Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli



Yüklə 0,65 Mb.
səhifə6/8
tarix23.01.2018
ölçüsü0,65 Mb.
#22100
1   2   3   4   5   6   7   8

(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2011-ci il martın 31-də efirdə səsləndirilmiş verlişin redaktə edilmiş mətni (www.trtazerbaycan.com)



RSFSR XALQ KOMİSSARLARI SOVETİ

SƏDRİNİN MÜAVİNLİYİNƏ YÜKSƏLDİLƏN

VƏ MƏHV EDİLƏN TURAR RISKULOV

Qazaxıstanda rəhbər vəzi-fələ­də işləyən azərbay­can­lıla­rın sayı çox olub. Amma Azər­baycanda rəhbər vəzi­fə­lərdə işləmiş qazağı axtarmaq sa­manlıqda iynə axtarmaq kimi­dir. Bunun bir səbəbi də möv­zunun işlənməməsi, ak­tual­laş­dırılmamasıdır.

Turar Rıskulovun 1921-22-ci illərdə Bakıda işlədiyi haq­qın­da bilgim vardı. Onun haq­qın­da yazmaq istəyəndə qay­n­aqları yenidən gözdən ke­çirsəm də, rastıma kiçik infor­ma­si­ya­dan başqa bir şey çıxmadı.

Turar 1894-cü il dekabrın 26-da Semreç vilayətinin Be­saqaş (Beşağac – Ə.Ş.) aulunda (indi bu kənd Almatı vila­yətinin Talqar rayonuna daxildir – Ə.Ş.) Dulat tayfasından olan Rıskul Jılkaydar ulunun, yəni Jılkaydar oğlunun ailəsində dünyaya göz açmışdır. Aulda Turar Rıskululı kimin tanındığı halda rus məktəblərinə getdikdən sonra sənəd-lərində adı və soyadı Turar Rıskulov kimi yazılmağa başla-mışdır. Beləcə atasının adı Rıskul çevrilib Turarın soyadı olmuşdur.

Turarın atası Rıskul Jılkaydar ulu haqqını tələb etdiyinə görə onun hərəkatını hökumətə qarşı çıxmaq kimi qiymət­lən­diriblər. 1904-cü ildə onu 10 illiyə Sibirə sürgünə göndəri-rlər. Atasının həbsi və ailəsinin iqtisadi vəziyyətinin ağırla-şması balaca Turarı ruhdan salmır. O, əsas diqqətini oxuma-ğa yönəldir.

Ortabab kəndli ailəsinin tək övadı olan Turar Rıskulovu ailəsi oxuda bilir. Aullarında molla yanında ibtidai təhsilini başa vurduqdan sonra onu 1907-ci ildə Merke qəsəbəsindəki rus-tuzem məktəbinə göndərirlər. Bu məktəbin proqramı bizlərdə rus-tatar məktəbi kimi tanınan təhsil ocaqlarının proqramı ilə eyni idi. Üç il burada oxuduqdan sonra Turar Rıskulov indi Biştek kimi tanınan Pişpek şəhərinə yollanır. 1914-cü ildə Pişpek şəhərindəki kənd təsərrüfatı məktəbini bitirdikdən sonra Daşkənd şəhərində işləməyə gəlir.

Daşkənd Müəllimlər İnstitutunda oxuyarkən inqilabçılarla yaxından tanış olur və gənclik çılğınlığı ilə monarxiyanı devirmək, sosial ədaləti bərpa etmək istəyənlərin sırasına qoşulur. 1916-cı ildə çar II Nikolayın ölkədə vergi alınaraq əsgəri xidmətə cağrılmayan müsəlmanların 19-43 yaşlı kişilərinin səfərbərliyə alınması haqqında fərman verməsi Türküstanda üsyana səbəb olur.

Xalqı arxasınca apara biləcək adamlar peşəsindən, yaşından asılı olmayaraq üsyançıların dəstələrinə rəhbərlik edir. Yeddisu (Semireçiye) bölgəsində də üsyan rəhbərləri sırasında Tokaş Bökin, Bekbolat Eşekeyev, Uzak Saurıkovla ya­naşı 22 yaşlı Turar Rıskulovun da adı çəkilir. Rus əsgəri bir­liklərinin yüzlərlə insanın öldürüldüyü, həbs edildiyi günlərdə üsyançı qruplarından birinə rəhbəri kimi onu da tüturlar.

1917-ci ilin fevralında Romanovlar sülaləsinin hakimiy­yə­tinə son qoyulması, A.F.Kerenskinin rəhbərliyi ilə Müvəqqəti Höku­mət qurulması, bu hökumətin Rusiyanı fedarativ idarəetmə istəyi Turar Rıskulovun həbsdən qurtarıb, inqilabi mübarizəyə qoşulmasına şərait yaradır.

O, Merkeyə dönərək, qırğız-qazax gənclərinin inqilabi təşkilatını yaradır və Aulietidəki sovetlərlə əlaqəyə girir. 1917-ci ilin sentyabrında isə Rusiya Kommunist (bolşeviklər) Partiyasına daxil olaraq fəal siyasi mübarizəyə başlayır. Kokandda qurulan Türküstan Muxtariyyatına qarşı çıxan Turar Rıskulov Aulieti Soveti İcraiyyə Komitəsinə sədr seçilir. 23 yaşlı, heç bir həyat və idarəçilik təcrübəsi olmayan bir gəncin belə böyük vəzifənin öhdəsindən gəlməsi heç də asan olmur.

Ölkədəki hərc-mərclik, Sovetlərin görməli olduğu işlərin dəqiq müəyyənləşdirilməməsi, inqilabçılar arasındakı fikir ayrılığı, rus əsgəri birliklərinin ermənilərin silahlı dəstələri ilə birlikdə Daşkənddə, Kokandda törətdikləri kütləvi qır­ğınlar Turar Rıskulovu və onun kimi inqilabçıları çətin vəziy­yətdə qoyur. Bütün çətinliklərə baxmayaraq o, həm yerli əhalinin müəyyən qisminin, həm də Moskvanın diq­qətini özünə çəkə bilir.

Turar Rıskılov K.Puşkarevin qızını almaqla ona əks cəbhədə döyüşən, Alaş Orda Muxtariyyatının batı bölgəsi nazirlərindən olan D.Docmuxammedovla bacanaq olur. Sovetlərin Türküstan qoşun quruplaşmasını komandırı olarkən M.V.Furunze Rusiya Xalq Komissarlar Sovetinin sədri V.İ.Leninə yazır: “Əksər yerli kadrlar arasında Rıskulov və Xocayev çox fərqlənirdi. Onlar sadəcə ağılları ilə deyil, qeyri-adi xarakterləri ilə də diqqət mərkəzin­də­dir­lər”.



1918-ci ilin iyul- dekabrı ayları yeni yaradılan Türküstan Mux­tar Sovet Sosialist Respublikasının səhiyyə naziri işlə­yən Turar Rıskulova bolşeviklər da-ha böyük etimad göstərib onu Muxtar Respublika Xalq Komissarlar Soveti sədrinə müavin təyin edil-lər. Turar Rıskulov bir və-zifədə möhkəmlənməmiş onu bu və­zifədən o vəzi-fəyə göndərirlər. Bunun bir səbəbi kadr çatışmazlığı, inqilabçılar arasında fikir ayrılığı, ölkəni idarə edəcək qanunların stabilləşməməsi idisə, başqa bir səbəbi də rus­ların müsəlman xalqlarından olan məslək­daş­larına inam­sızlığı idi.

Rusiya Kommunist (bolşeviklər) Partiyası­nın Mərkəzi Ko­mitəsi Türküstanda və qırğız-qazax çöllərində yaşa­yan­­ların onlara inamsız yanaşdığını görüb yeni bir taktika seç­dilər. On­lar partiyanın “Müsəl­man bürosu”nu yarat­ma­ğı qə­rara aldılar. Həmin dövürdə Türküstanda mil­liy­yətindən asılı ol­ma­­yaraq partiyanın üzvlərinin sayının 900 nə­fərə yaxın oldu­ğu qeyd edilir.

1919-cu ilin may ayında təşkil edilən “Müsəlman büro­su”na rəhbərliyə Turar Rıskulov, Abbas Əliyev, Tursun Hocayev və b. seçilir. Sovet rəhbərliyi “Müsəlman büro­su”nun fəaliyyətindən razı qalmasa da, ona qarşı sərt tədbirlər də görə bilmir. Sovet ordusunun ko­mandanı M.V.Frunzenin rəhbərliyində “Müsəlman bürosu”na gizli alternativ kimi düşünülmüş bir Türküstan Komissiyası (Türkkomissiya) qurur. Bu təşkilata Kuybişev, Rudzutakla yanaşı Turar Rıskulov da daxil edilir.

Türkkomissiya iki məsələyə xüsusi diqqət yetirir: biri­ncisi, Türküstana qonşu ölkələrdəki inqilabi hərəkata kömək et­mək, ikincisi, Türküstanın iktisadiyyatını yüksəldib ondan Rusiyanın xeyrinə istifadə etmək.

Türküstanlı ziyalılar Sovetlərə qarşı açıq silahlı mübarizədə uğur qazana bilməyəcəklərini görüb “Müsəlman bürosu”nun tərkibin­də saylarını artırmağa başlayırlar. Kommunist Partiya­sının onlara partiya ədəbiyyatını milli dillərə çevirmək, qəzet, jurnal nəşr etmək, təbliğatçı kadrlar hazırlamaq üçün ayırdığı vəsaiti milli məsələlərə xərcləməyə çalışırdılar. Bu da Moskvanı bərk rahatsız edirdi.

1920-ci il yanvarın 12-18-də Müsəlman bürosunun üçün­cü və Türküstan Kommunist Partiyasının beşinci konfransları keçirilir. Konfranslarda Turur Rıskulov “Milli məsələlər və milli kommunist şöbələri” mövzusunda bir çıxış etdi. T.Rıskılov və tərəfdarları təkli edirdilər:



  1. Türküstan Sovet Sosialist Rsepublikasının adı dəyişilib Türk Respublikası adlandırlsın. Çünki belə olduqda çar Rusiyası zamanı Türküstan və Çöl quberniyaları kimi inzibati bölgələr birləşər. Bu bölgələrdə yaşayan türk xalqları və müsəlmanlar bir mərkəzdən idarə olunarlar.

  2. Türküstan Kommunist Partiyasının adı da dəyişilib Türk Kommunist Partiyası olsun.

  3. Müsəlmanlardan ibarət Türk ordusu qurulsun, Müsəlmanlardan təşkil edilməyən hərbi hissələr ölkədən çıxarılsın

  4. Yeni qurulacaq Türk Respublikası kənar təzyiq və təsirlər olmadan özünün konstitusiyasını yaratsın

  5. Xarici siyasət, hərbi, ticarət və maliyyə siyasəti Türk Respublikasının nəzarətində olsun.

Müsəlman bürosunun III Konfransının iştirakşıları yekdilliklə bu layihəni qəbul etməsi Moskvanı bərk narahat edir.

M.V.Frunze Daşkəndə gələrək fevralın 24-də Türkkomis­si­yanın iclasını və konfranslar keçirərək qərarın qəbulunu sərt tənqid edir, narahatlıqla bu barədə Leninə xəbər verir. RK(b)P MK-sı 1920-ci il martın 8-də bu qərarı ləğv edərək və aşağldakı təlimatı göndərir: “Türküstanda Moskvaya bağlı tək bir kommunist partiyası ola bilər. Məhəlli komitələr isə milli bürolar və şöbələr təşkil edə bilər. Türküstan Kommunist Partiyası bir bölgə kommunist partiyasıdır və RK(b)P MK tabedir”.

Turar Rıskılov və onunla həmfikir olan Tursun Hoca, Soltan Hoca, A.Muhittin, İ.İbrahim və b. bu təlimatın əleyhinə çıxmışlar. Problemi həll etmək üçün 1920-ci ilin mayında Turar Rıskulov, Nizamettin Hoca Bek, İvanov Moskvaya gedir. Gərgin keçən müzakirələr heç bir nəticə vermədiyini görən Moskva 1920-ci il iyulun 19-da Turar Rıskulov və məsləkdaşlarından yaxa qurtarmaq üçün Türküstan Komissiyasını və Türküstan Kommunist Partiya­sını ləğv edib, yeni bir komitə yaradır.

Turar Rıskulov təkidlə Türküstan Muxtar Sovet Sosialist Respublikasının konstitutusiyasında əsaslı dəyişikliklər edilməsini istəyir. Ondan yaxa qurtarmaq üçün 1921-ci ildə Xalq Komissarlığının milli məsələlər üzrə səlahiyyətli nümayəndəsi kimi Azərbaycana işləməyə göndərirlər. Burada da çox qalmağa imkan vermirlər. Turar Rıskulovu 1922-ci ilin əvvəllərində yenidən Moskvaya apararaq Rusiya Sovet Fedarativ Sosialist Respublikasının Xalq Komissarlar Soveti sədrinin milli məsələlər üzrə müavin təyin edirlər.

Ədalətli cəmiyyət quracaqlarına, xalqların bəra­bərhüquqlu və firavan bir dövlətdə yaşayacağına ürəkdən inanan Turar Rıskulovu 1922-ci il sentyabrın 6-da Türküstan Mərkəzi İcraiyyə Komitəsinə sədr göndərdilər. Həmin günlərdə Türküstan-indiki Qazaxıstanın bir hissəsini, Qırğızıstan, Öz­bə­kistan, Tacikistan, Türkmənistan dövlətlərini əhatə edirdi. Əhalinin böyük əksəriyyəti də bölgənin Rusiya tərəfindən yenidən işğal edilməsi ilə razılaşa bilmirdi. Müqavimət hərəkatına bölgənin hər yerində rast gəlmək olurdu. Sovet əsgəri birliklərinə və təşkilatlarına qəflətən basqın edərək aradan çıxan dəstələri basmaçılar adlandırırdılar. Türküstandakı bu müqavimət hərəkatı tarixə də basmaçı hərəkatı adıyla daxil olmuşdur.

Turar Rıskulovu Sovet Sosialist Respublikaları İttifaqı yaradılması üçün Türküstanı hazırlamağa göndərirlər. Bir ay sonra isə onu geri çağırırlar. Çünkü o eyni dilin, eyni dinin, eyni mədəniyyətin daşıyıcısı olan xalqların vahid bir dövlət halında idarə olunmasını istəyirdi. Türküstanın beş yerə bölünməsi, beş müttəfiq və bir muxtar respublika yaradılması ideyasını bəyənmirdi. Odur ki, onu pantürkizmdə ittiham edərək rəhbər vəzifədən və idarəetmədən uzaqlaşdırıb, Kom­munist İnternasionalına işə göndərirlər. 1924-cü ilin aprelindən 1926-cı ilin iyununadək Kominter Şərq şöbəsinin müdir müavini işləyir və burada dünya kommunist hərəkatının liderləri arasındakı fikir ayrılıqları və qarşıdurma ilə yaxından tanış olur.

Kommunterndə çalışarkən əqidə yoldaşları saydığı, mətin inqilabçı kimi tanıdığı insanların öncədən verdikləri vədlərə əməl etmədiklərini, bütün güclərini hakimiyyətlərini möhkəm­­ləndirməyə yönəltdiklərini və sosializm yaymaq adı altında Rusiya imperiyasının sərhədlərini bərpa etməyə çalış­dıqlarını görür. Turar Rıskulov da sosialistlərin verdiyi vəd­lərə inanıb fikrini sərbəst ifadə edir, idarəetmədəki nöqsa­nları göstərərək onların aradan qaldırılmasını təklif edir.

Onun proletar diktaturası qurulmasına əngəl olacağını görürlər. Türküstanı Rusiyadan ayrmaq istəyən birisinin Türküstan Respublikasının sədri vəzifəsində olması olduqca təhlükəli idi. Rusiya bununla barışa bilmirdi. Odur ki, zəngin bir bölgəni əldən verməmək üçün tədbirlər görməyə başlayır. Turar Rıskulovun və məsləkdaşlarının əvvəlcə “Türküstanın Birliyini qorumaq!” şüarı tənqid edilməyə başlanılır. 1925-ci ildə İ. Stalin müsəlman bölgələrinin rəhbərlərinin müşavirəsini keçirir və çıxışında Turar Rıskulovu basmaçılarla eyni fikirdə olmaqda, Tatar inqilabının başçısı M.Soltanqaliyevi dəstəkləməkdə günahlandırır.

Turar Rıskulovu ölkədən uzaqlaşdırıb, Kommunternin Mon­­qolus­tanda səlahiyyətli nümayəndəsi vəzifəsinə göndə­rirlər. Əslində Monqolustanda Kommunist İnternasionallıq elə bir iş yox idi. Sovetləşmiş Rusiya sadəcə olaraq yeni adla oranı da işğal dairəsində saxlamaq istəyirdi. 1925-26-cı illərdə Monqolustanda işləyən Turar Rıskulov çətinliklə də olsa geri qayıda bilir.

Bu dəfə onu 1926-cı ilin martında RK(b)P MK-nın Qaza­xıstan üzrə mətbuat şöbəsinə müdir təyin edirlər.

Turar Rıskulov yanıldığını, bolşeviklərin vədlərinə aldan­dığını anlayır və mübarizəsini gizli davam etdirməyi plan­laş­dırır. Bunun üçün də rəhbər vəzifələrdə işləyən, ziyalı, maarifpərvər türk-müsəlman xalqlarının nümayəndələri ilə görüşür, onların yaratmış olduğu gizli təşkilata yardım edir.

1926-cı ilin iyulunda Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarlar Soveti sədrinə müavin təyin edilir. O, 1927-1930-cu illərdə Türkistan-Sibir Dəmiryol Çəkilişinin Yardım Komitəsinə rəhbərlik etdiyinə görə tez-tez Qazaxıstana gəlməli olur.

Turar Rıskulovun həyatı 1929-cu ildə tükdən asılı vəziyyətdə olur. Tatar komministi və dövlət xadimi M.Soltanqaliyevi pantürkzmdə suçlayıb həbs edəndə onun məsləkdaşları sırasında Turar Rıskulovun da adı çəkilir. Turar Rıskulov isə 1929-cu ildə “İzvestiya” qəzetində bir məqalə çap etdirir. Orada göstərir ki, yanlışlığa yol verib, kommunist partiyasının siyasətindən uzaqlaşıb. Bu etirafına görə, ya da hər hansı başqa səbəblərdən dolayı Turar Rıskulovu vəzifədən azad edib, həbsxanaya göndərmirlər.

Turar Rıskulov iş yerini tez-tez dəyişdiyindənmi, yoxsa nə səbəbdənsə bir neçə dəfə evlənməli olur. Onun ikinci evliliyindən, Nadejda Konistantinovna Puşkarevadan (1902-1976) olan nəvəsi Vladimir Rıskulov yazır ki, babası Turar birinci dəfə Türküstan general qubernatoru Vladimir Pavloviç Kolosovskinin qızı Tatyana ilə evlənib. Ondan Alek­san­dir (İsgəndər) adlı bir oğlu olub. Tatyana boşandıqdan sonra uşağı Aleksandrı (İsgəndər) anası Varvara Valeryanovnanın yanında qoyub başqa ərə gedib.

Aleksandir (İsgəndər) atası həbs ediləndə 10-cu sinifdə oxu­yurmuş. Atasından xəbər tutmaq üçün Mockvadakı Lub­yanki həbsxanasına gedib. KGB işçiləri onun Turar Rıskı­lo­vun oğlu olduğunu bildikdə həbs ediblər və Arxangelskdəki həbsxanalardan birinə göndəriblər. Orada vərəm xəstəliyinə tutulub. Həbsdən buraxılsa da yaşaya bilməyib. 1940-ci ildə dünyasını dəyişib.

Vladimir Rıskulovun anası Maya da təqiblərdən qurtula bilməyib. İkinci Dünya Savaşından sonra həbs edilib və İ.Stalinin ölümündən sonrakı illərdə həbsdən azad edilib.

Vladimir Rıskulovun Sofiya adlı bir xalası da olub.

Vera İvanovna adlı qadından da Turar Rıskulovun May adlı bir qızı olub. Anası onu da atıb başqa ərə-çar generalı L.M. Mordovskiyə gedib.

Turar Rıskulov Türküstanın iqtisadi cəhətdən inkişafına diqqət yetirməklə kifayətlənmirdi. Qazax gənclərinin təhsil almalarına, rəhbər vəzifələrə irəli çəkilmələrinə də diqqət yetirirdi. O, 1928-ci ildə Almatıya növbəti gəlişində qazaxların birinci ali təhsilli mühəndisi, 1918-ci ildə qazaxlar üçün milli dövlət quran və ona müvəqqəti rəhbərlik edən, Sovet hakimiyyəti illərində Türküstan-Sibir dəmiryolunun çəkilişində müxtəlif rəhbər vəzifələrdə işləyən Muhammetcan Tınışpayevin oğlu İsgəndəri də Moskvaya Kinomotoqrafiya İnstitutunda oxumağa göndərir ki, ali təhsilli kino operator olsun. 1929-cu ildə Almatıya növbəti gəlişində İsgəndər Tınışpayevin vasitəsilə şəhərin ən gözəl qızlarından biri, 18 yaşlı Əzizə (06.08.1911-06.06.1988) ilə tanış olur və bir könüldən min könülə ona vurulur.

Əzizənin ailəsi şəhərin ən nüfuzlu ailələrindən sayılırdı. Atası Kazan Baytarlıq İnstitunun məzunu, milliyətcə qazax olan Tubek İsenqulov, anası isə milliyətçə tatar olan Arifə Ataulla qızı Mineyeva idi. Onlar Almatıya 1922-ci ildə gəlmişdilər. Əzizənin atası İskəndərin atası Muhammetcan Tınışpayevlə dost idi və eyni sahədə Türküstan-Sibir Dəmir-yolu Tikintisində çalışırdılar. Tubek İsenqulov Türküstan MSSR Baytarlıq İdarəsinin və Türksib Dəmir Yolu Baytarlıq İdarəsinin rəsisi işləyirdi.

Turarın Əzizə ilə tanışlığından sonra onların məktublaş-ması başlayır və bu yazışma 1931-ci il oktyabrın 24-də Mos-kvada nigahla başa çatır. 1929-cu ildə Almatıdakı Zoobay-tarliq Texnikumu bitirən Əzizə baytarlıq instituna qəbul olunur. Lakin ailə qurduğuna, əri də Moskvada işlədiyinə görə təhsilini Moskvadakı Zoobaytar İnstitutunda davam et-dirir. Oranı 1935-ci ildə bitirdikdən sonra Moskva Baytarlıq Akademiyasının mikrobiologiya kafedrasında kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayır. Turar Rıskulovun Əzizədən 1933-cü ildə Saule, 1937-ci ildə isə Ridu adlı qızı olur.

Ataları həbs edildikdən sonra minbir məşəqqətlər çək­sələr də Saule ali məktəbi bitirir, biologiya elmlər doktoru elmi adı alır, Beynəlxalq İnformasiyalaşdırma Akademiya­sına akade-mik seçilir, Almatada yaşayır və 2013-cü ildə dünyasını dəyişir. Ridu isə Xarici Dillər İnstitututunu bitirir, Moskvada yaşayır və 2009-cu ildə dünyasını dəyişir.

Əzizə ailə qurmamışdan əvvəl böyük qardaşı Rəşid Mos-kvada Aviasiya məktəbini bitirmişdi. Atası isə 1930-cu ildə dünyasını dəyişmişdi. Əzizə Turarla evləndikdən sonra anası və qardaşları Moskvaya köçür. Ailə üzvləri tez-tez teatra, konsertlerə gedir, tanınmış partiya-sovet rəhbər işçiləri, elm və mədəniyyət xadimlərilə, xüsusən də Qazaxıstandan gələn qonaqlarla birlikdə bağ evində məclislər təşkil edirlər. Birlikdə yaşayır şən və firavan günlər keçirirlər. Lakin belə gözəl günlərin ömrü çox uzun olmur.

Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının 16 və 17-ci qurultaylarına nümayəndə seçilən Turar Rıskılov 1927-ci il dekabrın 2-19-da Moskvada keçirilən 16-cı qurultayda deyir ki, Rusiyadakı kəndlilər ilə Mərkəzi Asiyadakı dixan­la­rın( əkinçilərin) vəziyyətini eyniləşdirmək olmaz. Mərkəzi Asiya hələ də çar Rusiyasının kolonial rejiminin izlərini özündə daşıyır. Mərkəzi Asiyada Mosbüronun rəhbəri və Türküstanın idarəçisi olaraq o, konkret olaraq Türküstanın birliyi məsləsini ortaya qoyur. O, Türküstanın türk dilli xal-qlarının eyni millət olduğunu, tarixən bölündüyünü, ayrı düşdüyünü sübut etdi. Onu pantürkizmdə günahlandırdılar. Turar haqlı idi. Ancaq onun belə prinsipial mövqeyi pariyanın məqsədlərinə xidmət etmirdi. Turar Rıskulovun dürüstlüyünü və prinsipiallığı bir çoxlarını qıcıqlandırırdı.

Turar 1937-ci il may ayınadək RSFSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsini yerinə yetirir. May ayının 21-də isə onu Kislavodskdəki sanatoriyada həbs edirlər. Ondan bir az əvvəl, 1937-ci il yanvarın 26-da həmin yerdə əqidə və məslək dostu professor Bəkir Çobanzadəni həbs etmişdilər.

Ağır və işgəncəli is­tintaq öz təsirini göstərir. Turar Rıskulov keçmiş Rusiya imperiyası ərazisin­dəki türk-tatar xalqlarını So­vet əsarətindən qurtarıb Va­hid Türk-Tatar Dövləti qur­maq məqsədilə gizli təşkilat yaratdıqlarını, bu təşkilatın üzvləri və onların planları haqqında istintaqa geniş bil­gi verir. Bu bilgilər də onun və məsləkdaşlarının gül­lə­lən­məsi haqqında qərar çıxarmağa kifayət edir.



1
2009-cu ilin deka-brında Çimkənddəki Jibek Jolu və Turar Rıskulov küçələrinin kəsişdiyi yerdə Turar Rıskulova ucaldılmış heykəl. Heykəltaraşlar çimkəndli Dauren Albekov və Nasır Rustamovdur.
938-ci il fevralın 10-da Turar Rıskulovu da Moskva vila-yətindəki Kaluqa şos­sesi­nin 25 kilometirliyində, DTK-nin (KQB) “Kommu­narka” adlandırdığı yerdə gül­lələyirlər. Memorial fon­du 1999-cu ildə “Kommu­narka”da 4,5 min nəfər siyasi xadimin güllələndiyini müəyyənləşdirir.

Turar Rıskulovun həbsindən sonra 26 yaşlı xanımı Əzizəni, 20 yaşıl qayını Şamili, 50 yaşlı qaynanası Arifəni də cəsusluqda suçlayıb həbsxanalara göndəririlr.

Turar Rıskulov güllələnsə də, istintaqa verdiyi bilgilər xalqımızın mübariz oğullarının ömür yoluna işıq saçır.

Onun adının əbədiləşdirilməsi üçün Qazaxıstandakı Qazax İqtisad Universitetinə, bir rayona, ölkənin bir çox şəhərində küçələrə onun adı verilmiş, əsərləri çap edilmişdir.

 

(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2012-ci il noyabrın 29-da efirdə səsləndirilmiş verlişin redaktə edilmiş mətni (www.trtazerbaycan.com)



SOVETLƏRİN SƏUDİYYƏ ƏRƏBİSTANINDA SƏFİR KİMİ İSTİFADƏ EDİB SONRA MƏHV ETDİYİ NƏZİR TÖREKULOV

Nəzir Törekulovun adını bəzən Nəzim kimi də yazırlar. Töre­qul isə onun atasının adı­dır ki, sonradan soyadı kimi işlədilməyə başlanmışdır. Rus­dilli qaynaqlarda isə onun adı Nazir, soyadı Törekulov, Tyu­reku­lov kimi yazılır. Onun 1892-ci ildə Fərqanə vilayəti-nin Kokand şəhərində pam­bıq tacirinin ailəsində do­ğuldu-ğunu yazırlar. Lakin in­diki Qa-zaxıstan Respublikasının Türk­mə­nistan şəhəri yaxın­lı­ğındakı Kandaz kəndində doğul­duğunu yazanlar da var.

Kokand şəhərində məhəllə məktəbində, yəni mollaxanada oxuduqdan sonra mədrəsədə təhsilini davam etdirmişdir. Atası Törequl rus dilinə tələbin gündən-günə artdığını görüb oğlunu bölgədə rus-tuzem məktəbi adlanan təhsil ocağına göndərir. Oranı bitirdikdən sonra, 1905-ci ildə Kokanddakı ticarət kadrları hazırlayan məktəbə daxil olur. Səkkiz il burada oxuduqdan sonra müxtəlif sahələrdə çalışır.

1914-cü ildə isə Moskvaya gedərək İqtisad İnstitutuna qə­bul olunur. Qazax və rus dillərini mükəmməl bilən, ərəb və fars dillərindən, islam dini və tarixindən, türk ləhcələrin­dən xəbərdar olan Nəzir təhsil illərində fransız və alman dillərini də öyrənir.

Rusiyada baş verən qarışıqlıq Türküstana da öz təsirini göstərir. Vətəninin ağır durumda olduğunu görən Nəzir təhsilini yarımçıq qoyaraq, 1916-cı ildə Kokanda qayıdır.

Nəzir Törekulov millətinin alçaldılmasına və kölə halına salınmasına dözə bilmir. Xalqını azad və xoşbəxt görmək üçün yollar axtarır. Rusiya Sosial Demokratlarının irəli sürdüyü şüarlar, dünyanı dəyişmək istəkləri ona çox şirin gəlir. “Azad torpaq” adlı dərnək qurur.

1917-ci ilin fevralında çar II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması, oktyabrın 25-də bolşeviklərin zor gücünə hakimiyyəti ələ keçirib ölkəni vətəndaş mühribəsinə sürükləməsi Türküstanda da vəziyyəti ağırlaşdırır. Əsarət altına düşmüş qazax, qırğız, özbək, türkmən və b. xalqların bir qrup öndə gedəni vəziyyətdən istifadə edərək müstəqil döv-lətlərini qurmağa can atırlar. Sosial ədalət şüarının şirin­liyinə aldanmışlar isə Rusiyanın müxtəlif siyasi təşkilatlarına daxil olmaları xalqlarının müstəmləkə zülmü altında qalma­sına şərait yaradır.

Nəzir Törekulov da belələrindən olur. O, 1917-ci ildə qısa adı eser olan Rusiya Sosialist İnqilabçlıar Partiyasına daxil olur. 1901-ci ildə yaradılan bu partiyanın liderleri B.M.Çer-nov, N.D.Avksentyev, B.M.Savinkov idi. Eserlər 1917-ci ildə II Nikolay taxtdan salınıb, Müvəqqəti Hökumət quru-landa həmin hökumətə daxil olurlar. 1917-ci ilin yayında Eserlər Partiyasından Sol fraksiya ayrılaraq sol eserlər partiyasını yaradır.

1918-ci ildə Nəzir Törekulov Müvəqqəti Hökumətin Ko­kand Sovetinin İcraiyyə Komitəsinə katib seçirlər və hə­min gün-lərdə Kokanddakı Sol Eserlər Partiyasına sədrlik edir.

Müvəqqəti Hökumət Rusiyada seckili orqan-Müəssislər Məclisi yaratmağı planlaşdırır. 1917-ci ilin noyabr-dekabrında Müəssislər Məclisinə seçkilər baş tutur. Lakin ucqarlarda seçkiləri başa çatdırmaq 1918-ci ilin yanvarında mümkün olur. 1918-ci il yanvarın 5-də (yeni təqvimlə 18-də – Ə.Ş.) Müəssislər Məclisinin iclası başlayır. Rəhbər heyətə seçkilər zamanı bolşeviklər azlıqda qaldıqlarını görüb toplantı keçirilən binanı mühasirəyə alır və seçkinin nəticələrinin elan olunmasına imkan vermirlər. İki gün sonra isə Ümumirusiya Mərkəzi İcraiyyə Komitəsi V.İ.Leninin məruzəsi əsasında Müəssislər Məclisinin buraxılması haqqında dekret verir. Məclisdə çoxluq təşkil edən eserlər, kadetlər və b. partiyalara qarşı təzyiqlər başlanır. Bundan sonra Nəzir Törekulov Eserlər Partiyasından çıxıb, 1918-ci ilin sentyabrında Rusiya Kommunist (bolşeviklər) Partiyasının sıralarına daxil olur və Qızıl Ordu adlandırılan silahlı dəstələrdə xidmət etməyə başlayır.

Nəzir Törekulovun bu xidmətlətini nəzərə alan bolşeviklər onu müxtəlif rəhbər vəzifələrə işə göndərirlər. 1918-19-cu illərdə Kokand İnqilab Komitəsinin katibi, Fərqanə Vilayət İnqilab Komitəsinin üzvü, maarif komissarı, xalq təhsil şurasında şöbə müdirinin müavini işlədikdən sonra onu bolşeviklərin müsəlman bürosunun Daşkənddə nəşr olunan “İştiratiyyun” qəzetinə redaktor göndərirlər.



Lakin bu vəzifədə də çox saxlamırlar. 1920-ci il iyulun 19-da onu Türküstan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Müvəqqəti İcra Bürosuna sədr təyin edirlər. Bu vəzifədə cəmi bir ay iyrimi dörd gün işlədikdən sonra başqa işə keçirirlər.

Kadr çatışmazlığına görə Nəzir Törekulov eyni vaxtda bir neçə vəzifəni yerinə yetirməli olur. 1922-ci ilədək onu Türküstan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Ko­mitənin məsul katibi, Rusiya Kommunist (bolşeviklər) Par­tiyası Orta Asiya bürosunun üzvü, Ümumittifaq Mərkəzi İc-raiyyə Komitəsi Türküstan Komissiyasının üzvü, Türküstan Müxtar Sovet Sosialist Respublikasının təhsil naziri, Hərbi İnqilab Şurası Türküstan Cəbhəsinin üzvü, Türküstan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifələrində görmək olur.

K
Nəzir Törekulov qızı Anellə birlikdə

okandda “Xalq” qəzeti çıxaran, “İnqilab”, “Həqiqət”, “Elm ocağı”, “Türkmən yurdu” və b. jurnallara redaktorluq edən Nəzir Törekulov həm də bir jurnalist kimi formalaşır. Mə­qalələrində xalqının kasıb təbəqələrini iqtisadi sıxıntıdan, yoxsulluqdan qurtarmaq üçün yollar axtarır. Bolşeviklərin fitvasına uyaraq Fərqanə va­di­si­nin varlılarını və ağıllı adam-la­rını kütləvi surətdə həbs etdirir. Kasıb və yoxsullar onun bu hə­rəkətini sevinclə qarşılayır, onu qəhrəman kimi alqış-layırlar.

Amma vəziyyət getdikcə gərginləşir. İdarəçilik bacarığı olma­yan yoxsullar varlılardan alınıb onlara verilmiş təsərrüfatları idarə edə bilmirlər, əllərindən var-dövləti alın­­mışlar isə hökumətdən narazı qalırlar.

Nəzir Törekulov kasıb və yoxsulların övladlarını oxut-mağa, savadsızlığın aradan qaldırılmasına ciddi diqqət yetirir. Əhalinin böyük əksəriyyətinin savadsız olmasının səbəbini iqtisadi çətinlikdə, çar Rusiyasının yeritdiyi siya-sətdə deyil, ərəb əlifbasında görür.

Rusiya Kommunist Partiyası Orta Asiya bürosunun, Türküstan Hərbi İnqilab Komitəsinin üzvü olarkən ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsi üçün əlindən gələni əsirgəmir. Hətta bir müddət əlifba komitəsinə də rəbərlik edir.

1922-ci ildə Alaş Ordaçılar bolşeviklərin təqib, təhqir və təzyiqlərinə dözə bilməyib üsyan qaldırırlar. Üsyanın yatırıl-ması üçün minlərlə insan öldürülür, həbs edilir, sürgünə göndərilir, evindən-eşiyindən didərgin salınır, xarici ölkələrə qaçmağa məcbur edilir.

Moskvadan üsyanın qarşısını vaxtında ala bilmədiklərinə görə milli kadrların bir çoxunu bölgədən uzaqlaşdırmaq məqsədilə mərkəzə – göz önünə gətirir və ya Rusiyanın müx-təlif yerlərinə göndərir. Nəzir Törekulovu da 1922-ci ildə Moskvaya – Mərkəzi Şərq Xalqları Nəşriyyatı İdarəsinə di-rektor təyin edirlər. Ona həm də müsəlman türk xalqlarını ərəb qrafikalı əlifbadan uzaqlaşdırılıb latın qrafikalı əlifbaya keçmlərini təşkil etmək tapşırılır. O, latın qrafikalı yeni türk əlifbasının layihəsini hazırlayanlardan olur.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaya gələn Nəzir Törekulov toplantıda olduqca fəallıq göstərir. Ərəb qrafikalı əlifbanı islah etməklə yeni türk əlifbası yaratmaq istəyənlərin məntiqli çıxışları qarşısında əsaslı dəlillər gətirə bilmədiyindən onlara yumşaldıcı, elmi deyil, siyasi məzmun-lu cavablar verir. O, deyir ki, əlifbamızı dəyişdirmək dün-yanın sonu gəldi demək deyil. Hamınızın gördüyünüz kimi, yeni hərflər gündən-günə geniş yayılır və ozünə çoxlu tərəfdar tapır. Bizim ruhumuza uyğun, ehtiyaclarımızı qarşılayacaq yazı ərəb hərfləri deyil, latın qrafikalı əlifbadır.

Ehtiyaclara cavab verə biləcək, çağdaş, mədəni, texniki olaraq hadisələrə cavab verə biləcək əlifba latın əsaslı türk yazısıdır. Bu yazı Qərbin elm və texnologiyasını qəbul et-məkdə bizə köməklik göstərəcək. Bizim əski yazını dəyiş-dirmək istəməmizin ən önəmli səbəblərindən biri budur.

Nəzir Törekulovun vətənsevərliyi, millətinin savadlan­ması və təşkilatlanması üçün bir çox işlər görməsi müstəmlə­kə­çilərin xoşuna gəlmir. Bolşeviklər hakimiyyətlərini mö­kəm­lədənə kimi bu tip kadrları özlərindən narazı salmamağa çalışırdılar. Onlardan bacarıqla da istifadə etdilər. Sonra isə onları “rəhbər vəzifəyə irəli çəkirik” adı altında vətəndən uzaqlaşdırırdılar.

Nəzir Törekulov Moskvada işlədiyi beş il ərzində milli dillərdə onlarla dərslik, elmi kitab, jurnal və s. çap etdirməyə nail olur.

1928-ci ildə onu SSRİ Xarici İşlər Komissarlığında işləməyə göndərirlər. Ata-babası müsəlman olan, özü də gəncliyində islami dəyərlərə sadiq, mədrəsə təhsilli Nəzir Törekulovu həmin ilin iyulunda Səudiyyə Ərəbistan Kırallığının Hicaz və Necd şəhərinə diplomatik agent və baş konsul təyin edirlər. Bu təyinat birbaşa İ.Stalinin tərəfin-dən verilməsinə baxmayaraq, onun Sədiyyə Ərəbistanına gəlişi 8 aya yaxın çəkir.

Heç bir diplomatik təcrübəsi və bu sahədə təhsili belə olmayan Nəzir Törekulov təcrübəli sovet diplomatı Kərim Həkimovdan az vaxt içərisində çox şey öyrənir.1932-ci ilin mayında onu Kərim Həkimovun yerinə səfir təyin edirlər. Nəzir Törekulov qısa müddətdə Səudiyyə Ərəbistanının kralı Əziz Abdunun diqqətini özünə çəkir. Kralın övladları da ona böyük etimad göstərir və sevirlər. Kral Əziz Abdunun ya-nında böyük nüfuza malik Türkiyə səfiri Seni bəy ölkəsinə qayıtdıqdan sonra onun yerini Nəzir Törekulov tutur.

Diplomat şəxsi nüfuzundan istifadə edərək Rusiya ilə Səu­diyyə Ərəbistanı arasındakı ticarət əlaqələrini inkişaf etdirir və canlandırır. O, Moskvaya göndəriyi məktublarda Qırmızı dəniz ətrafındakı ölkələrlə ticarətin vacibliyini dəfələrlə vur-ğulayır. İxtisasca iqtisadçı olan Nəzir Töreku-



Nəzir Törekulov Səudiyyə Ərəbis­ta­nın­da səfir işlərkən. Nəzir Törekulovun sağındakı Səudiyyə Ərəbistanının kralı Əziz Abdundur.

lovun iqtisa­di məsələlərə çox önəm verməklə SSRİ-nin dir-çəlməsinə yardım göstərdiyini düşünür.

O, 1932-ci ilin mayında Səudiyyə Ərəbistan Kırallığının şahzadəsi Feysəl ibn Əbdül Əziz əs-Saudun Moskvaya səfərini yüksək səviyyədə təşkil edir. Lakin onun uğurları monarxiyaya düşmən gözlə baxan, hər bir işə ideoloji yana-şan, dünyaya proletar inqilabını yayacaqlarını düşünənlərin heç də xoşuna gəlmir. Onların fikrincə, proletar diktaturası qurmuş, sosializmə doğru “sürətlə irəliləyən” bir ölkənin monarxiyalarla, xüsusən Şərq şahları və kralları ilə heç bir xoş münasibəti ola bilməz. Onlar ideoloji məsələlərə daha çox önəm verir, səfirdən az qala Səudiyyə Ərəbistanını ateist bir dövlətə çevirməsini istəyirlər.

Nəzir Törekulov dəfələrlə şəxsi nüfuzundan istifadə edərək SSRİ ilə Səudiyyə Ərəbistanı Krallığı arasında gərginləşən münasibətləri yoluna qoya bilir. Lakin SSRİ xarici işlər nazirinin müavini L.Qaraxanovun Türkiyəyə səfir göndərilməsilə Nəzir Törekulovun vəziyyəti pisləşir.

1934-35-ci illərdə Nəzir Törekulov Səudiyyə Ərəbis­ta­nın­da səfirlik etdiyi halda, demək olar ki, heç bir iş görə bilmir. Nə­hayət, 1935-ci ilin sonlarında Nəzir Törekulovu “başqa işə təyin edilməsi” adıyla Moskvaya çağırırlar. Onu Leninqirad­da­kı (Peterburq) Şərq Xalqları İnstitunda işləməyə gön­dərirlər. Az sonra isə Nəzir Törekulovu Moskvadakı Şərq Xalq­larının Dili və Yazısı İnstituna gətirirlər.

Sovet İttifaqı ciddi cəhdlə İkinci Dünya Savaşına hazırlaşdığından ölkə daxilindəki etibarsız saydığı, müxalif gördüyü insanlardan xilas olma planları hazırlayır. Beləcə kütləvi həbslər başlanır. Həbsə alınanlar arasında bir neçə xarici dil bilən, mədrəsə təhsili görmüş, müsəlmanların dini mərkəzi – Məkkənin yerləşdiyi ölkədə səfir olmuş, dərin zə-kalı və millətsevər Nəzir Törekulovun həbsdən xilas ola bilməsi mümkünsüz olur.

Uzun-uzadı istintaqdan sonra onu xarici ölkələrə casus­luq­dan tutmuş Trotskiçi qrupun üzvu olduğuna və türkçü terrorist qrupun başçıları və üzvləri ilə sıx əlaqə qurmağa kimi müxtəlif cinayətlərdə suçlayaraq, 1937-ci il iyulun 15-də həbs edirlər.

O dövr üçün qısa sayıla biləcək bir istintaqdan sonra ok-tyab­rın 3-də (başqa bir varianta görə noyabrın 9-da) gül­lə­lə­yirlər. Onun edamından sonra qohum-əqrabası sürgün edi­lir, arvadı Nina Aleksandrovna Törekulovaya 5 il həbs cəzacı ve­rirlər.

Nəzir Törequlovun harada və neçə öldürüldüyü haqqında bilgimiz yoxdur. Bildiyimiz odur ki, Anelin ata-anası cəzalandırıldıqdan sonra Sovet rejimi onu Moskvadakı Aviasiya Materialları İnstitunun gizli labaratoriyalarında işlədib. Daimi nəzarətdə saxlamaq üçünmü, yoxsa əldə etdiyi uğurlara görəmi Kremlin yaxınlığında, Moskva çayının sahilindəki Serafimovic küçəsindəki 2 saylı binadan mənzil də veriblər. Labarantlıqdan baş mühəndisliyə kimi yüksələn Anel Nəzir qızı Kokoşvili 2003-cü ilin fevralın 22-də dünyasını dəyişib. Ölümündən sonra vəsiyyətinə görə onu atasının vətəni Türküstanda müsəlman kimi dəfn ediblər. Bununla Törekulovların Nəzir xəttindən gələn soyağacı kəsilib. Törekulovlar nəslində qalan isə Nəzirin qardaşı Qədirin nəvəsi Elyar Törekulov(Musabayovdur). O, hazırda Kokandda yaşayır.

Nəzir Törekulovun ölümündən iyrimi il sonra, yəni Sov.İKP-nin 20-ci Qurultayından sonra onun suçsuz olduğu elan edilir. Əslində bu cəmiyyətdə bir sakitləşdirici addım kimi düşünülmüşdü. Bütün günahlar İosif Stalin və onunla birlidə çalışmış Lavrenti Beriyanın adına yazıldı. Həmin dövürdə rəhbər vəzifələrdə işləyən, “xalq düşməni” palanını artırılmasını istəyən Nikita Sergeyeviç Xoruşşov kimiləri isə vəzifələrini daha da yüksəltdilər. Neçə deyərlər, hay-harayla, təbliğatlar, hakimiyyətdə bəzi yumşalmalara nail olmaqla Sovetlərin ömrünü 40 ilə yaxın uzatmış oldular.

Xalqına işıqlı gələcək vermək üçün kom­mu­nist­lərə qoşulan insanın ömrü faciə ilə başa catır. Onlar haqqında həqiqətlər isə Sovetlər Birliyi dağıldıqdan sonra aşkara çatdı.

Nəzirin qardaşı Qədirin qızı Saidin təkidli şikayət və yazışmalarından sonr Kokandda Nəzir Terekulovun adına 1974-cü ildə küçə verilib. Sovetlər Birliyi dağıldıqdan sonra Türküstanda Nəzir Törekulovun yubileyi təntənə ilə qeyd edilib, muzey və fond yaradılıb, Qazaxıstanda və Özbəkistanda bir neçə orta məktəb onun adı ilə adlandırılıb, üzərində rəsmi olan poçt markası hazırlanıb.Qazaxıstan hökümətinin fərmanı ilə 2003-cü ilin yanvarın 20-də Nəzir Törekulovun şərəfinə “Kazaxıstan Respublikasının ən çevik xarici siyasətini yürüdən” medalı təsis olunub.

Səduyə Ərəbistanının kıralı da Nəzir Törekulava şükranlıqlarını bildirmək üçün Türküstanda məscid tikdirib.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə