ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   2   3   4   5   6   7   8   9   ...   70

  Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu darvaza yanında da bir 
zamanlar nəcib insanların qanı axmışdı. Tökülən qanımızın üzərindən uzun illər 
keçmişdi. O zaman ölkəmizə Hüseynqulu xan hökmranlıq edirdi. Çar ordusunda general 
olan Gürcü prinsi Sisianaşvili bir gün gəlib şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu 
xan bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını söyləyərək şəhərin qapısını açmış 
və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə bir neçə atlı zabitin müşayiəti ilə 
şəhərə girmişdi. Şəhər darvazasının arxasındakı meydanda knyazın şərəfinə böyük 
ziyafət hazırlanmışdı. Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb 
qızardılırdı. Ziyafətdə knyaz Sisianaşvili həddindən artıq içmişdi. Ziyafətin sonunda 
knyazın yorğun başı yanındakı Həsən Qulu xanın köksünə düşmüşdü. 
  O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini çıxardıb 
Hüseynqulu xana vermişdi. Hüseynqulu xan da xəncəri almış və knyaz Sisianaşvilinin 
xirtdəyini yavaş-yavaş kəsmişdi. Knyazın xirtdəyindən ətrafa və xanın üst paltarına 
qanlar sıçramışdı. Yalnız o, yorulmadan knyazın başı ovucunun içinə düşənə qədər 
kəsməyə davam etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya qoyulmuş, ulu babam 
da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox keçmədən çar bu cinayətin 
intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir ordu yollamışdı. 
  Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş və sarayın 
qapılarını kilitlətmişdi. Gününü ibadətə və yaxınlaşan sabahkı günü haqqında 
düşünməyə həsr edirdi. Çarın əsgərləri nəhayət qala divarlarını aşıb şəhərə girdikləri 
zaman Hüseynquluxan bir yeraltı keçiddən qaçaraq dəniz quyusuna çıxmış, oradan da 
İrana qaçmışdı. Lakin sarayından yeraltı keçidinə girmədən əvvəl giriş qapısının üzərinə 
ağıllı bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola bilməz”. 
  Məktəbdən evə qayıdanda bir neçə dəfə yolumu Xan sarayının xarabalıqlarından 
salmışam. Onun nəhəng mavritan sütunlu divanxanası bomboş və kimsəsiz idi. 
Şəhərimizdə Ədalət arayan vətəndaşlar gərək qala divarlarının bayırındakı Rus hakiminin 
yanına gedə idilər. Lakin rus hakiminin yanına gedənlərin sayı olduqca az idi. Ona görə 
yox ki, rus hakimləri pis və yaxud ədalətsiz idilər. Əksinə onlar sözə baxan və ədalətli 
insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi bizim xalqın 
xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana salırdılar. Orada o təmiz kamerada qalırdı. 
Ona çay və hətta yemək verirdilər. Oğruya olan münasibət hamını, xüsusilə malı 
oğurlanan şəxsləri qəzəbləndirirdi. 
  Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər məscidə gəlib, 
orada bardaş qurub oturmuş yaşlı, müdrik kişilərə dərdlərini söyləyərdilər. Onlar şəriət 
və Allahın qanunlarına əsasən hökm edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin 
daimi hökmü idi. Bəzən qaranlıq gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir, 
şimşək kimi çaxır, balaca bir qışqırtı duyulurdu. Haqq beləcə yerini tuturdu. Qan davaları 
da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin qaranlıq vaxtlarında arxa 
küçələrdən bir çuval daşınardı. Onun içindən boğuq bir inilti səsi gələrdi. Sonra çuval 
dənizə atılırdı. Dənizdə balaca bir şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu. 
Ertəsi gün üstü başı cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O, 
tanrının qanununu yerinə yetirmişdir. Qanun isə deyirdi ki, zina edən qadın 
öldürülməlidir. 
 
9


  Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə möcüzələrlə 
doludur. Mən bu möcüzələri, bu künc-bucaqları, xəfif gecə pıçıltılarını və məscidin 
günortadan sonrakı durğunluq vaxtlarını çox sevirəm. Allah mənə şiə təriqətinə, İmam 
Cəfərin təriqətinə mənsub bir insan kimi burada dünyaya gəlməyimə imkan vermişdir. 
Əgər o mənə mərhəmət göstərirsə, qoy imkan versin ki, elə burada, eyni küçədə, 
doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla yemək yeyən, gülər 
gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya da qoy bu imkanı versin!  
   
   
  III 
   
  Gimnaziya məzunlarının buraxılış gecəsində ballarda geyinilən xüsusi uniformaların 
yaxaları zərlə işlənmişdi. Gümüşü toqqalar və gümüşü düymələr par-par parıldayırdı. Biz 
başı açıq və səssiz gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın təntənəli anı 
başlamışdı. Tələbələrin hamısı rus pravoslav kilsəsinin tanrısından yardım diləyirdi, – 
baxmayaraq ki, imtahan verən qırx tələbədən yalnız ikisi dövlət kilsəsinə mənsub idi. 
  Kilsənin zərli mərasim libasını geymiş, uzun saqqalı və ətirli uzun saçları olan, əlində iri 
qızılı xaç tutan keşiş duaya başladı. Buxurun (1) iyi salonu bürüdü. Müəllimlərlə dövlət 
kilsəsinə mənsub olan iki tələbə bir-birlərini izləyərək diz çökdülər. Pravoslav kilsəsinin 
zərif musiqisi ilə söylənən kəlmələr qulaqlarımızda sönük səslənirdi. Pərvərdigara bu 
səkkiz ildə biz, laqeydcəsinə və canımız sıxıla-sıxıla bu sözlərə neçə dəfə qulaq asmışıq. 
Dünyanın ən mömin, ən qüdrətli, ən sadiq xristian hökmdarı olan çar ikinci Nikolay 
Aleksandroviçin sitayişlərilə birlikdə dənizdə və quruda səyahət edənlərə, bilicilərə və 
iztirab çəkənlərə, din çar və Vətən yolunda, döyüş meydanında şərəfli canını qurban 
verən bütün döyüşçülərə və bütün pravoslav xristianlara tanrı xeyir-dua versin...” 
  Ürəyim sıxıldığı üçün gözlərimi divara zilləmişdim. Divarda ikibaşlı qartallı gerbin 
altında Bizans ikonasına bənzər böyük qızılı çərçivədə çar həzrətlərinin portreti asılmışdı. 
Çarın sifəti uzunsov, saçları sarışın idi və o, açıq mavi gözləri ilə dik irəli baxırdı. Onun 
döşündəki medal və ordenlərinin sayı-hesabı yox idi. Səkkiz il ərzində onun medal və 
ordenlərini neçə dəfə saymağa çalışmışam, lakin hər dəfə də medal və orden çoxluğu 
nəticəsində onların sayını çaşdırmışam. 
  Əvvəllər çarın portretinin yanında çariçanın da portreti divardan asılırdı. Amma 
sonralar çariçanın portreti divardan çıxarılmışdı. Çünki ölkənin bəzi müsəlmanları 
çariçanın portretində onun yaxası xeyli açıq olmasından narazı qalıb uşaqlarını məktəbə 
buraxmaqdan imtina etmişdilər. 
   
  - ------------------------------------------ 
  1. Buxur – dini ayinlər zamanı yandırılan ətirli qatran. 
  -------------------------------------------- 
 
  Keşiş duaya başlayınca hamımız ciddi görkəm almışdıq. Axı bu gün, çox həyəcanlı bir 
gün idi. Bu həyəcanlı gündə mən də özümü qeyri-adi şəkildə aparırdım. O böyük günü 
ləyaqətlə başa vurmaq naminə mən də səhər tezdən hazırlıq işləri görməyə başlamışdım. 
Sübh açılan kimi özümə söz vermişdim ki, evdə hamı ilə nəzakətli davranacağam. Lakin 
 
10


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə