ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
  1   2   3   4   5   6   7   8   9   ...   33


   

 

ƏLİMƏRDANBƏY TOPÇUBAŞOV 



 

 

 

 

 

 

 

 

PARİS MƏKTUBLARI 

 

 

Azərbaycan Xalq Cümhuriyyəti 

Sülh Nümayəndə heyəti sədrinin 

Azərbaycan hökumətinə məlumatları 

(mart 1919 - noyabr 1919) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI 

 

B a k ı -1998 

 

 

 



 

 



 

2

BBK 9(s)42 



T-77 

 

 

 

Buraxılışına məsul Ramiz MEHDİYEV 



 

Tərtib edəni və rus dilindən çevirəni  



Vilayət QULİYEV 

 

Elmi redaktoru Əli HƏSƏNOV 



 

 

 

Əlimərdanbəy Topçubaşov 

T 77 

"

Paris məktubları



"

, Bakı, Azərnəşr, 1998, 120 səh. 



 

Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə Parisə, Versal 

sülh konfransına göndərilmiş Azərbaycan Nümayəndə heyətinin sədri  Əlimərdanbəy Topçubaşovun 

hökumətə ünvanlanmış  rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk 

dəfə çap olunur. 

 

Kitab tarixçilər, politoloqlar, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. 



 

 

 

 

 

 

 

0503020907-9 

M-651(07)-98 

 

BBK 9(s)42 

 

 

 

© Azərnəşr, 1998 

 

 

 



 

 

 




 

3

 



 

AVROPAYA PƏNCƏRƏ 

AÇANLAR 

 

Azərbaycan Cümhuriyyətinin Nümayəndə 

heyəti Paris sülh konfransında 

 

Müsəlman  Şərqinin ilk respublikasının - Azərbaycan Cümhuriyyətinin taleyi təkcə onun öz xalqının 



deyil, həm də dünyanın böyük dövlətlərinin, dünya siyasətçilərinin istək və iradəsindən asılı idi. Bir əsrlik rus 

istilasından sonra Azərbaycan xalqı  məhrumiyyətlər və şəhid qanları bahasına öz müstəqilliyinə qovuşmuşdu. 

Lakin bu müstəqilliyin tanınmamağı ölkəni və onun xalqını yenidən, bu dəfə bolşevik libasında peyda olmuş rus 

imperializminin müstəmləkəsinə çevirmək təhlükəsini meydana çıxarırdı. 

Azərbaycan Cümhuriyyətinin qurucuları ilk gündən həmin təhlükəni hiss edir və buna görə də hər vasitə 

ilə qarşılaşdıqları problemləri dünya dövlətlərinin və ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdılar. Rusiya, 

Osmanlı  və Avstriya-macarıstan imperiyalarının dağıldığı, müstəqil dövlətlərin meydana çıxdığı, dünyanın 

siyasi xəritəsinin yenidən cızıldığı 1918-ci ildə bu xüsusilə vacib və əhəmiyyətli idi. Avropaya Azərbaycandan 

orta  əsrlərdə  də elçilər və nümayəndələr getmişdilər. Lakin onlar bir qayda olaraq öz padşahlarının, 

hökmdarlarının iradəsini Avropa monarxlarına çatdırmaq üçün yola çıxırdılar. Azərbaycan Parlamentinin qərarı 

ilə Parisə göndərilən Nümayəndə heyəti isə ilk dəfə olaraq xalqın iradəsini, onun müstəqillik əzmini ifadə etmək 

üçün gedirdi. 

Şair Məhəmməd Hadinin kədər və təəssüf dolu "Qoymuş miləl imzasını övraqi-həyatə, Yox millətimin 

xətti bu imzalar içində" - deməsindən cəmisi bir neçə il keçirdi. Və bu bir neçə ilin içərisində sürətlə dəyişən

inkişaf edən, tarixi fürsətdən yararlanaraq öz milli dövlətini quran Azərbaycan xalqı "tarixin və  həyatın 

səhifələrində" öz imzasını atmaq üçün Avropanın mərkəzinə - Parisə öz nümayəndələrini göndərirdi. 

Nümayəndə heyətinin ölkələr keçərək Parisdən Bakıya-Cümhuriyyət rəhbərliyinə gələn məlumatları on 

illiklər boyu qapalı arxivlərdə saxlanmış, yalnız xalqdan deyil, hətta mütəxəssislərdən də gizlədilmişdi. Lakin 

"Elə bir gizlin yoxdur ki, axırda aşkar olmasın". (Bibliya) 

Azərbaycan Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi və diplomat Ə. M. 

Topçubaşovun başçılığı ilə Parisə göndərilən Nümayəndə heyətinin fəaliyyəti ilə bağlı tarixi materiallar ilk dəfə 

bu kitabda, həm də ana dilimizə çevrilərək oxuculara təqdim olunur. Həmin materiallarla tanışlıqdan  əvvəl 

Nümayəndə heyəti ilə bağlı bəzi həqiqətləri bildirmək yerinə düşərdi. 

 

Nümayəndə heyətinin tərkibi 

 

Nümayəndə heyətinin tərkibinə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri daxil idilər. Onlar 



özlərinin həyat yolu, mübarizə  və inancları ilə Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı olduqlarını, 

azadlıq və istiqlal yolunda çalışdıqlarını sübut etmişdilər. 

Sədr  Əlimərdanbəy Topçubaşov (1865-1934) Tiflisdə zadəgan ailəsində doğulmuş, Peterburq 

universitetinin hüquq fakültəsini bitirmişdi. 1897-ci ildə "Kaspi" qəzetinin redaktoru kimi ictimai-siyasi 

fəaliyyət meydanına atılmış, demokratik ruhlu ziyalı kimi mənsub olduğu xalqı təmsil etmiş, onun hüquqlarını 

qorumuşdu. 1905-ci il Rusiya inqilabından sonra Ə. M. Topçubaşov yalnız azərbaycanlıların deyil, bütün 

Rusiya türklərinin və müsəlmanlarının lideri kimi tanınmışdı. O, Rusiya müsəlmanlarının 1905 - 1907-ci illərdə 

keçirilən 1—IV qurultaylarının  əsas təşkilatçılarından və  rəhbərlərindən biri olmuş, qurultayın qərarı ilə 

yaradılan Ümumrusiya müsəlman partiyasının - "İttifaq-müslim»in Məramnamə  və Nizamnaməsini yazmış, 

onun MK üzvü seçilmişdi. 

1906-cı ildə I Dövlət Dumasına Bakı quberniyasından deputat seçilən  Ə. M. Topçubaşov burada 

Dumanın Müsəlman fraksiyasını yaratmış  və onun fəaliyyətinə  rəhbərlik etmişdi. Dumanın çar tərəfindən 

qovulmasına etiraz bildirən məşhur Vıborq bəyannaməsini imzalayanlar içərisində o da var idi. 1917-ci ilin 

mayında Rusiya müsəlmanlarının Moskva qurultayına rəhbərlik edən siyasi liderlərdən biri də  Ə. M, 

Topçubaşov idi. Həmin dövrdə o, eyni zamanda Transqafqazın müsəlman ictimai-siyasi təşkilatlarının 

koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin fəaliyyətinə də rəhbərlik edirdi. 1918-ci il iyunun 17-də Fətəli 

xan Xoyskinin rəhbərliyi ilə  təşkil olunan ikinci hökumət kabinəsində  Ə. M. Topçubaşov portfelsiz nazir 

vəzifəsi almış, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli Naziri kimi 

Osmanlı imperiyasının paytaxtı  İstanbula göndərilmişdi. 1918-ci il dekabrın 7-də  fəaliyyətə başlayan 

Azərbaycan Parlamenti onu qiyabi surətdə öz sədri seçmiş, dekabrın 28-də isə Versal sülh konfransına 

göndərilən Azərbaycan nümayəndə heyətinə rəhbər təyin etmişdi. 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə