“Əli bəy Hüseynzadə” mükafatı təqdim olundu



Yüklə 327,68 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü327,68 Kb.
#76928


“Əli  bəy Hüseynzadə”  mükafatı təqdim olundu. 

 

 

 

 

          



Mayın 25-də Əli bəy Hüseynzadə adı-

na Salyan Rayon Tarix-

Diyarşünaslıq Muze-

yində Xalq Cümhuriyyətinin 100 illik yubi-

le

yi çərçivəsində Azərbaycan ədəbi, ictimai 



fikrinin görkəmli nümayəndəsi Əli bəy Hü-

seyn


zadəyə  həsr  olunmuş    “İstiqlal  aşiqi” 

adlı tədbir  keçirildi.  

      

Tədbir iştirakçıları Əli bəy Hüseynzadə-



nin  abidəsini  ziyarət  etdikdən  sonra  böyük 

türkçü 


Əli  bəy  Hüseynzadə  və  Cümhuriy-

yətin qurucuları haqqında kitablardan ibarət 

sərgi  ilə  tanış  oldular.  Sərgidə  Əli  bəy  Hü-

seynzadənin  Türkiyədən  gətirilərək  Azər-

bay

can  İstiqlal  Muzeyinə  hədiyyə  olunmuş 



şəxsi  əşyalarının  fotoları  da  nümayiş 

etdirilirdi. 

       

Tədbiri giriş sözü ilə açan Salyan Rayon 



İcra  Hakimiyyətinin  başçısı  Sevindik  Hətə-

mov  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

döv

lətçilik tariximizdə önəmli mövqeyindən 



danışdı.  Vurğuladı  ki,  ölkəmiz  XX  əsrdə 

ikinci  dəfə  müstəqillik  əldə  etdikdən  sonra 

Azərbaycanın müasir bir dövlət kimi inkişafı 

ümummilli  lider  Heydər  Əliyevin  adı  ilə 

bağlıdır. 

      A


zərbaycan  Milli  Kitabxananın direkto-

ru Kərim Tahirov Cümhuriyyətin dövlətçilik 

tariximizdə  müstəsna  əhəmiyyətini  qeyd 

etdi. Bildirdi ki, Xalq Cüm

huriyyəti gələcək 

müstəqil  Azərbaycanın  qurulması  üçün 

bünövrə rolunu oynayıb. 

 

 

 

 

 

 



           Respublika 

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək müsəlman Şərqində ilk demokratik və parlamentli respublika 

olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda keçilən çətin və şərəfli yoldan danışdı. Əbülfəz Qarayev  böyük türkçü Əli bəy 

Hüseynzadənin ölkəmizin fikir tarixində önəmli şəxsiyyətlərdən olduğunu vurğuladı. Qeyd etdi ki, Əli bəyə məxsus əşyalar, sənədlər ötən il 

ədibin qızı Feyzavər Alpsar tərəfindən ölkəmizə hədiyyə edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Feyzavər xanım “Dostluq” ordeni ilə 

təltif olunub. 

        

Əbülfəs Qarayev daha sonra Əli bəy Hüseynzadənin müəllifi olduğu rəsm əsərini rayon Tarix-diyarşünaslıq muzeyinə verilməsi üçün 

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova təqdim etdi. 

        


Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında qeyd etdi ki,  Şərqin böyük elm xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin 

ideoloqlarından olan Əli bəy Hüseynzadə Azərbaycanda və bütün Türk dünyasında geniş tanındığından onun irsi türkdilli ölkələrdə həvəslə 

öyrənilir. 

        


Milli  Məclisin  deputatları  Fəzail  Ağamalı,  Əliağa  Hüseynov,  “Təfəkkür”  Universitetinin rektoru,    professor  Rahim Hüseynov 

çıxışlarında Cümhuriyyətin 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardığını, onun öz müqəddəratını təyin 

etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdiyini vurğuladılar.  

        Professor Rahim Hüseynov 

öz  çıxışında  Cümhuriyyətin  irsinin  öyrənilməsi,  araşdırılması  və  gələcək  nəsillərə  çatdırılması  işinin 

təqdirəlayiq olduğunu vurğuladı və bu sahədə bundan sonrada əlindən gələni edəcəyini dedi. 

        

“Ədəbiyyat  qəzeti”nin  baş  redaktoru,  filologiya  üzrə  fəlsəfə  doktoru  Azər  Turan  Əli  bəy  Hüseynzadənin  həyat  və  yaradıcılığından, 

mübarizə yolundan geniş danışdı.  

        


Sonda Əli bəy Hüseynzadəyə məxsus əşyaların və sənədlərin Türkiyədən ölkəmizə gətirilərək “İstiqlal” Muzeyinə verilməsində xüsusi 

xidmətlərinə  görə  mədəniyyət  naziri  Əbülfəs  Qarayevə,  görkəmli  ədibin  irsinin  öyrənilməsinə,  təbliğinə  və  əsərlərinin  nəşrinə  verdiyi 

dəstəyə  görə  Hüseynzadələr  nəslinin  layiqli  davamçısı,  “Təfəkkür”  Universitetinin rektoru,  professor  Rahim Hüseynova  “Əli  bəy 

Hüseynzadə” mükafatları təqdim olundu. 



 

 

 

Yüklə 327,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə