Ələkbərova İradə



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə41/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   ...   36   37   38   39   40   41   42   43   44

 
160 
İnterviki  (ing. Interwiki, rus.  Интерви́ки)  – 
Vikipediyanın  digər dil bölmələrində  və  ya digər viki-
layih
ələrində  eyniadlı  məqalələrə  keçidlərdir.  İntervikilər 
MediaWiki proqramında xüsusi sintaksisin köməyi ilə yaradılır. 
İstifadəçi  (ing. User, rus.  Уча́стник)  –  Vikipediyada 
m
əqalələrin  yaradılması  və  redaktəsi ilə  məşğul  olan  istənilən 
fiziki  şəxsdir. Bütün Vikipediya istifadəçiləri Vikipediya 
c
əmiyyətinin üzvləridirlər. 
İstifadəçi səhifəsi  (ing. User page, rus.  Страни́ца 
участника)  –  Vikipediyada  qeydiyyatdan  keçmiş  istifadəçi 
üçün xüsusi ayrılmış səhifədir. Istifadəçi bu səhifəyə fəaliyyəti 
v
ə maraqları haqqında informasiya daxil edə bilər. 
İstifadəçi müzakirəsi  səhifəsi  (ing. The page  user 
discussion,
 
rus. 
Страница  обсуждение  участника)  – 
istifad
əçi ilə  əlaqə  saxlamaq və  şəxsi fikirləri  ona  çatdırmaq 
üçün istifad
ə  edilən səhifədir.  Yalnız  qeydiyyatdan  keçmiş 
istifad
əçilər üçün nəzərdə tutulmuşdur. Çox zaman istifadəçinin 
Vikipediyada  f
əaliyyətini müzakirə etmək, tövsiyyə və iradları 
bildirm
ək üçün istifadə edilir. 
İstiqamətləndirmək 
(ing. Redirect, rus. 
Перенаправление) – Vikipediyada müxtəlif adla adlandırılmış, 
lakin eyni mövzunu 
əhatə  edən məqalələr üçün nəzərdə 
tutulmuş funksiyadır.  
İkiqat  istiqamətləndirmə  (ing. Double direct, rus. 
Двойное  перенаправление)  –  bir məqalənin digər  məqalə  ilə 
deyil,  ona istiqam
ətlənmiş  olan  başqa  bir  səhifə  ilə  əlaqə 
yaratmaq üçün istifad
ə olunan funksiyadır.  
İnkluzionizm  (ing. Inclusionizm, rus.  Инклузионизм)
 
– 
Vikipediya  iştirakçıları  arasında,  əhəmiyyətindən  asılı 
olmayaraq bütün  m
əqalələrin  saxlanılmasını  tələb edən 
c
ərəyandır. Bu cərəyanın əksi (udalizm) cərəyanıdır. 
İnkluzionist  (ing. Inclusionist, rus.  Инклузионист)  –
 
Vikipediyaya daxil edilmi
ş  bütün  məqalələrin, qaydalara nə 
d
ərəcədə  cavab verməsindən  asılı  olmayaraq,    saxlanmasının 
t
ərəfdarı olan istifadəçilərdir. 


 
161 
İstifadəçinin  yoxlanması  (ing. Check of the user, rus. 
Проверка  участника)  –  çekyuzer tərəfindən qeydiyyatdan 
keçmiş istifadəçinin İP ünvanının yoxlanılmasıdır. Əsas məqsəd 
vandalizml
ə məşğul olan istifadəçinin kimliyini, hansı ölkədən 
olmasını  və  Vikipediyadakı  digər  qeydiyyat  adlarını  müəyyən 
etm
əkdir. 
 

Kat (ing. Cat, rus
. Кат) – bax: Kateqoriya
Kateqoriya  (ing. Category, rus
.  Катего́рия)  –  xüsusi 
Vikipediya  s
əhifəsidir və  bu səhifəyə  əlifba üzrə  nizamlanmış 
eyni mövzulu m
əqalələrə  keçidlər yerləşdirilir.  Kateqoriya 
şablonunu səhifələrə  əlavə  edildikdə,  MediaWiki  proqramı 
şablonda göstərilmiş kateqoriyaya həmin məqalənin adını əlavə 
ed
ərək avtomatik keçid yaradır. 
Komit
ə (ing. Committee, rus. Комитет) – Vikipediyanın 
arbitraj komit
əsi nəzərdə tutulur. 
Konsensus  (ing. Conscientious, rus
.  Консе́нсус)  – 
Vikipediya istifad
əçiləri  arasında  əldə  olunan  razılıqdır. 
M
əqalədə  yazılanlarla  razı  olmayan  istifadəçilər  arasında 
mübahis
ə  yaranarsa,  eyni  zamanda  Vikipediyanın  inkişafı, 
strukturu v
ə  funksionallığı  sahəsində  fikir  ayrılığı  olarsa,  hər-
hansı  bir  razılığa  gəlmək tələb olunur. Konsensus əldə 
edilm
ədiyi təqdirdə mübahisəyə səbəb olmuş məqalə mühafizə 
olunur v
ə ya mübahisəni qızışdıran istifadəçilər bloklanırlar. 
Kommons  (ing. Commons, rus
.  Коммонс)  –  Wikimedia 
Commons 
layih
əsinin 
(http://commons.wikimedia.org) 
Vikipediya istifad
əçiləri  arasında  qeyri-rəsmi  adıdır.  Bax:  
Wikimedia Commons  
Kopirayt  (ing. Copyright, rus
.  Копирайт)  –  müəllif 
hüquqlarının qorunmasıdır. 
Kopivio  (ing. Copyright Violation (Copyvio),  rus. 
Копивио)  –  ingilis  dilində  “copy version in original” 
sözl
ərindən yaranmışdır. Vikipediya qaydalarına əsasən müəllif 
hüquqla
rı  qorunan mənbələrdən hər-hansı  informasiyanı, 
d
əyişiklik  etmədən,  olduğu  kimi  Vikipediyaya  daxil  etmək 


 
162 
qadağandır.  Bu  cür  informasiya  kopivio  adlandırılaraq 
m
əqalədən  çıxarılır  və  kopivio ilə  məşğul  olan  Vikipediya 
istifad
əçisinə xəbərdarlıq edilir. Xəbərdarlığı məhəl qoymayan 
istifad
əçilər admistratorlar tərəfindən bloklanırlar. 
Kukla  (ing. Pappet, rus
.  Куклa)  –  istifadəçinin 
Vikipediyada bir-neç
ə  dəfə  müxtəlif adlarla qeydiyyatdan 
keçm
əsi nəticəsində  yaranmış  olan  əlavə  niklərdir  (qeydiyyat 
adları). 
Kuk
laçılıq  (ing. Puppet-show,  rus.  Kукловодство)  – 
Vikipediyada müxt
əlif adlarla qeydiyyatdan keçərək kuklalar 
yaradan istifad
əçiyə verilən addır. 
 

Larri Sanqer (ing. Larry Sanger, rus
. Ларри  Сангер) – 
Ohayo universitetinin f
əlsəfə  doktoru, Vikipediya virtual 
ensiklopediyasını yaradanlardan biridir. 
Layih
ə  (ing.  Project, rus.  Прое́кт) – Vikipediya virtual 
ensiklopediyasına istifadəçilər tərəfindən verilən ad. Çox zaman 
istifad
əçilər müxtəlif müzakirələrdə  və  məqalələrdə 
Vikipediya
nı qısa şəkildə belə adlandırırlar. 
 

MediaWiki  –  Vikipediya layih
ələrini  idarə  edən  xüsusi 
proqramdır. 
M
əqalə  (ing. Article, rus.  Статья́)  –  Vikipediyada 

əyyən obyekt və  ya hadisə  haqqında  yazılı  məlumatdır.  
M
əqalə  müasir və  klassik tədqiqatçıların  fikirlərinə  istinad 
etm
əklə, faktiki informasiyalar əsasında,  Vikipediya 
qaydalarına uyğun yaradılmalıdır. 
M
əqalənin bərpası  (ing. Restoration (restor)  of  page, 
rus
.  Восстановлeние  статьи)  –  əvvəllər  silinmiş  məqalənin 
(kateqoriyanın,  şəklin), düzəlişlər tarixi ilə  birgə  bərpa 
edilm
əsidir.  Vikipediyada məqalələrin bərpası  yalnız 
administrator t
ərəfindən yerinə yetirilə bilər. 


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə