ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
  1   2   3   4   5   6   7   8   9   ...   59


 
 


ƏLİ VƏ NİNO  
 
(1927), Qurban Səid (M.Esed bey) 
 
Əsərin müəllifliyi Yusif Vəzir Çəmənzəminliyə  təxmin edilir. Türk nəşrindən Azərbaycan dilinə 
çevirənlər:Orxan və Fikrət Vəzirov qardaşları. 
 

 
Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx tələbə idik. 
Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə rus idi. Günün ikinci 
yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə  şəhərimizin son dərəcə maraqlı coğrafi 
durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin zəif səsiylə bizə  şəhərimizin coğrafi 
durumunu başa salırdı. Biz, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq 
sərhədləri Şimalda Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq 
dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca 
aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni 
Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid 
edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, yoxsa geridə qalmış Asiyayamı 
aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”. 
Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi. 
Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala cavab vermək 
üçün böyük zəka tələb olunurdu. 
Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi: 
“Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. Məmməd Heydər ikinci 
il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı Asiya tərəfində qaldığı möhlətdə  Məmməd Heydərin də 
üçüncü sinifdə bir il daha oxuması labüd idi. Çünki, maarif nazirliyinin qərarına  əsasən Rusiyanın 
Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə kefləri istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus 
orta məktəb müəllimlərinin qızılı sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb: 
“Demək Məmməd Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çox qabağa. De görüm fikrini 
əsaslandıra bilərsənmi? Məmməd Heydər qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi. 
Onun ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Məmməd Heydərin axmaq sayağı vəziyyətindən 
dörd erməni, iki polyak, üç sektant və bir rus son dərəcə həzz aldıqları anda, mən əlimi qaldırıb dedim 
ki: 
- Cənab professor, mən də Asiyada qalmaq istərdim? 
-  Əli xan Şirvanşir! Sən də mi? Yaxşı çıx qabağa baxaq - Professor Sanin alt dodağını qabağa uzadıb, 
onu Xəzər dənizi sahillərinə qədər gətirmiş talehinə lənətlər yağdırdı. Sonra öskürüb, qürurla dedi: -
Heç olmasa sən öz fikrini söyləyə bilərsənmi?” 
- Bəli, ona görə ki, Asiyanı sevirəm. 
- Sevirsən, eylə mi? Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə olmusanmı? Misal üçün Tehranda? 
- Bəli olmuşam? Keçən yaz oradaydım? 
- Yaxşı, elə isə orada heç Avropa mədəniyyətinin böyük nailiyyətlərindən birini gördünmü? Məsələn 
avtomobil gördünmü? 
- Bəli gördüm, özü də lap böyüyünü. Yəni otuz nəfərdən artıq adam tutan avtobusları gördüm. Bu 
avtobuslar şəhər içində işləmirlər. Onlar ancaq bir şəhərdən o biri şəhərə işləyirlər. 
- Bu dəfə o gördüklərin avtobusdur, avtomobil deyil. Onları da İranda dəmiryolu olmadığı üçün 
istifadə edirlər. Buna “geri qalmışıq” deyərlər. Otur yerinə, Şirvanşir. 


Sinifdəki otuz müsəlmanın keyflərinə toxunan yox idi. Onların mənə yönəlmiş baxışlarından nə 
düşündükləri bəlliydi. Professor Sanin əsəbiləşmədi. Ona tələbələrini  əsl avropalı kimi yetişdirmək 
vəzifəsi tapşırılmışdı. 
Professor sanin birdən birə soruşdu:  
- Yaxşı, sizlərdən Berlinə gedən olubmu? 
Sektant Maykov əlini qaldırdı və kiçik yaşlarında Berlində olduğunu söylədi. Orada yeraltından dəmir 
yolu keçirdi. O, çox gurultulu bir tunel stansiyasını və anasının ona hazırladığı qaxac donuz əti ilə 
çörəyi yaxşı xatırlayırdı. Onun xatırladığı biz müsəlman tələbələrini yaman qəzəbləndirmişdi. Qaxac 
donuz  ətinin xatırlanması tələbələrdən Seyid Mustafanın ürəyini bulandırdı və  hətta onun sinifdən 
çıxmasına icazə verildi. Bununla da Bakının coğrafi durumu haqqında mübahisə  də bu şəkildə sona 
yetdi. 
Zəng çalındı. Professor Sanin yüngülcə nəfəs aldı və sinifdən çıxdı. Biz qırx tələbə də onun arxasınca 
sinfi tərk etdik. Bu böyük tənəffüs idi. Böyük tənəffüsdə üç görüləsi tədbirimiz var idi: tədbirlərdən 
biri həyətə qaçıb qonşuluqdakı realnı məktəbin tələbələrinin uniformalarındakı düymələrin və 
kokardlarının qızılı olduqları üçün onları döyməkdən ibarət idi. Çünki, bizim uniformalarımızın 
düymələri və kokardları gümüşü idi. İkinci tədbir, azərbaycanlıların Azəri dilində  bərkdən 
danışmaqlarından ibarət idi. Çünki ruslar Azəri dilini bilmədiklərinə görə, o dildə danışmağı 
məktəbdə qadağan etmişdilər. Üçüncü tədbir isə küçənin o biri tayına keçib müqəddəs kraliça Tamara 
qız litseyinə getməkdən ibarət idi. 
Bu dəfə mən qız litseyinə getməyi qərara aldım. 
Qızlar qar kimi təmiz, ağ döşlüklü mavi uniforma donlarını geymiş, iki-iki, üç-üç bağçada gəzişirdilər. 
Xalam qızı Aişə məni görüb əl elədi. O, Nino Kipiani ilə əl-ələ verib gəzişirdi. Nino dünyanın ən gözəl 
qızlarından biri idi. 
Mən son coğrafiya dərsində müəllimimlə Asiyaya mənsub olduğumuz barədə mübahisəmi qızlara 
söylədikdə dünyanın ən gözəl qızlarından biri olan Nino burnunun ucundan yerə baxıb, dedi: 
-  Əli xan sən düz demirsən. Şükür Allaha ki, biz Avropada yaşayırıq. Əgər Asiyada yaşasaydıq mən 
gərək doğulduğum gündən çadra örtəydim, sən də mənim üzümü görməzdin. 
Mən məğlub olduğumu başa düşdüm. Doğru sözə nə demək olar? Gerçəkdən Bakının qərarsız tikilmiş 
coğrafi durumu sayəsində də dünyanın ən gözəl gözlərinə baxa bilirdim. 
Qızlardan ayrıldım. O gün məktəbə daha getmədim. Şəhəri dolaşıb dəvələrə tamaşa etdim, dənizə 
baxdım. Avropa ilə Asiyanı və Ninonun son dərəcə gözəl gözlərini yada salıb fikrə daldım. 
İçimə bir kədər çökmüşdü. 
Arada üzü ilə  əlləri cüzam xəstəliyindən çürümüş bir dilənçi mənə yaxınlaşdı. Ona sadağa verdim
əlimi öpmək istədi, lakin onun halı məni o qədər ürkütmüşdü ki, iyrənərək əlimi çəkdim. Bir az sonra 
isə zavallını təhqir etmiş olduğumu düşündüm. Səhvimi düzəltmək üçün düz iki saat şəhəri ələk-vələk 
edib onu axtardım. Lakin onu tapmadım. Ondan sonra vicdan əzabı çəkərək evə tərəf getdim. 
Bütün bu əhvalatlardan beş il keçmişdi. Bu illər ərzində çox şeylər baş vermişdi. Bizə yeni bir müdir 
təyin olunmuşdu. Gimnaziya tələbələrinin döyülməsi qəti qadağan olduğu halda, yeni müdir ikidə bir 
yaxamızdan tutub bizi silkələməkdən həzz alırdı. 
Həmin beş il ərzində şəriət müəllimimiz, bizə müsəlman olaraq dünyaya gəlmək imkanı verdiyi üçün 
allahın bizə böyük nemət bəxş etmiş olduğunu izah etmişdi. Sinfimizə iki erməni və bir rus tələbə 
gəlmişdi. İki müsəlman tələbə isə məktəbi tərk etmişdi. Onlardan biri oxumağı buraxıb on altı yaşında 
evlənmiş, digəri isə məktəb tətili zamanı qan davasının qurbanı olmuşdu. 
Mən  Əli xan Şirvanşir də, bu beş il ərzində üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir dəfə 
Kislovodskda, bir dəfə  də İrandakı əmimin yanında oldum. Bir dəfə  də Gerundiyum1 ilə 
Gerudiviyum2 arasındakı fərqli bilmədiyim üçün az qala sinifdə qalmışdım. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə