ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   2   3   4   5   6   7   8   9   ...   70

qarşılamağa getməli idim. Tələsik pilləkənlərdən aşağı endim. Faytona minib, səsli-küylü 
limana yollandım. 
  Əmim gerçəkdən hörmətli bir kişi idi. İran şahı Nəsrəddin böyüklük göstərərək ona 
“imperatorluq şiri” fəxri adını vermişdi. Həmin gündən bəri də kimsənin əmimə başqa bir 
şəkildə müraciət etməsinə izn verilmirdi. Onun üç arvadı, çoxlu nökərləri, Tehranda bir 
sarayı və Mazandaranda da ucsuz-bucaqsız torpaq sahələri və malikanələri vardı. 
Arvadlarından ən cavanı Zeynəbin xəstə olduğuna görə o Bakıya gəlirdi. Zeynəbin on 
səkkiz yaşı hələ tamam olmamışdı. Əmim onu o biri arvadlarından çox istəyirdi. Yazıq 
Zeynəbin uşağı olmurdu. Əmim də nəslini davam etdirmək üçün ondan bir oğlan uşağı 
istəyirdi. Zeynəbə nə Kərbəla dərvişlərinin tilsimləri, nə Məşhədli bilicilərin ovsunları, nə 
də eşq sənətində təcrübəli Tehran qoca qarılarının xeyri dəymişdi. Hətta bu məqsədlə 
Həmədana da getmişdilər. Orada qırmızı daşdan yonulmuş sirli baxışı olan böyük bir şir 
heykəli vardı. Kim bilir bu heykəl nə zamansa hansı unudulmuş krallar tərəfindən 
qoyulmuşdur. Əsrlərdən bəri qadınlar karvan kütləsi halında onu ziyarət edirdilər. Şirin 
qocaman sifətini öpür, sonra da hamilə olub ana olacaqları günləri ümidlə gözləməyə 
başlayardılar. Zavallı Zeynəbə o Şiri ziyarət etmək də bir fayda verməmişdi. Ona görə də 
onlar indi Bakıya gəlirdilər. Onlar buradakı həkimlərin əzəmətindən kömək umurdular. 
Zavallı əmim Bakıya gələrkən yaşlı və sevmədiyi arvadlarını da gətirmək 
məcburiyyətində qalmışdı. Çünki ənənə belə əmr edirdi: “Bir, iki, üç, hətta dörd arvad ala 
bilərsən. Amma onların hamısına bərabər münasibət bəsləmək şərtilə”. Arvadlara eyni 
münasibət isə Bakıya gələrkən hamısını yanında aparmaq deməkdir. Qanuna görə 
bunların mənimlə heç bir əlaqəsi yox idi. Qadın qisminin yeri sarayın daxili sakitliyidir: 
yəni iç hissəsidir. Ədəbli kişi qadınlarla danışmaz, onların arxasınca qaçmaz və onlara 
salam da yollamazdı. Qadın qismi kişinin sadəcə kölgəsidir. Hətta kişilər o kölgədə 
özlərini xoşbəxt hiss edirlər. Bu da doğru və ağıllı bir işdir. Bizim məmləkətdə bir söz 
vardı: “yumurtada qıl, qadında ağıl” olmaz. Ağlı başında olmayan yaranmışlar da daimi 
nəzarətdə olmalıdırlar ki, özlərinin və ətraflarındakıların başlarına bəla gətirməsinlər. 
Məncə, bu çox ağıllı qaydadır. 
  Kiçik gəmi körpüyə yan aldı. Sinələri tüklü, dənizçilər gəmidən körpüyə nərdivan 
endirdilər. Gəmidəki sərnişinlər: ruslar, ermənilər, yəhudilər torpağa ayaq basmağa elə 
tələsirdilər ki, elə bil hər dəqiqə onlar üçün qiymətli idi. Əmim gəmidən hələ çıxmırdı. O, 
həmişə deyərdi ki, “tələsik iş şeytan işidir”. Ancaq gəmidəki bütün sərnişinlər gəmini tərk 
edəndən sonra “imperatorluq şiri”nin yaraşıqlı gövdəsi göyərtədə göründü. Onun 
əynində ipək yaxalı bir libas, başında qara rəngli balaca bir xəz papaq, ayaqlarında isə 
yüngül başmaqlar var idi. Onun sıx-tüklü saqqalı ilə dırnaqları xınalı idi. Bu adət min il 
əvvəl İman Hüseynin haqq dini uğrunda tökmüş olduğu qanın xatirəsini anmaq əlaməti 
idi. Əmimin yorğun balaca gözləri vardı, yavaş-yavaş hərəkət eləyirdi. Onun ardınca 
həyəcanları açıqca duyulan, təpədən dırnağa qədər qara çarşablara bürünmüş, əmimin 
arvadları gəlirdilər. Onların dalınca da xədimağalar gəlirdilər. Xədimağalardan biri ağıllı 
simaya malik idi. ikincisinin sifəti qurumuş bir kərtənkələni andırırdı, üçüncüsü isə 
balacaboy, amma öz ağasının namusu və şərəfinin qarovulçusu olmaqdan qürurlanan bir 
adam idi. 
  Əmim yavaş-yavaş nərdivandan endi. Mən onu qucaqladım və ehtiramla onun sol 
çiynini öpdüm – əslində xalq arasında belə bir şeyə ehtiyac yox idi. Arvadlarına da heç 
 
5


gözucu da baxmadım. Biz faytona mindik. Əmimin arvadları ilə xədimağaları qapalı 
faytonlarla bizim arxamızca gəlirdilər. Dəstəmizin möhtəşəm görünməsi üçün Bakı əhli 
əmimin zənginlik və əzəmətinə heyran qalsın deyə faytona sahil yolundan sürməsi üçün 
faytonçuya əmr verdim. 
  Nino da bulvarda dayanıb, gülər gözləri ilə mənə baxırdı. Əmim isə alicənablıqla 
saqqalını sığallayaraq şəhərdə təzə nə xəbər olduğunu soruşdu. Mən ona yeni bir xəbər 
olmadığını dedim. Çünki vəzifəmin söhbətə xırda lazımsız xəbərlərlə başlamaq və 
gerçəkdən lazımlı olan xəbərlərə daha sonra keçməli olduğunu bilirdim. “Dadaş bəy 
keçən həftə Axundzadəni bıçaqlayaraq öldürdü. Axundzadə səkkiz il əvvəl Dadaş bəyin 
arvadını qaçırdığı üçün təhlükənin hələ sovuşmadığını bilə-bilə şəhərə qayıtmışdı. 
Axundzadə, şəhərə qayıdan gün bıçaqlandı. İndi polis Dadaş bəyi axtarır. Amma onu 
polis tapa bilməyəcək. Baxmayaraq ki, hamı Dadaş bəyin Mərdəkanda olduğunu bilirdi. 
  Çünki ağlı başında olan kişilər Dadaş bəyin çox düz hərəkət etmiş olduğunu söyləyirlər. 
  Əmim sözlərimi başı ilə təsdiqləyib dedi: 
  - Bəli, Dadaş bəy düz etmişdir. 
  Daha nə yeni xəbərlər vardır? Bəli, ruslar Bibiheybətdə yeni neft yataqları tapmışlar. 
Dənizin bir qismini təmizləyib neft axtarışına başlamaq üçün Nobel firması böyük birp 
alman maşını gətirtmişdilər. Əmim heyrət içində idi: “Allah, Allah!” deyərək üzgün bir 
tərzdə dodaqlarını tərpətdi. 
  - Evimizdə isə hər şey öz qaydasındadır. Allah izn versə bir həftəyə qədər gimnaziyanı 
bitirəcəyəm” - dedim. 
  Danışmağa davam etdim, yaşlı əmim də məni diqqətlə dinlədi. Nəhayət faytonumuz 
evimizə yaxınlaşanda mən gözlərimi yan tərəfə zilləyib sözarası dedim: 
  “Rusiyadan Bakıya adlı-sanlı bir həkim gəlib. Deyirlər ki, o, çox zəngin biliyə malikdir. 
Adamın üzünə baxan kimi onun keçmişini və hal hazırdakı vəziyyətini xəbər verir. 
  Darıxdığı üçün əmimin gözləri yarı qapalı idi. Tamamilə laqeyd tərzdə əmim o müdrik 
həkimin adını soruşdu. Mənim söylədiklərimdən əmimin məndən çox məmnun qalmış 
olduğunu anladım. Çünki bütün bunlar bizdə əxlaqın və alicənab tərbiyənin əlamətləri 
sayılırdı. 
   
  II 
   
  Düm-düz dama yumşaq, rəngarəng və üzərilərində cürbəcür naxışlar olan Qarabağ 
xalıları sərilmişdi. Axşam üstü xalıların üstündə atam, əmim və mən bardaş qurub 
oturduq. Bizim arxamızda əllərində fənər tutmuş xidmətçilər dayanmışdılar. 
Qabağımızdakı xalının üzərinə sərilmiş süfrə isə hər cür şərq yeməkləri ilə dolu idi: Ballı-
badamlı çörəklər, şəkərləndirilmiş meyvələr, kabab, bişmiş toyuq və kişmişli plov. 
Əvvəllər də olduğu kimi atamla əmimin incəliklərinə heyran idim. Onlar sol əllərini 
tərpətmədən sağ əlləri ilə lavaşdan kəsib içinə ət doldurub, dürmək düzəldərək ağızlarına 
qoyurdular. Əmim çox incəliklə sağ əlinin üç barmağını buğlanan yağlı plovun içinə saldı, 
və bir az plov götürdü. Onları küftə kimi yumurlayıb, bir düyünü belə yerə salmadan 
ağzına qoydu. 
  Çəngəl, bıçaqla yemək vərdişlərində ruslar bilmirəm nədən bu qədər öyünürlər. Hətta ən 
axmaq adam belə, bir ay ərzində bu cür yemək tərzini öyrənə bilər. Şəxsən mən çəngəl, 
 
6


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə