ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

Əmimin yanında dayanan yaxın qohumum Bəhrəm xan Şirvanşir başını qaldırıb dedi: 
– Siz inanırsınız ki, İngiltərə bizi mədəniyyətimizə görə müdafiə edir? Bəlkə bu işlər neftimizdən 
ötrüdür? 
Əmim laqeyd şəkildə cavab verdi: 
– Mədəniyyət də, neft də dünyaya nur saçmaq üçündür, hər ikisinin qorunmağa ehtiyacları vardır. 
Lakin bizdən yaxşı əsgər çıxmaz. 
Bu dəfə sual vermək növbəsi mənə çatdı: 
– Niyə çıxmaz? Məsələn, mən xalqımız uğrunda vuruşmuşam və gələcəkdə də onun uğrunda vuruşa 
hazıram. 
Əsəd-əs-Səltənə narazı halda mənə baxdı. O çay fincanını yerə qoyub lovğalana-lovğalana dedi: 
– Mən heç bilmirdim ki, Şirvanşirlər arasında da vuruşa hazır olan əsgərlər vardır. 
– Yox, əlahəzrət, Əli xan həqiqətən əsgər deyil, o zabitdir. 
Şahzadə: 
– Onların arasında fərq yoxdur – deyib istehza ilə təkrar etdi: “Sən bir zabitə bax!” 
Mən danışmayıb susdum. Tamamilə yaddan çıxarmışdım ki, hər hansı bir iranlının nəzərində  əsgər 
olmaq ləyaqətli iş deyil. 
Orada olanların arasında təkcə yaxın qohumum Bəhram xan Şirvanşir, deyəsən başqa fikirdə idi. O 
hələ  gənc idi. Şahzadənin yanında oturan yüksək rütbə sahibi olan Muşir-əd-Devle idi. O Bəhram 
xana nəsihət edərək deyirdi ki, Allahın qoruduğu İranın bu dünyada parlamaq üçün artıq qılınca 
ehtiyacı yoxdur. Onun oğulları keçmişdə öz cəsarətlərini sübut etmişdilər. 
O nəsihətinə yekun vurub dedi: 
– Şahinşahın xəzinəsində saf qızıldan yer kürəsinin modeli var. Orada bütün ölkələr müxtəlif 
cəvahiratlarla örtülmüşdür. Yalnız İran ərazisi  ən təmiz və  ən parlaq brilyantlarla örtülüb. Bu 
simvoldan başqa daha bir çox şeylər ifadə edir. Bu həqiqətdir. 
Mən ölkədə kök salmış əcnəbi əsgərlərini və Ənzəlidəki cır-cındır geymiş, ayaqyalın polisləri, yadıma 
saldım. Bu idi Asiya. Avropalı olmaq qorxusundan silahlarını Avropanın ayaqları altına atan Asiya! 
Şahzadə  əsgərlik peşəsinə nifrət edirdi. Halbuki o özü vaxtı ilə  əcdadlarımın iştirakı ilə Tiflisi fəth 
edənlərin arasında olmuşdu. O zamanlar İran başını uca tutub silahlardan istifadə etməyi bacarırdı. 
Lakin indi zəmanə dəyişib. Şahzadə şeri pulemyotdan üstün tutur. Bəlkə də ona görə ki, onun şerdən 
başı daha yaxşı çıxırdı. Artıq Şahzadə də, əmim də yaşlaşmışdılar. İran can verirdi, amma çox zərif bir 
şəkildə can verirdi. Birdən birə Ömər Xəyyamın bir rübaisi yadıma düşdü: 
 
Şahmat taxtasıdır gecəylə gündüz 
Orda oyun oynar insanla fələk 
Onu qaldıraraq deyər “şah” və “mat” 
Sonra öz yerinə qoyar salamat.* 
 
 - ------------------------------------------------- 
* Şer hərfi tərcümə olunmuşdur. 
----------------------------------------------------  
 
 Dərin düşüncələrə daldığımdan, rübaini yüksək səslə oxumuş olduğumu bilməmişəm. Şahzadənin 
qaşqabağı açıldı.  
– Deməli, sən təsadüfən əsgər olmusan. Bəs bunu mənə niyə demirsən? Görürəm oxumuş adamsan. 
Taleyini özün seçəsi olsaydın, doğrudanmı, əsgər olmağı istərdin? Mən Şahzadəyə doğru əyildim. 
Deyirsiniz o təqdirdə  nəyi seçərdim? Mən sadəcə dörd şeyi seçərdim: yaqut dodaqları, musiqini
müdrik kəlamları və qırmızı şərabı. 


Daqiqinin məşhur rübaisi mənə bütün qonaqların ehtiramını qazandırdı. Hətta yanaqları batıq molla 
belə zərif bir tərzdə gülümsədi. 
Yemək salonunun qapıları açılıb, biz içəri girdiyimiz zaman gecə yarısı idi. Xalıların üstünə böyük bir 
süfrə sərilmişdi. Süfrənin tam ortasında böyük bir məcməyidə plov qoyulmuşdu. Süfrənin üstünə iri ağ 
lavaşlar düzülmüşdü. Saysız-hesabsız balaca və böyük boşqablar süfrənin üstünü doldurmuşdu. Salonun 
künclərində heykəl kimi hərəkətsiz halda duran xidmətçilərin  əllərindəki fənərlərdən  ətrafa işıq 
saçılırdı. Biz süfrənin ətrafında əyləşdik və süfrədəki müxtəlif yeməkləri növbə ilə boşqabımıza qoyub 
yeməyə başladıq. Oradakı ənənələrə görə yeməyimizi tez-tez yeyirdik, çünki iranlının həyatda yeganə 
tələsik etdiyi şey, onun yeyin yeməsidir. Molla qısa bir dua oxudu. 
Qohumum Bəhram xan yanımda oturmuşdu. O, çox az yeyirdi və təəccüblə mənə tərəf baxırdı: 
– İran sənin xoşuna gəlirmi? 
– Bəli, həm də çox. 
– Burada nə qədər qalacaqsan? 
– Türklər Bakını tutana qədər. 
– Mən sənə qibtə edirəm, Əli xan. 
Onun səsi heyranlıq ifadəsiylə dolu idi. O, lavaş parçası götürüb bükdü və içini isti plovla doldurdu. 
– Sən pulemyotun arxasında oturdun və düşmənlərinin gözlərindəki yaşı gördün. İranın qılıncı isə 
paslanıb. Biz min il bundan qabaq Firdovsinin yazdığı şerlərdən vəcdə gəlirik. Daqiqinin bir rübaisiylə 
Rudakinin bir rübaisini dərhal bir-birindən seçə bilirik. 
Lakin avtomobil yolunu necə tikməyi və yaxud alaya komandanlıq etməyi bilmirik. 
“Avtomobil yolları” sözünü eşidəndə  Mərdəkan yolunda Naçararyanı qovduğum gecəni və ay işığı 
altındakı bostanları yadıma saldım. Nə yaxşı ki, Asiyada avtomobil yollarını salmağı heç kim 
bacarmırdı. Yoxsa, Qarabağ atı Avropa avtomobilini heç vaxt ötə bilməzdi. 
– Avtomobil yolları nəyinizə lazımdır, Bəhram xan? 
– Əsgərləri daşımaq üçün yük avtomaşınlarından istifadə edəcəyik. Bizim dövlət adamlarımız əsgərlərə 
ehtiyacı olmadığını iddia edirlər. Həqiqətdə isə bizim əsgərlərə ehtiyacımız var. Bizim pulemyotlara
məktəblərə, xəstəxanalara, nizama salınmış vergi sisteminə, yeni qanunlara və  sənin kimi insanlara 
ehtiyacımız var. Bizə  ən az lazım olan şey İranın nalələrini  əks etdirən köhnə şerlərdir. Lakin başqa 
mahnı və şerlər də mövcuddur. Gilanlı şair Əşrəfin şerindən xəbərin varmı?  
Bəhram xan əyilib xəfif bir səslə şerin bir beytini, mənə oxudu: “Kədər və ələm vətənin başının üstünü 
almışdır. Qalxın ayağa və İranın tabutunun dalınca gedin. Bu yolda İran gəncliyi həlak olmuşdur. Ay, 
tarlalar, təpələr və dərələr onların qanına boyanmışdır”. 
Şahzadə bu şeri eşitsəydi, onu “iyrənc misralar” adlandırardı və deyərdi ki, onun şer zövqü təhqir 
edilmişdir. Bəhram xan inadkarlıqla: “Başqa bir gözəl şerdə var” dedi. O şeri Mirzə Ağa xan adında bir 
şair yazmışdı. İndi qulaq as: “Qoy Allah İranı kafir düşmənlərdən qorusun: İran gəlinlərinin təbii 
gözəlliyi heç bir zaman ingilis lordlarının məclislərinə qismət olmasın”. 
– Pis deyil – deyərək güldüm. Çünki İran gəncliyi, köhnə nəsildən pis şerlər yazmaq ilə fərqlənirdi. 
– Amma, Bəhram xan, bir de görüm, sən nəyə nail olmaq istəyirsən?  
Bəhram xan, solmuş qırmızı xalçanın üstündə gərgin vəziyyətdə oturub sözə başladı: 
– Sipəh meydanında heç olmusan? Orada lülələri paslanmış yüz dənə top qoyulub və onların da 
lülələri dörd yana yönəlib: qərbə, şərqə, şimala və  cənuba. Heç bilirsənmi ki, qoca İranda yeganə 
silahlar paslı toplardan ibarətdir. Bu ölkədə bir dənə  də olsun hərb gəmisi və rus kazakları, qırmızı 
uniformalı ingilis əsgərləri və sarayın keşiyini çəkən alayına mənsub dörd yüz nəfər bahadurdan başqa 
bir nəfər də olsun İran əsgəri yoxdur. Sən  əminə, Şahzadəyə  və şahənə rütbələrə malik olan 
digərlərinə bir bax? Onların gözləri sulanmış, gücsüz əlləri titrəyirdi. Onlar da Sipəh meydanındakı 
toplar kimi köhnəlib, paslanmışlar. Artıq bir o qədər ömürləri də qalmayıb. Ona görə də vaxtdır, onlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə