ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   62   63   64   65   66   67   68   69   70

  Çox keçmədən ingilis alayları şəhəri tərk etməyə başladılar. Küçələr bayramsayağı 
bəzədilmişdi. Qoşunlarımız Ermənistan sərhədinə tərəf hərəkət edirdi. Rusiya-
Azərbaycan sərhədindəki stansiyamız Yalamada yalnız sərhəd keşikçiləri və bir neçə 
məmur qalmışdı. Nazirlikdə isə biz həm ağlarla və həm də qırmızı məmurlarla 
müqavilələr hazırlamağa çalışırdıq. Atam İrana qayıdırdı. Nino və mən onu limana 
apardıq. O, kədərlə bizə baxdı. Onun dalınca getmək istəyib-istəmədiyimizi bizdən 
soruşmadı. 
  -  İranda nə edəcəksən, ata? 
  -  Ola bilsin evlənəcəyəm... 
  O, fikri dağınıq halda bizi öpdü və düşüncəli-düşüncəli dedi: 
  -  Arabir sizi görməyə gələrəm. Şayəd bu dövlət yıxılası olsa, qəm yeməyin, mənim 
Mazandaranda bir neçə malikanəm var. 
  O, gəmiyə mindi və göyərtədə dayanıb, uzun müddət bizə, içəri şəhərin qala divarlarına, 
nəhəng Qız qalasına, şəhərə və uzun-uzadı çöllərə baxdı. 
  Şəhərdə hava çox isti idi. Nazirliyin pəncərələrindəki pərdələr yarı örtülü idi. 
Sifətlərində cansıxıcı ifadələri olan rus təmsilçiləri gəldilər. Onlar saysız-hesabsız 
müqavilələri, maddələri və müəyyən qeydləri laqeydliklə və tələsik imzalayıb getdilər. 
  Şəhərimizin küçələrini toz və qum bürümüşdü. Külək kağız tikələrini göyə sovururdu. 
Ninonun valideynləri yayda dincəlmək üçün Gürcüstana getmişdilər. 
  Yalamada isə əvvəlki kimi bir neçə sərhəd keşikçisi və bir neçə nəfər məmur qalmışdı. 
  Bir gün nazirə üzümü tutub dedim: 
  -  Əsədulla, Yalamanın qarşısında otuz min nəfər rus qoşunu mövqe tutmuş 
vəziyyətdədir. 
  O, qaşlarını çataraq bilirəm – dedi: 
  – Müqavilələri imzalamaqdan başqa heç bir şey eləyəsi durumda deyilik. Qalan hər şey 
isə Allahın əlindədir.  
  Küçəyə çıxdım. Süngüləri par-par parıldayan bir neçə əsgər parlament binasının 
qapısında keşik çəkirdi. 
  Parlamentin iclasında müxtəlif siyasi partiyalar bir-birlərini yeyirdilər. Şəhərin kənar 
məhəllələrində yaşayan rus fəhlələri hökuməti hədələyirdilər ki, əgər onlar Rusiyaya neft 
ixracına icazə verməsələr tətilə başlayacaqlar. 
  Çayxanalar qəzet oxuyan və nərd oynayan kişilərlə dolu idi. Uşaqlar qızmar tozun içində 
oynayırdılar. Şəhərə elə bil göydən od yağırdı. Minarələrdən azan səsi gəlirdi: Namaza 
gedin! Namaza gedin! İbadət yatmaqdan xeyirlidir! 
  Mən yatmırdım, gözlərimi yumub xalçanın üstündə uzanmışdım. Sərhəd stansiyası olan 
Yalamanın qarşısında təhdid edən otuz min rus əsgəri gözlərimin qabağından çəkilmirdi. 
  -  Nino, - dedim. - Hava çox istidir. “Oyuncağımız” da bu cür istiyə vərdiş etməyib. Sən 
də ki, ağacları, kölgəli yerləri və şırıltı ilə axan suları sevirsən. Yay vaxtı Gürcüstana, 
valideynlərinin yanına getmək istəməzdinmi? 
  -  Yox, - deyə Nino ciddi cavab verdi. 
  Mən ona başqa bir söz demədim. Lakin Nino fikirli-fikirli qaşqabağını tökdü. 
  -  Biz birlikdə çıxıb getməliyik, Əli xan. Şəhər çox istidir. Axı sənin Gəncədəki malikanən 
bağ-baxçalarla əhatə olunmuşdur. Gəl gedək oraya. Ora sənin yurdundur, “oyuncağımız” 
da kölgədə yatıb yuxulaya bilər. 
 
141


  Mən buna etiraz edə bilməzdim. Ertəsi gün qatarla yola düşdük. Vaqonumuz 
Azərbaycanın yeni dövlət gerbi ilə bəzənmişdi. 
  Gəncə dəmir yolu stansiyasından uzun, geniş və tozlu bir yol bizi şəhərə aparırdı. Kilsə 
və məscidlər yastı evlərlə əhatədə idi. Şəhərin müsəlman və erməni məhəllələrini biri-
birindən suyu çəkilmiş bir çay ayırırdı. Mən Ninoya yüz il bundan qabaq əcdadım 
İbrahim xanın rus gülləsi ilə vurulub, can vermiş olduğu daşı göstərdim. 
  Malikanəmizin bayırındakı gölməçədə tənbəl camışlar uzanmışdılar. Suyun içində yalnız 
onların başı görünürdü. Havada süd qoxusu vardı, üzüm salxımlarının gilələri isə inək 
gözləri boyda idi. Kəndlilər başlarının ortasını ülgüclə qırxdırmışdılar. Onların başlarının 
sağ və sol tərəflərindəki uzun saçları qabağa daranmışdı. 
  Ağacların əhatəsində isə taxta eyvanlı balaca bir ev vardı. “Oyuncağımız” atları, itləri və 
toyuqları görəndə gülümsədi. 
  Biz evi səliqəyə salıb, burada yerləşdik. Mən bir neçə həftəlik nazirliyi, müqavilələri və 
sərhəd stansiyası olan Yalamanı yaddan çıxartdım. 
  Biz çəmənlikdə uzanıb yatırdıq. Nino da çəmənin acı saplaqlarını çeynəyib atırdı. Onun 
günəşdən qaralmış sifəti Gəncə səması kimi aydın və sakitlik içindəydi. Onun iyirmi yaşı 
var idi. Ona şərqli zövqü ilə baxılsaydı, çox incə quruluşlu idi. 
  -  Əli xan, bu “oyuncaq” mənimdir. Gələn dəfə oğlan olacaq, onu sən götürərsən, təpə-
təpə gəzdirərsən. Sonra “oyuncağın” gələcəyi üçün ən incəliklərinə qədər planlar cızmağa 
başladı. Planda tennis, Oksford, fransız və ingilis dilləri... daha nələr yoxdu. Tam Avropa 
nümunəsi... 
  Mən heç bir şey demədim. Çünki “oyuncağımız” lap balaca idi və Yalamada otuz min 
rus əsgəri dayanmışdı. Biz çəmənlikdə böyük ağacların kölgəsində xalça sərib yemək 
yeyərdik. Nino, camışların uzandıqları gölməçələrdən bir az aralıdakı çayda çimirdi. 
Başlarında balaca yumru papaqları olan kəndlilər bizə gəlir, xanlarına baş əyir və 
səbətlərdə şaftalı, alma, üzüm gətirirdilər. Biz heç bir qəzet oxumurduq, məktub da 
almırdıq. Dünya bizim üçün malikanəmizin sərhədində qurtarırdı. Bura az qala Dağıstan 
qədər gözəl idi. 
  İsti yay günlərinin birində biz otağımızda oturmuşduq, birdən birə uzaqdan dördnalla 
gələn bir atın nallarının səsini eşitdik. O dəqiqə eyvana çıxdım. Qara çərkəz libası geymiş 
arıq bir adam atdan yerə hoppandı. “İlyas bəy” deyə çığırdım və onu qarşılamaq üçün 
əlimi uzatdım. O, salamımı almadı. O, neft lampasının işığında dayanmışdı, sifəti 
ağarmış, yanaqları da çuxura düşmüşdü. 
  O təlaş içində “Ruslar Bakıya girdilər” dedi. Mən başımı tərpətdim, elə bil bu əhvalat 
mənə çoxdan bəlli idi. Nino arxamda dayanmışdı. O, yavaşca soruşdu: 
  -  İlyas bəy, de görək, bu necə oldu? 
  Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldilər. Onlar şəhəri mühasirəyə aldılar 
və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundular və məclis də 
dağıdıldı. Rus fəhlələri öz həmvətənlərinin tərəfinə keçdilər. Bakıda bir nəfər də olsun 
əsgərimiz yox idi. Ordumuz isə Ermənistan ilə sərhədə itirdikləri mövqelərdə 
durmuşdular. Mən könüllü partizan dəstəsi yaratmaq istəyirəm. 
  Mən geri döndüm. Nino otaqda idi. Xidmətçilər də atları arabaya qoşurdular. Nino bir 
yandan əşyaları yığır, bir yandan da öz ana dilində “oyuncaqla” nə isə danışırdı. Sonra 
arabaya minib tarlaların içindən keçdik. İlyas bəy yanımızca atla gedirdi. Uzaqda 
 
142


Gəncənin işıqları görünürdü və bir anlığa keçmişlə indiki zamanın biri-birinə 
qaynaşdığını hiss edən kimi oldum.  Mərdəkan yolundakı qarpız bostanlarında belində 
xəncər, üzü solğun və ciddi İlyas bəy, sakit qürurla dayanmış Nino gəlib gözlərimin 
qabağında canlandı. 
  Gəncəyə gecə yarısı çatdıq. Küçələr narahat, həyəcanlı adamlarla dolu idi. Erməni 
məhəlləsini müsəlman məhəlləsindən ayıran körpüdə atəş açmağa hazır olan əsgərlər 
dayanmışdılar. Məşəllərdən hökumət binasının üzərindəki yeni Azərbaycan bayrağına 
işıq saçırdı. 
     
  XXX 
   
  Gəncənin böyük məscidinin divarı yanında oturmuşdum. Məscidin həyətində yorğun 
halda uzanmış əsgərlərə göz gəzdirdim. Çay tərəfdən gələn pulemyotların səsləri 
məscidin həyətində də eşidilirdi. 
  Azərbaycan Demokratik Cümhuriyyətinin bir neçə günlük ömrü qalmışdı. 
  Sonra həyətin bir küncündə oturub, keçmişin əbədiləşdirməli anlarını bir daha tez-
tələsik təlaşlı sətirlərlə dəftərimə qeyd edirdim. 
  Səkkiz gün bundan qabaq Gəncədə kiçik oteldə qaldığımız zaman mən İlyas bəyə 
müraciət edib dedim: 
  -  İlyas bəy, mən burada qalıram. 
  -  Sən dəlisən, ağlını itirmisən, – deyə İlyas bəy cavab verdi. 
  Gecə saat üç idi. Nino yan otaqda yatırdı. 
  “Sən dəlisən, ağlını itirmisən” deyə İlyas bəy dediyi sözləri təkrar etdi və otaqda 
gəzişməyə başladı. 
  Mən masanın baş tərəfində oturmuşdum və İlyas bəyin düşüncələrinə əhəmiyyət 
vermirdim. 
  “Mən burada qalıram” təkrarən dedim. Könüllü partizan dəstələri gələcəklər. Biz 
döyüşəcəyik. Mən, öz vətənimdən heç yana qaçmayacağam. 
  Mən elə bil yuxuda danışırdım. İlyas bəy qabağımda dayanıb, kədərlə tərs-tərs üzümə 
baxdı: 
  -  Əli xan, mən səninlə bir yerdə məktəbə getmişik və böyük tənəffüslərdə rus uşaqları 
ilə dalaşmışıq. Sən Naçararyanın maşınının arxasınca düşdüyün zaman, mən sənin 
ardınca çapırdım. O gecə Ninonu atımın yəhərinə oturdub evinə mən aparmışdım. 
Sisianaşvili darvazasının yanında başı pozuq rus əsgərlərinə qarşı bir yerdə vuruşmuşuq. 
Amma indi sən buradan çıxıb getməlisən. Ninonun və özünün yaxşılığı üçün və bəlkə də 
bir daha sənə ehtiyacı olacaq vətənin naminə buradan getməlisən. 
  -  İlyas bəy, sən burada qalırsansa, mən də qalıram. 
  -  Mən burada ona görə qalıram ki, dünyada heç kimim yoxdur, təkəm. Mən burada 
qalıram ona görə ki, mən zabitəm, əsgərləri döyüşə aparmağı bacarıram və iki vuruş 
keçirmişəm. Bu iki vuruşda böyük təcrübə toplamışam. Odur ki, inadlıq eləmə Əli xan, 
İrana get. 
  İrana da, Avropaya da gedə bilmərəm. 
  Mən pəncərəyə yaxınlaşdım. Bayırda məşəllər yanır və hər tərəfdən silah şaqqıldamaları 
eşidilirdi. 
 
143


  -  Əli xan, Cümhuriyyətimizin heç səkkiz günlük də ömrü qalmayıb. Mən laqeydliklə 
başımı tərpətdim. Küçədən əlləri silahlı adamlar keçirdilər. Yan otaqda ayaq səsi eşidib 
üzümü o tərəfə çevirdim. Nino gözləri yuxulu-yuxulu qapıda durmuşdu. 
  -  Nino, - dedim,  – Tiflisə axırıncı qatar iki saatdan sonra gedir. 
  -  Bəli, biz gedirik, Əli xan. 
  -  Yox, sən uşaqla gedirsən. Mən isə sonra gələcəyəm. Mənim hələ ki, burada qalmağım 
gərəkdir. Amma sənin getməyin vacibdir. İndi Bakıda vəziyyət keçən dəfə olduğu kimi 
deyil. Vəziyyət tamamilə başqa cürdür. Ona görə də sən burada qala bilməzsən. Nino, 
indi sənin körpən var. 
  Küçələrdə məşəllər yanırdı. İlyas bəy də başını aşağı salıb otağın küncündə dayanmışdı. 
  Birdən Ninonun gözlərindən yuxu silindi. O, yavaş-yavaş pəncərəyə tərəf gedib, bayıra 
baxdı. Sonra İlyas bəyə tərəf baxdı və otağın ortasına gəlib, başını aşağı əydi. 
  -  Bəs oyuncaq? - dedi. Bizim körpəmiz var, bizimlə getmək istəmirsən? 
  Gedə bilmirəm, Nino. 
  -  Sənin ulu baban Gəncə körpüsündə şəhid olmuşdu. Mən bunu tarix imtahanından 
bilirəm. 
  Nino qəflətən can verən yaralı bir heyvan kimi nalə çəkib yerə sərildi. Onun gözləri 
qupquru idi, lakin bədəni tir-tir titrəyirdi. O, fəryad edərkən, İlyas bəy otaqda 
dayanmayıb eşiyə atıldı. 
  -  Nino, mən bir neçə gündən sonra sizin dalınızca gələcəyimə söz verirəm. Nino hələ də 
fəryad içində idi. Küçələrdə camaat can verən cümhuriyyətin coşqun himnini 
oxuyurdular. 
  Nino birdən susdu və gözlərini mənə zillədi. Sonra ayağa durdu. Mən çamadanı 
götürdüm. Qundaqdakı “oyuncaq” qucağımda idi. Biz evin pilləkənlərindən səssiz-
səmirsiz aşağı endik. İlyas bəy maşında bizi gözləyirdi. Biz, adamlarla dolu olan 
küçələrdən keçərək dəmir yol stansiyasına getdik. 
  -  Üç, dörd gün döz, - deyə İlyas bəy Ninonun sakitləşdirirdi. Yalnız üç-dörd gün. Ondan 
sonra Əli xan yenə də yanınızda olacaq. 
  Nino sakitcə “bilirəm” – dedi. Biz əvvəl Tiflisdə qalacayıq, sonra da Parisə gedəcəyik. 
Bizim bağçalı bir evimiz olacaq, ikinci uşağımız da oğlan olacaq. 
  -  Bəli, Nino, bax elə bu belə də olacaq... 
  Mənim səsim aydın və inamlı idi. Nino əlimi sıxdı, sonra baxışlarını uzaqlara çevirdi. 
  Dəmir yol relsləri uzun ilanlara bənzəyirdi. Qatar qaranlıqların içindən əjdaha kimi 
çıxaraq perona yaxınlaşdı. 
  Nino məni tələsik öpdü. 
  -  Salamat qal, Əli xan. Üç gündən sonra görüşərik. 
  -  Əlbəttə, Nino orada görüşərik, sonra oradan da Parisə gedəcəyik. 
  Nino gülümsədi. Mən peronda dayanmışdım. Elə bil qapqara asfalta mıxlanmış kimi 
yerimdən tərpənə bilmirdim. İlyas bəy onları vaqona apardı. Nino kupenin pəncərəsindən 
bayıra baxırdı. Nino hürkmüş balaca bir quş kimi sakit idi. Qatar yavaş-yavaş hərəkət 
etdiyi zaman Nino əl elədi. İlyas bəy də qatardan yerə hoppandı. 
  -  Biz şəhərə qayıtdıq. Mən bir neçə gün ömrü qalan respublikamız barədə fikirləşirdim. 
  Səhər açılırdı. Ətraf kəndlərdən kənd sakinləri gizli saxladıqları pulemyotları və başqa 
hərbi sursatları özləri ilə gətirirdilər. Şəhər silah anbarına bənzəyirdi. Çayın o biri 
 
144


tərəfində yerləşən erməni məhəlləsindən ara-bir güllə səsi eşidilirdi. Çayın o tayı artıq 
Rusiya torpağı idi. Qırmızı süvari dəstələri sel kimi ölkəni bürümüşdülər. 
  Şəhərdə birdən-birə qalın qaşlı, qartal burunlu və gözləri çuxura düşmüş bir adam peyda 
oldu. Bu şahzadə Mansur Mirzə Qacar idi. Bu adamın kim olduğunu və haradan gəldiyini 
heç kim bilmirdi. O, İran taxtını əlində tutan Qacarlar sülaləsindən idi və onun papağının 
qabağında bir gümüş Aslan gerbi parıldayırdı. Özünü böyük Ağa Məhəmmədin varisi 
hesab edən bu adam rəhbərliyi əlinə aldı. Rus alayları Gəncəyə doğru axmağa başlamışdı. 
Şəhər Bakıdan gələn qaçqınlarla dolu idi. Onlar nazirlərin güllələnməsindən, parlament 
deputatlarının həbsə alınmasından və adamların bellərinə daş bağlanıb Xəzər dənizinin 
ən dərin yerlərinə atılmasından danışırdılar. 
  Təzə Pir məscidini indi kluba çeviriblər. Qala divarları yanında namaz qılmaq istəyən 
Seyid Mustafanı rus əsgərləri döydülər. Sonra onun qollarını bağlayıb ağzına donuz əti 
dürtüblər. Bundan sonra Seyid Mustafa İrana, Məşhəddəki əmisinin yanına qaçmağa 
müvəffəq oldu. Onun atasını ruslar öldürmüşdülər. 
  Bu xəbəri gətirən Arslan Ağa mənim qabağımda dayanıb payladığım silahlara baxırdı. 
  -  Əli xan, mən də sizinlə birlikdə vuruşmaq istəyirəm. 
  -  Sən? Ay mürəkkəbə bulaşmış donuz çoşqası, sən də vuruşmaq istəyirsən? 
  -  Mən donuz balası deyiləm, Əli xan. Mən də hamı kimi öz vətənimi sevirəm. Atam 
Tiflisə qaçdı. Mənə də bir silah ver. 
  Onun sifəti ciddi idi, gözlərini döyə-döyə üzümə baxırdı. Ona bir neçə silah verdim. O, 
mənim komandanlığım altında körpünün başında vuruşan dəstəyə qoşuldu. Rus əsgərləri 
körpünün o tayındakı küçələri tuturdular. Biz günəşin qızmar istisində əlbəyaxa 
döyüşünə girişdik. Qarşımda enli sifətləri və parıldayan üçkünc süngüləri gördüm. 
Birdən birə məni vəhşi bir qəzəb bürüdü. 
  Süngülərimizi kəmərimizin səviyyəsinə endirdik. Qanla tər bir-birinə qarışmışdı. 
Mauzerimin dəstəyindən tutub lüləyini yuxarı qaldıranda bir güllə çiynimi sıyırdı. 
Atdığım güllənin zərbəsindən bir rus əsgərinin kəlləsi partladı. Onun beyninin parçaları 
küçənin tozuna töküldü. Xəncərimi sıyırıb bir əsgərin üstünə cumarkən, Arslan Ağanın 
bir rus əsgərinin gözünə xəncər soxduğunu gördüm. 
  Uzaqlardan şeypurçuların səsləri gəlirdi. Biz bir küçənin tinində yerə uzanıb, erməni 
evlərini selləmə atəşə tuturduq. Gecələr sürünə-sürünə körpünün üstündən şəhərə 
qayıdırdıq. Üstünə patrondaş taxmış İlyas bəy körpüdə oturub pulemyotun yerini 
müəyyən edirdi. 
  Biz məscidin həyətinə getdik. İlyas bəy ulduzların işığında uşaq ikən dənizə çimməyə 
getməsindən, orada üzərkən burulğana düşüb az qala batmağından və son dəqiqələrdə 
necə xilas olduğundan mənə danışdı. Onun danışdıqlarından sonra şorba içdik, sonra da 
şaftalı yedik. Arslan Ağa da yanımızda oturmuşdu. Onun tökülmüş dişlərinin yerindən 
qan sızırdı. Gecə bir müddət tir-tir əsərək yanıma soxuldu. 
  -  Qorxuram, Əli xan. Mən çox qorxağam. 
  -  Elə isə silahı yerə qoy, otlaqlardan keçib Pula çayına çatarsan və çayı keçib Gürcüstana 
yollanarsan. 
  -  Mən bunu edə bilmərəm, çünki mən də o birilər kimi vətənimi sevirəm. 
  Mən ona daha bir şey demədim. Sübh açılana yaxın uzaqdan top səsləri gəlməyə başladı. 
İlyas bəy əlində durbin məscidin minarəsində Qacarlar nəslindən olan şahzadə Mansurun 
 
145


yanında dayanmışdı. Minarədə dövlət bayrağı dalğalanırdı və kim isə Turan dövlətinin 
himnini oxumağa başladı. 
  Sifəti meyit sifəti kimi ağarmış, gözləri xəyallı bir nəfər adam dedi: “Eşitmişəm ki, İranda 
Rza adlı bir nəfər peyda olub. O, minlərlə hərbçiləri başına toplayıb onlara komandanlıq 
edir. Ankarada da Mustafa Kamal ətrafında böyük bir ordu toplayıb. Biz əbəs yerə 
vuruşmuruq. İyirmi beş min əsgər bizim köməyimizə gəlir”. 
  -  Yox, - dedim. İyirmi beş min nəfər yox, iki yüz əlli milyon nəfər adam, bütün dünya 
müsəlmanları bizim harayımıza gəlirlər. Amma onların vaxtında buraya gəlib-
gəlməmələrini ancaq Allah bilir. 
  Mən körpüyə tərəf gedib pulemyotun arxasına keçdim. Sonra güllələr barmaqlarımın 
arasından təsbeh dənələri kimi sürüşməyə başladı. Arslan Ağa da yanımda oturub 
pulemyotuma güllə doldururdu. Onun rəngi qaçmışdı, lakin gülümsəyirdi. Rusların 
tərəfində hərəkət hiss olunan kimi mənim pulemyotum fasiləsiz şaqqıldayırdı. Qarşı 
tərəfdə hücum şeypuru çalındı. Haradasa o yanda, erməni evlərinin arxasında Budyonnı 
marşının səsi gəldi. Başımı qaldırıb aşağı baxanda körpünün altında qurumuş və 
susuzluqdan çatlamış çay yatağını gördüm. Rus əsgərləri meydançanı keçərək, aşağı 
əyilib, nişan alır və atəş açırdılar. Onların atdıqları güllələr körpüyə dəyirdi. Mən bu 
hücuma qızğın bir atəşlə cavab verdim. Rus əsgərləri oyuncaq kimi yerə sərilirdilər. 
Lakin, kəlləsi üstə çay sahilindəki tozların üstünə yuvarlanan əsgərləri yeniləri ilə əvəz 
edirdilər. Onların sayı minlərcə idi. Tənha qalmış pulemyotun şaqqıltısı Gəncə 
körpüsündə çox zəif səslənirdi. 
  Birdən Arslan Ağa balaca uşaq kimi nalə çəkib qışqırdı. Olduğum yerdən onun tərəfinə 
baxdım. O, körpünün üstündə üzüquylu sərilib qalmışdı, onun ağzından qan gəlirdi. Mən 
təkrar pulemyotun düyməsini basdım. Güllələr rus əsgərlərinin başına yağış kimi yağırdı. 
Şeypur səsi onları yenidən hücuma qaldırdı. 
  Papağım çaya düşdü: bəlkə ona güllə dəymişdi, bəlkə də əsən külək onu başımdan 
uçurmuşdu. 
  Mən bir anda pencəyimlə köynəyimin yaxasını açdım. 
  Düşmənlə mənim aramda yalnız Arslan Ağanın meyiti durmuşdu. Deməli, insan qorxaq 
olsa da vətəni uğrunda qəhrəmancasına vuruşaraq ölə bilərmiş. 
  Qarşı tərəfdə şeypur səsləri əsgərləri geri çağırırdı. Pulemyotu susdurdum və mən tər 
içində, körpünün üstündə oturub, əvəz edilməmi gözləyirdim. Onlar gəldilər. Yöndəmsiz 
və ağır adamlar Arslan Ağanın meyitini sipər kimi pulemyotun qabağına qoydular... 
  İndi mən burada, məscid divarının kölgəsində oturub, qaşıqla şorbanı içirdim. Məscid 
həyətinin girişində şahzadə Mansur dayanmışdı, İlyas bəy* də əyilib xəritəyə baxırdı. Bir 
neçə saatdan sonra mən yenidən körpünün üstündə dayanıb mövqe tutmalı idim. 
Bilirdim ki, Azərbaycan Cümhuriyyətini yalnız bir-neçə günlük ömrü qalıb... 
  Mən ulu babam İbrahim xan Şirvanşirin xalqın azadlığı uğrunda canını verdiyi sahilə 
şeypur səsi yenidən çağıranadək yatmaq istəyirəm. 
  “Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasında 
tutduğu mövqeyində həlak oldu. Onun meyiti körpüdən qurumuş çayın yatağına 
düşmüşdü. Bədənini səkkiz güllə dəlik-deşik etmişdi. Cibindən xatirə dəftəri çıxdı. Allah 
imkan versə, bu dəftəri onun arvadına çatdıracağam. Biz səhər erkən, rus qoşunları 
 
146


sonuncu hücuma keçməzdən bir az əvvəl onu məscidin həyətində dəfn etdik. 
Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı”. 
   
      
  -  --------------------- 
  *Bakının Binəqədi qəsəbəsindən olan Zeynal Ağanın oğlu, rotmistr İlyas bəy. 
 
147

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə