Elektron-hökumət: perspektiv gələcəyin təminatı



Yüklə 32,42 Kb.
tarix07.11.2017
ölçüsü32,42 Kb.
#8704

Elektron-hökumət:perspektiv gələcəyin təminatı

e-hokumet1fhfhfkhf.jpg

Qloballaşan dünyada intellektual potensial artdıqca müasir dövrün tərəqqi amilində çıxış edən yeni texnologiyalara tələbkarlıq da artır. Texnologiyaların insan həyatına sürətlə nüfuz etməsitəqzibedilməz faktordur. İnnovativ informasiya texnologiyalarının cəmiyyətin inkişafında, bilik və təcrübə mübadilələrinin aparılmasında, mühüm əməkdaşlıq əlaqələrinin qurulmasında oynadığı rol xüsusi qeyd edilməlidir. Şübhəsizdir ki, “informasiya əsri” kimi xarakterizə olunan XXI əsr yeni texnologiyaların tətbiqi, istifadəsi və mübadiləsi ilə yadda qalacaqdır. İnformasiya texnologiyaları istər çoxşaxəli xidmət sürətində, istərsə də həyatakeçirilən fəaliyyətdə effektivliyin artmasına imkan verir.Hər hansı ölkədə informasiya-kommunikasiya sahələrinin, həmçinin milli rifah və demokratik inkişafın əsas göstəricisi həmin ölkədə “Elektron hökumət” sisteminin təşkili və tətbiqolunma səviyyəsidir.Bu sistemin bazisində dövlətin cəmiyyətin əsas tələbatını nümunəvi şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi fəaliyyət sərgiləmə reallığı dayanır. Təsadüfi deyildir ki, dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində “elektron-hökumət” öz təsdiqini tapmış və gözlənilən nəticələri doğrultmuşdur.

Bu gün dünyada uğurlu siyasi və iqtisadi inkişafa, çoxəsrlik zəngin tarixi ənənəyə, müxtəlif xalqların ümumi yaşayışının təhlükəsiz təminatının tolerant mühitinə malik olan Azərbaycan üçün müasir texnologiyalardan istifadə aktualdır. Respublikamızda reallaşan məqsədyönlü inkişaf modeli neft amilindən asılılığın ləğvinə, alternativ mənbələrdən istifadəyə yönlənmişdir. Bu strateji xəttin əsas qolunu İKT sektorunun sürətli inkişafı, neft gəlirlərinin İKT gəlirləri ilə əvəzlənməsi təşkil edir. Artıq bu istiqamətdə çevik addımlar atılmış, mərhələlər üzrə nəticəvi işlər görülmüşdür.Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasion potensialının beynəlxalq aləmdə tanınması, eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü, strateji “elektron inkişaf modeli”həyata keçirilməkdədir. Bu öhdəliklər isə informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirən Rabitə və İnformasiya TexnologiyalarıNazirliyində təcəssüm olunmuşdur. Yeni texnologiyaların tətbiqi və inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin elektron imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır. Hazırda dünyada "Elektron hökumət haqqında” qanunun qəbul edildiyi çox az ölkə (təqribən 7 ölkə) vardır ki, Azərbaycan bu siyahıda sadalanan ölkələrdən olanAvstriyanın təcrübəsinin yaxından öyrənilməsində maraqlıdır.

Azərbaycan MDB məkanında "elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “E-hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan cəmiyyəti üçün nisbətən yeni və fərqli formatlı olsa da cəmiyyətin qəbulu vəuyğunlaşması baxımından arzuolunan nəticələri doğrultmaqdadır.

“Elektron-hökümət”in formalaşması, ictimai şüurda mənimsənilməsi üçün ilk əvvəl layihənin töhfələri, yenilikləri, sosial-iqtisadi üstünlüklərinin qiymətləndirilməsi və ötürülməsi zəruridir. Sosiumu təşkil edən hər bir vətəndaş layihədən xəbərdar olmalı, elektron xidmətdən istifadəyə biganə yanaşmamalıdır. Nəzərə almaq lazımdır ki, layihənin əsas məqsədi vətəndaş aktivliyinin artırılmasına, vətəndaş problemlərinin səmərəli həllinə, dövlət qurumları ilə cəmiyyət arasında münasibətlərin mütənasib asılılığı,şəffaflığına nail olunmasına istiqamətlənmişdir.

Elektron-hökümətin fəaliyyət prioritetlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan, informasiyadan düzgün istifadə etmə mümkünlüyünü ehtiva edən “e-demokratik özək” şəklində xarakterizə etmək mümkündür. Bu deyilənləri sxematik şəkildə : “ qanunverici zərurətmilli maraqlar informasion obyektivizm” kimi ifadə etmək mümkündür.

E-Hökumət dövlətin korrupsiyaya qarşı mübarizə üsulunun təsiredici faktoru rolunda çıxış edə bilər. Belə ki, “E-hökumət” dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaratmaqla dövlətin adından sui-istifadə hallarına yol verilməsi, vətəndaş hüquqlarının pozulmasını mümkünsüz edir.Korrupsiyaya qarşı mübarizəni dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası “E-hökumət”in bu üstünlüyündən istifadə etmə niyyətini də vurğulamışdır.


“Elekton-hökümət”in praqmatik gələcəyə istiqamətlənən üstünlükləri:


Dövlətidarəçiliyində səmərəliliyinartırılması;


Vətəndaşlarınapatiyavəziyyətindənçıxarılması;

İqtisadifəallığınmaksimallaşması;

Müasirtexnologiyalarıntətbiqiimkanlarınıngenişlənməsi;

Vətəndaşlarındövlətidarəçiliyində aktiviştirakçıya çevrilməsi;


İnsankapitalınınrasionaltələbatının ödənilməsi;


Effektividarəetməninreallaşması mümkünlüyü


Vətəndaşlarındövlətmüəssisələriiləçevik, normal əlaqəyaratmaqimkanı

şəffaf, məqsədyönlü, dinamikiqtisadibağlılıq

20 illik tarixi əhatə edən qısa dövri təcrübəsinə baxmayaraq artıq İKT sahəsində nüfuz sahibi olan ölkələr sırasında seçilən, milli peykə malik azsaylı dövlətlər içərisində vurğulanan Azərbaycan Respublikası üçün “E-hökumət” layihəsi perspektiv gələcəyin qarantı rolunda çıxış edir. Elektron-hökumətin səmərəli təşkili, mahiyyət və məzmununun açıqlığı və aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası və dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaqdır.

Azərbaycan hal-hazırda şüurlara mühüm təsir göstərən qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü - informasiya cəmiyyətinin yaranması mərhələsini yaşayır. Azərbaycan yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirmiş, informasiya əməkdaşlığının üzvünə çevrilmişdir. Bununla belə Respublikamız informasiya cəmiyyətinə inteqrasiya dövründədir. Belə bir şəraitdə elektron-hökumətin gələcəyə doğru istiqamətlənən praqmatik tətbiqi üçün vacib hesab etdiyim aşağıdakı amilləri sadalamaq istərdim:



  • “E-hökumət”in gözləntilərinin reallaşması, zəruri nəticələrin əldə olunması yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyətinə daxil olmamalıdır. “E-hökumət”quruculuğu altında bütün dövlət strukturlarının vahid, rasional aktivliyi ehtiva olunur. Çünki elektron hökumət bütün ölkə vətəndaşlarının rifahını nəzərdə tutur. Bu amil isə dövlət qurumlarının birgə fəaliyyət mübadiləsi həyata keçirməsini zəruri edir;

  • Xarici dövlətlərinin təcrübəsinə müraciət etməklə “e-hökumət” sisteminin mənimsənilməsi dövlət mənafeyi çərçivəsində reallaşmalı, “milli elektron-hökumət modeli” formalaşmalıdır;

  • “E-hökumət” modelinin formalaşması vətəndaş-dövlət əlaqələrinin maksimum təmasını zəruri edir. İctimai şüurda dövlətə qanunlar verən, qanunların icrasına nəzarət edən üst qurum kimi baxılması stereotipinin sındırılması, qarşılıqlı mübadilə çərçivəsində vətəndaş rifahının təmininə çalışan qurum kimi yanaşılması təəssüratı formalaşmalıdır.

“Elektron-hökumət” quruculuğunun qısa müddət üçün əldə olunan uğurlu nəticələri layihənin perspektiv gələcəyinə zəmin yaradır. Sonda,“E-hökumət”in gələcəyə istiqamətlənmiş rasional, praqmatik və məqsədyönlü struktur keyfiyyətlərindən irəli gələn üstünlükləri ümumi şəkildə aşağıdakı düsturla xarakterizə etmək istərdim:

Elektron-hökumət = elektron xidmət+milli rifah+ operativ idarəetmə+aktiv iştirak

Nailə Məmmədova

Məqalə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İKT ili” çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"mövzusunda elan etdiyi analitik məqalə müsabiqəsi üçün yazılmışdır.(www.e-gov.az )





Yüklə 32,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə