Ələkbərova İradə


. Şəkillərin və media fayllarının daxil edilməsi



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

 
58 
4.10
. Şəkillərin və media fayllarının daxil edilməsi 
Şəkilləri və  media  fayllarını  mətnə  əlavə  etmək üçün, 
əvvəlcə onları Vikipediya ensiklopediyasının saytına yükləmək 
lazımdır.  (http://www.az.wikipedia.org/wiki/Special:Upload) 
(
şəkil 23).  
 
 
Şəkil 23. Şəkil və media fayllarını Vikipediya VB-na daxil etmək 
üçün istifad
ə edilən səhifə 
Bunun üçün xüsusi "
Qarşıya  Yükləmə
"  funksiyasından 
istifad
ə edib şəkil, audio və ya hər hansı başqa bir media faylı 
Vikipediya bazasına yüklənir və daha sonra onun daxili ünvanı 
m
əqaləyə  əlavə  edilir. Yükləyərkən mümkün qədər yüksək 
keyfiyy
ətli  şəkillərdən istifadə  edilməlidir və  yüklənən 
şəkillərin müəllif  hüquqlarına  diqqət yetirilməlidir. 
Vikipediyaya yalnız png, gif, jpg, jpeg, xcf, pdf, mid, ogg, svg, 
djvu  formatlarında  olan  faylları  yükləməyə  icazə  verilir. 
M
ətndə  başlığı  olan  (altında  məlumat  yazılmış)  və  ehtiyac 
olduqda kiçildilmiş şəkillərdən istifadə etmək daha düzgündür. 


 
59 
Şəkilləri kiçiltmək üçün “thumb” şablonundan istifadə edilir və 
ya  şəklin ölçüləri piksellərlə  göstərilir.  Şəkilləri əlavə  edərkən 
nümun
ə  üçün mövcud məqalələrdən istifadə  etmək  işi 
asanlaşdırır (cədvəl 3). 
 
C
ədvəl 3. Şəkillərin məqalələrə daxil edilməsində istifadə 
edil
ən müxtəlif formatlar 
Yazılan Mətn 
Alınan Nəticə 
Şəkil: 
[[Image:wiki.png]] 
Şəkil: 
 
 
Sağ tərəfdə yerləşən və başlığı olan şəkil: 
[[Image:wiki.png|frame|Vikipediya 
Ensiklopediyası|right]] 
Sağ tərəfdə 
yerl
əşən və 
başlığı olan şəkil:  
 
 
Vikipediya 
Ensiklopediyası 
Sol t
ərəfdə yerləşən, başlıqlı, kiçildilmiş 
şəkil: 
[[Image:wiki.png|thumb|left|90px|Vikipediya 
Ensiklopediyası]] 
Sol t
ərəfdə 
yerl
əşən, başlıqlı, 
kiçildilmiş şəkil: 
  
 
Vikipediya 
Ensiklopediyası 


 
60 
4.11. M
əqalələrin birləşdirilməsi 
Müxt
əlif  adlı,  lakin  eyni  mövzulu  məqalələr olduqda 
onların  bir  ad  altında  birləşdirilməsi daha məqsədəuyğundur. 
Bu cür m
əqalələrin  əvvəlində  çox zaman eyni mövzulu digər 
m
əqaləyə  keçid göstərilir və  məqalələrin birləşdirilməsi təklif 
olunur. M
əsələn, ABŞ və Amerika Birləşmiş Ştatları məqalələri 
eyni mövzulu m
əqalələr  olduqlarından,  onların  birləşdirilməsi 
vacibdir:  ABŞ  məqaləsinə  daxil olaraq Redaktə  səhifəsində 
#REDIRECT [[Amerika Birl
əşmiş  Ştatları]]  yazılır.  Nəticədə, 
istifad
əçi Vikipediyanın “Axtarış” sahəsinə “Amerika Birləşmiş 
Ştatları” açar sözü yazaraq “Axtar” düyməsini basarsa, brauzer 
t
ərəfindən “ABŞ” məqaləsi gətirilmiş olacaq. 
 
4.12.S
əhifənin izlənməsi 
İstifadəçi  yaratdığı  və  ya redaktə  etdiyi məqalələrdə 
sonradan dig
ər istifadəçilər tərəfindən edilən dəyişikliklərlə 
maraqlanırsa, o halda “Bu səhifəni izlə” düyməsini vurmalıdır. 
İstifadəçinin izlədiyi bütün səhifələr onun üçün ayrıca siyahıda 
göst
əriləcəkdir. Həmçinin  Vikipediyanın  əsas panelində 
yerl
əşən “Son dəyişikliklər” keçidi vasitəsi ilə  açılan  siyahıda 
h
əmin məqalələrin adları qalın yazı ilə yazılacaqdır (şəkil 24). 
“Son d
əyişikliklər” səhifəsindəki  siyahıda  son  dəfə 
d
əyişikliyə məruz qalan və yeni yaradılan məqalələrin siyahısı 
göst
ərilir. Eyni zamanda burada redaktədə  iştirak  edən 
istifad
əçilərin  adları  da  görünür  ki,  digər səhifələrə  müraciət 
etm
ədən, elə  bu səhifədən həmin istifadəçilərin müzakirə 
s
əhifələrinə  daxil olmaqla fikir bildirmək olar. Digər tərəfdən 
is
ə  bu istifadəçilərin Vikipediyada fəaliyyətləri ilə  də  tanış 
olmaq mümkündür. 
“Son d
əyişikliklər” səhifəsindən yeni, köhnə,  qısa,  yalqız 
(dig
ər məqalələrlə  əlaqəsi olmayan), redaktəyə  ehtiyacı  olan 
m
əqalələrə  keçmək  imkanı  da  vardır.  Vikipediyanın  bütün 
s
əhifələrində  olduğu  kimi,  bu  səhifənin də  sol tərəfində  əsas 
panel yerl
əşir  ki,  bu  paneldəki keçidlərdən istifadə  etməklə 
“Ana s
əhifə”, “Kənd  Meydanı”,  “Qaralama  dəftəri” və  s. 
s
əhifələrə  keçmək mümkündür. Eyni zamanda həmin  panelin 


 
61 
aşağı  hissəsində  yerləşən intervikilər  (Vikipediyanın  eyni  adlı 
dig
ər dillərdə  mövcud olan səhifələrinə  keçid) vasitəsilə  də 
müxt
əlif dillərdə  fəaliyyət göstərən  Vikipediyalardakı  son 
d
əyişikliklərlə tanış olmaq mümkündür. 
 
 
Şəkil 24. Vikipediyanın “Son dəyişikliklər” səhifəsində yeni 
yaradılan məqalələrə və edilən redaktələrə baxmaq mümkündür 
 
4.13. Müzakir
ə səhifələri 
Vikipediyada h
ər bir məqalənin müzakirə  səhifəsi olur. 
Müzakir
ə  səhifəsində  vikipediyaçıların  bu  məqalə  haqqında 
fikirl
əri, iradları və tövsiyələri öz əksini tapır. Hər bir istifadəçi 
bu  yazışmalarda  iştirak  edə  və  ya hər  hansı  bir  məsələni 
müzakir
əyə  çıxara  bilər. Bundan ötrü məqalənin “Müzakirə” 
s
əhifəsinə  daxil olaraq, birinci növbədə  istifadəçilərin bu 
m
əqalə haqqında fikirləri ilə tanış olmaq lazımdır. Daha sonra 
“Müzakir
ə” sahəsinin üstündə  yerləşən "Redaktə" düyməsini 
basmaqla istifad
əçi öz fikrini yaza bilər. Yazı yeni adla başlaya 


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə