ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   2   3   4   5   6   7   8   9   ...   70

bıçaqla çox rahat yemək yeməyi bilirəm və avropalıların ziyafət süfrəsində necə hərəkət 
etməyi də yaxşı öyrənmişəm. Lakin, on səkkiz yaşım olmasına baxmayaraq, mən atam və 
yaxud əmim kimi tam alicənablıqla yemək yeyə bilmirəm. Onlar yalnız sağ əlin üç 
barmağı ilə saysız-hesabsız şərq yeməklərini elə yeyib qurtarırdılar ki, hətta əllərinin üstü 
belə tər-təmiz qalırdı. Nino bizim yemək üslubumuza barbar üslubu kimi baxırdı. Kipiani 
ailəsinin evində daima masa arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim evdə 
isə ancaq rus qonaqlarımız olduğu zaman yemək bu cür yeyilərdi. Nino, mənim xalça 
üstündə oturub əllərimlə yemək yediyimi görəndə dəhşətə gəlirdi. Amma Nino öz 
atasının ancaq iyirmi yaşına çatdıqdan sonra ilk dəfə çəngəl, bıçaq işlətməyə başladığını 
unudurdu. 
  Yemək sona çatdı. Biz əllərimizi yuduq, əmim qısa bir dua oxudu. Sonra yeməkləri 
süfrənin üstündən yığışdırdılar. Kiçik fincanlar içində tünd çay gətirildi. Yaxşı bir 
yeməkdən sonra əmim qoca adamlar kimi havadan, sudan və boş-boş şeylərdən 
danışmağa başladı. Atam heç danışmırdı, mən də susub oturmuşdum. Çünki adət belə 
tələb edirdi. Yalnız əmim söhbət edirdi və hər dəfə Bakıya gələndə etdiyi kimi sarayında 
çox mühüm, amma mənim üçün hələ də tam aydın olmayan bir rol oynadığı böyük 
Nəsrəddin şahın zəmanəsindən bəhs edirdi. Əmim sözünə davam edib dedi: 
  - ”Tam otuz il Şahən-şahın göz bəbəyi idim. Əlahəzrət üç dəfə Avropa səyahətinə 
çıxarkən məni də özü ilə aparmışdı. Bu səyahətlər zamanı mən, kafirlərin dünyası ilə 
hamıdan yaxşı tanış oldum. Biz kralların, kayzerlərin saraylarını və zamanın ən tanınmış 
xristianlarını ziyarət etdik. Qərblilərin dünyası qəribə bir dünyadır. Hamısından qəribəsi 
qadınlarına olan münasibət idi. Qadınlar, hətta kralların, kanslerlərin arvadları belə 
saraylarda çıl-çılpaq gəzirdilər. Onlara kimsə bir söz demirdi. Bəlkə xristianlar əsl mənada 
kişi deyillər, bəlkə də bunun daha bir başqa səbəbi vardır. Allah bilir səbəb nədir? 
  Əhəmiyyətsiz şeylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə Şahənşah həzrətləri çarın 
sarayındakı bir ziyafətə dəvət edilmişdi. Çariça da onun yanında əyləşmişdi. Şahənşahın 
boşqabında yaxşı bir toyuq  budu vardı. Əlahəzrət o gözəl, yağlı toyuq budunu üç 
barmağı ilə çox zərif bir şəkildə tutaraq qaldırdı və çariçanın boşqabına qoydu: Çariçanın 
rəngi birdən-birə dəyişdi və qorxudan öskürməyə başladı. Sonradan Şahənşahın 
göstərdiyi bu nəzakət çar sarayındakı bir çox prinsi və böyük rütbəyə malik olan şəxsləri 
çaşdırdı. O gecəki ziyafətdən sonra fransız səfiri, çarın arvadını qolları arasına alıb 
eybəcər müsiqi müşayiəti ilə böyük ziyafət salonunda rəqs edirdi. Çarın özü və onun bir 
çox mühafizə zabitləri bu səhnəyə tamaşa edirdilər. Lakin onların heç biri çarın 
namusunu, şərəfini qorumağa qalxmadı... Berlində isə daha bir qəribə şeyin şahidi olduq. 
Bizi “Afrikalı qadın” operasına dəvət etdilər. Səhnəyə bir kök qadın çıxıb, eybəcər şəkildə 
oxumağa başladı. Qadının səsindən heç birimizin xoşu gəlmədi. Kayzer Vilhelm də bu 
qadının eybəcər oxumağını görüb, yerindəcə onun cəzalandırılmasını əmr etdi. Axırıncı 
pərdədə səhnəyə çoxlu zənci gəlib, səhnənin ortasında böyük bir tonqal qaladılar. 
  Qadının əl-qolunu bağlayaraq onu tonqalın ortasındakı dirəyə sarıdılar. O, tonqalın 
ortasında yavaş-yavaş yanmağa başladı. Sonralar bir nəfər bizə tonqalın simvolik 
olduğunu söylədi. Amma biz buna inanmadıq. Çünki qadının çığırtısı Tehranda 
olduğumuz zaman şahın əmri ilə diri-dirə yandırılan kafir qadın “hürriyyət-ül-Ayin”in 
çığırtısı qədər dəhşətli idi.  
 
7


  Əmim bir müddət düşüncə və xatirələrinə qərq olub oturduğu yerdə susdu. Sonra dərin 
nəfəs alaraq söhbətini davam etdirdi: “Bu xristianların başa düşə bilmədiyim bir başqa 
şeyləri də var. Düşməni məğlub etmək üçün onların yaxşı silahları, əsgərləri, üstəlik hər 
şey istehsal etmək üçün yaxşı zavodları da vardır. Başqa insanları kütləvi şəkildə ən asan 
yolla məhv etmək üçün hər hansı bir nəfər yeni ixtira edərsə, həmin adam böyük 
məbləğdə pulla, orden və medallarla mükafatlandırılır. Amma, o biri tərəfdən də 
Avropalılar durmadan saysız-hesabsız xəstəxanalar tikirlər. Müharibə zamanı düşmən 
əsgərlərini müalicə edən və ya düşmən əsirlərini bəsləyən şəxslər də eyni cür hörmətə 
layiq görülürlər. Onlara da orden və medallar verilir. Möhtəşəm hökmdarın Şahənşah 
həzrətləri, həmişə təəccüblənib deyirdi ki, bir-birinə zidd işlər görən insanların eyni 
dərəcədə mükafatlandırıldıqlarını görəndə çaşıb qalırsan. Bir dəfə Şahənşah həzrətləri 
Vyanada bu mövzu barədə Avstriya imperatoru ilə görüşdü. Lakin Avstriya imperatoru 
lazımı dərəcədə mövzunu açıqlaya bilmədi. Bütün bunların əksinə, Avropalılar bizə nifrət 
edirlər... Onlar deyirlər ki, siz dörd arvad saxlayırsınız, halbuki onlar çox zaman dörddən 
də artıq qadınlarla yaşayırlar. Buna baxmayaraq Allahın buyurduğu kimi yaşayıb 
hökmranlıq etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər. 
  Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Əmimin kölgəsi cılız, yaşlı bir quşun 
siluetini andırırdı. O, bir azca dikəlib qocalığa xas olan qayda ilə öskürdü, sonra isə 
hərarətlə danışmağa başladı: 
  - Əslində gerçəyə baxsanız, biz Cənab Allahımızın hər əmrini yerinə yetiririk. 
Avropalılar isə allahlarının əmrini yerinə yetirmədikləri halda, onlar hər gün güclənir
daha da qüdrətlənirlər. Bizim gücümüz və şanımız isə hər gün bir daha ayaqlar altına 
düşür. Bu nədən belə olur? Kim mənə cavab verə bilər? Kimsə ona cavab verə bilmədi. 
  Bu yaşlı və yorğun kişi ayağa qalxdı və əsə-əsə pilləkənlə enərək otağına getdi. Atam da 
onun ardınca getdi. Xidmətçilər gəlib çay fincanlarını yığdılar. 
  Mən damda tək-tənha qalmışdım, lakin yatmaq fikrində deyildim. Qaranlıq şəhəri 
ovuclarının içinə almışdı. 
  Bakı tək bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş, iki şəhərdən 
ibarətdir. Şəhərin qədim qala divarlarının xaricində bayır şəhər yerləşir. Oranın geniş 
küçələri, yüksək binaları, gurultulu və gözlərini böyük pul istəyi bürümüş insanları vardı. 
Çöldən fışqıran, bərəkət və zənginlik gətirən neft, yağışdan sonra çoxalan göbələklər kimi 
kənardan camaatı Bakıya axışdırırdı. 
  Bu şəhərdə teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri, daima 
kürəkləri çılpaq gəzişən gözəl qadınlar vardır. Bayır şəhərdə güllə atılsaydı, hamı bilirdi 
ki, bu atışma pul üstündədir? 
  Avropanın coğrafi sərhədi bayır şəhərdən keçmirdi. 
  Nino da bayır şəhərdə yaşayırdı. 
  İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı 
kimi dar və əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının 
qurduğu neft qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız 
qalası” ucalırdı. Bakı hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi. 
  Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə güc və cəsarət 
verən də elə bu axıdılmış qandı. 
 
8


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə