ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   2   3   4   5   6   7   8   9   10   ...   70

  Veriləcək qiymət məni heç maraqlandırmırdı. Çünki ulu babamın şərəfindən söz 
düşəndə mənim üçün “yaxşı” və “kafi” qiymətləri arasında heç bir fərq yox idi. 
  Bununla imtahanlar qurtardı. Gimnaziya müdiri böyük iftixar hissi  ilə bizə 
imtahanlardan müvəffəqiyyətlə keçib məzun olduğumuzu bildirdi. Bu sözləri eşidən kimi 
biz hamımız azadlığa çıxmış məhbuslar kimi böyük sevinclə pilləkənlərlə aşağı endik. 
Günəşin şüaları gözümüzü qamaşdırırdı. Sarı səhra qumunun incə dənələri küçə 
asfaltının üstünü bürümüşdü. Səkkiz il ərzində bizim keşiyimizi çəkən küçəmizdəki polis 
nəfəri yanaşıb gimnaziyanı bitirmək münasibətilə bizi təbrik etdi. Biz də təşəkkürümüzü 
bildirib hər birimiz ona əlli qəpik pul verdik. Biz bir dəstə quldur dəstəsi kimi bağıra-
bağıra şəhərə dağılışdıq. 
  Mən tələsə-tələsə evə gəldim. Evdəkilər məni iranlılar üzərində qələbə çalmış 
makedoniyalı İsgəndər kimi qarşıladılar. Xidmətçilər mənə qorxa-qorxa baxırdılar. Atam 
mənim üzümdən gözümdən öpdü və “Məndən üç şeydən birini diləyə bilərsən” - dedi... 
əmim isə dedi ki, belə ağıllı bir gəncin irəliyə getməsi üçün onun Tehrana getməsi 
lazımdır. İlk həyəcan dalğası sovuşandan sonra xəlvətcə telefona yanaşdım. İki həftə idi 
ki, Nino ilə danışmamışdım. Telefon aparatının dəstəyini götürüb, aparatın disqini saat 
əqrəbi istiqamətində fırlatdım və “33 – 81” nömrəni yığmağı istəyirəm deyə bağırdım. 
Ninonun səsi eşidildi: “Əli, imtahanı verdinmi?”. 
  - Verdim, Nino. 
  - Təbrik edirəm, Əli. 
  - Çox sağ ol. Nə vaxt və harada görüşək Nino? 
  - Saat beşdə Qubernator bağının gölməçəsi yanında, Əli. Daha artıq danışmağa imkan 
yox idi. Çünki arxamda dayanan qohumlarımın, və xidmətçilərin şəklənmiş qulaqları 
məndə idi. Ninonun arxasında isə aristokrat anası durub qulaq asırdı. Nə isə... 
  Mən, yuxarıya, atamın böyük otağına qalxdım. Atamla, əmim divanda oturub çay 
içirdilər. Xidmətçilər ayaq üstə durub, gözlərini mənə zilləmişdilər. 
  Kamillik imtahanı hələ axıra çatmamışdı. Köhnə ənənəyə görə atamın həyatın 
astanasında duran oğluna həyatın bütün müdrikliklərini təfərrüatı ilə açması lazım idi. 
  Atam: 
  - ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə müsəlmanlığın 
vəzifələrini bir daha xatırlatmaq istəyirəm. Biz allaha inamın olmadığı bir Məmləkətdə 
yaşayırıq. Məhv olmamaq və ayaq altında qalmamaq üçün biz, qədim ənənələrimizi və 
köhnə həyat tərzimizi mütləq qorumalıyıq. Oğlum ibadəti unutma, içki içmə, tanımadığın 
qadınlarla durub oturma, yoxsullara və zəiflərə mərhəmət göstər. Haqq din uğrunda da 
daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can versən, bu mən qocanı 
ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca kişi xəcalət çəkəcəyəm. Düşmənlərini 
heç bir zaman bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki 
sabahını düşünən adam ürəkli olmaz. 
  Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər təriqətinin şiəlik 
təməllərini heç bir vaxt unutma”. 
  Əmim və evdəkilər atamı çox böyük maraqla dinləyirdilər. Sonra atam ayağa qalxdı, 
əlimdən tutdu və birdən-birə titrək və boğuq bir səslə dedi: - Sənə yalvarıram: siyasətlə 
məşğul olma! Nə istəyirsən elə, amma siyasətə qarışma.  
 
13


  Atamın bu istəyini yerinə yetirəcəyimə əmin idim. Çünki siyasət məndən çox uzaq idi. 
Nino isə, fikrimcə, siyasi bir problem deyildi. Atam məni bir daha qucaqladı. İndi mən, 
nəhayət tam kamil bir adam idim. 
  Rəsmi gimnaziya uniforması hələ də əynimdə idi. Mən düz saat beşin yarısında yavaş-
yavaş qala darvazasından keçib dəniz sahilinə tərəf getdim. Sonra sağa dönüb qubernator 
sarayının yanından keçərək, Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağa 
tərəf irəlilədim. 
  İçimdə azad və qəribə bir hiss var idi. Şəhərin bələdiyyə rəisi faytonla yanımdan keçdi və 
mən səkkiz ilə ərzində ilk dəfə idi ki, onun qabağında nə fərəqət durmalı idim və nə də 
ona hərbi sayağı salam verməli idim,. Bakı gimnaziyasının uniformasından gümüşü 
kokapdını şapkamdan çıxarmışdım. Bunlar məzun olduğumdan irəli gəlirdi. İndi mən 
mülki bir şəxs kimi gəzib dolanırdım, və hətta elə bir an oldu ki, istədim hamının gözü 
qabağında siqaret yandırım. Lakin tütünə nifrətim olduğu üçün, siqaret çəkmək fikrindən 
imtina edib qubernator bağına girdim. 
  Qubernator bağı böyük bir bağ idi. Orada nadir, görünüşləri qəmli olan ağaclar və asfalt 
döşənmiş cığırlar var idi. Sağda qədim qala divarı uzanıb gedirdi. Ortada isə şəhər 
klubunun ağ mərmər sütunları görünürdü. Ağacların arasında da çoxlu skamyalar 
qoyulmuşdu. Palma ağaclarının arasından batan günəşin qırmızıqtıl şüaları süzülürdü. 
Klubun yaxınlığında bir gölməçə vardı. Gölməçə dediyim iri qaya daşlarından hörülmüş 
nəhəng bir dəyirmi hovuz idi. Şəhər bələdiyyəsi hovuzu qu quşlarının orada məskən salıb 
gəzinməsi niyyətilə tikdirmişdi. Lakin  bu sadəcə niyyət olaraq qalmışdı. çünki su çox 
baha idi və ölkədə də bir dənə də olsun qu quşu yox idi. Buna görə də hovuz ölü divin 
göz çuxuru kimi əbədi olaraq səmaya baxırdı. 
  Skamyaların birində oturdum. Günəş dörd bucaq boz binaların dümdüz hamar 
damlarından işıq saçırdı. Arxamdakı ağacların kölgələri getdikcə uzanırdı. Başına mavi 
zolaqlı çadra örtmüş, ayaqlarına da şap-şup edən ev başmaqları geymiş bir qadın 
yanımdan keçdi. Çadranın altından qadının uzun dimdik burnu görünürdü. Dimdik 
burun məni izləyirmiş kimi mən tərəfə yönəldi. Tez başımı yan tərəfə çevirdim. Bu anda 
mənim üzərimə qəribə bir yorğunluq çökdü. Nə yaxşı ki, Nino çarşab örtmürdü və onun 
burnu dimdik burun deyildi. Mən Ninonu heç bir zaman çadra örtməyə qoymayacağam.  
  Batan günəşin parıltısında Ninonun siması durdu gözlərimin qabağında.  
  Nino Kipiani... bu nə gözəl gürcü adı idi. Avropanın adət və ənənələrini sevən alicənab 
valideynləri olan Nino! Ninonun ağappaq gözəl sifətindəki uzun qara kiprikləri altında 
iri, gülər, qığılcım saçan Qafqazlı gözləri var idi. Belə xoş və şən gözlər yalnız gürcü 
qızlarında olur. Nazik, hilal qaşlı Ninonun profili həzrəti Məryəmin profilini xatırladırdı. 
Bu oxşatmalar mənə xoş gəlirdi. Ancaq bu cür qadınlar o qəribə və anlaşılmaz dünyanın 
simvolu olan həzrəti Məryəmə bənzədilə bilərdi. 
  Geniş çöllərdən əsmiş küləklərin gətirdiyi göz qamaşdıran qumlarla örtülmüş 
qubernator bağına diqqətlə baxdım. Gözlərimi yumdum. Birdən yanımda şən bir gülüş 
səsi eşitdim: 
  “Allah, Allah! Siz Romeoya baxın! Culyettasını gözləyərkən yuxuya gedib!” 
  Yerimdən sıçradım. Nino düz yanımda dayanmışdı. Əynində müqəddəs Tamara qız 
litseyinin mavi rəngdə uniforması var idi. Nino şərqlilərin xoşuna gəlməyəcək qədər arıq 
və incə idi. Amma məndəki incə duyğuları oyadan da elə onun bu qüsuru idi. Onun on 
 
14


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə