Elektron hökumət (e-Government) və Respublikamızda onun inkişaf perspektivləri



Yüklə 23,34 Kb.
tarix25.06.2018
ölçüsü23,34 Kb.
#51453

Elektron hökumət (e-Government) və Respublikamızda onun inkişaf perspektivləri

Çox ovlaqlar içində çox ovları ovladım,


Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.

Dünən düz sandığımı bu gün əyri sanıram.


Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır…
Bəxtiyar Vahabzadə

http://gunxeber.com/wp-content/uploads/2013/08/e.jpgSon illərdə dünyanın inkişaf etmiş ölkələrində demokratiyanın inkişaf elementlərinin ən mühüm olanlarından biri kimi elektron-hakimiyyətin inkişaf səviyyəsi də götürülür. Belə ki, vətəndaş cəmiyyətinin formalaşdırılması, əhalinin siyasi proseslərdə daha aktiv iştirak etməsi, o cümlədən bu kimi fəaliyyətlərin həyata keçirilməsində şəffaflığa nail olunması istiqamətində e-hökumətin faydalarını xüsusilə vurğulamaq gərəklidir. Bununla əhalinin siyasi fəallığının artırılması ilə yanaşı, yəni vətəndaşların baş verən hadisələrin birbaşa içərisində olmaqla öz iradəsini göstərməklə birgə onların ictimai proseslərdə bərabər hüquqla və bərabər imkanlarla çıxış etmələrini, o cümlədən əlavə vaxt itkilərinin qarşısının alınmasına, həmçinin bir sıra əlavə xərclərin minimallaşdırılmasına və ləğvinə şərait yaradır ki, bu da əhali arasında bu kimi fəaliyyətlərdə çıxış etmək üçün daha geniş maraq və imkan yaradır. Onu da qeyd etmək istərdim ki, e-hökumət təkcə əhalinin siyasi fəaliyyətlərdə aktiv olmasını təmin etməklə məhdudlaşmır. Eyni zamanda biznes xidmətlərinin təşkili, e-ticarətin həyata keçirilməsi, e-hərracların keçirilməsi, birja fəaliyyətinin təşəkkülü və s. bu kimi digər iqtisadi-təsərrüfat fəaliyyətlərinin də onlayn olaraq internet üzərindən həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün müvafiq maddi-texniki baza yaradılmalıdır ki, bunun da həlli Respublikamızda kifayət qədər potensial imkanların olduğunu nəzərə alsaq çox sadədir. Ölkə Prezidentinin öz çıxışlarında dəfələrlə ölkəmizdə “Azad mətbuat”-ın, “Azad internet”-in olmasını vurğulamasını bir daha Respublikamızda bu innovativ texnologiyanın təşkili və mənimsənməsində elə bir ciddi problemin olmamasına bir işarə hesab etmək olar. Belə ki, Konstitusiyamızda söz azadlığı və mətbuat azadlığı kimi ayrıca maddələrin əks olunmasına baxmayaraq, bu sahənin geniş sferada inkişafını təmin etmək, eləcə də bu inkişafa təkan vermək üçün xüsusi qanunverici baza hazırlanmalıdır ki, bu da elektron münasibətə girəcək tərəflərin hüquq və məsuliyyətlərini daha aydın göstərməyə, bu sahədə əhalinin maarifləndirilməsində birbaşa əsas baza rolunu oynayacaq.

Mövzunun davamı olaraq “Dövlət İdarəetməsi” məqsədilə telekomunikasiya vasitələrinin istifadəsi ideyasının uzun tarixə malik olduğunu da qeyd etmək istərdim. Məsələn, hələ XX əsrin 70-ci illərində ABŞ-da Ohayo ştatında Kolumbus dairəsində eksperiment keçirilmiş və onun da mahiyyəti bütün evlərdə interaktiv telematik sistemin bütün evlərdə quraşdırılmasından ibarət olmuşdur. Nəticədə, vətəndaşlara yerli inzibati idarənin planlı komissiyasının iclasını müşahidə etməyə (arzu olunan halda isə fikrini düyməni basmaqla ani səsvermə vasitəsilə fəal şəkildə müzakirə etmək) icazə verən “ümumşəhər elektron iclası” meydana çıxmışdır.


Müxtəlif telekommunikasiya vasitələrinin əsasında bu cür sistemlərin yaradılması cəhdləri iyirminci yüzilliyin 2/3 hissəsi ərzində inkişaf etmiş sənaye ölkələrində mütəmadi olaraq yerinə yetirilmişdir. Lakin məhz, İnternet daha rahat olmuşdur və ucuz vasitənin köməyi ilə “elektron hökumətin” ideyalarının mücərrəd konsepsiyalar və pilot layihələr sahəsindən praktiki sahəyə keçməyə keçmələri də az əhəmiyyət kəsb etmir. Bu ideya nəinki intellektualların mühitində, eləcə də, demokratik ictimaiyyətin geniş kütlələrində həddən artıq populyar olmuşdur. Bütün bunlardan savayı, avtoritar siyasi rejimlərə malik bəzi ölkələr bu istiqamətdə də müvafiq ölçülər götürmüşdürlər. “Elektron hökumət” ideyasının həyata keçirilməsində müxtəlif modellər və yanaşma üsulları meydana çıxmışdır. Beləliklə, 1990-cı illərin ortalarından dünyanın bir çox ölkələrinin dövlətləri elektron hökumətlərin yaradılması və inkişafı ilə bağlı çoxsaylı proqramların işlənib hazırlanması və realizəsinin qayğısına qalırlar.
Elektron hökumət ideyasının əsasını dövlət haqqında cəmiyyətin əsas tələbatını effektiv şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi təsəvvürün formalaşması təşkil edir. İnternet, bir çox alimlərin fikrincə, həm vətəndaşların tələblərinə xidmət sürətində, həm də həyata keçirilən tranzaksiyaların qiymətində dövlət maşınının effektivliyini radikal şəkildə artırmağa icazə verir.
Elektron hökumət ideyalarının həyata keçirilməsinin ilk bəhrələri geniş ictimai dairələrdə müasir nüfuzlu demokratiyanın “elektron demokratiya” sisteminə təkamülü “elektron hökumət”in tətbiqinin yekun nəticəsi olması haqqında təsəvvürləri yaratmışdır. “Elektron demokratiya” termini ilə işarə olunan təzahürün müxtəlifliyi onun şərhi ilə bağlı müxtəlif variantları və müxtəlif yanaşma üsullarının nümayəndələri arasında canlı mübahisə doğurmuşdur. Ən ümumi anlamda müəyyən olunan “elektron demokratiyanın” tərifi “demokratik proseslərin informasiya və kommunikasiyanın geniş vüsət alması, vətəndaşların maraqlarının birləşdirilməsi və qərarların qəbul olunması (müşavirə və səsvermə yolu ilə) kimi vacib funksiyalarının yerinə yetirilməsi üçün kompüterlərin və kompüter şəbəkələrinin istifadə olunduğu” bir anlamda əhəmiyyət kəsb edir.
Elektron demokratiya konsepsiyasının nəzəri əsasları bir sıra məşhur alimlər tərəfindən işlənib hazırlanmışdır. İnformasiya texnologiyalarının və informasiyadan müasir istifadə etikasının əsasında iştirak demokratiyanın formalaşması haqqında ideyanı formalaşdıran İ.Məsud məşhur alimlərdən biri hesab olunur. İ.Məsuda müvafiq olaraq informasiya və biliklərin kütləvi istehsalı insanların requlyativ fəaliyyətinin rolunu gücləndirir və bunun da gedişatında ictimai inkişaf prosesində zəruri olan və insanları, əşyaları və simvolik obyektləri birləşdirən sosial rabitə müəyyən olunur və nəzarət edilir. Bu zaman həm kommunikasiya fəaliyyətinin, həm də sosial idarəetmənin əhəmiyyəti artır. Əgər sənaye cəmiyyətində nüfuzlu demokratiya daha proqressiv idarəetmə formasıdırsa, o zaman informasiya cəmiyyətində iştirak demokratiya daha proqressiv idarəetmə forması hesab olunur. İ. Masudun yazdığı kimi: “Bu vətəndaşların iştirakı siyasəti olub, bu siyasətin həyata keçirilməsi zamanı idarəetmə vətəndaşların özləri tərəfindən həyata keçirilir”. Bu ideyanı belə başa düşmək olar ki, artıq informasiya cəmiyyətlərində hadisələrə münasibət təkcə nüfuzlu dairələrin və ya seçilmiş nüfuzlu nümayəndələrin iştirakı ilə deyil, məhz birbaşa şəxsin öz iştirakı ilə müəyyən olunmasını özündə ehtiva edir. Bu proses isə demokratiyanın daha ədalətli və obyektiv meyarlarla təmin olunmasını birbaşa şərtləndirir.
Respublikamızda demokratiya ənənələrinin mövcudluğu və bu istiqamətdə ölkə rəhbərliyinin apardığı səmərəli siyasət artıq Azərbaycanı innovasiyaya açıq bir ölkəyə çevrilmişdir. Dünyanın qabaqcıl texnika və texnologiyalarının ölkəmizə sürətli axını sayəsində dünyada gedən proseslərlə ayaqlaşa bilirik eləcə də bu proseslərin aktiv nəzarətçisinə çevrilmişik. Dövlətimizin tərəqqisini təmin etmək məqsədilə ölkədə ildən-ilə prioritet olan sahələrin inkişafı üçün həmin sahələrin ili adlandırılaraq tədbirlər planı tərtib olunur və həmin sahələrdə əsaslı islahatlar aparılaraq lazımi məqsədlərə nail olunur. 2013-cü il Respublikamızda “İnformasiya kommunikasiya texnologiyaları ili” elan olunmuş, bu sahədə müvafiq islahatlar aparılması üçün qarşıya müvafiq məqsədlər planı qoyulmuşdur. Artıq nəzərə alsaq ki, cari ilin 8-ci ayının sonlarındayıq, görülən işlər isə kifayət qədər geniş sferaları əhatə etməklə yanaşı böyük həcmə malik olduğunu da vurğulamalıyıq. Belə ki, ölkəmizdə bir sıra sahələrin fəaliyyəti elektronlaşdırılmış, ictimaiyyətə xidmət keyfiyyəti yüksəlmiş və bu sahədə əhalinin maarifləndirilməsi ilə əlaqədar əsaslı işlər görülmüşdür. Elektron hökümət portalı (www.e-gov.az) geniş xalq ictimaiyyətinin istifadəsindədir. Artıq “İnformasiya cəmiyyətinin inkişafı üzrə Milli Strategiya” layihəsi hazırlanmışdır. Eyni zamanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihələri də hazırlanmış, yaxın günlərdə “e-gov.az” portalının müvafiq bölməsində müzakirəyə qoyulacağı barədə sayta müvafiq yazı yerləşdirmişdir. Sayta istinadən demək istərdim ki, burada Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələri ilə də tanış olmaq olar, eyni zamanda bu layihələr müzakirə müddətində müvafiq innovativ təkliflərə açıq olacaqdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mütəxəssisləri tərəfindən “Azərbaycan Respublikasında ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın layihəsi də hazırlanıb. Qaydalarda domen adlarının onlayn əldə edilməsi sisteminin tətbiqi nəzərdə tutulmuşdur. Bu qanun layihəsinin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Nəzərə almaq lazımdır ki, bu yuxarıda sadaladıqlarımız “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq olunmuş Tədbirlər Planı”nın müvafiq bölməsinin müəyyən maddələridir ki, əməli fəaliyətdə öz əksini tapmışdır. Deməli görüləcək işlər kifayət qədər geniş aspekti əhatə edir. Bundan əlavə qeyd etmək istəyirəm ki, e-gov.az elektron portalında artıq geniş xalq kütləsinin istifadəsi, onların problemlərinin həllinin asanlaşdırılması və daha operativ həlli məqsədilə müvafiq nazirliklərin və icra hakimiyyəti strukturlarının bir sıra xidmətləri elektronlaşdırılmaqla istifadəyə verilmişdir. Hamı müstəqil şəkildə bu xidmətlərdən öz tələbatına uyğun olaraq istifadə edə bilər və artıq kifayət qədər çox sayda vətəndaşlar bu xidmətlərə müraciət etmişlər.
Artıq Müstəqil Azərbaycan Bazar iqtisadiyyatına keçid mərhələsini geridə qoymaqla yeni bir mərhələyə qədəm qoymuşdur. Mən bu yeni aparıcı mərhələni “İnnovativ İnkişaf” dövrü adlandırmaq istərdim. Bu dövrdə dünyanın qabaqcıl texnika və texnologiyalarının ölkə iqtisadiyyatının aparıcı vasitələri olaraq tətbiqi, eyni zamanda “neft kapitalını insan kapitalına çevirək” ideyalarının praktiki reallaşması ilə ölkədə mövcud intellektual potensialın məhz bu istiqamətdə yönəldilməsini gerçəkləşdirməklə yaxın gələcəkdə Azərbaycanımızın “dünyaya innovasiyalar ötürən” ölkəyə çeviriləcəyinə inanırıq. Bu templə inkişaf edən Azərbaycan kimi həm sərvət həm də insan kapitalı baxımından zəngin olan bir ölkənin yaxın gələcəkdə Yaponiya, ABŞ və Qərbi Avropanın inkişaf etmiş ölkələri ilə eyni sırada addımlayacağına inanırıq. Respublikamızın daxili siyasəti əsasında ölkədə informasiya texnologiyalarının inkişafının və onun müxtəlif fəaliyyət sahələrinə tətbiqinin təşəkkülü, eyni zamanda digər sahələrdə müvafiq inkişaf tendensiyalarının saxlanması həmçinin dünya dövlətləri ilə münasibətdə balanslaşdırılmış xarici siyasət həyata keçirməklə ölkəmiz dünyada söz sahibi olan qüdrətli dövlətə çevrilmək yolundadır. Bütün bunlar tezliklə Qarabağ probleminin həllində də öz təsirini göstərəcəkdir. Bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarına qayıdacağı gün lap yaxındadır. Biz gənclər ölkənin aparıcı qüvvəsi olaraq dövlətimizin apardığı innovativ islahatlar sahəsində siyasətini dəstəkləyirik və yaxın gələcəkdə Azərbaycanımızı dünyaya innovativ texnologiyalar təklif edən ölkəyə çevirəcəyik.

 

Məqalə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Respublikada “Elektron hökumət”:  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsinə təqdim etmək üçün yazılmışdır.



 

Vüqar Məmmədquliyev,


Azərbaycan Respublikası Dövlət Neft Akademiyasının magistrı
Yüklə 23,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə