ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə1/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
  1   2   3   4   5   6   7   8   9   ...   79


ƏLİ İLDIRIMOĞLU
Daş yağan 
gün


Redaktor: 
Nadir Məmmədli
Filologiya elmləri doktoru, professor
Rəyçi:
İlqar Niftəliyev
AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
Əli İldırımoğlu. Daş yağan gün. 
Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2012, 304 səh.
Məlum olduğu kimi, qatı erməni millətçiləri və onların bəd­
nam ideoloqları olan daşnaklar neçə illərdi türklərə, azərbaycan­
lılara qarşı məkrli siyasət yürüdür, qanlı müharibələr törədirlər. 
Qəvi düşmən ötən əsrin əvvəllərində və axırlarında qonşuluqda 
olan yüzlərlə Azərbaycan kəndlərini vəhşicəsinə məhv edib, in­
san ları qocalı­cavanlı amansızlıqla qətlə yetirmişlər. Və ya doğ­
ma yurdlarından didərgin salmışlar. Erməni vandalizmi nəticə­
sində onlarca Azərbaycan kəndi viran edilib yer üzündən silin­
mişdir. 
Yazıçı  Əli  İldırımoğlunun  oxuculara  təqdim  olunan 

Daş 
yağan gün

 romanında erməni millətçilərinin insani normalara 
sığmayan qəddarlığı, Azərbaycanın şəhər və kəndlərinə tutduğu 
divan tarixi faktlarla, bədii dildə təsvir edilmişdir.
ISBN 978-9952-34-818-7
© “Şərq­Qərb” Nəşriyyat evi, 2012
  www.eastwest.az


3
Daş y
ağan gün
FƏRYAD… VƏ VİCDAN
Biz çox vaxt suallar yox, cavablar qarşısında aciz 
qalırıq.  Sualları  biz  vermirik...  Biz  cavablarımıza 
məhkumuq.  Suallar  ilahi  nidasıdır...  Cavablar  insan 
əməlinin təqdimatıdır. Zamanın əbədiliyinə söykənən, 
keçmişin ənginliklərindən süzülüb gələn sirr dolu bu 
suallara  cavab  axtara­axtara  insan  oğlu  müəmma 
dolu bir substansiyaya çevrilmirmi?! Həyat əbədi sua­
la dönmürmü?.. Yaxud bu cavabların özü sual nida­
sıyla  səslənmirmi?  Bəzən  də  müdhiş  cavablar  bizi 
yenidən  quru,  soyuq  suallarla  üzbəüz  qoymurmu? 
Biz kimik?.. Hardan hara gedirik?.. Yolumuzda, inam 
və əqidəmizdə, imanımızda nə dərəcədə kamilik? Za­
man öz nəfəsində, nəfsində bizdən nələri alıb, nələri 
verib!  Daim  əbədi  və  mürəkkəb  sual  kimi  böyük 
məchulluqla önümüzdə dayanan bu dünya qarşısın­
da bizim əbədi missiyamız nədir?.. Onu xilas eləmək, 
yoxsa daha da bəlalara sürükləmək? İlahi varlıq olan, 
müqəddəslikdən  pərvəriş  tapan,  tədricən  şərə  uyub 
şeytana xidmət edən insan övladının missiyası bəlkə 
elə  budur:  vurmaq,  dağıtmaq,  yandırıb­yaxmaq... 
Bəlkə insan dünyaya elə buna görə gəlir?.. Bəlkə elə 
ona görə də insan halallıqdan daha çox harama xidmət 
edir? Elə məhz buna görə də gözəl dünyamız od tu­
tub yanır, şeytanının buxovunda çapalayır? İnsan al­
lahlıq iddiasına düşəndə öz missiyasını unudur, Alla­
hın işlərinə əl aparır və bundan gizli, məşum bir zövq 
alır... Allah zaman­zaman öz yaratdığına həddini ta­


4
Ə
li 
İld
ırı
m

lu
nıtdırır, missiyasını xatırladır, müxtəlif üsul və vasi­
tələrlə onu tərbiyə eləməyə çalışır. Lakin...
Zamanın ayrı­ayrı çağlarında meydana gələn din­
lər, elmi biliklər, etik­estetik fikirlər, fəlsəfi görüşlər, 
incəsənət,  ədəbiyyat...  Bütün  bunlar  insanı  tərbiyə­
ləndirmək, onu şərin pəncəsindən xilas eləmək üçün 
ilahi  çabalardır.  Təəssüf,  günün  bu  günündə,  hətta 
kosmosu fəth etmək əzmində olan müasir insan özü 
özünü  fəthdə  yenə  də  acizdir.  Nə  qədər  çəkəcək?! 
Haqdan,  ədalətdən,  xeyir  əməllərdən  uzaq  düşmüş 
insan özünü tapmaq, özünü yenidən kəşf etmək üçün 
hələ özü özüylə çoxmu mücadilə aparacaq?.. Yəni son 
anda, dünyanın əşrəfi sayılan insan bir qarışqa ömrü 
də yaşamayacaqmı?..
Rəvayətə görə, Həzrəti İbrahim Peyğəmbəri yan­
dırmaq üçün oda atıb kənardan tamaşaya dayanırlar. 
Bu vaxt balaca bir qarışqa ağzını suyla doldurub odun 
üstünə tökməyə başlayır. Onu lağa qoyub gülürlər.
–  Sənin  canın­cəsədin  nədir  ki,  bu  boyda  odu 
söndürmək istəyirsən, – deyirlər. 
– Düzdür, bu cismimlə odu söndürə bilməyəcəyəm. 
Amma  mən,  öz  vicdan  borcumu  yerinə  yetirirəm,  – 
qarışqa cavab verir.
Zaman­zaman üz­üzə qaldığımız bəşəri sualların 
ən sadə və mükəmməl cavabı, bəlkə də elə budur! Qa­
rışqa ömrü, qarışqa vicdanı... Bəlkə, ulu Tanrı bizi bu­
nunla imtahana çəkir, bizə dərs verir, qarışqa vicdanı­
nı  insan  vicdanına  adekvat  estetik  kateqoriya  kimi 
qoyur?! Fəlakət qarşısında hamının vicdanı oyanmalı, 
borc hissi kükrəməli, bacardığını ortaya qoymalıdır. 
Nəinki özü fəlakət yarada, həmcinslərinin malına­ca­
nına  qəsd  edə,  qurulub­yaradılmışları  viran  qoya, 
yandırıb­yaxa, kütləvi qırğınlar törədə, Allahın işinə 


5
Daş y
ağan gün
əl  aparıb  onun  vəzifələrini  mənimsəyə...  Qoca  tarix 
belə halları zaman­zaman təkrarlayıb, lakin son anda 
haqq  qazandırmayıb.  Erməni  vandalizmi,  erməni 
vəhşiliyi, erməni şovinizmi də təzələnən, təzələndikcə 
həyasızlaşan, həyasızlaşdıqca quduzlaşan, yeni çalar­
larla  üzə  çıxan  bəşəriyyət  və  insanlıq  əleyhinə  belə 
faktlardandır. İnsan, onsuz da xislətən günahkardır. 
Hər insanın qəlbində məşum, sirli bir xəbislik, günah 
potensialı yatır. Viktor Hüqo mümkün qədər az gü­
nah  işlətməyi  tövsiyə  edirdi.  İnsan  üçün  qanun  bu­
dur, – deyirdi. Bəli, insan çalışıb az günah eləməlidir. 
Heç günah etməmək mələklərin işidir... Söhbət hələ 
adi, başqa sözlə, cari günahdan gedir. Təbii, hər kəs 
potensial günahkardır. Bəs qatil, qaniçən, yırtıcı, da­
ğıdıcı, insanlığa qarşı vandallar?.. Təbii, sual da, ca­
vab  da  bu  anda  qapanır. Artıq  bundan  sonra  insan 
yox, insan sifətində şeytan və iblis başlayır. Bunu belə 
də formula eləmək olar: bundan sonra ermənilik baş­
layır...
Biz qarışqa vicdanını örnək gətirdik. Bu, hər bir in­
sanın  vicdan  borcuna  da  işıq  tuta  bilər.  Hər  kəs 
bəşəriyyət  qarşısında,  bu  gözəl,  mərhəmətli,  ana 
şəfqətli dünyamız qarşısında, hər an ünsiyyətdə oldu­
ğu,  göz­gözə,  nəfəs­nəfəsə  dayandığı  həmcinsləri 
önündə  cavabdehdir,  məsuliyyətlidir.  Di  gəl  ki,  çox 
vaxt bu ali, ruhani və qüdsal vəzifələr unudulur, evin 
içində  qardaş  qardaşla  yola  getmir,  qonşu  qonşuya 
daş atır, əsrlər boyu eyni regionda, eyni paraleldə ya­
şayan  millətlər  bir­birinə  qənim  kəsilir,  ölkələr, 
dövlətlər cəngi­cidala çıxır, kəndlər, şəhərlər xaraba­
zara çevrilir, qan su yerinə axır... Həmişə ləyaqətini 
uca  tutmuş,  səmimiyyəti  ucbatından  əzab­əziyyət 
çəkmiş biz azərbaycanlılar da zaman­zaman adı vic­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə