mənim həbsxanadan çıxmağım və Dubaydan getməyim Mahmuda da sərf edirdi. Gözəllik 
müsabiqəsinin qalibi olan bir fahişədən canını qurtarmaqla islamçıların hədələrindən də azad 
olardı. Həm də onun mənim barəmdə uydurduğu cinayət işi qondarmaydı. Bunu çoxları bilirdi. 
Orhun bəy müsabiqəyə təsadüfi tamaşaçı kimi gəlməmişdi. Onun Dubay zənginləri və yüksək 
rütbəlilərilə geniş əlaqələri vardı. Atasının hesabına. Atası bir zamanlar burada hərbi attaşe 
olmuşdu. O biri tərəfdən isə Azərbaycan özünün konsulluq səlahiyyətlərini müvəqqəti Türkiyəyə 
vermişdi. Çünki yenicə müstəqil olmuşdu və xaricdə elçilikləri yoxuydu. 
Bütün bunları mən sonradan bildim, daha doğrusu, Orhun bəy özü mənə danışdı. Yoxsa ki, mən 
bu diplomatik məsələləri haradan bilirdim?!  
Həbsxanadan bıraxılan kimi, yəni ölkə ərazisindən hələ çıxmamış konsulun maşını məni səfirliyə 
gətirdi. Şərtə görə, mən buradan ekstradisiya olunmalıydım, öncə İstanbula aparılmalı, sonra 
Bakıya göndərilməliydim. Biz gecə reysilə İstanbula gəldik. Ah, gözəlim İstanbul! Yəqin 
anlayırsan ki, mən Bakıya qayıtmadım. Orhun bəy bu məsələni necə həll elədi, öyrənə bilmədim. 
O, ciddi məsələləri mənimlə müzakirə etmirdi.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə