Əlfi Qasımov- 90 “ Saçlar ağarsa da ”



Yüklə 53,27 Kb.
tarix08.11.2018
ölçüsü53,27 Kb.
#79350

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi



Əlfi Qasımov- 90
Saçlar ağarsa da...
f:\əlfi qasımov.jpg

Tərtib etdi: Səmədova Rəfiqə
Metodika və biblioqrafiya” şöbəsi

Neftçala- 2017

Əlfi Qasımov — 90
Əlfi Şəhlik oğlu Qasımov 1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladl kəndində anadan olmuşdur. Şelli –Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonar Ağdam Pedaqoji Texnikumunda təhsil almışdır.1943-1944-cü illərdə Ağcabədi rayonunda Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdir.

1944-1946-cı illərdə Ağdamda ikiillik Müəllimlər İnstitutunda təhsilini davam etdirmiş,1946-cı ildə ADU-nun jurnalistika fakultəsinə daxi olmuşdur. Universiteti bitirdikdən sonar “Azərbaycan müəllimi” qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrin işləmişdir. 1958-1966-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib, 1966-1983-cü illərdə Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində çalışmışdır. 1956-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.

1983-cü ilin fevralından ömrünün sonuna kimi, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləmişdir. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Kitablar aləmi” verilişinin aparıcısı olmuşdur.

Əlfi Qasımov ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda Müəllimlər İnstitutunda oxuyarkən başlamış, “Xalq arzusu” adlı ilk şeri Ağdamda çıxan “Lenin yolu” qəzetində dərc edilmişdir. Universitetdə oxuduğu illərdə də Ə. Qasımovun şerləri respublikanın müxtəlif qəzet və jurnallarında çap edilmişdir.

Yazıçının “Əriməzin ətəklərində” adlı ilk oçerklər kitabı 1954- cü ildə çapdan çıxmış, sonralar “Şagird briqadaları”(1960), “Odlu ürək” (1962), “Dnepr qəhrəman” (1963), “Ulduz karvanı” (1967), “Saçlar ağarsa da” ((1970) adlı kitabları nəşr olunmuşdur. Əlfi Qasımov, həmçinin, “Adilənin taleyi” romanının (1960), “Məni qınamayın” (1968) adlı povest və hekayələr kitabının, “Qızburunda tək məzar” (1970) adlı sənədli povestin və s. əsərlərin müəllifidir.

Yazıçının çoxsaylı oçerk, hekayə, povest və roman kitabları, həmçinin tərcümələri və tərtib etdiyi digər kitabları nəşr olunub. Əsərləri rus, qırğız, türkmən və tacik dillərinə tərcümə edilib.

Görkəmli yazıçı Əlfi Qasımov 1985-ci il mart ayının 12-də Bakı şəhərində vəfat etmişdir.

Kitabxanalarda görüləcək işlər:

Əlfi Qaslımovun 90-illik yubileyi ilə əlaqədar filial kitabxanalarda məlumat günləri, söhbətlər, sərgilər, ədəbi-bədii gecələr təşkil olunmalıdır.Təşkil olunan sərgilərdə aşağıdakı başlıqlardan istifadə etmək olar.




  1. Saçlar ağarsada”

  2. Adilənin taleyi”

  3. Məni qınamayın”

  4. Odlu ürək”

  5. Ulduz karvanı”


Ədəbiyyat :
İnsan qaranquş deyil: povestlər və hekayələr / Əlfi Qasımov- Bakı: Gənclik, 1981.-962 s.

Toy gecəsi: romanlar / Əlfi qasımov; (red. O.Salamzadə).- Bakı: Yazıçı, 1985.-382, (2) s.

Vətən çağıranda: sənədli hekayələr / Əlfi Qasımov; (red. Z. Qiyasbəyli).-Bakı: Azərnəşr, 1975.-225 s.

Quliyeva S. Müasir Azərbaycan nəsrində social-psixoloji və mənəvi-əxlaqi problemlərin bədii inkişafı(Əlfi Qasımovun yaradıcılığı əsasında): filol. e. üzrə fəls. d-ru al. dər. a. üçün təq.ol.dis-nin avtoreferatı: 10.01.01 /S.Ş.Quliyeva; Azərb. Resp. Təhsil Nazirliyi, BDU.- Bakı, 2010.-27 s.

Əlfi Qasımov //Əhmədov T. Azərbaycan yazıçıları( XX-XXI yüzillikdə): Ensiklopedik məlumat kitabı.-Bakı, 2011.- s.266.

Unutmadığımız qəhrəman obrazlarının müəllifi: 80-ci illərin nostaljisini yaşadanlardan biri //Azadlıq.-2013.-18 may.-s.14.



Internetdə:
http:// www. azadlıq.info/ 30815. html

https:// az.wikipedia. org/ Əlfi Qasımov


Tərtib edən: Səmədova Rəfiqə.
Metodika və biblioqrafiya” şöbəsi
Neftçala-2017
Yüklə 53,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə