“Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər



Yüklə 17,36 Kb.
tarix27.03.2018
ölçüsü17,36 Kb.
#35203

Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər

Müasir dövrümüzdə insanların həyatını sadələşdirmək,problemlərini daha asan yolla həll etmək üçün İKT-nin imkanlarından geniş istifadə olunur.Elektron hökumət bu sahədə respublikamızın irəli atdığı ən mühüm addımlardan biridir.Bəs biz elektron hökumət dedikdə nə başa düşürük?Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.



Respublikamızda 50 məlumat reyestri mövcuddur ki, onların əksəriyyəti elekton formada fəaliyyət göstərir. Bu xidmət sahələri insanların həyatında əlaqə prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.

Bildiyimiz kimi 2013-cü il respublikamızda İKT ili elan olunub . Bununla əlaqədar müvafiq tədbirlər planı haqzırlanıb.Bir neçə ay bundan öncə Azərbaycanın ilk süni peykinin fəzaya buraxılması da bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.Həmçinin respublikamızın vahid elektron kartoqrafiya bazası da yaradılmışdır.Əhalini bu sahədə məlumatlandırmaq məqsədi ilə electron xidmət portal da yaradılmışdır.Portalda bir-birinin ardınca yeni xidmətlər istifadəyə verilməkdədir. Hazırda elektron hökumət portalında 236 xidmət əhalinin istifadəsinə verilmişdir.Bu xidmətlər müxtəlif dövlət qurumlarını əhatə edir.Dövlət Sosial Müdafiə Fondunun təklif etdiyi pensiya kalkulyatoru,pensiyaçı haqqında məlumatların verilməsi,həmçinin Daxili İşlər Nazirliyinin təklif etdiyi PİN-ə görə fərdi məlumatlarının axtarışı,yol hərəkəti barədə tətbiq edilən cərimələr haqqında məlumat və eyni zamanda Əmək Sosial Nazirliyinin təşkil etdiyi məşğulluq orqanları vasitəsi ilə iş axtarışı hazırda əhalinin ən çox istifadə etdiyi xidmətlər sırasındadır.Son illərdə Azərbaycanın dövlət orqanlarında elektron xidmətlərdən geniş istifadə olunması da “Elektron hökumət”in formalaşdırılması istiqamətində görülmüş mühüm işlərdən sayılır.

Ümumiyyətlə,XXI əsrin əvvəllərindən başlayaraq ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf etməkdədir ki,bu da respublikamızın dünyada gedən qloballaşma prosesindən kənarda qalmadığını bir daha sübut edir.

Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "elektron hökumət”in formalaşdılrması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət göstərir. Artıq elektron imzalarn istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, Son vaxtlarda "Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilməsi ölkə vətəndaşlarının işini daha da asanlaşdırmışdır. Bütün dövlət qurumları portaldan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməyə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Fərman imzalayıb..“Elektron hökumət” Portalı bizim cəmiyyətdə yenilikdir və bir çox dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlər ilkin tətbiq mərhələsindədirlər. Hər bir dövlət qurumunda onların tam tətbiq edilməsi, daha cəlbedici formada yaradılması istiqamətində işlər aparılır. Yeni e-xidmətlərin həyata keçirilməsi və vətəndaşlara təqdim edilməsi əhali arasında (cəmiyyətdə) dövlət qurumunun nüfuzunu artıran amillərdəndir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron-hökumət portalı vasitəsilə yeni xidmətini istifadəçilərinə təqdim edir. “Nigah qeydiyyatı üçün elektron müraciət” adlanan bu yeni xidmət vasitəsilə ailə qurmaq istəyən şəxslər indi nigaha daxil olmaq üçün ərizəni əlavə vaxt sərf  etmədən, onlayn qaydada qeydiyyatdan keçərək verə bilərlər. Nigah qeydiyyatı üçün ərizəni,  hər iki tərəf  özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s) daxil edərək onlayn şəkildə, rahat, qısa vaxt ərzində, əlavə vaxt sərf etmədən və olduqları yerləri tərk etmədən verə bilərlər. Uğurla qeydiyyatdan keçən şəxslərin nigahı 1 (bir) aydan sonra ərizəçilərin seçdiyi saatda bağlanılacaq.Bu yaxınlarda istifadəyə verimiş Asan xidmət mərkəzləri də elektron hökumətin insanların həyatını asanlaşdırmaq üçün yaratdığı yeni imkanlardan biridir. Qeyd edək ki, Elektron hökumət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilk elektron xidmətini təqdim etdi. Bu xidmət “Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi” xidmətidir.


Dövlət Komitəsi “Elektron Hökumət” portalında yeni elektron xidmətini təqdim edir. Bu xidmət "Rəsmi hesabtların təqdim edilməsi" xidmətidir. Yeni xidmət vasitəsilə, səhiyyə, humanitar və hüquqpozmalar, sosial, nəqliyyat, rabitə, turizm və digər xidmət statistikalarını, əhali və gender siyahısı, əmək statistikası, kənd təsərrüfatı, ekologiya, qiymət, milli hesabatlar və makroiqtisadi göstəricilər, sənaye və tikinti, ticarət, əhalinin həyat səviyyəsi, ev təsərrüfatlarının tədqiqatı, keyfiyyətin idarə olunması, informasiya texnologiyaları, regionların sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi  barədə rəsmi statistik məlumatlar əldə etmək olar.

Bu günlərdə planşet istifadəçiləri üçün nəzərdə tutulmuş "Elektron hökumət" portalının mini-versiyası təqdim edilib.


Burada (" www.e-gov.az/mini) istifadəçilər elektron xidmətlərdən sadə formada yararlanmaqla yanaşı, portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları daha rahat əldə edə bilərlər. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafə"ni maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Bu sahədə məktəblərimizdə də xeyli iş görülməkdədir.Belə ki, son illərdə məktəblərimiz İKT



avadanlıqları ilə təhciz olunmuşdur. Müəllimlərimiz və şagirdlərimiz də dövrün tələblərinə uyğunlaşaraq bu imkanlardan geniş istifadə etməyə başlamışdir.Son illərdə müəllimlərimizin və şagirdlərimizin elekton müsabiqələrdə iştirakı bizim bu sahədə bir çox nailiyyətlər qazanmağımza gətirib cıxarmışdır.Artıq bu ildən başlayaraq məktəbimiz elektron məktəb kimi fəaliyyət gostərəcək. Mən də elektron məktəbdə fəaliyyət göstərən bir müəllim kimi elektron hökumətin bu faydalarından geniş yararlanıram və inanıram ki, bütün bunlar respublikamızın inkişafını əhəmiyyətli dərəcədə sürətlənməsinə səbəb olacaqdır.
Surə Mehdiyeva.

İsmayıllı  şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin musiqi muəllimi.

(musabiqə üçun)
Yüklə 17,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə