Ələkbərova İradə



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

 
93 
istifad
əçiləri dünyanın müxtəlif yerlərindən, könüllü olaraq, öz 
vaxtlarını  və  biliklərini bu azad ensiklopediyada məqalələrin 
yaradılmasına  və  redaktəsinə  sərf edirlər. Sual oluna bilər  – 
onları buna vadar edən nədir? Necə olur ki, insanlar təmənnasız 
olaraq bilikl
ərini başqaları ilə bölüşdürməyə razı olurlar? Bütün 
bu  sualların  cavablarını  Wikimedia  Foundation təşkilatı 
araşdırmalar  nəticəsində  tapmağa  çalışır.    Araşdırmalarda 
iştirak  edən professor Lyuk Soyetin  (Luc Soete) dediyi kimi: 
”Vikipediya – qiym
əti olmayan bir mənbədir, əsasən də inkişaf 
etm
əkdə  olan ölkələrdə. Belə  ki, bu ölkələrdə  Vikipediyaya 
anal
oq  yoxdur.  Vikipediyanın  necə  işləməsini  başa  düşmək  – 
bizim araşdırmamızın əsas məqsədidir” [33]. 
Vikipediya  azad  ensiklopediya  olduğundan  dövlət 
strukturları  üçün  işləmir.  Lakin,  artıq  bir  çox  ölkələrdə  dövlət 
strukturları  Vikipediyadan  istifadə  edirlər.  Məsələn, Amerika 
m
əhkəmələrində  ondan məlumat  kitabçası  kimi  istifadə 
olunduğu heç kəsə sirr deyil.  
 
6.5. 
Dilin qorunması və inkişafında Vikipediyanın rolu 
İnternet  layihələrindən  ən  uğurlusu  sayılan  Vikipediya 
ensiklopediyası milli dil ilə bağlı problemin öhdəsindən uğurla 
g
əlməkdədir.  Xalqın  psixologiyasını,  xasiyyətini və  dünya 
görüşünü xarakterizə edən əsas mədəni mənbələrdən olan milli 
dili mühafiz
ə  edərək gələcək nəsillərə  olduğu  kimi  çatdırmaq 
müasir c
əmiyyətimizdə ən aktual problemlərdəndir. Dil elə bir 
m
əfhumdur ki, onu digər mədəniyyət nümunələri kimi 
muzeyl
ərdə saxlayaraq qorumaq mümkün deyildir [34]. 
H
ər  hansı  bir  dildə  çap  olunan  lüğətlər,  əlifbalar, 
qrammatik  d
ərsliklər bu dilin gələcəkdə  də  olduğu  kimi 
qorunub saxlanmasına zəmanət vermir. Bu səbəbdən, ölməkdə 
v
ə  yaxud sürətlə  dəyişməkdə  olan dillərin  qorunması  üçün  ilk 
növb
ədə  həmin dillərdə  azad,  virtual  ensiklopediyanın 
yaranması  vacibdir.  Bu  baxımdan  Vikipediya  virtual 
ensiklopediyası  məqalələrin istənilən  İnternet  istifadəçiləri 
t
ərəfindən və  istənilən dildə  yaradılmasına  icazə  verməklə, 
dill
ərin  qorunmasına,  zənginləşməsinə  və  yayılmasına 


 
94 
bilavasit
ə  yardım  etmiş  olur.  Vikipediyada  müxtəlif terminlər 
bar
ədə  müzakirələr aparmaq, mübahisələr nəticəsində  ümumi 
q
ərar qəbul etmək  artıq  ənənə  halını  almışdır.  Vikipediya 
müxt
əlif dillərə  malik  olduğundan,  məqalələrə  hipermətnlər 
daxil edildiyind
ən, hər kəs  virtual  ensiklopediyanın  təşkilində 
iştirak  edə  bilər. Hər bir məqalə  digər dillərdə  analoqa malik 
olduğundan  beynəlxalq istinadlardan istifadə  etməklə  onlara 
əsaslanmaq  mümkündür.  Son  zamanların  müşahidələri 
göst
ərmişdir  ki,  Vikipediya  ensiklopediyasına  tələbə  və 
g
ənclərlə yanaşı, dilçilərin, tarixçilərin, siyasətçilərin maraqları 
artmaqdadır [35, 36].  
H
ər bir dilin qorunması, onun daha da zənginləşdirilməsi 
işində virtual ensiklopediyaların, ilk növbədə isə Vikipediyanın 
daha kütl
əvi  hal  alması  vacib  şərtlərdəndir. Dünya klassik 
ədəbiyyatının, texniki, ümumiyyətlə sahə ədəbiyyatının dilimizə 
t
ərcümə  olunaraq  Vikipediya  ensiklopediyasına  daxil  edilməsi 
Az
ərbaycan dilinin zənginləşdirilməsində  əvəzolunmaz  işdir. 
Bel
ə  ki, gənc nəsil - şagirdlər, tələbələr təhsil prosesi  zamanı, 
el
əcə  də  müəllimlər  lazım  olan  hər  hansı  bir  məlumatı  əldə 
etm
ək istədikdə xarici saytlara yox, elə öz doğma ana dilimizdə 
olan  Vikipediya  ensiklopediyasına  müraciət edərək, daha 
dolğun və geniş informasiya əldə edə bilsinlər [37]. 
Sayına  görə  ən çox məqalələr  Vikipediyanın  ingilis 
bölm
əsindədir  (http://en.wikipedia.org). 2009-cu ilin sentyabr 
ayına  olan  məlumata  əsasən Vikipediyanın  bu  bölməsində 
m
əqalələrin  sayı  artıq  3  milyona  çatmışdır.  Digər  nəhəng 
bölm
ələr alman (
http://de.wikipedia.org
, m
əqalələrin sayı – 959 
min),  fransız  (
http://fr.wikipedia.org
, m
əqalələrin  sayı  –  853 
min), polyak (
http://pl.wikipedia.org
, m
əqalələrin  sayı  –  6376 
min), yapon (
http://ja.wikipedia.org
, m
əqalələrin  sayı  –  619 
min), rus (
http://ru.wikipedia.org
, m
əqalələrin sayı – 435 min), 
türk (
http://tr.wikipedia.org
, m
əqalələrin sayı – 136 min) və s. 
dill
ərindədir.  Bu  siyahıda  Azərbaycan dilindəki Vikipediya 
en
siklopediyası  (http://az.wikipedia.org)  28,5  min məqalə  ilə 
55-ci yerd
ədir. 
 


 
95 
6.6. Vikipediya t
əhsildə 
Vikipediya on-
line  ensiklopediyasının  artıq  8  ildir ki, 
yaranmasına  baxmayaraq,  elm  və  təhsil sahələrində  ona 
münasib
ət müxtəlifdir. Ensiklopediya yeni yarandığı  illər 
m
əktəblərdə, universitetlərdə  və  digər təhsil müəssisələrində 
t
ələbələrə  Vikipediya  ensiklopediyasından  öz  işlərində istifadə 
etm
əyə  icazə  vermirdilər. Hətta bəzən tələbənin Vikipediya 
ensiklopediyasına  müsbət fikrinə  görə  qiymətinin kəsilməsi 
hallarına də rast gəlinirdi. Lakin nəzərə alsaq ki, dünyanın bir 
çox universitetl
ərində  professorlar tələbələrin ümumiyyətlə 
İnternetdən istifadəsinə  qadağa  qoyulmasını  təklif edirdilər, o 
zaman  Vikipediyaya  qarşı  mənfi münasibəti  başa  düşmək 
olardı.  Onu  da qeyd etmək  lazımdır  ki,  İnternetlə  bağlı  yalnız 
Vikipediya layih
əsinə qarşı mənfi münasibətlərə rast gəlinmirdi, 
Google,  Yahoo,  bloqlarla,  forumlarla  bağlı  layihələr də 
universitet  professorları  tərəfindən tez-tez tənqidlərə  məruz 
qalırdılar. 
İKT-nın  inkişafı  və  müxtəlif on-line layihələrinin 
c
əmiyyətin müxtəlif sahələrinə  inteqrasiyası  və  ümumiyyətlə 
informasiya c
əmiyyətinin  inkişafı  ilə  əlaqədar  artıq  təhsilin 
İnternetə, o cümlədən Vikipediyaya, münasibəti dəyişməkdədir. 
Vikipediya layih
əsi də  artıq  5  il  əvvəlki vəziyyətdə  deyil. 
Vikipediyaya gün-günd
ən daha təcrübəli,  savadlı,  ciddi 
istifad
əçilərin cəlb edilməsi,  bu  ensiklopediyadakı  məqalələrin 
artıq  daha  dolğun,  düzgün,  tam  şəkildə  olmasına  səbəb 
olmuşdur.  Nəzərə  almaq  lazımdır  ki,  məqalələr prinsipial və 
ciddi idar
əçilər tərəfindən nəzarətdə saxlanılırlar. Odur ki, son 
zamanlar t
əhsil sahələrində  Vikipediyaya münasibət kökündən 
d
əyişməkdədir.  Artıq  universitet  müəllimləri özləri tələbələrə 
kurs işlərində virtual ensiklopediyadan, eləcə də Vikipediyadan 
istifad
ə  etməyə  tövsiyə  edirlər. Bir çox ölkələrdə  Vikipediya 
virtual  ensiklopediyası  tələbələrin tədris elementinə 
çevrilmişdir.  Məsələn,  Amerikanın  Bottel  universitetində 

əllimlər tələbələrə  referat  əvəzinə  Vikipediyada məqalə 
yazmağı təklif etdilər.  Təcrübə çox uğurlu alındı. Tələbələrin 
mövzu üz
ərində  ciddi tədqiqat aparmaq məcburiyyəti, eyni 


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə