Elektron hökumət



Yüklə 21,46 Kb.
tarix18.04.2018
ölçüsü21,46 Kb.

İKT ili çərçivəsində Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər

Milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsi, informasiya cəmiyyətinin inkişafı əsas istiqamətlərdən biridir. İnformasiyaya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İKT infrastrukturuna və xidmətlərinə çıxışın təmin olunması əsas prioritetlərdən birinə çevrilmişdir. Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin endirilməsinə, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə köməklik göstərir. Bu baxımdan çağdaş dövrümüzdə texnologiyanın inkişafı real həyatımızın əsas faktoruna çevrilmişdir. Texnologiyanın yüksək inkişaf nöqtəsinə çatdığı bir zamanda artıq İnternetden istifadə gündəlik həyatımızın ayrılmaz bir hissəsi olmuşdur. Bunun nəticəsidir ki, dünyanın əksər inkişaf etmiş demokratik ölkələrində İnternet xidmətlərinin sayı və onlara olan tələbat çoxalmış və bu “Elekton Hökumət”in formalaşmasına zəmin yaratmışdır. Azərbaycan Respublikası da həmçinin bir demokratik ölkə kimi Elektron Hökümət layihəsindən kənarda qala bilməzdi. Belə ki, “E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir.Bəs ümumiyyətlə

Elektron hökümət nədir?

“Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.(www.e-gov.az'> (www.e-gov.az) Elektron hökumət dedikdə hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi nəzərdə tutulur. Elektron hökümət ictimai xidmətin daha yaxşı təmin edilməsi və demokratik cəmiyyətin inkişafı üçün əsas prosesdir.. Şübhəsiz ki,elektron hökumətin formalaşması üçün hər bir dövlətin öz strategiyasi vardır. Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının “(Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır. . (www.e-gov.az)

Elektron hökümətin yaradılmasının başlıca aspekti Azərbaycan Respublikasının Konstitutsiyasının qanunlarına və digər normativ hüquqi aktlara məmurlar tərəfindən düzgün və məsuliyyətlə icra olunmasına zəmin yaratmaqdır. Bu layihə illərlə aradan qaldırılması çətin olan, vətəndaşların ən böyük bəlası – korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, hətta korrupsiyaya birdəfəlik son qoyulmasına başlıca təməldir.Eyni zamanda insanlar arasında aşağı və yuxarı təbəqələrin fərqləndirilməsinə, vətəndaş ayrı seçkiliyinin yaranmasına son qoyur.Bir sözlə, korrupsiyaya qarşı mübarizə və eləcə də digər neqativ halların aradan qaldırılmasına güclü mərkəzləşdirilmiş sistem şəraitində dövlət tərəfindən nəzarət həyata keçirilir və belə olan halda da vətəndaş və məmur arasında yaranan münasibət və münaqişələrə son qoyulur.Digər tərəfdən Elektron hökumətin formalaşdırılmasının ölkəmizə, cəmiyyətimizə göstərdiyi müsbət cəhəti ondan ibarətdir ki, xidmət həyata keçirilərkən vaxta qənaət edilməsinə, cinayətkarlıq və saxtakarlığın məhdudlaşdırılmasına, vətəndaşın xidmətlə bağlı olan narazıçılığının aradan qaldırılmasına və ən əsası ölkə vətəndaşlarının psixoloji, mənəvi və maddi cəhətdən rahatlığına zəmin yaradır.Buna misal olaraq, ASAN xidmətdən istifadə edən hər bir vətəndaşın oradan ayrılarkən üzündə olan təbəssümdən görmək olar ki, bu da aparılan xidmətin yüksək keyfiyyətindən xəbər verir.Əvvəlki illərlə müqayisə etsək görərik ki, vətəndaş şəxsiyyət vəsiqəsini alarkən bəzən lazımsız sənədləri hazırlamağa ehtiyac duyurdu, ən əsası vətəndaş şəxsiyyət vəsiqəsini rüşvətsiz ala bilmirdi, digər tərəfdən vaxt etibarilə vətəndaş şəxsiyyət vəsiqəsini almaq üçün 1 ay və ya ondan da çox müddətə gözləməli idi.Lakin Elektron hökumətin üstünlükləri əvvəlki illərdə olan disproporsiyaların aradan qaldırılmasına zəmin yaradır və nəticə etibarilə bu gün vətəndaş şəxsiyyət vəsiqəsini ASAN xidmət vasitəsilə qısa müddət ərzində nə mənəvi, nə də maddi cəhətdən sıxılmadan əldə edə bilir. Bundan əlavə online müştəri xidmətlərinin keyfiyyəti artır və insanlar daha uzaq məsafələrə getmədən, evlərində və ya ofislərində bu xidmətdən səmərəli şəkildə istifadə edə bilirlər.Bu barədə çox nümunə göstərmək olar, lakin göstərdiyim bu müqayisə bir daha sübut edir ki, elektron hökumətin formalaşdırılması və inkişafı dövlətimiz tərəfindən və cənab prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülən ən ideal təkliflərdən biridir. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Elə buna görə də təsadüfi deyil ki, cənab prezidentimiz İlham Əliyev tərəfindən 2013-cü il “İnformasiya və kommunikasiya texnologiya” ili kimi qeyd olunub.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq öz işlərinin öhdəsindən məharətlə gələrək “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər. Dövlətin E- hökümət siyasəti demək olar ki, tam müvəffəqiyyətlə aparılır, davamlı irəliləyən sürətli iqtisadi inkişafı bu sahədə həyata keçirilən uğurlu layihələrdən görmək olar ki, bunlardan bir neçəsini qeyd etsək çox yaxşı olar."Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” ölkə başçısının sərəncamı, həmçinin, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət proqramının təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına xüsusi zəmin yaratmışdır.Bunun nəticəsi olaraq, Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01.36) orbitə buraxılmışdır. Bundan əlavə “ Mərkəzləşmiş avtomatik radiomonitorinq sistemi”, “ Rəqəmli televiziya yayımı”, “ Maliyyə xidmətlərinin inkişafı”, “Xalq kompüteri”, “AzDataCom”, “Milli Sertifikat Xidmətləri Mərkəzi” layihələrini xüsusilə qeyd etmək olar . (www.e-gov.az) İKT-nin tətbiqi ölkədə fəaliyyət göstərən müəssisələrdə də daha sürətlə inkişaf etmiş, il ərzində müəssisələrdə olan kompüterlərin, internetə qoşulmuş müəssisələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Dövlət orqanları ilə 5158 müəssisə internet vasitəsilə əlaqə yaratmış və onların sayı 2005-ci illə müqayisədə 21.6 %, 2011-ci illə müqayisədə 23,9 faiz artmışdır.Müvafiq olaraq göstərmək olar ki, son 3 il ərzində informasiya və rabitə xidmətlərinin həcmində rabitə xidmətlərinin payı 2010-cu ildə 1.087.780, 2011-ci ildə 1.139.401, 2012-ci ildə 1.283.358 min manat və əhaliyə göstərilmiş xidmətlərin həcmi isə 2010-cu ildə 798.778, 2011-ci ildə 804.322, 2012-ci ildə isə 978.035 təşkil etmişdir.Bundan başqa evdə internetə çıxışı olmuş vətəndaşların ölkə üzrə ümumi payı 2010-cu ildə 45.1%, 2011-ci ildə 53.7%, 2012-ci ildə 64.4% olmuşdur.Rabitə xidmətlərindən əldə olunan gəlir 2011-ci il üzrə 889.1, 2012-ci il üzrə isə 1.019.1 və ölkə üzrə İKT-nin inkişaf indeksi müvafiq olaraq 2010-ci il 4.9, 2011-ci il 5.95, 2012-ci ildə daha da artaraq 7.52 kimi qeydə alınmışdır.

Bütün bu qeyd etdiyim statistik göstəricilər bir daha göstərir ki, ölkəmizdə İKT-nin perspektiv inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir və İKT-nin inkişafı həmçinin iqtisadiyyatın ayrı- ayrı sahələrinin inkişaf etməsinə öz təsirini göstərir. Digər tərəfdən isə Rabitə və İnformasiya Texnologiya Nazirliyinin bu illər ərzində həyata keçirdiyi layihələrin, tədbirlərin müsbət effekti bir daha sübut edir ki, bu dövlət qurumu öz vəzifəsinin öhdəsindən layiqincə gəlir.

Nəticə etibarilə, qeyd etmək istərdim ki, Elektron Hökumət idarəetmə sistemində əsas prosesdir və bu prosesin tam şəkildə həyata keçirilməsi göründüyü qədər asan iş deyildir. Ümumilli liderimiz, Heydər Əliyev çox gözəl söyləmişdir: “Gənclər bizim gələcəyimizdir. Bu deyilmiş dəyərli sözlərə mən təsadüfən toxunmadım.Həqiqətən də Elektron hökumətin yaradılması və inkişaf etdirilməsi müasir Azərbaycan gəncinin mənəvi, psixoloji cəhətdən formalaşdırılmasına şərait yaradır.



Layihənin tam inkişafı daha güclü iqtisadiyyata bir təminatdır. Bu səbəbdən biz gənclərin İKT potensialından istifadə etməsi və informasiya cəmiyyətinə inteqrasiyası əsas faktordur.


Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının magistr tələbəsi Zeynallı Lətif Vidadi
: Upload -> MeqaleFiles
MeqaleFiles -> "İkt ili" çərçivəsində "Respublikada "Elektron Hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"
MeqaleFiles -> "İkt ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"
MeqaleFiles -> İnternet və Elektron Hökumət
MeqaleFiles -> Elektron hökumət – asan, maneəsiz, sürətli virtual xidmət
MeqaleFiles -> Elektron Hökumət və Biz
MeqaleFiles -> Elektron Hökümətin qurulması zəruriliyi
MeqaleFiles -> Elektron Hökumət: çətinmi, asan-mı?
MeqaleFiles -> Xülasə Tədqiqatın məqsədi Vergi sisteminin elektron hökümət layihəsinə inteqrasiyasının əhəmiyyətinin tədqiqi
MeqaleFiles -> Yeni İdarəetmə erasi – elektron hökuməT. İlyasov Ramin Adgözəl oğlu
MeqaleFiles -> Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə