Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın izahı Bacarıqlar haqqında



Yüklə 132,34 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü132,34 Kb.
#51005


Əlilliyi olan Şəxslərin Hüquqları 

haqqında Konvensiyanın izahı

Bacarıqlar haqqında


© Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)

Bu kitab UNICEF-in Baş Qərargahı tərəfindən tərtib 

olunmuş nəşrin uyğulaşdırılmış variantıdır.

BMT-nın Uşaq Fondu (UNICEF)

Azərbaycan Nümayəndəliyi 

Neftçilər prospekti, 24, Bakı, Azərbaycan AZ 1095

http://www.unicef.org/azerbaijan



Bacarıqlar

 haqqında

1

Bacarıqlar HaqqıNDa 



Əlilliyi olan Şəxslərin Hüquqları haqqında  

Konvensiyanın izahı

MündƏrİcat 

 

Əlillik məsələsi 

2

  dəyişiklik üçün tədbirlər 

3

  Bu kitab haqqında 

3

  Konvensiya haqqında 

7

  Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın xülasəsi 

8

  Hüquqlar necə reallaşır 

17

  Biliyinizi yoxlayın 

19

  Lüğət 

21


2

Əlillik məsələsi 



Mənim ayaqlarım yoxdur,

Lakin mənim hələ də hisslərim var,

Mən görmürəm,

Lakin mən hər zaman düşünürəm 

Baxmayaraq ki, eşitmirəm,

Mən hələ də ünsiyyət qurmaq istəyirəm,

Nə üçün insanlar məni faydasız, düşünə bilməyən, danışa 

bilməyən hesab edirlər,

Halbuki mən digərləri kimi 

Dünya haqqında fikirləşməyi bacarıram.

—coralie Severs, 14 yaş, Böyük Britaniya

Bu şer dünyanın bütün yerlərində yaşayan və əlilliyi olan 

milyonlarla uşaq və böyüyün fikrini ifadə edir.

Onlardan çoxu hər gün ayrı-seçkiliklə üzləşir. Onların 

bacarıqlarına diqqət yetirilmir və onların imkanları kifayət 

qədər qiymətləndirilmir. Onlar ehtiyacları olan təhsil və 

tibbi xidmət almırlar və onlar icma fəaliyyətlərindən təcrid 

olunurlar.

Halbuki əlilliyi olan uşaqların və böyüklərin başqalarının 

hüquqları kimi hüquqları vardır. 



“Məni həvəsləndir... sən bunu edə bilərsən!”, Bismark Benavides, 13 yaş, nikaraqua


Dəyişiklik üçün tədbirlər

Bax bu səbəbdən də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya yaradılmışdır.

Bu beynəlxalq saziş tələb edir ki, dünya hökumətləri əlilliyi olan uşaq və böyüklərin 

hüquqlarını müdafiə etsinlər.

UNICEF və onun tərəfdaşları bütün olkələri bu Konvensiyanı ratifikasiya etməyə təşviq 

etmək üçün çalışırlar. Bu, əlilliyi olan uşaqları ayrı-seçkilikdən müdafiəsini və onların 

cəmiyyətə inteqrasiyasını təbliğ edəcək. Bizim hamımızın bu işdə rolu vardır. Hər bir kəsə 

necə rəftar edilməsini təmin etməkdə necə iştirak etməyi bilmək məqsədilə bu kitabı oxuyun.

Bu kitab haqqında 

Bu kitab Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanı, onun nə üçün tərtib 

olunduğunu və öz hüquqlarını həyata keçirməyə bu Konvensiyanın necə kömək edə 

biləcəyini izah etmək məqsədilə uşaqlar üçün və uşaqların iştirakı ilə yaradılmışdır. Biz ümid 

edirik ki, siz bu kitabdan istifadə edərək əlilliyi olan uşaqların öz məqsədlərinə çatmaları 

üçün bərabər şans almalarının təbliğ edilməsinə kömək edə biləcəksiniz.

Sizin əlilliyiniz ola bilər və ya siz əlilliyi olan hər-hansı bir şəxsi tanıya bilərsiniz. Əlilliyi olan 

insanların görmə, eşitmə, gəzmə və ya yaddaşla ilə bağlı problemləri ola bilər. Lakin onların 

həm də paylaşmaq istədikləri arzuları, ümidləri və ideyaları vardır - bu kitabda nəşr edilmiş 

rəsmlər və şerlərdə olduğu kimi.

Biz bu məlumtları valideynlərinizlə, müəllimlərinizlə, dostlarınızla və maraqlı ola biləcək 

istənilən insanlarla paylaşmağınızı xahiş edirik.



Bacarıqlar

 haqqında

3

Əlilliyi başa düşmək



Siz nə vaxtsa özünüzü təcrid olunmuş hiss etmisinizmi? Görmə, 

öyrənmə, gəzmə və ya eşitmə çətinlikləri olan uşaqlar və 

böyüklər özlərini çox vaxt təcrid olunmuş hiss edirlər. Başqaları 

kimi iştirak etmək üçün bu insanların qarşısında dayanan bir çox 

maneə vardır və bu maneələrdən çoxu 

cəmiyyət tərəfindən yaradılır. Məsələn, 

əlil arabasında olan uşaq da məktəbə 

getmək istəyir. Lakin onun bunu emtəyə 

imkanı olmaya bilər, çünki məktəbdə 

arabanın daxil olması üçün xüsusi 

keçid yoxdur və məktəbin direktoru 

və müəllimləri bu fikri dəstəkləmir. 

Hər kəsin qatılması üçün biz mövcud 

qaydaları, münasibətləri və hətta 

binaları belə dəyişməliyik.

Lisa Lavoie




4

Bu kitabdan siz Əlilliyi olan Şəxslərin Hüquqları haqqında 

Konvensiyanın xülasəsini və onun nə üçün ərsiyə gəldiyini 

biləcəksiniz. Siz hər bir kəsin hüquq və vəzifələrini və əlilliyi 

olan uşaqların öz hüquqlarını reallaşdırmalarına yardım etmək 

üçün hökumətlərin hansı addım atmaları və tədbirlər görmələrini 

öyrənə bilərsiniz. Və siz vəziyyəti dəyişdirmək üçün nə kimi 

tədbirlər görülməli olduğunu da öyrənə bilərsiniz. 

Kitabın sonunda sözlər və onların mənaları verilmişdir. Siyahı 

və ya lüğət sizin yeni olan sözləri başa düşmənizə kömək 

edəcək.

Konvensiya nədir



Konvensiya xüsusi məsələlər üzrə eyni qanuna 

riayət etmək üçün ölkələr arasında bağlanan 

müqavilədir. Hər hansı ölkə Konvensiyanı 

imzalayanda və onu ratifikasiya edəndə (təsdiq 

edəndə) bu təsdiq ölkənin hüquqi öhdəliyinə 

çevrilir və onun hökumətinin tədbirlərini yönləndirir. 

Bu cür sənəd çox vaxt Konvensiyanın məqsədlərini 

dəstəkləmək üçün hökumətlərə öz qanunlarını 

uyğunlaşdırmağa və dəyişməyə sövq edir. 

İnsan hüquqları nədir

Dünyada hamı onların hüquqlarını müdafiə edən və 

ləyaqətini (bütün insanların doğulanda əldə etdikləri 

ləyaqət) qoruyan qanunlarla müdafiə olunur. Heç kəs 

istisna edilmir. Məsələn, hər bir insan yaşamaq və 

köləlikdən azad olmaq hüququna malikdir. Bu hüquqlar 

1948-ci ildə BMT-nin bütün üzv ölkələri tərəfindən qəbul 

edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində 

təsidqlənmişlər. Bütün uşaqların qidalanmaq və tibbi 

xidmət almaq, məktəbə getmək və zorakılıq və sui-

istifadədən müdafiə olunmaq hüququ vardır. Uşaqlar 

həmçinin onların həyatına təsir edən qərarların böyüklər 

tərəfindən qəbul olunması zamanı nə baş verməli 

olduğunu və onların rəyinin nəzərə alınması hüququna 

malikdirlər. Uşaqların hüquqları Uşaq Hüquqları 

Konvensiyasında qeyd olunur.



Bacarıqlar

 haqqında

5

İsmarıc BACARIQDIR



Müəllif - Victor Santiago Pineda,

 Victor Pineda Fondunin prezidenti

Mənim beş yaşım olanda mən yeriyə bilmədim. Böyüdükcə mənim əzələlərim o qədər 

zəiflədi ki, nəfəs belə ala bilmirdim. Mən fikirləşirdim ki, fərqli olduğum üçün məni heç kəs 

xoşlamır. Mənim valideynlərim nə edəcəklərini bilmirdilər. Lakin onlar məni sevdiklərini 

həmişə nümayiş etdirirdilər. Onlar mənə inanırdılar və mənə risk etməyə və yeni işlər 

görməyə cəhd etməyə imkan verirdilər. 

Məndə özünəinam hissi yarandı.

Ailəm bilirdi ki, öz yolumu tapmaq üçün 

mən mübarizə aparmalı olacağam. 

Bütün uşaqlığım boyu, nə edə 

biləcəyim və bunu necə edəcəyim 

haqqında insanların fikirlərini dəyişməli 

oldum. Sonunda, mən öyrəndim ki, 

məni qoruyan qanunlar vardır. Bu 

qanunlar sayəsində, mən özümə lazım 

olan yardımı aldım və əlaçı şagirdə 

çevrilə bildim. 

Mən böyüdükcə fikirləşirdim ki, görəsən 

mənim kimi uşaqların hüquqlarının 

müdafiə olunmadığı bir yerdə yaşasaydım həyatım necə olardı. Mən öyrəndim ki, bütün 

dünyadan mənim kimi insanlar BMT-də bir araya gələrək bu məsələlər üzərində işləyirlər və 

onlara qoşulmaq üçün mən çox çalışdım.

Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın layihəsini hazırlayan BMT 

Komitəsinin ən gənc üzvü mən idim. Mən çoxlu dostlarla tanış oldum və onlarla ideyalarımı 

bölüşdüm, və biz birlikdə Konvensiyanı hazırladıq.

Dünyada hər kəs fərqli görünüşə malikdir və müxtəlif ideyaları, təcrübələri, ənənələri 

və bacarıqları vardır. Mən öyrəndim ki, bu fərqliliklər yeni imkanlar, ümidlər, arzular və 

dostluqlar yaradır. 

Bu kitab əlilliyi olan və olmayan uşaqlara çiyin-çiyinə duraraq düzgün olan işlər üçün 

mübarizə aparmağa bir çağırışdır. Dünyamızda olan insanların müxtəlifliyi qiymətləndirməli 

və paylaşmalı olduğumuz bir xəzinədir. Hər bir uşaq dünya ailəsinin bir hissəsidir və bu 

dünyanın unikal bacarıqlarına öz töhfəsini verir. Bütün uşaqlar buraya daxildir.



Victor Santiago Pineda tərbiyəçi və rejissordur. O, əlilliyi olan gənclərlə işləyir və onlara öz hüquqları barədə 

məlumat verir. O, öz Fondu ilə Dünya Təkanı təşəbbüsü yaratmışdır və əlilliyi olan gənc insanların bacarıqları 

və potensialı haqqında ictimaiyyəti məlumatlandırır. Cənab Pineda BMT, Dünya Bankı və hökumət liderlərilə 

işləyərək hər kəs üçün hörmət, bərabər imkanlar və ləyaqəti təbliğ edir. Onun əzələ distrofiyası vardır və o, əlil 

arabası ilə hərəkət edir.

Əlilliyi olmaq pis şey deyildir. Onunla hətta 

qürur da duymaq olar. Biz hamımız müxtəlifik 

və hamımızın müxtəlif BacarıqlarıMıZ 

vardır. Hər bir uşaq ailələrimiz, məktəblərimiz 

və icmalarımız üçün bacarığın səfiri ola bilər. 

Bizim hər birimizin başqalarına xidmət edə 

biləcək fikirləri, təcrübələri və bacarıqları 

vardır. Bu kitab bütün millətlərdən olan bütün 

insanları bizə olduğumuz kimi hörmət etməyə və 

şərəfləndirməyə çağırır.

–  Victor Santiago Pineda



6

Mən o zaman xoşbəxtəm ki, …

Kiçik əşyalar məni xoşbəxt edir 

Mən o zaman xoşbəxtəm ki, …

İnsanlar mənim  nə demək istədiyimi başa düşürlər 

Mən başqa insanlarla eyni səviyyədə danışanda 

Mən xoşbəxtəm, çünki özümlə qürur duyuram 

Mən təhsil alanda xoşbəxtəm 

Təhsil almaqla mən yeni məlumatlar əldə edə bilərəm 

Mən bütün dünyadan gələn xəbərləri anlamağa başlayıram 

Mən yemək yeyəndə nə qədər pul ödəməli olduğumu hesablaya bilirəm 

Mən fikirləşdiyimin düzgün və ya yalnış olduğunu deyə bilərəm 

Mən xoşbəxtəm, çünki bir çox işləri özüm görməliyəm 

Mən xoşbəxtəm, çünki mənim görəcəyim sevimli işim var 

Futbolçulara tərəfdarlıq edəndə xoşbəxt oluram 

Çunki onların ehtirası çox böyükdür 

Mənə elə gəlir ki, mən onlardan biriyəm 

Və mən çox həyacanlanıram 

Mən xoşbəxtəm, çünki arzum var 

O kiçik görünə bilər, amma

Hər günümü planlaşdırmaq və inanaraq yaşamaq 

Məni çox xoşbəxt edir 

—Kim Yoona, 15 yaş, Korea Xalq respublikası 

“Oynamaq hüququ”, cavlon rahmonberdıyev, 12 yaş, Özbəkistan


Bacarıqlar

 haqqında

7

Konvensiya haqqında



Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya əlilliyi olan və olmayan 

insanlara eyni cür rəftar edilməsini təmin etmək üçün dünya ölkələri arasında 

bağlanmış bir razılaşmadır. Konvensiyalar, bəzən sazişlər, razılaşmalar, beynəlxalq 

müqavilələr və ya hüquqi sənədlər adlandırılırlar və onlar sizin hökumətlərə 

göstəriş verirlər ki, sizin hüquqlarınızdan istifadə edə bilmənizi təmin etmək üçün nə 

edilməlidir. Bütün əlilliyi olan böyüklər və uşaqlar, yəni həm qızlar, həm oğlanlar eyni 

dərəcədə bu hüquqlardan istifadə etməlidirlər.

Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya 2006-cı ilin 13 dekabr 

tarixində qəbul edilmişdir. 2 Aprel 2008-ci il tarixədək, Konvensiyanı 20 ölkə 

ratifikasiya etmişdir, bu isə o deməkdir ki, Konvensiya 3 may 2008-ci ildə qüvvəyə 

minmişdir (Konvensiyanın qaydalarına  www.un.org/disabilities/ ünvanında baxa 

bilərsiniz).

Baxmayaraq ki, Konvensiya yaşından asılı olmayaraq əlilliyi olan bütün şəxslər 

üçündür, bu kitabda hüquqların uşaqların həyatında nə məna kəsb etdiyinə baxılır, 

çünki siz vacibsiniz!

Konvensiya nə üçün lazımdır?

Əgər sizin valideynləriniz və ya ailənizdə kiminsə əlilliyi varsa, bu Konvensiyada 

onlar üçün faydalı və həvəsləndirici məlumatlar təqdim edilir. Bu sənəd sizi və 

ailənizi, sizə kömək etmək istəyən dostlarınızı hüquqlarınızdan istifadə etməyə 

yönləndirir.

Burada həmçinin əlilliyi olan bütün insanlara öz hüquqlarını həyata keçirməyə 

yardım etmək üçün hökumətlərin nə etməli olduqları müəyyən edilir.

Müxtəlif ölkələrdən olan və müxtəlif əlilliyi olan insanlar bu Konvensiyanın 

hazırlanması üçün öz hökumətlərilə birgə işləmişlər. Əlilliyi olan insanlara məktəbə 

getmək, iş əldə etmək, şənlənmək və icmalarında xoşbəxt yaşamağa kömək edən 

yaxşı tədbirlər və qanunlara nəzər salmaqla onlarda ideyalar yaranmışdır.

Bir çox mövcud qayda, münasibət və hətta bina əlilliyi olan uşaqların məktəblərə 

getməsini, oynamasını və istədikləri tədbirlərdə iştirak etməsini təmin etmək üçün 

dəyişdirilməlidir. Əgər sizin hökumət Konvensiyanı ratifikasiya etmişdirsə, deməli bu 

dəyişikliklərin baş verməsinə razılaşmışdır.

Yadda saxlamaq vacibdir ki, bu Konvensiyada olan hüquqlar yeni hüquqlar deyildir. 

Onlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası 

və insan hüquqları üzrə digər beynəlxalq müqavilələrdə tanınmış eyni insan 

hüquqlarıdır. Əlilliyi olan İnsanların Hüquqları haqqında Konvensiya əlilliyi olan 

insanların hüquqlarına hörmət ediləcəyinə təminat verir.




8

Əlilliyi olan 

Şəxslərin 

Hüquqları 

haqqında 

Konvensiyanın 

xülasəsi 

Konvensiyada çoxlu vədlər verilir. Onun 50 

maddəsi bu vədlərin hansılar olduğunu aydın 

izah edir. Növbəti səhifələrdə biz “hökumət” 

dedikdə Konvensiyanı ratifikasiya etmiş 

ölkələr nəzərdə tutacayıq (onlara həm də 

“üzv ölkələr” deyilir). 

Ratifikasiya etmək nə deməkdir? 

Konvensiyanı ratifikasiya edən hökumət onun 

maddələrini tətbiq etmək üçün əlindən gələni edəcəyinə 

razılıq verir. Yoxlayın görün sizin ölkəniz Konvensiyanı 

ratifikasiya edibmi. Əgər edibsə, siz hökumət 

nümayəndələrinizin məsuliyyətlərini onlara xatırlada 

bilərsiniz. BMT Konvensiyanı imzalamış və onunla 

razılaşmış ölkələrin siyahısını dərc edir. Ölkənizin 

Konvensiyanı ratifikasiya edib-etmədiyini öyrənmək 

üçün BMT-nin internet saytına baxa bilərsiniz:  

.

Nikbinlik bizim həyatımızın şüarıdır 

Mənə qulaq asın dostum, dostlarım 

Qoy sizin şüarınız sevgi və inam olsun 

Həyat rəhimli Allahımızdan bizə vergidir 

Həm göylərdə, həm yerdəki bütün varlıqlara 

Əgər əlilliyi olan dostunuz vardırsa sizin 

Rahat hiss etmələri üçün onlara yaxın olun 

Onları nikbin olmağa və həyatı sevməyə səsləyin 

Bədbinlik qorxaqlıqdır deyin onlara 

Mərdlik və ötkəmlik şücaət işarələridir 

Ümid həyatımızdakı məqsədimizdir 

Zərif təbəssüm bizi birləşdirir 

Həyatda ümidsizlik və ümidsiz həyat yoxdur 

—Jwan Jihad Medhat, 13 yaş, Iraq

Qanunlar 

nədir?

Qanunlar insanların 



bir-birinə hörmət etməsi 

və təhlükəsiz şəkildə 

birgə yaşaması üçün hər 

kəsin əməl etməli olduğu 

qaydalardır.



KONVENSİYANIN XÜLASƏSİ

Bacarıqlar

 haqqında

9

Maddə 1:



 Məqsəd

Bu maddədə Konvensiyanın əsas məqsədi verilir və bu məqsəd əlilliyi olan bütün insanlar, 

o cümlədən uşaqların bütün insan hüquqlarından tam və bərabər surətdə istifadə etmələrini 

təbliğ etmək, müdafiə etmək və təmin etməkdən ibarətdir.



Maddə 2:

 anlayışlar

Bu maddədə bu Konvensiyada xüsusi məna daşıyan sözlərin siyahısı verilir. Məsələn, 

konvensiyanın “dilinə” danışıq dilində işlənən sözlər, işarələr və digər qeyri-danışıq sözləri 

daxildir, “ünsiyyətə” dillər, mətnlər, Brayl əlifbası (bu əlifbada oxumaq üçün diyircəkli nöqtələr 

və rəqəmlərdən istifadə edilir), toxunuş vasitəsilə ünsiyyət, böyük hərflər və istifadə edilə 

bilən multimediya vasitələri (məsələn, internet saytları və ya audio) daxildir. 



Maddə 3:

 ümumi prinsiplər 

Bu Konvensiyanın əsas prinsipləri (əsas inancları) bunlardır:



(a)

   Hər kəsin irsən aldığı ləyaqətinə, seçim etmə azadlığına və müstəqilliyinə hörmət 

etmək.

(b)

  Ayrı-seçkiliyə yol verilməməsi (hamıyla ədalətli rəftar etmək).



(c)

  Cəmiyyətdə tam iştirak və inteqrasiya (icmanın həyatına daxil ounma).



(d)

  Müxtəlifliyə hörmət və əlilliyi olan insanların insan müxtəlifliyinin bir hissəsi kimi qəbul 

etmək.

(e)

   Bərabər imkanlar.



(f)

   Müyəsərlik (nəqliyyatdan, yerlərdən və məlumatlardan istifadə imkanının olması və 

əlillik olduğu üçün bunlardan istifadə etməkdən imtina edilməməsi).

(g)

  Kişilər və qadınlar arasında bərabərlik (qız və ya oğlan olmağından asılı olmayaraq, 

eyni imkanların olması).

(h)

  Əlilliyi olan uşaqların inkişaf edən bacarıqlarına və öz şəxsiyyətlərinin qorunub 

saxlanması hüquqlarına hörmət 

(bacarıqlarına görə 

hörmət edilməsi və 

kim olmağından qürur 

duyulması). 

Maddə 4:

 ümumi öhdəliklər 

Əlilliyi olan insanlara qarşı ayrı-

seçkilik yaradan heç bir qanun 

olmamalıdır . Zəruridirsə, əlilliyi 

olan şəxslərin hüquqlarını 

müdafiə etmək üçün hökumətlər 

yeni qanunlar hazırlamalı və 

onları tətbiq etməlidirlər. Əgər 

köhnə qanunlarda və ənənələrdə 

əlilliyi olan insanlara qarşı ayrı-

seçkilik varsa, hökumətlər onların 

dəyişdirilməsi yollarını tapmalıdırlar.

Əgər əlilliyi olan uşaqları 

digər uşaqların etdikləri 

şeyləri etməyə imkan 

verməyən qanunlar və 

ya təcrübə varsa, onlar 

dəyişdirilməlidirlər. Bu 

cür qanun və təcrübələri 

dəyişdikdə, sizin 

hökumət əlilliyi olan 

uşaqlar üzrə təşkilatlarla 

məsləhətləşmə 

aparmalıdır.

Lisa Lavoie



10

KONVENSİYANIN XÜLASƏSİ

Yeni qanunlar və siyasətlər hazırlamaq üçün hökumətlər əlilliyi olan insanlardan, o cümlədən 

uşaqlardan məsləhət almalıdırlar.



Maddə 5:

 Bərabərlik və ayrı-seçkiliyin yol verilməzliyin

Hökumətlər qəbul edirlər ki, bütün insanların qanunla müdafiə olunma hüququ vardır və 

ölkənin qanunları onda yaşayan bütün insanlara tətbiq edilir.

Maddə 6:

 Əlilliyi olan qadınlar

Hökumətlər bilirlər ki, əlilliyi olan qızlar və qadınlar bir çox müxtəlif növ ayrı-seçkiliklərlə 

üzləşirlər. Onlar qadın və qızların insan hüquqlarını və azadlıqlarını qorumağa razılıq verirlər. 

Maddə 7:

 Əlilliyi olan uşaqlar

Hökumətlər əlilliyi olan uşaqların digər uşaqlarla eyni olaraq bütün insan hüquqlarından və 

azadlıqlarından istifadə 

etmələrini təmin 

etmək üçün bütün 

mümkün tədbirləri 

görəcəklərinə 

razılaşırlar. Onlar 

həmçinin əlilliyi 

olan uşaqların 

həyatlarına təsir 

edən məsələlərdə öz 

fikirlərini azad şəkildə 

ifadə etmələrini təmin 

etməyə razılıq verirlər. 

Uşaq üçün ən yaxşı nə 

varsa, o birinci nəzərdən keçirilməlidir.

Maddə 8:

 Məlumatlılığın artırılması

Hökumətlər əlilliyi olan şəxslərin hüquq və 

ləyaqəti, nailiyyətləri və bacarıqları haqqında 

hamıya məlumat verməlidirlər. Onlar əlilliyi 

olan insanlarla bağlı stereotiplərə, yalnış 

münasibətə və fəaliyyətlərə qarşı mübarizə 

aparmağa razılıq verirlər. Məsələn, sizin 

məktəb əlilliyi olan insanlar hətta lap kiçik yaşlı 

uşaqlara qarşı hörmət edilməsi münasibətini təbliğ etməlidir.

Maddə 9:

 Müyəssirlik

Hökumətlər əlilliyi olan insanların müstəqil yaşamalarını 

və icmalarının həyatında iştirak etmələrini mümkün etməyə 

razılaşırlar. İctimaiyyət üçün açıq olan istənilən yer, o cümlədən binalar, yollar, məktəblər və 

xəstəxanalar əlilliyi olan şəxslər, o cümlədən uşaqlar üçün istifadə edilə bilən olmalıdırlar. 

Siz ictimai binadasınızsa və sizə yardım lazımdırsa, işarələr dilinin peşəkar oxucusu və ya 

tərcüməçisi sizə yardım etmək üçün orada olmalıdır.

Əlilliyi olan oğlanlar və qızların bütün digər uşaqlar 

kimi eyni hüquqları vardır. Məsələn, hər bir uşağın 

məktəbə getmək, oynamaq, zorakılıqdan müdafiə 

olunmaq və ona təsir edən məsələlər üzrə qərar 

qəbul edilməsində iştirak etmək hüququ vardır. 

Hökumətlər əlilliyi olan uşaqların bu hüququ həyata 

keçirmək üçün zəruri məlumat və dəstəyi təmin 

etməlidir. 

Kütləvi-


informasiya 

vasitələri əlilliyi 

olan uşaqlar və 

böyüklərə qarşı 

ədalətsizliklər 

haqqında 

məlumat 

verməlidir.

Lisa Lavoie



Bacarıqlar

 haqqında

11

KONVENSİYANIN XÜLASƏSİ



Bəs texnologiya necə?

Müxtəlif fiziki imkanları olan insanların 

telefonlardan, kompüterlərdən və digər 

texnologiyalardan istifadəsi asan olmalıdır. 

Məsələn, internet saytları elə dizayn edilə bilər ki, 

klaviaturadan istifadədə çətinlik çəkənlər, görmə 

və ya eşitmə problemləri olanlar informasiyadan 

başqa formatda yararlana bilsinlər. Kompüterin 

klaviaturasında Brayl əlifbası yerləşdirilə bilər və 

ya kompüterin monitorunda meydana gələn sözlər 

danışıq sintezatoru vasitəsilə səsləndirilə bilər.

cəfərova Kəmalə, 5 yaş, azərbaycan



12

KONVENSİYANIN XÜLASƏSİ



Maddə 10:

 Yaşamaq hüqüqi 

İstənilən insan doğulduqda yaşamaq hüququ ilə doğulur. Hökumətlər bu hüququn həm əlilliyi 

olmayan, həm də olan şəxslərə eyni cür şamil edildiyi barədə təminat 

verir.


Maddə 11:

 təhlükə və fövqəladə hallar 

Əlilliyi olan insanlar başqaları kimi müharibə, 

fövqəladə hal və ya təbii fəlakət, məsələn 

tufan zamanı müdafiə olunmaq və qorunmaq 

hüququna malikdirlər. Əlilliyiniz olduğuna görə 

sizi qanuni olaraq sığınacaqdan məhrum edə 

və ya başqaları xilas edilən zaman tək qoya 

bilməzlər.



Maddə 12:

 Qanun qarşısında bərabərlik 

Əlilliyi olan insanlar başqaları kimi 

“hüquqi imkanlardan” eyni cür istifadə 

edə bilməlidirlər. Bu o deməkdir ki, siz böyüdükdə əlilliyinizin olub-

olmadığına baxmayaraq oxumaq üçün və ya evinizi kirayəyə vermək 

məqsədilə müqavilə bağlamaq üçün kredit ala bilməlisiniz. Siz həm də əmlaka sahib ola və 

ya onu verəsəliklə ala bilərsiniz.

Maddə 13:

 Ədliyyədən istifadə imkanı 

Əgər sizə cinayət nəticəsində zərər dəyibsə, digər zərər çəkmiş və ya düzgün hərəkət 

etmədiyinə görə ittiham edilmiş şəxsləri görmüsünüzsə, işinizə baxılan zaman sizin ədalətli 

rəftar görmək hüququnuz vardır. Məhkəmə işlərində sizə öz fikirlərinizi azad şəkildə ifadə 

etməyə kömək edilməlidir.

Maddə 14:

 Şəxsin azadlığı və təhlükəsizliyi 

Hökumətlər diqər insanlarda olduğu kimi əlilliyi olan insanların azadlıqlarının qanunla 

müdafiə olunmasını təmin etməlidirlər.

Maddə 15:

 İşgəncə  və ya qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzadan azad olma 

Heç kəsə işgəncə verilə və ya hədə-qorxu gəlinə və ya qəddar münasibət göstərilə bilməz. 

Və hər kəsin tibbi və ya elmi təcrübələrdə iştirakdan imtina etmək hüququ vardır.

Maddə 16:

 Zorakılıq və sui-istifadədən azad olma 

Əlilliyi olan uşaqlar zorakılıq və sui-istifadədən müdafiə olunmalıdırlar. Onlarla evdə və ya 

evdən kənarda pis rəftar edilməməli və ya zərər vurulmamalıdır. Əgər siz zorakılıq və ya pis 

rəftarla üzləşmisinizsə, sui-istifadənin dayandırılması və bərpa olunmaq üçün yardım almaq 

hüququnuz vardır.

Maddə 17:

 Şəxsin müdafiə edilməsi 

Heç kəs sizinlə fiziki və  əqli bacarıqlarınıza görə yarımçıq insan kimi rəftar edə bilməz. 

Başqalarının sizə olduğunuz kimi hörmət etmələrinə hüququnuz vardır!

Lisa Lavoie

Sizin yaşamaq 

hüququnuz vardır. 

Bu sizə verilən 

bir bəxşişdir və 

qanuna görə heç 

kim onu sizin 

əlinizdən ala 

bilməz.



Bacarıqlar

 haqqında

13

KONVENSİYANIN XÜLASƏSİ



Maddə 18:

 Hərəkət azadlığı və vətəndaşlıq

Hər bir uşağın qanuni şəkildə qeydiyyata alınmış, ad və vətəndaşlıq almaq və imkan 

daxilində valideynlərini tanımaq və onlar tərəfindən qayğı görmək hüququ vardır. Və insanlar 

öz əlilliklərinə görə ölkədən çıxmaq və ya oraya gəlməkdən imtina edilə bilməzlər.



Maddə 19:

 Müstəqil yaşamaq və icmaya inteqrasiya edilmək 

İnsanlar, əlil olub-olmamalarından asılı olmayaraq, harada yaşamaqlarını seçmək hüququna 

malikdirlər. Siz böyüyəndə sizin istədiyiniz halda müstəqil yaşamaq və cəmiyyətə inteqrasiya 

edilmək hüququnuz olacaq. İcmanızda yaşamaq üçün sizin həmçinin evinizdə qulluq 

edilməsi və şəxsi dəstək kimi dəstək xidmətlərindən istifadə imkanınız olmalıdır.

Maddə 20:

 Şəxsi hərəkət etmə 

Əlilliyi olan uşaqların yaşadıqları yerlərini dəyişmək və müstəqil olmaq hüququ vardır. 

Hökumətlər bunu etməyə onlara kömək göstərməlidirlər.

Maddə 21:

 Söz və fikir azadlığı və informasiyaya cıxış  

İnsanların öz fikirlərini ifadə etmək, informasiya axtarmaq, almaq və paylaşmaq, və 

informasiyanı onların başa düşəcəyi və istifadə edə biləcəyi formalarda almaq hüququna 

malikdirlər.



Maddə 22:

 Özəl həyat hüququ 

Əlilliyi olub-olmamasına baxmayaraq heç kəs insanların özəl həyatına müdaxilə edə bilməz. 

İnsanlar haqqında, məsələn onların sağlamlıq durumu barədə məlumatı olan şəxslər bu cür 

məlumatları gizli saxlamalıdırlar.



Maddə 23:

 Evə və ailəyə hörmət 

İnsanların ailələri ilə yaşamaq hüququ vardır. Əgər sizin əlilliyiniz varsa, hökumətiniz 

sizin ailənizə əlilliklə bağlı xərclər, informasiya və xidmətlər baxımından yardım etməlidir. 

Əlilliyiniz olduğuna görə siz ailənizdən ayrıla bilməzsiniz! Əgər siz öz doğmalarınızla 

yaşaya bilmirsinizsə, hökumət daha geniş ailə üzvləri və ya icma tərəfindən sizə qayğı 

göstərilməsini təmin etməlidir. Əlilliyi 

olan cavan insanların digər insanlar 

kimi reproduktiv sağlamlıq 

məlumatlarının əldə edilməsinə 

hüquqları çatır və başqa insanlar 

kimi onların da evlənmək və ailə 

qurmaq hüququ vardır.

Lisa Lavoie

Əlilliyi olan 

uşaqların 

yaşadıqları 

yerlərini 

dəyişmək və 

müstəqil olmaq 

hüququ vardır.




14

KONVENSİYANIN XÜLASƏSİ



Maddə 24:

 təhsil

İnsanların məktəbə getmək hüququ vardır. Əgər sizin əlilliyiniz varsa, buna görə 

sizi təhsildən məhrum edə bilməzlər. Siz ayrıca təcrid olunmuş məktəblərdə təhsil 

almamalısınız. Sizin başqa uşaqlara verilən təhsil və tədris proqramı almanıza hüququnuz 

çatır və sizin hökumətiniz bunun baş verməsi üçün sizə lazım olan yardımı göstərməlidir. 

Məsələn, müəllimlərinizin sizi anlaması və ehtiyaclarınıza cavab verməsi üçün uyğun 

ünsiyyət qurulması məqsədilə hökumət lazımi yollar təmin etməlidir.

Maddə 25 və 26:

 Sağlamlıq və bərpa 

Əlilliyi olan insanlar başqa insanlara təmin edilən eyni səviyyə və keyfiyyətdə pulsuz və ya 

ucuz səhiyyə xidmətləri almaq hüququna malikdirlər. Əgər sizin əlilliyiniz varsa, sizin də 

səhiyyə və bərpa xidmətlərindən istifadə etmək hüququnuz vardır.



Maddə 27:

 İş və işlə təmin 

Əlilliyi olan insanlar ayrı-seçkilik olmadan azad şəkildə seçdikləri işdə işləmək üçün bərabər 

hüquqa malikdirlər.

“Mənim icmamda gündəlik həyat”, Pedro José rivera, 14 yaş, nikaraqua



Bacarıqlar

 haqqında

15

KONVENSİYANIN XÜLASƏSİ



Maddə 28:

 Müvafiq yaşayış standartı və sosial müdafiə 

Əlilliyi olan insanların ayrı-seçkilik olmadan ərzaq, təmiz su, geyim və evlə təmin edilmə 

hüququ vardır. Hökumət yoxsulluq içində yaşayan əlilliyi olan uşaqlara kömək etməlidir.

Maddə 29:

 Siyasi və ictimai həyatda iştirak 

Əlilliyi olan insanların siyasi və ictimai həyatda iştirak hüququ vardır. Ölkənizin qanunları ilə 

müəyyən edilmiş yaşa çatdıqdan sonra əlilliyinizin olub-olmamasından asılı olmayaraq sizin 

qrup yaratmaq, cəmiyyətə qulluq etmək, səsvermə yerlərinə çıxış əldə etmək, səs vermək 

və hökumətdə vəzifəyə seçilmək hüququnuz vardır.

Maddə 30:

 Mədəni həyatda iştirak, istirahət, asudə vaxt və idman 

Əlilliyi olan insanların başqa insanlar kimi incəsənətlə, idmanla məşğul olmaq, oyunlarda, 

filmlərdə və başqa şən tədbirlərdə iştirak etmək hüququ vardır. Ona görə teatrlar, muzeylər, 

oyun meydançaları və kitabxanalar hər bir kəsin, o cümlədən əlilliyi olan uşaqların üzünə 

açıq olmalıdır.

Maddə 31:

 Statistika və məlumatların toplanması 

Daha yaxşı proqramlar və xidmətlər hazırlamaq üçün ölkələrdə əlilliyi olan şəxslər haqqında 

məlumatlar toplanmalıdır. Əlillik haqqında tədqiqatlara töhfəsini verən əlilliyi olan şəxslərin 

hörmətlə və insani şəkildə rəftar edilmə hüququ vardır. Onların verdiyi istənilən özəl məlumat 

gizli saxlanmalıdır. Toplanmış statistik məlumatlardan əlilliyi olan şəxslər və digərlərin 

istifadə etmək imkanı olmalıdır.



Maddə 32:

 Beynəlxalq əməkdaşlıq  

Bu Konvensiyanın maddələrinin yerinə yetirilməsi üçün ölkələr bir-birinə kömək etməlidir. 

Buraya daha çox resursları (məsələn, elmi məlumatlar, faydalı texnologiyalar) olan ölkələrin 

digər ölkələrə yardım etməsi daxildir. Bununla onlar 

dünyada daha çox insanın Konvensiyadan yararlanmasını 

təmin edə bilərlər.



Maddələr 33 - 50: 

 Əməkdaşlıq, Konvensiyanın monitorinqi 

və yerinə yetirilməsi qaydaları 

Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyada 

ümumilikdə 50 maddə vardır. 33 – 50-ci maddələr 

böyüklərin, xüsusilə əlilliyi olan insanlar və onların 

təşkilatlarının və hökumətlərin əlilliyi olan bütün insanların 

bütün hüquqlardan istifadə edə bilməsini təmin etmək üçün 

necə birgə işləməsindən bəhs edir. Bu maddələrin mətnini  

www.un.org/disabilities ünvanında tapa bilərsiniz.

Lisa Lavoie



16

Səslər və sükut arasında

Parçalanan iki dünya...

Əminsizəm, qoşula bilmirəm...

Göz yaşlarım axır...

Istəmədən edilən imtina və etiraz

Tənhalığı hiss etdirir...

Göz yaşlarım axır...

Bəzi əllər istisnadır,

Onlar dəstəkləyir, çəkir və ruhlandırır,

Daim, daim...

Göz yaşları axır, amma təbəssüm doğur...

Hələ də iki hiss arasındayam,

Amma sevilirəm...

— Sarah Leslie, 16 yaş,  

amerika Birləşmiş Ştatları

Babayeva ayna, 15 yaş, azərbaycan


Bacarıqlar

 haqqında

17

Hüquqlar necə gerçəkləşir



Əlilliyi olan uşaqların hüquqları bütün digər uşaqların hüquqları ilə eynidir. Dünyanın 

Konvensiya haqqında məlumat alması sizdən asılıdır. Cəmiyyətlərinin hamını inteqrasiya 

etməsini istəyirlərsə, insanlar fikirlərini ucadan söyləməlidirlər.

Əgər sizin əlilliyiniz varsa, bu Konvensiya sizə, sizin hökumətə və sizin ailənizə 

hüquqlarınıza nail olmaq və arzularınıza çatmaq üçün vasitə verir. Sizin məktəbə getmək və 

digər fəaliyyətlərə qatılmaq üçün eyni şansınız olmalıdır. Hansı növ əlilliyiniz olmasınadan 

asılı olmayaraq, həyatinizda olan böyüklər sizə hərəkət etmənizdə, başqa uşaqlarla 

ünsiyyətdə olmaq və oynamaqda kömək 

etməlidirlər. 

Siz vətəndaşsınız, ailənizin və icmanızın 

üzvüsünüz və sizin verəcəyiniz böyük 

töhfəniz vardır.



Siz nə edə bilərsiniz? 

 Əliliyi olan uşaqların məktəbə gedə 

bilməsi, oynaya və istədikləri fəaliyyətlərdə 

iştirak edə bilməsi üçün münasibətlərin və 

qaydaların dəyişdirilməsi vacibdir. Sizin məktəbdə əlilliyi olan uşaqlar dərslərə və digər 

fəaliyyətlərə qatılırlarmı? Aranızda xüsusi qayğıya ehtiyacı olanlara müəllimləriniz dinləyir 

və onlara cavab verirlərmi? Sizdə əlil arabasının daxil ola bilməsi üçün keçid, jestlər dilini 

tərcümə edən tərcüməçi və ya yardımçı texnologiyalar varmı? Yaxşı! Deməli sizin məktəbdə 

əlilliyi olan uşaqlara qarşı ədalətli davranırlar və onlara öyrənmək imkanı verirlər. Sizin 

məktəbdə Konvensiyaya əməl edilir.

Təəssüf ki, insanların çoxu  əlilliyi olan uşaqlara qarşı ədalətli olmurlar. İcmanızın bu 

cür insanları daha da sıx inteqrasiya etməsində sizin rolunuz vardır. Valideynləriniz və 

müəllimlərinizin düşüncə tərzini dəyişmək üçün siz evinizdən və məktəbinizdən başlaya 

bilərsiniz.

Digərlərinə Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya və əlilliyi olan gənc 

insanların potensialı haqqında məlumat vermək üçün edə biləcəyiniz bir çox şeylər vardır. 

Məsələn, siz bunları edə bilərsiniz:

l

   Təşkilat və ya kampaniyaya qatılmaq. Güc çoxluqdadır. Başqaları ilə səylərini birləşdirmək 



üçün siz milli və ya beynəlxalq təşkilatın yerli nümayəndəliyinə dəstək verə və onlara 

qoşula bilərsiniz. Onların gənclər üçün xüsusi proqramları və kampaniyaları ola bilər.

l

   Öz layihənizi hazırlayın. Qarşınıza çıxan maneələri dəf etmək üçün məlumatlılıq 



kampaniyasını başlayın, maliyyə toplayın, sorğu keçirin (Tanışlarınızdan kiməsə ədalətsiz 

davranılıbmı? Sizin məktəbinizdə yalnız pilləkənlər vardır və əlil arabaları üçün keçidlər 

yoxdur?), qarşınıza duran əngəllikləri aradan qaldırmaq üçün yazılı formada müraciət edin.  

l

   Konvensiyanı təbliğ etmək üçün klub təşkil edin. Müxtəlif bacarıqları olan uşaqları bir 



yerə yığın, bütün dostlarınızla ictimai tədbirlər keçirin və yeni insanları sizə qoşulmağa 

dəvət edin. Kino məclisləri və ya birgə şam yeməkləri təşkil edin. Sadəcə şənlənin və bir-

birinizin unikal bacarıqlarınızdan həzz alın.

Öz hüquqlarınızın müdafiəsinə qalxın 

və digərləri sizin tərəfinizə keçəcəklər. 

Bütün uşaqlar məktəbə gedə, oynaya, 

və bütün işlərdə iştirak edə BİLƏRLƏR. 

Mən bacarmaram deməyin, mən 

BacararaM deyin! 

— Victor Santiago Pineda 



18

l

   Əlilliyi olan insanların hüquqları haqqında məktəbinizdə və ətraf məktəblərdə təqdimatlar 



keçirin. Yaradıcı olun. Konvensiyaya daxil olan hüquqları sizin məktəb yoldaşlarınızın başa 

düşməsinə kömək etmək üçün plakatlar və səhnəciklər hazırlayın. Təqdimatı hazırlamağa 

kömək etmək üçün valideyn və ya müəlliminizdən xahiş edin və onu harada və nə zaman 

keçirəcəyinizi planlaşdırın. Təqdimatınıza məktəb direktorunuzu da dəvət edin.

l

   Dostlarınızın bir qrupu ilə əlilliyi olan insanların hüquqları haqqında incəsənət əsərləri 



hazırlayın. Bunlar rəsmlər, əl işləri və ya heykəllər ola bilər – istənilən əsər sizə hər-

hansı xəbəri paylaşmağa kömək edə bilər. Baxın görün bəlkə siz əsərlərinizi məktəbdə, 

ərazinizdəki kitabxanalarda, qalereyalarda və ya restoranlarda asa biləsiniz – bu, insanların 

əsərlərinizi seyr edə biləcəyi istənilən yer ola bilər. Bir az keçəndən sonra siz öz əsərlərinizi 

başqa yerlərə apara bilərsiniz və Konvensiyanı başqa insanlarla paylaşa bilərsiniz.

l

   Öyrəndiyiniz təcrübə və bilikləri başqalarıyla paylaşın. UNICEF Gəncliyin Səsi kampaniyası 



gənclər arasında populyar onlayn müzakirə forumudur.

Bu sizin görə biləcəyiniz işlərin yalnız bir neçəsi haqqında ideyalar idi — 

ideyaların sərhədi yoxdur. 

Fəaliyyətinizi təşkil etmək və şənlənmək üçün etibar etdiyiniz 

böyüklərdən sizə kömək etmələrini xahiş edin!

“Əlilliyi olan uşaqlardan ibarət rok qrupu”, Valeria d’avola, 13 yaş, Italiya

Tədris materiallarının toplusunu əldə etmək üçün bu bukletdən sonra buraxılacaq Əlillik haqqında: Əlilliyi olan Şəxslərin 



Hüquqları haqqında Konvensiya üzrə təlim fəaliyyətləri və tədbirlərin keçirilməsi adlı vəsaitə müraciət edin.


Bacarıqlar

 haqqında

19

Biliklərinizi yoxlayın



(1)  Buraxılmış sözləri daxil edin. 

 

a.   Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın prinsiplərindən biri 



cəmiyyətdə tam iştirak və cəmiyyətə _________________

 

b.   Əlilliyi olan uşağın məktəbə gedə bilməsini, oynaya bilməsini və bütün uşaqların 



etmək istədiyi şeyləri edə bilməsini təmin etmək üçün bir çöx qaydalar, münasibətlər 

və binalar  _________________.

 

c.  Hər bir insanın __________________ hüquqları vardır.



 

d.  Qanunda əlilliyi olan insanlara qarşı __________________ olmamalıdır.

 

e.   __________________ bir çox forması olur; o yazılı, şifahi və ya imzalanmış formada 



ola bilər.

(2)  Sözlərdəki hərflərin yerini dəyişərək cümlə düzəldin.

 

Zib ________________  ahızımm  ________________  üxətmfiikl _____________



 

əv _________________  ahızımmnı _______________  qilərf ________________

 

bcaırqalraı __________  ırdavr ___________________  knial  ________________



 

zmiib  ______________  ahızımmnı _______________  ynie _________________

 

qquühalrı ___________  rva _____________________



 

 _______________________________________________________________________

 

 _______________________________________________________________________



 


20

(3)  Uşaqların ümumi cəhəti nədir? 

 

 _____________________________________________________________________



Lisa Lavoie

Cavablar:

(1) a. inteqrasiya; b. dəyişmək; c. bərabər; d. ayrıseçkilik; e. dil

(2) Biz hamımız müxtəlifik və hamımızın fərqli bacarıqları vardır, lakin bizim hamımızın eyni hüquqları var

.

(3) Onların hamısının hüquqları bərabərdir.




BAcAR

ıqlAR

 haqqında

LÜĞƏT 


Qəbul etmək: 

Rəsmi olaraq təsdiq etmək və 

ya qəbul etmək (məsələn, Konvensiya və ya 

bəyannaməni).

Maddələr:

 Nömrəsi olan hüquqi sənədin 

paraqrafı və ya bölməsi; bu nömrələr məlumatları 

tapmağı, onları yazmağı və onlar haqqında 

danışmağı asanlaşdırır.

Yardımçı texnologiyalar: 

 Başqa cür edə 

bilməyəcəyiniz işləri görə bilmənizə kömək edən 

vasitələr, məsələn, əlil arabası sizə hərəkət 

etməyə və ya daha böyük kompüter monitoru sizə 

yaxşı görməyə kömək edir.

Komitə:


 Birgə işləmək və başqa insanlara 

kömək etmək üçün seçilmiş bir qrup insan.

Kommunikasiya:

 Məlumat paylaşması. 

Bu həmçinin multimediya, geniş şəkil, Brayl 

əlifbası, işarə dili və ya kiminsə ucadan oxuması 

vasitəsilə məlumatın oxunması, danışmaq və ya 

dərk etmək vasitəsidir.

İcma:

 Bir ərazidə yaşayan insanların qrupu. Bu 



həmçinin eyni maraqlar və narahatlıqları olan 

insanlar mənasını verir.

Konvensiya:

 Eyni qanunlar yaradıb onlara 

əməl etmək üçün bir qrup ölkələr tərəfindən 

hazırlanmış saziş və ya müqavilə.

Uşaq Hüquqları Konvensiyası bütün uşaqların 

cəmiyyətin üzvləri kimi öz hüquqlarından istifadə 

edə bilməsini və uşaq qismində onların xüsusi 

qayğı görməsi və müdafiə olmasını təmin edən 

müqavilədir. Bu sənəd tarixdə ən çox ölkə 

tərəfindən qəbul edilmiş insan hüquqları sazişidir. 

Əlilliyi olan Şəxslərin Hüquqları haqqında 

Konvensiya bütün insanların, o cümlədən əlilliyi 

olan uşaqların öz hüquqlarından istifadə edə 

bilməsini təmin edən müqavilədir.

Ləyaqət: 

 İnsan kimi sizin irsən qəbul 

etdiyiniz dəyərliliyiniz və hörmətiniz. Sizin 

özünəhörmətiniz. Ləyaqətlə rəftar edilmək 

başqa insanlar tərəfindən hörmətlə qarşılanmaq 

deməkdir.

 

Ayrı-seçkilik:



  İrq, din, cins və ya fərqli 

bacarıqlar səbəblərdən birinə görə bir şəxsin və 

ya şəxslərdən ibarət qrupun ədalətsiz rəftarı. 

İcra:


 Nəyisə qüvvəyə mindirmək. Konvensiyanın 

maddələrini icra etmək onda verilmiş vədləri 

həyata keçirmək deməkdir.

İrsən keçmiş ləyaqət: 

 Bütün insanların 

doğulduqları zamanı əldə etdikləri ləyaqət.

Hüquqi:

 Qanuna aid olan, ona əsaslanan və ya 



onunla tələb olunan.

Əzələ distrofiyası:

 Vaxt keçdikcə əzələlərin 

zəifləməsinə səbəb olan tibbi durum.

Ratifikasiya (ratifikasiya etmək):

 

İmzalanmış Konvensiya və ya müqavilənin ölkə 



tərəfindən rəsmi şəkildə təsdiqlənməsi və həmin 

ölkənin qanununa çevrilməsi.

Üzv dövlətlər: 

Konvensiyaya imza atmış və 

onunla razılaşmış ölkələr.

UNICEF:


 BMT-nin Uşaq Fondu. Bu, uşaqların 

hüquqları, onların sağ qalması, inkişafi və 

müdafiəsi üçün işləyən və BMT sisteminə 

daxil olan agentlikdir. Onun məqsədi uşaqlar 

üçün – hamımız üçün daha yaxşı, təhlükəsiz və 

mehriban dünya qurmaqdır.

Birləşmiş Millətlər Təşkilatı: 

 Demək olar 

ki, bütün dünya ölkələrinin təşkilatı. Hökumətlər 

BMT-nin Nyu Yorkdakı qərargahında bir araya 

gəlirlər və sülh və daha yaxşı dünya qurulması 

üçün birgə işləyirlər. 

İnsan Hüquqları üzrə Ümumdünya 

Bəyannaməsi: 

 Bütün BMT ölkələri tərəfindən 

10 dekabr 1948-ci il tarixdə imzalanmışdır və bu 

sənəd bütün insanların hüquqlarını özündə əks 

etdirir.



ii

Hər bir uşaq üçün

Sağlamlıq, Təhsil, Bərabərlik, Müdafiə

HUMANİZMƏ DOĞRU

 

Əlavə məlumat üçün 

UNİCEF-in Uşaq Müdafiəsi Bölməsi ilə 

əlaqə saxlayın.  

© Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)

2010-cu il



Yüklə 132,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə