Elektron imza zamandan çalınmış qızıl vaxtdır



Yüklə 21,54 Kb.
tarix11.07.2018
ölçüsü21,54 Kb.
növüYazı

Elektron imza zamandan çalınmış qızıl vaxtdır

 

Qədim zamanlarda insanlar  fikirlərini bir-birinə çatdırmaq üçün ünsiyyət qurdular. Ünsiyyəti uzaq məsafələrə yetirmək üçün piktoqrafik yazılardan istifadə etdilər. Daha sonra məzmunlu məktublar göndərdilər. Dünya qloballaşdıqca fikirlər də böyüdü – dünyanı fəth edəcək əsərlər- şeirlər, mahnılar, romanlar, povestlər, rəsm əsərləri, sənət nümunələri yarandı. Hər əsər dünyanı fəth etdikcə müəllifin adı da dünya səlnaməsinə həkk olundu. Müəllifin adı və soyadı onun kimlik imzasıdır. Bəlkə də bu baxımdandır ki, insanlar imza atarkən ad və soyadlarını birləşdirəcək qısaldılmış özünəməxsus koddan istifadə edirlər. İmza şəxsiyyətin sözünün, fikrinin, atacaq addımlarının təsdiqidir. Atılmış imza deyilmiş sözdən keçərlidir. İmzalanmış hər bir sənəd tarixi bir sübutdur. Maddi durumundan asılı olmayaraq hər bir insanın ən dəyərli varlığı onun şəxsi imzasıdır.

Əhatə olunduğumuz mühit gözlə görünəcək və ya görünməz n... saylı informasiya toplusundan ibarətdir. Əslində informasiyanın yaranma və yayılma tarixini bildirmək çox əsassız olardı. Çünki, ən azından informasiya özü sərhədsiz olduğundan hər halda informasiyanın yaranma tarixindən bəhs etmək bir qədər gülünc səslənərdi. Lakin, faktlara əsaslanan qədimdən bugünədək gələn müəyyən izlərə nəzərən biz informasiyanın yayılma tarixinin qədimi olduğunu, informasiya cəmiyyətinin formalaşdığını lakin, hər zamanın öz düşüncə tələbinə uyğunlaşdırılmış informasiya vasitələri mövcudluğunu qeyd edə bilərik. Məsələn, zamanla bir informasiyanı uzaq məsafəyə çatdırmaq üçün fikri izah edəcək əşyalardan istifadə edildi, sonra daş üzərində həkk olundu, sonra məktubları yetişdirmək üçün xüsusi öyrədilmiş göyərçinlərdən, daha sonra poçt qutularından istifadə edildi. Bugün isə texniki yeniliklərin inqilab etdiyi bir zamanda həcmindən asılı olmayaraq ən kiçik məktub, sərhədsiz sənəd toplusu bir göz qırpımında maneəsiz ünvana yetişə bilir. Gəlin, müqayisə edək. Vaxtilə göndərilən məktubun uzun vaxt keçməsinə baxmayaraq dəqiq ünvana yetişib yetişməyəcəyi böyük sual doğurar, narahatçılıq, müəmmalı fikirlər yaradardısa, bugün dünyanın istənilən tərəfinə göndərilən hər bir informasiyanın göndərilmə və çatması barədə əyani sübut yaranır. Əslində dünya qloballaşdıqca həm də kiçilir desək yanılmarıq. Çünki, bugün dünyanın istənilən nöqtəsi ilə birbaşa virtual ünsiyyət yaratmaq- zəng etmək, söhbət qurmaq, hadisələrə anında münasibət bildirmək və ya informasiyanı dəqiqəyə yetişməyən saniyələr kəsiyində bütün dünyaya yaymaq ən asan məsələlərdəndir. Bəlkə də bugün texniki yeniliklərin sürətli inkişafını Yerin öz oxu ətrafında fırlanma sürəti ilə müqayisə edə bilərik. Düzdür, Azərbaycan demokratiya qazandığı, müstəqilliyinə qovuşduğu andan etibarən bütün bu texniki yenilikləri asanlıqla qəbul etdi, zaman və onun tələbilə asanlıqla uyğunlaşdı. Ölkəmiz hər an daha sürətlə dünya telekomunikasiya sahəsində uğurla addımlayır. Ölkə prezident tərəfindən 2003-2012-ci illərdə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" təsdiq edilib. Gənclərin müasir biliklərə yiyələnməsinə və informasiya texnologiyalarını dərindən mənimsəmələrinə dair  2004-cü il 21 avqust tarixlində "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalanmışdır. 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildi. Elə həmin ildə Azərbaycanın ilk süni rabitə peyki "Azərspace/Afrikasat-1A" fəzaya buraxıldı. 2015 və 2016-cı illərdə əlavə iki peykin orbitə buraxılması gözlənilir.  

Bugün bu sürətli informasiya yayımının qarşılığında təəssüfləndirən bir məqam vardır. Bəlkə də, bu texniki yeniliklər 30 il öncə olsaydı dünya da ölkəmiz üçün fərqli dövr edərdi. Sürətli yayım vasitəsilə ölkəmizin üzərindən keçən qara bulud axınını, anaların göz yaşını, yüzlərlə şəhidlərin al qanını usanmadan dünyaya bəyan edə bilərdik. Amma təəssüflənəcək məqam deyil. Çünki, bugün Azərbaycan demokratik, suveren, müstəqil dövlət kimi səsini, haqqını, sədasını bütün düyaya çatdıra bilir. Bu səsin sorağını təkcə dünya tribunalarından, forumlardan, tədbirlərdən, neçə-neçə konfranslardan deyil, həmçinin dünya hörümçək torunun hər pərdəsindən çatdıra bilir. Bugün Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıracaq neçə-neçə saytlar, elektron portallar vardır. Həm yazılı, həm də vizual baxışla həqiqəti görmək mümkündür. Təbiət yalanlara çox dözmür. Necə ki, dünya həqiqətləri bilmir, bədxahlar bu boşluğu uydurmalarla doldurarlar. Düzdür, erməni qəsibkarları  müəyyən zamanda bu boşluğu doldurmaq üçün öz fitnəkarlıqlarından istifadə etdilər. Lakin, bugün Azərbaycanın sözünü dünyaya bəyan edəcək böyük lideri, güclü ordusu, həqiqətləri çatdıracaq geniş informasiya imkanları var.

 Əgər informasiya anlayışı müxtəlif adlarla izah edilirdisə, sonralar bu termin beynəlmiləşmiş sözlə “information” (latınca - izahetmə, şərhetmə) mənasını daşıyaraq, elə adında olduğu kimi, daxili və beynəlxalq həyatın aktual yenilikləri haqqında məlumat toplusu anlamını verdi. Onu da qeyd edək ki, kütləvi informasiya müasir dövrümüzdə get–gedə ən mürəkkəb yol keçmiş, özünün yüksəklik nöqtəsini tapmış kütləvi kommunikasiya vasitələri – xəbərlər, müsahibələr, reportajlar, məlumatlar və s. ilə canlanır. İnformasiya cəmiyyətində əhalinin böyük əksəriyyəti informasiya texnalogiyalarından istifadə etməklə informasiyanın saxlanılması, emalı və ötürülməsi ilə məşğuldur. Bugünün tələbi informasiyanın artırılması, informasiya kommunikasiyalarının istehsalının yüksək inkişafı və əvəzolunmazlığı, qlobal informasiya fəzasının yaradılması informasiya cəmiyyətini formalaşdıran əsas xüsusiyyətlərdir.

Vaxt gedir...Həyat zamanın tilsimində tələsir. Zaman həyatı yaradan qumaş olduğundan ağıllı insanlar onu dəyərləndirməyə çalışırlar. Dünyanın dünənki sakinləri ilə bugünki sakinlərinin yaşamaq prinsipləri də tamamilə dəyişib. Vaxtilə gəlir əldə etmək üçün sərf olunan zamanı bugün qazanmaq üçün maddi gəlir sərf edilir. Hər iki hal həyat üçün əsasdır. Həyatı daha asan etmək üçün texnoloji yeniliklər bir kömək olur. Ünsiyyəti asanlaşdırmaq üçün sosial şəbəklərdən, informasiyanı əldə etmək üçün operativ xəbər portallarından, faylları zamanında çatdırmaq üçün e-maillərdən daha onlarla üstünlüklərini qeyd edə bilərik.

Qloballaşan dünya siyasətinin əsas üstünlüklərindən biri elektron hökümətdir. Elektron hökümət Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Bu siyasətin əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasındakı “məsafənin” maksimum azaldılmasına, münasibətlərin sadələşməsinə və şəffaflaşmasına xidmət edir.  "Elektron hökumət” portalının ünvanı (www.e-gov.az) vasitəsilə elektron dünyamız barədə bütün informasiyaları əldə etmiş ola bilərik.

Elektron hökümətin önəmli komponentlərindən biri hesab olunan “Elektron imza”nın üstünlüyü məxfilik, bütünlük, tanınma və inkar edilməzlikdir.  Bu üstünlüyün əsas cəhətləri qarşılıqlı tərəflər arasında razılaşdırılmış sənədlərin mübadiləsi zamanı kənar müdaxilələrin olmaması, dəyişiklik aparılmamasıdır. O cümlədən, arzuolunmayan tərəflərin bu mübadiləni izləməsinin mümkünsüzlüyü, məsafənin böyüklüyündən asılı olmayaraq sənədi imzalayan şəxsin həqiqiliyi onun haqqında avtomatik açılan məlumat nəticəsində təsdiqini tapır.  Həmçinin imzalanmış sənədə görə məsulliyyətdən yayınmağın mümkünsüzlüyü ilə nəticələnir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün cəhətləri özündə birləşdirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur. Elektron imza əllə çəkilən imza ilə eyni hüquqa malikdir. Əlbətdə, birincisi daha etibarlıdır. Hər bir insanın məsuliyyəti şəxsi kodunda saxlanır. İmzalanmış hər bir sənəd əql xəzinəsinin iti silahıdır. İnformasiya texnologiyalarının gündəlik  həyatımızın əsas tərkib hissəsi olduğu müddətdə elektron imza rəsmi razılaşmaların elektron formada həyata keçirilməsini, dövlət orqanlarında müraciət edən vətəndaşların sənədlərinə daha tez baxılmasını,  münasibətlərin şəffaflığını və etibarlılığın güclənməsinini təmin edir. Əsas cəhətlərindən biri uzun məsafə qət etmədən, artıq məsrəf xərclənmədən sənədi istənilən ölkədən elektron imza vasitəsilə təsdiq etmək mümkündür. Bir insanın hər hansı bir sənədin, yazının, əsərin sonunda bilavasitə iştirakçısı, müəllifi olduğunu təsdiq edən hər zaman eyni şəkildə yazdığı adı, soyadı və bunları özündə birləşdirən işarə vardır. Bu işarə fərdin imzasıdır. İmzanı rəsmi şəkildə elektronlaşdırmanın üstünlükləri haqqında daha ətraflı www.e-imza.az saytından əldə etmək mümkündür.

Elektron imzanın əsas üstünlüyü məsafənin böyüklüyünü və zamanın məhdudiyyətini nəzərə almadan işin icra edilməsi, gərəkli sənədlərin elektron imza vasitəsilə təsdiq etmək imkanının yaradılmasıdır. Bu üstünlük, fiziki, hüquqi şəxslərə yaradılmış inqilabi yeniliyin bir parçasıdır. Unutmayın, zaman əqli ilə çalışanların kapitalıdır. “Kim zaman udursa, o, nəticədə hər şeyi udur” J.V.Molyer

 

          



Səbinə Zeynalova

Azərbaycan Dillər Universitetinin doktorantı
: Upload -> MeqaleFiles2014
MeqaleFiles2014 -> Elektron Hökumət: çətinmi, asan-mı?
MeqaleFiles2014 -> Mənim Elektron Hökumətim
MeqaleFiles2014 -> Elektron Hökumət – vətəndaşların ümid yeri
MeqaleFiles2014 -> Yüksək texnologiyaların dərin humanist izləri Yaxud Azərbaycanda “Elektron hökumət” necə fəaliyyət göstərir?
MeqaleFiles2014 -> Elektron hökumət vətəndaşların mənafeyinə hesablanan bir sistemdir Elektron hökumətin inkişafı ilə Azərbaycanda rüşvətsiz idarəetmə sisteminin yaradılması mümkün olacaq
MeqaleFiles2014 -> Elektron hökumət”: məmur-vətəndaş münasibətlərində şəffaflığın qarantı
MeqaleFiles2014 -> Elektron hökumət
MeqaleFiles2014 -> Bir toxunuşla döVLƏt eviNİZDƏ Giriş
MeqaleFiles2014 -> Mənim elektron hökumətim
MeqaleFiles2014 -> Elektron hökumət


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə