Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
  1   2   3   4   5   6   7   8   9   ...   24


 

 

Əli Abasov Rəna Mirzəzadə 



QENDERƏ GİRİŞ 

(Cəmiyyətdə cinslərin sosial rolları və qarşılıqlı münasibəti problemləri) 

 

MÜNDƏRICAT 



Giriş 

1.  Qender: tarix, ideya və nəzəriyyələr. 

2.  Qender: tarix və nəzəriyyə 

3. Feminizm, qadın hərəkatı, qender 

4. Qender və mədəniyyət. 

5. Cəmiyyətin feminist tənqidi. 

6. Qenderin Azərbaycanda təşəkkülü və qender statistikası 

7. Nəticə 

8. Tədris proqramlar 

9. Kiçik ensiklopediya 

10.   Əlavələr 

GIRIŞ


 

 XX əsrin son qərinəsində idrakda yeni istiqamətlərin yaranması müşahidə edilir. Bu 

istiqamətlər ayrı-ayrı  fənlərin çərçivəsinə yerləşmir, istər təbiət, istərsə  də humanitar 

xarakterli elmləçrin geniş sahələrinin ümumiləşməsini iddia edir. Təbii ki, bu da paralel 

olaraq metodoloji dünyagörüşü və ümumi fəlsəfi problemlərə  də toxunur. Eyni zamanda, 

onlar bizim yaşadığımız dünya, bəşəriyyətin yaratdığı sivilizasiya və müəyyən sistemə 

salınmış idrak üsulları haqqında qərarlanmış  təsəvvürlərimizə  də öz dəyişmələrini gətirir. 

Bu baxımdan qlobal və sosial ekologiyanı, sistemli tədqiqatları, müasir inforomasiya 

nəzəriyyəsini, sinergetikanı və bir sıra digər sahələri də buraya daxil etmək olar. Bu gün bu 

istiqamətlərə son otuz ildə getdikcə daha çox aktuallıq kəsb edən, özünün nəzəri və 

praktiki tətbiqini genişləndirən qender tədqiqaitlarını tam hüquqla daxil etmək olar. Təqdim 

olunan dərslik respublikamızda qender tədqiqatilarına – «cinslərin qarşılıqlı münasibətinin 

fəlsəfəsi»nə, mədəni  ən'ənələrin təsiri altında cəmiyyətdə qadın və kişinin sosial 

vəziyyətlərinə, onların rolları  tədqiq edən istiqamətə  həsr olunan ilkin tədqiqat yönümlü 

kitabın (bax: Əli Seyd Abas oğlu və  Rəna Seydrza qızı «Qender tədqiqatları», B., 1999) 

yenidən işlənmiş nəşridir. 

Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur. Qeyd 

edək ki, MDB ölkələrində  10-15 il əvvəl dəbə düşüb, dünya praktikasında isə bu 

tədqiqatların yaranmasının yaşı 30-dan artıq deyil. Qender tədqiqatlarının qaynaqlarında 

əsasən qadınlar dururdu və buna görə  də bəziləri səhvən, bəziləri isə bilərəkdən qender 

mövzusunu qadın problemi ilə paralel müstəviyə gətirirlər. Bəs bu anlayışın tarixi haqqında 

nə bilirik? Nə üçün Qərbdə bu problem belə aktualdır? «Qender nədir?» kimi sualların 

cavabını axtararkəndə çox vaxt feminizmin «qenderi» əvəz etməsinə gəlib çıxırıq. 



 

2

Kitabda mövzunun bir sıra  əsas probleminin qoyuluşunu, tarixi-fəlsəfi yönümdə 



izahını, klassifikasiyasını müəyyən araşdırmalarla verməyə çalışmışıq.  

Burada  əks olunan ümumi və xüsusən də respublikamıza aid problemlər kompleksi 

qeyd olunan sahənin daha yeni və tədqiqata ehtiyacı olan məqamları ilə bağlıdır. Artıq bu 

gün «qender» anlayışı ilə bərabər «qender elmi», «qender tədqiqatları» adlanan xüsusi bir 

tədqiqat istiqamətləri də formalaşmaqdadır. Bir önəmli cəhəti nəzərinizə çatdıraq ki, artıq 

Qərbdə qender problemləri üzrə sırf elmi mütəxəssislər hazırlanır, dərsliklər, kitablar nəşr 

edilir. Dünya şöhrətli Oksford universitetində qender problemi üzrə dissertasiya işləri 

yazılır, geniş həcmdə tədqiqat işləri aparılır. Sizə təqdim etdiyimiz kitab populyar xarakter 

daşıyır və oxucuları qender problemlərin əsası ilə tanış etmək məqsədi güdür. Bu kitabda 

ümumi «Qenderə giriş» tədris kursuna əhatə edən altı mühazirə mətni, iki tədris proqramı 

verilmişdir. Qeyd edək ki, mühazirələr ya 12 saat və ya 20 saatlıq mühazirə kursları üçün 

nəzərdə tutulmuşdur. 




 

3

1. QENDER ANLAYIŞI HAQQINDA 



 ÜMUMI MƏLUMAT 

  Problemin mahiyyəti. 



  «Qender» anlayışı haqqında. 

  Qadın məsələsinə baxış. 



  Kişi və qadın stereotipiləri. 

XX əsrin 60-cı illərindən etibarən Qərb ölkələrinin sosial elmlərində (antropologiya, 

tarix, psixologiya, fəlsəfə  və s.) işlədilən «qender» anlayışı qadın probleminin ələlxüsus

cəmiyyətdə qadın və kişi münasibətlərinin təhlili ilə  əlaqələndirilir. Qadın və kişi 

münasibətlərinin adekvat təhlili üçün bioloji amillərin kifayət olması fikri də bu dövrə 

təsadüf edir.

1

 



XX əsrin 70-ci illərindən qərb ədəbiyyatında, əsasən ingilisdilli ədəbiyyatda, sonralar 

isə müxtəlif ölkələrdə, hazırda Azçərbaycanda da qender anlayışı haqqında müəyyən 

tədqiqat cəhdləri və mülahizələri ilə rastlaşırıq.  

Müasir dövrdə «Qender münasibətləri» dedikdə  şərti olaraq cinslərin ancaq sosial-

mədəni sahədəki olan qarşılıqlı münasibətləri nəzərdə tutulur. Hərçənd bu baxış yekdilliklə 

qəbul edilməyib

2



Uzun illər  ərzində keçmiş SSRİ-də qadın probleminə dair hər hansı elmi görüşlərin 



meydana çıxmasına, inkişafına keçirilməsinə imkan verilmirdi. Qərb isə belə hesab edirdi 

ki, bu mövzu ilə bağlı keçmiş SSRİ məkanında heç bir ciddi tədqiqat işi aparılmadığından 

və bu işə istiqamət verə biləcək xüsusiləşdirilmiş  tədqiqat mərkəzləri olmamışdır. Qeyd 

etmək yerinə düşər ki, yalnız «qadın məsələsi» mövzusuda araşdırmalar olmuşdur. Bu 

təsadüfi deyildir. Uzun illər keçmiş Sovetlər İttifaqının təbliğat aparatı bütün dünyaya sübut 

etməyə çalışmışdır ki, «bizim ölkədə» qadın məsələsi birdəfəlik həll edilmiş, qadınlarla 

kişilərin bərabər hüquqluluğuna tam nail olunmuşdur. Məlum Sovet Hökuməti 1981-ci ildə 

«Qadınlara münasibətdə ayrı-seçkilik ləğv olunması haqda Konvensiyaya» imza atmışdır. 

İlk dəfə isə  1991-ci ildə Moskva şəhərində «Qender tədqiqatları: vəziyyəti və 

prespektivləri» problemlərinə dair dünyanın qabaqcıl alimlərimnin iştirakı ilə Beynəlxalq 

görüş keçirilmişdir. 

Əksər qərb ölkələrində «feminist tədqiqataları», «qender tədqiqataları» və «qadın 

problemləri tədqiqatı» məfhumları çox vaxt sinonim kimi işlədilmişdir. Lakin, elmi 

praktikada  ənənəvi anlayış kimi bu deyim «qadın problemlərinin tədqiqatı» məzmununda 

qəbul edilir. Bu istiqamət «qadın probleminin elmi qolunun» həm nəzəri tədqiqetmə, həm 

də  təcrübi-öyrədən hissəsi kimi təhlil edilir. Tədqiqat bu baxımdan qadınların 

ictimailəşməsinin tarixi prosesini əks etdirir, onun tərkib hissəsini, cinslərin mühüm 

xüsusiyyətlərini araşdırır. 

Qender – qadınların fəaliyyət proqramı olan Pekin Platformasında «cinsi 

xüsusiyyətləri nəzərə alan elm» kimi xarakterizə olunur. Belə ki, Pekin Bəyannaməsinin 3-

cü Platformasında deyilir: «bütün dünyyada qender bərabərliyinə nail olmaqla bağlı 

qadınların qarşısında qoyulan məsələlər ancaq kişilərlə  tərəf-müqabillik  əsasında həll 

oluna bilər». 

Qender tədqiqatları – bu, ilk növbədə cinsin sosial psixoloji və sosial mədəni 

xüsusiyyətləri aspektindən öyrənilməsidir.  Əlbəttə, burada iqtisadiyyat, siyasət və sosial 

mühit də  nəzərə alınır. «Qender tədlqiqatları» anlayışı bizdə  nə elmdə, nə  də içtimai 

həyatda özünə yer tapmamışdırsa da, o öz predmetinə görə fəlsəfi və sosioloji tədqiqatlara 

daha yaxındır. Bu baxımdan qadın hərəkatları inkişafının və qadınların vəziyyətinin sosial-

fəlsəfi aspektinin öyrənilməsini qeyd etmək olar. Lakin, bu tədqiqatların nəzərə çarpacaq 

                                                 

1

 Бах: Р.Ибращимбяйова. «Эендер эцнцн тялябидир» мягаляси, Б., 1998. 



2

 Бах: И.Кон. «Введение в сексологии». М., 1989. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə