Ələkbərova İradə



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

 
25 
edirl
ər.  Yazdığınız  mətnin böyük hissəsinin silindiyini və  ya 
ciddi sur
ətdə redaktə olunduğunu görmək olmasa da, bu hərəkət 
vandalizm deyil. Müdrik vikipediyaçılar cəsarət və sevgini bir 
arada birl
əşdirməyi bacarırlar. 

Şəxsi tədqiqatların  əlavə  olunması.  Şəxsi tədqiqatların 
əlavə  olunması  Vikipediyada bu fəaliyyəti  qadağan  edən 
prinsip
ə zidd olsa da, vandalizm kimi dəyərləndirilmir. 
* S
əhvlər. Səhvlər vandalizm sayılmır. Bu zaman məqalə 
diqq
ətlə  araşdırılmalı  və  mətndəki  şübhəli informasiyalar 

əlliflər ilə müzakirə edilməlidir.  
Qeyri-ensiklopedik düz
əlişlər. Məqalələrə edilən qeyri-adi 
üslublu düz
əlişlər  onların  müəlliflərini  vandal  adlandırmağa 
əsas vermir. Məsələn, istifadəçilərdən hansısa məqalədə dəyərli 
düz
əlişlər edəndən sonra qısa xülasədə "Salam, mən Əliyəm!" 
yazırsa,  o  vandal  deyil.  Sadəcə  təcrübəsiz istifadəçidir. Belə 
istifad
əçilərə dostcasına qısa xülasəni nə formada yazmaq lazım 
ol
duğu başa salınmalıdır [16]. 
 
2.4. Vikipediya 
əhalisi 
Vikipediyada iştirak edənləri bir-neçə qrupa bölmək olar: 
passiv istifad
əçilər,  anonim istifadəçilər,  qeydiyyata  alınmış 
istifad
əçilər, administratorlar, bürokratlar, stüardlar, eləcə  də 
ayrıca  psevdoistifadəçilər  –  botlar mövcuddurlar. Botlar 
avtomatik proqramlar olub m
əqalələrdə  texniki səhvlərin 
düz
əlişini aparırlar. 
Passiv istifad
əçi – Vikipediya virtual ensiklopediyasından 
yalnız hər-hansı bir informasiya əldə etmək üçün istifadə edən 
şəxs nəzərdə  tutulur. Anonim istifadəçilər ümumi Vikipediya 
istifad
əçilərinin böyük hissəsini təşkil edir. 
Anonim istifad
əçi  (Ananimous)  –  Vikipediyada 
qeydiyyata alınmadan fəaliyyət göstərən istənilən şəxs anonim 
istifad
əçi adlanır. O, istənilən məqaləni dəyişə bilər (o halda ki
bu m
əqalə  administrator tərəfindən xüsusi müdafiə  olunmur), 
yeni m
əqalə əlavə edə bilər. Lakin digər istifadəçilərdən fərqli 
olaraq, 
Vikipediya  bazasına  şəkil, video və  digər informasiya 
daxil ed
ə bilməz. 


 
26 
Qeydiyyata  alınmış  istifadəçi    anonim  istifadəçi ilə 
müqayis
ədə  daha çox hüquqa malikdir. Məsələn, o, 
Vikipediyanın  interfeysini  şəxsən özü üçün quraraq
müzakir
ələrdə  şəxsi  imzası  ilə  çıxış  edə  bilər. Qeydiyyata 
alınmış  istifadəçi  öz  şəxsi səhifəsini  əldə  edərək, bu səhifədə 
özü  haqqında  və  öz  şəxsi fikirləri  haqqında  söhbət aça bilər. 
Dig
ər istifadəçilər isə ona müxtəlif məlumatlar yaza bilər. Əgər 
qeydiyyat  zamanı  elektron  ünvan  göstərilmişdirsə, vacib 
x
əbərlər birbaşa istifadəçinin e-ünvanına göndərilir. Qeydiyyata 
alınmış  istifadəçi  “müşahidələrin  siyahısı”  adı  altında  xüsusi 
bölm
ə  yarada  bilir  ki,  buraya  onu  maraqlandıran,  üzərində 
d
əyişiklik apardığı və dəyişikliklər barədə xəbər tutmaq istədiyi 
s
əhifələr daxil edilir (şəkil 7). 
 
 
 
Şəkil 7. Vikipediya dünyanı tutmaq fikrindədir 
 
 


 
27 
Administrator (idar
əçi) – adi istifadəçilərə nisbətən daha 
çox hüquqa malikdir. Administrator s
əhifəni adi istifadəçilər 
t
ərəfindən aparılan dəyişikliklərdən qoruya bilər, səhifəni ləğv 
ed
ə, istifadəçiləri blokada edə (loqinə və ya İP ünvana görə) və 
əksinə  səhifələrin  qorunmasını  ləğv  edə,  silinmiş  məqalələri 
b
ərpa edə  və  istifadəçilərə  qoyulmuş  blokadanı  qaldıra  bilər. 
Bundan başqa, administrator Vikipediyanın ümumi interfeysini 
d
əyişə bilər və sistem məlumatlarını idarə edə bilərlər   
Bürokrat  –  dig
ər istifadəçilərə  administrator və  bürokrat 
hüququnu verm
ək kimi texniki imkana malik olan istifadəçidir. 
Lakin bürokrat bu hüquqları ala bilməz. Bunu yalnız stüard və 
ya baş layihəçi edə bilər. 
Stüard  –  dig
ər istifadəçilərin Vikipediyaya istənilən 
müraci
ət hüquqlarını dəyişmək hüququna malik şəxsdir. Stüard 
da bürokrat kimi, dig
ər istifadəçilərə administrator və bürokrat 
hüququnu verm
ək kimi texniki imkana malik olan istifadəçidir. 
Lakin bürokratdan f
ərqli  olaraq,  stüard  bu  hüquqları  ləğv  edə 
bilir. 
Baş layihəçi – Vikipediyanın baş layihəçisinin hüquqları 
stüardın  hüquqları  ilə  eynidir. Lakin o, sistemi əsaslı  dəyişmə 
hüququna malikdir. B
əzi layihəçilər  Vikipediyanın  işlədiyi 
serverl
ərə  daxil olma hüququna da malikdirlər. 
Vikipediyanın  bütün  hüquqları  isə  “Vikipediya” 
layih
əsinin əsasını qoymuş Cimmi Uelsin əlində toplanmışdır. 
Vikipediyada yaranan ist
ənilən problemin həlli və  bütün 
mümkün hüquqlar bu yegan
ə  şəxsdə  olduğundan,  onu 
Vikipediyanın  allahı  adlandırırlar.  Cimmi  Uelsin  istifadəçilərə 
v
ə  təşkilatçılara  müraciət edərək  “Biz  İnterneti  tutduq,  sizin 
köm
əyinizlə  dünyanı  tutacağıq”  cümləsi  ilk  baxışda  lovğalıq 
kimi görüns
ə  də,  Vikipediyanın  müəllifi  haqlıdır:  bu  layihə 
kimi, milyonlarla istifad
əçilərin müraciət etdiyi və  hər kəsə 
pulsuz olaraq bilik b
əxş  edən digər  bir  layihə  təsəvvür etmək 
ç
ətindir.  


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə