Elektron Təhlükəsizlik Mərkəzi



Yüklə 38,21 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü38,21 Kb.
#39796


 

 

  

 



 

 

Elektron Təhlükəsizlik Mərkəzi 

 

 



 

Qaynar xətt:  1654 

Email: 

reports@cert.az

 

Ünvan:              Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə 

 

 

 

 

 

 

 

©  Elektron Təhlükəsizlik Mərkəzi, 2014 



 

 

Elektron Təhlükəsizlik Mərkəzi

 

 



İnternet vasitəsilə saxtakarlıqların qurbanı olmamaq üçün 

istifadəçilərin diqqət etməli olduğu amillər 

 

 



Kiberfəzada  şəxsi  məlumatların  oğurlanması  təhlükənin  yeni  növü  deyil. 

Lakin,  son  zamanlarda  kibercinayətkarların  sayının  artması  ilə  bərabər,  bu 

təhlükənin istifadəçilərə vurduğu ziyan da artmışdır. 

 

Sizin  internet  üzərində  yerləşən  hesablarınızı  hədəf  seçən  cinayətkarlar,  ad, 



istifadəçi adları və ya şifrələr kimi şəxsi məlumatları ələ keçirə bilmək üçün ən çox 

phishing  üsulundan  istifadə  olunur.  Phishing  müxtəlif  qanuna  zidd  üsullarla  login 

və şifrə kimi konfidensial (məxfi) məlumatların oğurlanmasıdır. 

 

Praktikada  phishing-in  müxtəlif  üsullarına  rast  gəlmək  mümkündür. 



Bunlardan  biri  –  elektron  poçt  vasitəsilə  göndərilən  saxta  məktublardır.  Bu 

məktublar  sizin  bildiyiniz  və  güvəndiyiniz  şəxsdən  və  ya  qurumdan  (məsələn, 

bankdan hesabınızın bağlanması ilə əlaqədar gələn və ya digər vacib hallarla bağlı 

məzmuna malik məktublar) gəlmiş kimi görünür. Məktubların məzmununda sizdən 

hər  hansı  linklərə  klikləmək  və  şəxsi  məlulatlarınızı  daxil  etmək  tələb  olunur. 

Əslində  həmin  linklər  saxta  saytlara  yönəlmişdir  və  sizin  daxil  etdiyiniz 

məlumatlar cinayətkarların əlinə keçir. 

 

Lotareya  oyunları  və  digər  pul  qazandıran  üsullarla  bağlı  gələn  elektron 



məktublar  əslində  təhlükə  ola  bilər.  Məsələn,  böyük  miqdarda  pulu  sizin 

hesabınıza köçürmək və s. bu kimi maliyyə əməliyyatları üçün icazənizi tələb edən 

elektron məktublar əslində informasiyalarınız üçün riskdir. 

Daha çox  rast  gəlinən  hallardan  biri tanımadığınız şəxslər tərəfindən  göndərilmiş, 

məzmununda kiminsə varisi olmanızı və hesabınıza çoxlu pul köçürülməsini təklif 

edən məktublardır. 

 

Digər  təhlükə  -  saxta  təhlükəsizlik  proqram  təminatlarıdır.   İnternetdə 



saytları ziyarət etdiyiniz zaman kompüterinizin risk altında olduğunu göstərən veb 

səhifələr  və  ya  pop-up  pəncərələrlə  qarşılaşa  bilərsiniz.  Bu  xəbərdarlıqlarda 

hansısa  proqramı  endirməniz  və  kompüterinizə  quraşdırmanız  tələb  olunur. 



 

 

Elektron Təhlükəsizlik Mərkəzi

 

 



Əslində  bu  saxta  və  casus  proqramları  quraşdırmaqla  kompüterinizin  sisteminə 

ziyan vermiş olursunuz, həmçinin, lazımsız proqram üçün pul ödəmiş olursunuz. 

Phishing qarşımıza harada çıxa bilər? 

 



Elektron  məktublar  dostunuz  və  ya  tanışlarınızın  birindən  gəlsə  də, 

təhlükəli ola bilər; 

 



Sosial şəbəkələr ən riskli mənbələrdir; 

 



Yardım  toplamaq  məqsədilə  qurulmuş  kimi  görünən  veb  səhifələr 

təhlükəli ola bilər; 

 



Sizin  axtardığınız  veb  saytın  ünvanına  çox  bənzəyən  domenlərdən 

istifadə edən və həmin sayta çox bənzəyən veb səhifələr; 

 



Çatlaşma proqramları; 

 



Yalnız  kompüter  mühitində  deyil,  mobil  telefonlarınızda  və 

qurğularınızda da bu cür təhlükələrlə qarşılaşa bilərsiniz. 

 

 



 

İnternet  vasitəsilə  həyata  keçirilən  saxtakarlıqlar  maliyyə  itkilərinə,  eyni 

zamanda kompüterinizin ciddi risk altına düşməsinə səbəb ola bilər.  Bu tövsiyədə 

bu  cür  riskləri  azaltmaq  üçün  bu  cür  saxtakarlığın  necə  müəyyən  olunması  və 

onlardan mümkün qədər uzaq qalmaq üsulları haqqında bəhs olunur. 

  



 

Phishing təhlükəsini müəyyən etmə üsulları 

-

 



“Dəyərli  müştərilərimiz”  şəklində  ifadələr  məktub  göndərənin  sizi 

tanımadığını göstərir. Diqqətli olmalısınız; 

-

 

Sizə  xəbərdarlıq  edən  və  ya  sizdən  təcili  şəkildə  ”hərəkətə 



keçmənizi” istəyən məktublar phishing üsulu ola bilər; 

-

 



Adınız,  istifadəçi  adlarınız,  şifrələriniz,  kredit  kartı  nömrələriniz  və 

ya  bank  hesab  nömrəniz,  doğum  tarixiniz  yaxud  sizinlə  bağlı  digər 

şəxsi  və  maliyyə  məlumatları  soruşan  məktublar  –  həmin 

məlumatları oğurlamaq üçün istifadə oluna bilər; 




 

 

Elektron Təhlükəsizlik Mərkəzi

 

 



-

 

Xüsusilə  veb  ünvanları  yazarkən  kiçik  bir  hərf  səhvi  sizi  “tələ”yə 



sala  bilər.  Açılan  səhifə  sizin daxil  olmaq  istədiyiniz  veb  sayta  çox 

bənzəyə  bilər.  Diqqət  etməsəniz,  müəyyən  mərhələyə  qədər 

məlumatlarınızı 

çoxdan 


oğurlamış 

ola 


bilər. 

Məsələn, 

www.microsoft.com əvəzinə, 

www.micrsoft.com daxil  etdiyiniz 

zaman qarşınıza axtardığınız sayta çox bənzəyən səhifə çıxa bilər; 

-

 



Sizə  gələn  hər  hansı  məktubda  və  ya  qarşılaşdığınız  xəbərdarlıqda 

verilən  linkə  kliklədiyiniz  zaman  qarşınıza  çıxan  link,  sizin 

kliklədiyinizlə eyni deyilsə, bu hal sizin məlumatlarınız üçün təhlükə 

yarada bilər; 

-

 

Hər  hansı  məktuba  cavab  verdiyiniz  zaman  cavab  yazdığınız  ünvan 



sizə məktub göndərən ünvandan fərqli olarsa, diqqətli olmalısınız. 

  



 

Phishing təhlükəsinə qarşı müdafiə üsulları: 

-

 



Spam məktubları silin, qəti şəkildə açmayın və ya cavablamayın; 

-

 



Elektron  poçt  məktublarındakı,  mesajlardakı,  pop-up  pəncərələrdəki 

və  ya  çatlaşma  proqramları  vasitəsilə  gələn  mesajlardakı  linklərə 

kliklədiyiniz  zaman  açılan  səhifəyə  diqqət  edin.  Məktubdan  birbaşa 

linkə  klikləmək  əvəzinə  linki  kopyalamaqla  yeni  pəncərədə  əlavə 

edib açın; 

-

 



Şəxsi  və  maliyyə  məlumatlarınızı  İnternet  mühitində  paylaşdığınız 

zaman  diqqətli  olun.  Bu  cür  məlumatları  tələb  edən  məktublar 

əslində  təhlükədir.  Buna  görə  də  əmin  olmadığınız  anketlərə 

məlumat əlavə etməyin; 

-

 

Güclü şifrələrdən istifadə edin, bank və digər vacib hesablarınız üçün 



eyni  şifrədən  istifadə  etməyin.  Şifrənizin  etibarlılığını  test  etmək 

üçün 


bu 

məqsədlə 

yaradılmış 

xüsusi 


proqram 

təminatlarından istifadə  edə  bilərsiniz.  Məsələn,  Microsoft  şirkətinə 

məxsus olan 

Pasword Checker

 proqramı; 



 

 

Elektron Təhlükəsizlik Mərkəzi

 

 



-

 

Kompüterinizin  firewall-nun  aktiv  olduğuna  əmin  olun.  Avtomatik 



yeniləmə edə bilən antiviruslardan istifadə edin. 

-

 



Bank hesabı və ya kredit kartı ödəmələri barədə məlumatları tez-tez 

yoxlayın.  Sizin  məlumatınız  olmadan  edilmiş  ödəmə  ilə  bağlı 

tədbirlər görün; 

-

 



Hər kəsin istifadə etdiyi şəbəkə və kompüterdən istifadə etməklə heç 

bir bank və ödəmə əməliyyatları həyata keçirməyin. 

  



 



Saxta  məzmunlu  və  casusluq  xarakterli  hallarla  qarşılaşdıqda 

həyata keçirməli olduğunuz tədbirlər 

 

Hər  hansı  bir  məktubun  casusluq  məqsədli  məzmuna  malik 



 

olduğunu  düşünürsünüzsə,  aşağıdakı  tədbirləri  reallaşdırmanız 

 

tövsiyə olunur: 

-

 



Məktubu silin, cavablamayın, məktubdakı linkə klikləməyin; 

-

 



Şübhəli  hallarla  qarşılaşdıqda  lazımi  orqanları  bu  barədə 

məlumatlandırın.  Məsələn,  hər  hansı  bir  bankın  adından  sizə  saxta 

məktub göndərilibsə, banka bu barədə məlumat verin. 

-

 



Şəxsi  hesablarınızın  başqaları  tərəfindən  istifadə  olunduğunu 

düşünürsünüzsə,  şifrələrinizi  dəyişin.  Bundan  başqa,  vacib 

hesablarınızın  şifrələrini  müəyyən  periodlarla  dəyişməniz  faydalı 

olar. 


-

 

Phishing  məqsədli məktubların məzmununda arzuolunmaz və ya pis 



niyyətli  proqramlar  mövcud  ola  bilər.Əgər  kompüterinizdə  belə  bir 

proqramın quraşdırılmış olduğunu düşünürsünüzsə, online müdafiəni 

təmin edən təhlükəsizlik proqram təminatlarından birini  istifadə edə 

bilərsiniz.



 

Yüklə 38,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə