Elə bil çovğunun sonu olmayacaqdı



Yüklə 293,58 Kb.
tarix21.06.2018
ölçüsü293,58 Kb.
#50434

 Elə bil çovğunun sonu olmayacaqdı. Bir həftəydi, ya on gün idi, ac canavar kimi ulamaqdan yorulmurdu. Son üç günü əksər məhəllələrdə işıq xətləri qırılmışdı deyə, şəhərin bir tərəfinə soyuq qaranlıq çökmüşdü. Çovğun başlayan gündən də qaz kəsilmişdi. İndi də, deyəsən, su boruları donurdu… dar ayaqqabının içində sıxılan kimi, şaxtanın donundan sıxılıb çıq-çıq çıqqıldayırdı.

    ...Hava qaraldıqca, qaranlıqla bir Talıb kişinin canına damla–damla vahimədolurdu.

       Çovğun bir müddət əvvəl Talıb kişinin yuxusuna ağ saqqallı, ağ əbalı nuranibir adam girmişdi. O, Talıb kişinin əlindən tutub yatağından qaldırmış, arxasıncaçəkə-çəkə, harasa, ucu-bucağı görünməyən ağappaq səhralığa bənzər qəribəbir yerə aparmışdı... elə oradaca əlindən buraxıb qeybə çəkilmişdi və Talıb kişikülək uğultusuyla dolu həmin o səhralıqda təmtək qalmışdı... sonra necəolmuşdusa, ayağının altında yer tərpənmişdi və Talıb kişi aşağı baxıb görmüşdüki, sən demə, bayaqdan bəri donub qaldığı yer – səhnədi… bir qədər irəlidəaşağıda, əllərində musiqi alətləri, saysız-hesabsız musiqiçidən ibarət böyük orkestronun işarəsini gözləyir... onda Talıb kişini elə səhnədəcə ağlamaq tutmuşdu...bədənində, çoxdannan bəri yadırğadığı tanış istiliyi hiss eləmiş, bir vaxtlar elədiyikimi, saçlarını sığallayıb əllərini havaya qaldırmışdı… gözlərini yumub orkestrəbaşlamaq işarəsi vermişdisə də, orkestr çalmamışdı… onda Talıb kişinin qollarıyanına düşmüşdü, vahimədən dizləri əsməyə, ürəyi zəifləməyə başlamışdı,dayandığı yerdəcə donub qalmışdı... orkestrin musiqiçiləri alətlərini kənaratullamış, tələsik hərəkətlərlə yuxarı dırmanıb zalın ortasında yekə bir xəndəkqazmağa başlamışdılar, ordan səhnəyə çıxıb dəmir kimi soyuq əlləriylə Talıbkişinin qollarından yapışmış, sürüyə-sürüyə onu aşağı düşürüb xəndəyəyıxmışdılar… bayaqdan bəri onun işarəsini gözləyə-gözləyə əllərində saxladıqlarıviolonçel və skripkaları da üstünə atıb torpaqlamağa başlamışdılar... torpaqağzına, boğazına dolub nəfəs yollarını tıxadıqca, skripkaların ucuiti kamanısinəsini, qabırğalarını dəlib qanatdıqca, Talıb kişinin bu işıqlı dünyada son dəfəgördüyü – göydən lopa-lopa yağan qar olmuşdu...

...Həmin o qar idi... yuxusundan başlayıb düz on gün idi yağırdı... Çovğununiçindən burulğan tək göyə sovrulub pəncərələrə çırpılırdı, sanki şüşələri qırıb içəri dolmaq, yuxunun sonluğundakı kimi, Talıb kişinin üstünə yağmaq istəyirdi…

        …Yatağından qalxıb stolun siyirtməsini çəkdi, dərmanlardan çıxarıb bir-birdilinin altına qoydu, pəncərənin qabağına keçib bir müddət pərdənin arxasındançovğunun, tufanın içində itib–batan şəhərə baxdı. Şəhər görünmürdü.

Bütün günü telefon da zəng çalmamışdı. Elə bil şəhərdə olan-qalan qohum-əqrəbanın, tanış-bilişin hamısını çovğun sorub aparmışdı. Ya harasa, hayanasaköçüb getmişdilər?!..

– Talıb, a Talıb...

– Ay can.

     …Talıb kişinin qarısı idi. Hələ lap cavanlıqdan xırdaydı, qocalıb, indi az, qalafındıq boyda olmuşdu, çarpayının tən ortasında, yorğanın bir ucunun altındadovşan kimi yığılıb bapbalaca, oynaq gözləriylə ona baxırdı.

– Qorxuram nəsə.

– Nədən qorxursan?..

– Bu nə çovğundu, a Talıb? Heç Bakıda belə çovğun olduğu yadına gəlir?..

Talıb kişi qarının ayaq tərəfində oturdu, əlini onun bumbuz alnına çəkdi:

– Ürəyin necədi indi?..

– Bir az babatdı. – qarı deyib udqundu.

– Sən çalış, yat. 

– Elə bütün günü yatıram. Nə qədər yatmaq olar?..

– Nə qədər yatsan, bir o qədər yaxşıdı.

– Bu il yazın gəlməyi nə uzun çəkdi?! Mart qurtarır, yazdan isə əsər əlamətyoxdu.

– Olar da, niyə tələsirsən?.. Cavanlığından belə hövsələsizsən. – Talıb kişi dedi vəo dəqiqə də dediyinə peşman oldu.

Qarı, cavanlığından söz düşəndə, həmişə niyəsə məyus olurdu, balaca, qırışlı üzüyığılıb, az qala, nöqtəyə dönürdü.

– Talıb...

– Hə.

– Yazın birinci əlaməti nədi, əgər bildin?!.



– ...

– Hə?.. Niyə dinmirsən?..

– Fikirləşirəm.

– Burda fikirləşməli nə var ki?!..

– Yəqin yağış olar da.

– Hə, yağışdı... O yağışın bir cür qəribə qoxusu olur...

– Qoxusu?.. Suyun da qoxusu olar?..

– Bəyəm bilmirsən?.. Yaz yağışından həmişə ot iyi gəlir.

– Sən həmişə hər şeyi tərs-mayallaq deyirsən. Yazda təzə ot bitir deyə, yağışyağanda hər yanı otun iyi bürüyür.

– Hə. Sən məndən ağıllısan.

– Qışın ömrünə az qalıb daha. Bir azdan havalar isinəcək, quşlar oxuyacaq,işığımız düzələcək, televizor işləyəcək...

– Telefon da, deyəsən, işləmir, hə?.. Heç zəng eləyən olmayıb bu gün. Elə bil lapadadayıq.

Qarının bu sözündən Talıb kişinin bədənindən soyuq gizilti keçdi. Yenə o gecəkivahiməli yuxusu düşdü yadına.

...Ayağa qalxıb başmaqlarını sürüyə-sürüyə mətbəxə keçdi. Mətbəx lap qaranlıqidi, xırda pəncərələri küləyin gücündən əsim-əsim əsirdi.

Əlini bufetin siyirtmələrində gəzdirib dünən yandırdığı yarımçıq şamı tapdı, alışdırıb nəlbəkiyə yapışdırdı, əlləri əsə-əsə otağa apardı…

Çovğunun soyuğu elə bil evin içinə də dolmuşdu. Külək qaranlıq dəhliz boyuulayır, pəncərə pərdələrini vahiməli-vahiməli yellədirdi.

Talıb kişi şamı gətirib nahar masasının üstünə qoydu, özü də yaxındakı stulaoturdu.

Qarının səsi çıxmırdı, yorğanın altından xırda başı, bir də quş caynaqlarına oxşarbalaca, sümüklü əlləri görünürdü. Dinməz-söyləməz uzanıb qaranlıq tavanabaxırdı.

Talıb kişi şamı götürüb yatağın böyründəki dolabçanın üstünə qoydu, dikələndədayandığı yerdə ləngər vurdu. Yenə ürəyi idi… zəifləyib bütün bədənini əldənsalmaq istəyirdi...

“Daha dərman da kar eləmir.” – Talıb kişi fikirləşdi.

– Talıb, a Talıb...

– Ay can.

– Elə bil daha dərman da kar eləmir mənə.

Talıb kişi çarpayının ayaq tərəfində – döşəyin üstündə oturdu, nəfəsini dərib:

– Hamısı soyuqdandı əzizim. – dedi. – Soyuq damarları sıxır, qoymur qan yaxşıişləsin. – bunun ardınca istədi desin ki, “bəlkə, su qızdırıb isidicini  ayaqlarınadöşəyim?”, yadına düşdü ki, nə qaz var, nə işıq.

– Yuxun gəlmir?..

– Yox. – qarı başını sərçə başı kimi tərpədib susdu, sonra gözlərini döydü.

– Talıb...

– Hə.

– Qorxuram.



– Nədən qorxursan, yatmaqdan?..

Qarı başını tərpədib “hə” dedi.

– Mən ki, yanındayam, nədən qorxursan?.. – dedi və şamın öləziyən işığındaqarının heç nə ifadə eləməyən üzünə baxdı.

– Sən yanımda olanda heç nədən qorxmuram. – qarı haçandan haçana, tavanabaxa–baxa dedi. – Sən güclüsən. Həkim də demişdi. Yadındadı, həkim nədemişdi?..

– Nə bilim?.. Demişdi də…

Hiss elədi ki, danışmağa heyi yoxdu, ürəyi, cərəyanı azalan əl lampası kimitədricən sönür...

– Yox, de.

– Nə deyim?..

– Həkim nə demişdi, onu.

–Demişdi, bədənim çox sağlamdı.

– Hə...

Qarı “hə”–nin axırını uzada–uzada dedi və elə bil rahatlandı, sonra qırıq-qırıqəsnədi.



Gözlərini qıyıb qarının üzünə diqqətlə baxdı və az qaldı qorxudan ürəyi dayana.

Qarının ağzının bir tərəfi əyilmişdi. Nə vaxt əyilmişdisə, görməmişdi. Ən pisi isə oidi ki, qarı, deyəsən, ağzının əyildiyini hiss eləmirdi.

Qarısının ağzına baxıb kövrəldi, gözləri doldu, yadına bu bəstəboy qadınıncavanlığı, ağappaq şümal dərisi, cazibəli gözləri düşdü… Onların heç birindənəlamət yox idi. Hər şey qurtarırdı, bitirdi, sönürdü...

Talıb kişi belə fikirləşdikcə, ürəyi tamam zəifləyirdi, çovğununsa gücü elə bil bir azda artırdı.

Qarı ərinin onun üzünə zilləndiyini görüb xırda, heysiz əlləriylə yorğanın ucunuburnunacan çəkdi.

– Niyə elə eləyirsən? Nəfəsin daralar. – Talıb kişi dedi və yorğanı qarının üzündənçəkmək istədisə də, qarı yorğanın ucunu buraxmadı:

– Baxma mənə. – deyə yorğanın altından quş kimi bippildədi.

– Niyə, əzizim?..

– Elə bil ağzım keyiyib.

– O sənə elə gəlir.

  Çovğun cuşa gəlib qapı-pəncərələri yerindən oynadır, elə bil qaranlıq, kimsəsizadada təmtək qalmış qocaları qorxutmaqdan zövq alırdı...

– Talıb... – qarının səsi yorğanın altından güclə eşidildi.

– Hm.

– Qoyarsan mən ölüm?..



Qarının bu sözündən ürəyi sıxılsa da, zorla gülümsündü:

– Mən ölmüşəm ki, sən öləsən?..

Talıb kişinin bu sözlərindən qarının çuxura düşmüş gözlərində sevincə oxşar zəifişartı yanıb–söndü.

Kişi isə aradabir büdrəyib dayanan ürəyinin zəif əzələlərini bircə-bircə hiss elədi… Ürəyinin əzələləri tiftiklənmişdi, bunu o, necəsə, dəqiq hiss eləyirdi. Ürəyi daha ona tabe olmurdu. Dərmanlardan da imtina eləyirdi.

Sonra çovğunun ətürpədən uğultusundan oldu, ya otağın qaranlığı ürəyini sıxıb əzdi, nə oldusa, birdən–birə havası çatmadı… Əli ilə bir neçə dəfə sinəsinin ortasını döyəclədi və yalnız bundan sonra sinəsinin dərin guşəsindən, suyun altından çıxantək, bir neçə hava qabarcığının boğazının içinə dolduğunu hiss elədi. 

Fikirləşdi ki, bəlkə, birtəhər geyinib qarısını da bələyib sürünə–sürünə də olsa, havaya çıxsın?!.. Sonra yadına düşdü ki, işıq yoxdu axı?! Demək, lift də işləmir, bu qədər mərtəbəni necə düşüb–çıxacaqlar?.. Liftin işləməməyindən lap vahimələndi. Demək, çovğun qurtaranacan elə burdaca – göyün üzündə qalmalı olacaqdılar…

Qəribəydi ki... – Talıb kişi çarpayının taxtasına dirsəklənib ürəyini ova-ova fikirləşdi – qonşuların da səs-səmiri gəlmir. Elə bil hamı çovğunun əlindən qaçıb harasa uzaqlara, isti, işıqlı yerlərə köçüblər. İndi çovğunun içində itib-batan bu görünməz şəhərin ortasında, bu qar-qiyamətin içində qarısıyla qalan bircə o idi elə bil…

– Talıb…


– Hm.

– Bu il elə bil yaz olmayacaq.

– Elə şey olar?..

– Niyə olmur?!.. – qarı danışdıqca elə bil nəfəsi təngiyirdi.

– Deyirsən, bu qar – çovğunun ardınca birdən-birə yay gələcək?..

– Hə. Yaydan zəhləm gedir. İstidə təzyiqim düşür.

  Talıb kişi hiss elədi ki, gözləri qaralır, bədəninə soyuq tər gəlir.

  Özünü dikəldib zorla da olsa, ayağını ayağına aşırdı. Bilirdi ki, belə oturandaəzəmətli görünür. Yorğanı qarının üzündən çəkib:

– Sus, əzizim, danışma – dedi. – Sənə danışmaq olmaz.

– Sakitlikdən qorxuram.

– Niyə?..

– Onda küləyin səsi gəlir. Bir də külək pəncərələri tərpədir...

– Burda qorxmalı nə var ki?.. Külək əsəndə pəncərə titrəyər də.

– Talıb…


– Hm.

– Elə bil bu külək nəsə istəyir.

– Nə istəyir?..

– Bilmirəm.

– ...

– Eşidirsən necə ulayır?.. Elə bil ağlayır. Ürəyim sıxılır.



– Dedim axı sənə, danışma.

Talıb kişi bütün qüvvəsini toparlayıb birtəhər qarıya sarı əyildi, qurumuşdodaqlarıyla onun alnından öpdü:

– Sakit uzan, mən danışım, sən qulaq as.

– Danış Talıb, amma çox danış. Bir də bərkdən danış.

Talıb kişi nəfəsini dərdi, qurumuş diliylə dodaqlarını yalayıb uzun-uzadı yolahazırlaşan adamlar kimi, bir neçə saniyə susub nəfəs dərdi, sonra boğazınıarıtlayıb lap astadan, az qala pıçıltıyla danışmağa başladı:

– Qışın ömrünə az qalıb. İndi otlar, çiçəklər qarın altında yuxulu-yuxulucücərməkdədir… ağacların tumurcuqları düymə kimi yığılıb dəqiqələri saya-sayaçovğunun axırını gözləyir. Quşlar, bizim kimi haralardasa gizlənib çovğununsəsinə qulaq asa-asa mürgüləyirlər. Ona görə deyirəm ki, sən də yat. Sən dəhansısa quşa oxşayırsan. Bunu sənə demişdim, deyəsən...

Ürəyi yenə dayandı... Qarı görməsin deyə, yanakı oturub sinəsini yavaş-yavaşovxaladı. Ürəyi zəif-zəif atıb dayanırdı, benzini qurtarmış maşın mühərriki tək, sondöyüntülərini vururdu...

– Hə, niyə susdun?.. Deyirsən hansı quşa oxşayıram?..

– Yaz lap yaxındadı. Mən hiss eləyirəm. Səhər yuxudan ayılıb görəcəksən ki, buqaranlıq otaq işıqla doludu. Bura evin ən işıqlı otağıdı axı?!.. Yayda həmişəburanın pəncərəsindən qalın pərdələr asırsan ki, gün şaxıyıb divarları, pianinonubozartmasın. Sənin o qalın pərdələrin hardadı?..

– Pərdələr?.. Hansı pərdələr?..

– Yay pərdələrini deyirəm. Üstündə qırmızı tovuzquşu olanları. O tovuzquşularınhamısı sənə oxşayır. Bunu demişdim sənə?..

– Deyəsən demişdin. Hə, demişdin.

– Sən elə indi də tovuzquşuna oxşayırsan...

– Sən danışırsan, ürəyim yaxşı işləyir. Özü də həmişə elə gözəl sözlər tapıbdeyirsən ki?!.. Gərək yazıçı olaydın...

...Külək bir də cövlan eləyib hardasa, damda nəyisə kökündən qopartdı...Antenaydı, ya damın dəmirləriydi, nə idisə, yerindən oynayıb gur-gur guruldadı.

Qarı gurultunun səsindən başını yorğanın altında gizlədi, bir qədərdən sonra çöləboylanıb nəfəsini saxladı və diqqətlə gurultuya qulaq asdı… Qəfildən gözləriişıldadı:

– Göy guruldayır... Talıb!.. Eşidirsən?.. Bu nə vaxtın gurultusudu?.. Heç qışdada  göy guruldayar?.. Bəlkə, yağış yağır?.. Dur bir pəncərədən bax. Sən düzdeyirdin. Yaz lap yaxındaymış. İndi yadıma düşdü, o tovuzquşulu pərdələrhardadı. Çöl şkafında, yuxarı gözdə. Özü də təmizdi, keçən yay onları yuyub-ütüləyib qoymuşdum. Onları yaxalayanda dırnağımın birini də sındırmışdım,yadındadı?.. Dırnaqlarım da qocalıb... Talıb, niyə dinmirsən?.. Susma, sənsusanda qorxuram axı?!.. Yağış yağır... Vallah yağır... Eşidirsən səsini?.. İndi otlarcücərəcək, yarpaqlar tumurcuqlayacaq, gün çıxacaq, hər yer isinəcək, işıqlıolacaq... Mən o tovuzquşu pərdələrimi çıxarıb asacağam. Talıb, qurbanın olum,danış... Nolar, bir söz de... Talıb... Talıb... a Talıb... danış, qurbanın olum,qorxuram axı?!.. Talıb...Talıb... Talıb?..

 

 



 

1986
Yüklə 293,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə