Elektron Hökümət və Vətəndaş Məsuliyyəti



Yüklə 20,86 Kb.
tarix26.10.2017
ölçüsü20,86 Kb.
#6839










Elektron Hökümət və Vətəndaş Məsuliyyəti











































Bu bir reallıqdır ki, elektron  hökumət layihəsi çərçivəsində vətəndaşlara  təqdim olunan xidmətlərdən istifadə edənlərin sayı tədricən artır. Müəyyən həvəsləndirici tədbirlər görməklə bu artımı sürətləndirmək də olar .

 

 Statistikaya inansaq ,  bu ilin may ayında elektron hökumət portalından istifadə edənlərin sayı 200 mini keçib . Müxtəlif dövlət qurumlarina getmədən elektron hökumət portalına girməklə müəyyən əməliyyatlar yerinə yetirmək imkanı isə hər ay təkmilləşdirilir. Belə ki, artıq elektron portalın mobil versiyasi istifadəçilərin ixtiyarina verilib. Bəs elektron xidmətlərdən istifadə edənlərin sayi qənaətbəxşdirmi ? Bu suala birmənali cavab vermək olmur. Çunki ortalıqda obyektiv və subyektiv amillər var.  Elektron qaydada əməliyyatları  həyata keçirmək üçün istifadəçilər tərəfindən indiyə qədər 20 mindən çox  kod-parol vəsiqəsi və 15 mindən  elektron imza alınsa da,  onlardan cəmi 10 min  istifadəçi müxtəlif əməliyyatları yerinə yetirmək məqsədilə istifadə edib. Bu isə əhalinin böyük qisminin elektron xidmət barədə maarifləndirilməsinə ehtiyac olduğunu göstərir .

Elektron hökumət portalından istifadə edənlərin əksəriyyəti 25-35 yaş arasında olan vətəndaşlardır

    Elektron hökumət portalından istifadə edənlərin böyük bir qismi 25-35 yaş arasinda olan  vətəndaşlardır. 25 yaşdan aşaği və 35 yaşdan yuxari vətəndaşlar isə elektron hökumət portalından çox az istifadə edirlər. Bu sosial qrupların əsasını isə tələbələr və pensiyaçılar təşkil edir. Ekspertlərin fikrincə , tələbələrin və pensiyaçılarin istifadə edəcəyi və ehtiyacı olan xidmətlər təklif olunarsa, bu sosial qruplara daxil olanlar da elektron hökumət portalınin istifadəçisi olarlar.



Dövlət başçısı tərəfindən elektron sistemləri mövcud olmayan qurumlara verilən son şans.

  Dövlət qurumları arasında əhalinin elektron xidmətinə ən çox ehtiyac duyduğu bələdiyyələr və icra hakimiyyətləridir. Lakin bu qurumlarin elektron təsisati ya çox aşaği səviyyədədir, ya da ümumiyyətlə yoxdur. Mütəxəssislər hesab edir ki, 2013-cü ilin İKT ili elan edilməsi heç də təsadüfi deyil. Çünki, ölkədə indiyə qədər bu sahədə  görülən tədbirlərin bir çoxunun nəticəsi məhz bu il hiss ediləcək. Prezidentin bu ili İKT ilə bağlamasi, xüsusilə elektron xidmətlərə diqqət çəkməsi bəzi qurumlara son xəbərdarlıq kimi qiymətləndirilməlidir . Dövlət qurumlari, icra hakimiyyətləri, bələdiyyələr var ki, onlar İKT sahəsinə tam şəkildə uyğunlaşmayıblar.  Bələdiyyələrin əksəriyyətinin adina  internet saytı belə mövcud deyil. Ölkə başçısının bu sahəyə diqqət yetirməsi  ölkəmizin müasir inkişafın yeni mərhələsinə qədəm qoyması deməkdir. Ona görə də  2013-cü ildə bu qurumlara çox böyük məhsuliyyət yüklənir. Mütəxəssislərin fikrincə , 2013-cü il bu müəssisələr üçün son şansdır ki, İKT-ni özlərinə tam tətbiq etsinlər .Təsadüfi deyil ki,  İKT-nin daha sürətli inkişafi üçün ötən il İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi Üzrə Dövlət Agentliyi yaradılıb. İKT məhsullarının və xidmətlərinin ixrac həcmini artırmaq üçün vergi güzəştlərinin də tətbiqinə qərar verilib.



Bələdiyyə və İcra hakimiyyətləri də elektron portala daxil ediləcək

Amma Elektron Hökümət layihəsinin üzləşdiyi problemlərdən çıxış yolu da çox uzaqda deyil . Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  Hesablama Mərkəzindən verilən məlumata görə ,  Elektron Hökumət portalının xidmətlərinin genişləndirilməsi çərçivəsində növbəti layihə bələdiyyələr və icra hakimiyyətlərinin elektron xidmət təsisatının yaradılması ilə bağlı olacaq .



Elektron xidmətlərin maraq doğuran reytinqi - ən çox və ən az tələb olunan elektron xidmətlər

Bu əsnada dövlət orqanlarının göstərdikləri  elektron xidmətlərin səviyyəsi də maraq doğurur . Elektron Hökumət portalında (www.e-gov.az) 33 elektron xidmət göstərən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birinci sıradadır . Bu sıranı 16 elektron xidmətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 15 xidmət növü ilə isə Kənd Təsərrüfati Nazirliyi davam etdirir. Lakin xidmət sayı çox olsa da, portalda bu elektron xidmətdən istifadə edənlər azlıq təşkil edir. Göstərilən xidmətin sayı az olan, lakin aktuallıq və tələbat çox olan xidmətlərdən istifadə edənlərin sayı isə daha çoxdur. Bura Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron Hökumət portalında reyestrdən keçmiş elektron xidmət sahələri daxildir. Göründüyü kimi ayrı-ayrı dövlət qurumlarının təqdim etdikləri xidmətlərə tələbatın müəyyənləşdirilməsi  elektron hökumət layihəsinin genişləndirilməsi üçün vacib önəm daşıyır .

    Elektron Hökumət portalında ən zəif xidmət göstərən dövlət qurumlarının adlarını da əyani görmək mümkündür . Təqdim etdiyi elektron xidmətə ən az müraciət edilən saytlardan  ilk 5 yeri Azərsu ASC, Azərenerji ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ,  Qaçqin və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi tutur  .

    Bütün bunlara rəğmən elektron hökümətin gələcəyi şübhəsiz parlaqdır . Çünki bu sistem vətəndaşlara şəffaf və operativ xidmət göstərməyin ən gözəl nümunəsidir.  Təsadüfi deyil ki , xüsusən gənclərin və digər sosial qrupların elektron hökumət portalına marağını artırmaq məqsədilə sosial və məişət həyatı əhatə edən xidmətlər hazırlanır. Belə ki, artiq bəzi banklarla  müqavilə bağlanib. Bundan sonra elektron imzasi olan şəxslər həmin bankdan banka getmədən elektron formada kredit götürə biləcək. Hətta bu yolla kredit götürənlərə 2% güzəşt də tətbiq ediləcək. Bir sözlə elektron hökümət layihəsinin perspektivi çox uğurlu görünür , sadəcə bu layihəni gerçəkləşdirən hökümət strukturları qədər , sadə vətəndaşın üzərinə də məsuliyyət düşür .



A.Mirzəyev 

Azərbaycan  Jurnalistlər  Şəbəkəsi  İB-nin təsisçisi , jurnalist

Məqalə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "İKT ili" çərçivəsində “Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda elan etdiyi  müsabiqəyə təqdim olunur . 



www.e-gov.az




Yüklə 20,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə