Əlimiz çatan, ünümüz yetən vətən Mürşüdova Ulduz Bəşir qızı Fil.ü. f d. dosent



Yüklə 55,91 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü55,91 Kb.
#8392


Əlimiz çatan, ünümüz yetən vətən 

Mürşüdova Ulduz Bəşir qızı 

Fil.ü.f.d. dosent 

“Folklorşünaslıq və el sənətləri” laboratoriyasının rəhbəri 

AMEA ŞREM 

 

Açar sözlər:

  tapmacalar, atalar sözləri, əfsanə, millilik, nağıl, xalq müdrikliyi, 



 

Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğu təsdiqlənib və 

bu  torpaqlarda  yaşayan  xalq  həmin  ərazinin  aborigenləridir.    Ölkənin  qədim 

yaşayış məskənlərindən biri olan Şəki, Dünya Tarixi Şəhərlər Liqasının siyahısına  

salınmışdır və qlobusun 78 şəhəri içərisində qədim insan məskəni kimi tanınaraq 

qoruq  şəhər  elan  edilmişdir.  Şəki  həm  də,  2012-ci  ildə  Türksoyun  yekun  rəyinə 

əsasən, türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı seçilmişdir. 

Vətənimizin  varlığını  anlatmaq  üçün  çoxlu  sahələr  vardır,  ancaq 

mədəniyyətimizin  və  cəmiyyətimizin  əsl  təsvirini  şifahi  söhbətə  əsaslanan  folklor 

örnəkləri  vasitəsi  ilə  müəyyən  etmək  daha  düzgün  yoldur.  Folklor  kollektiv 

mədəniyyətin  müxtəlif  icmalar  arasında  paylanmasıdır  və  bu  icmaların 

problemləri, narahatlıqları xalq bədii söz yaradıcılığında öz əksini tapmışdır.  

          Şəki, Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi, öz tarixi abidələri, 

zəngin  mədəniyyəti  və  adət-ənənələri  ilə  folklorşünasların,  etnoqrafları, 

arxeoloqların,  antropoloqların  diqqətini  özünə  cəlb  etmişdir.  Belə  qədim 

mədəniyyəti  olan  ərazinin  zəngin  folklor  yaddaşının  yazıya  köçürülməsi    folklor 

fədailərinin qarşıya qoyduqları məqsədlərdən biridir. 

         Hal-hazırda  şəhər  və  onun  ətraf  kəndlərinin  şifahi  söz  yaradıcılığı 

örnəklərinin  toplanması,  tədqiqatı  və  nəşr  etdirilməsi  sahəsində  bir-sıra 

təqdirəlayiq fəaliyyətlər həyata keçirilir. 




         “Azərbaycan folkloru antologiyası silsiləsindən nəşr etdirilən, “Azərbaycan 

folkloru antologiyası XVIII cild- Şəki folkloru III cild”, (Bakı 2009), adlı kitab 

belə fəaliyyətlərdən biridir. Bu kitabda qələmə alınmış folklor örnəklərini toplayan, 

tərtib  edən  AMEA  Folklor  institutunun  baş  elmi  işçisi  Hikmət  Əbdülhəlimovdur. 

Elatın milli söz xəzinəsini öz varislərinin qarşısına çıxaran və ona yeni həyat verən 

Hikmət Əbdülhəlimov uzun illərdir ki, bu şərəfli işlə məşğul olur.  

Kitab  qiymətli  və  zəngin  xalq  yaradıcılığının  müxtəlif  növ  və  janrları  ilə 

zəngindir və saysız-hesabsız nümunələri özündə əks etdirir. Müəllif, bölgəni qarış-

qarış  gəzmiş,  bədii  söz  yaradıcılığı  örnəklərini  söyləyicilərdən  toplamış,  müdrik 

ağsaqqal və ağbirçəklərimizin gələcək nəslə miras qoyduğu öyüd və tövsiyyələrini 

bir  araya  gətirmişdir.  Kitabda  qələmə  alınan  örnəklər,  əcdadlarımızın  yaşadıqları 

ərazilərdəki ruhları, ideyaları, özünüdərk kimi ali hissləri, duyğuları ilə qidalanmış 

və  əməl-ərsəyə  gəlmişdir.  Ərazidə  yaşayan  insanların  məskunlaşdıqları  yerlərə 

sadiq olmaları ilə bağlı çoxlu deyimlər, bu ərazilər uğrunda canlarından keçməyə 

hazır olan igid və pəhləvanların sərgüzəştləri haqqında yaradılan əfsanə və nağıllar 

öz  rəngarəngliyi  ilə  diqqəti  cəlb  edir.  Vətən,  yurd  yeri,  ana  torpaq,  adət-

ənənələrimiz  kimi  ideyalar  qədim  əcdadlarımızdan  bizə  miras  qalan  müqəddəs 

ifadələrdir. Bu torpaqlarda ulularımızın məzarları var və onlar öz bədənləri vasitəsi 

ilə  ona  güc,  həyat  verib  yaşadırlar.  İgid  vətən  oğullarının  cəsur  ürəkləri  torpağa 

qarışıb  öz  mərd,  polad  kimi  əyilməz  qüruru  ilə  döyünməkdə  davam  edir.  Bu 

döyüntülər  xalq  ədəbiyyatı  örnəklərində  təsvir  edilən  nəhəng  dağların  nəfəsində, 

küləklərin  vıyıltısında,  çayların  şırıltısında,  torpağın  bəhrəsində,  daşların 

gurultusunda simvolik olaraq ifadə edilir.  

Kitabda işıq üzü görən nümunələrin dilində sadə xalq dilinin şirinliyi, bölgə 

dialektinə  məxsus  ifadə  tərzləri  olduğu  kimi  verilmişdir  ki,  bu  da  müasir  folklor 

örnəklərinin  nəşri  sahəsində  mühüm  məsələdir.  Qələmə  alınan  örnəklərin  məhz 

Şəki  ərazisində  həyata  vəsiqə  aldığı  hər  cümləsində,  kəlməsində,  ifadə 

vasitələrində və toponomoyasında hiss edilir.  



Tarixi şəxsiyyətlər haqqında yazılmış rəvayət, əhvalat və nağıllar ilk dəfə bu 

kitabda  öz  əksini  tapmışdır.  Şəki  xanı  İsmayıl  xan  zülmkar  və  öz  xalqına  qarşı 

qəddar bir sima kimi təqdim edilir. O zor gücünə öz hərəmxanasına qadın və qızlar 

gətirir,  bu  zaman,  hətta  evli  qadınları  da  ərlərinin  əlindən  almaqdan 

çəkinmirdi.(s.106) “Cəza eyvanı” İsmayıl xan zalımlığının şahidi idi, qəzəbləndiyi 

insanı həmin balkondan atdıraraq qətlə yetirirdi. Öz nəfsinin qurbanı olan İsmayıl 

xan,  xanımını  əlindən  alaraq  saraya  gətirdiyi  Şəmsəddin bəyin qardaşı  Sədrəddin 

bəy  tərəfindən  qətlə  yetirilir.  Şeyx  Şamil,  onun  həyat  yoldaşı  azərbaycanlı  gözəl 

Kərimət xanım (Hacı Çələbi xanın nəticəsi), oğlanları Qazi Məhəmməd, onlarınin 

həyatı  və  fəaliyyəti  ilə  bağlı  maraqlı  əhvalatlar  təqdim  edilir.  Şeyx  Şamilin  naibi 

Hacı  Muradın  Nuxada  (Şəkidə)  son  günləri,  iki  dostun  arasında  yarana 

düşmənçiliyin  səbəbi,  Hacı  Muradın  Şəkidəki  əsirlik  həyatı,  qaçmağa  çalışması, 

uzun müddət ələ keçməməsi üçün döyüşməsi və öldürülməsi ilə bağlı xalq arasında 

şifahi olaraq danışılan hadisələr, sadə dillə  nəql edilir.(s.110). Hacı Çələbi xanın 

nəsli  ilə  bağlı  nəşr  edilən  materiallar  tədqiqatçılar  üçün  məxəz  ola  bilər.  Məhşur 

aşıq  Molla  Cümənin  öldürülməsi  ilə  bağlı  məlumat  da  ilk  dəfə  bu  kitabda 

verilmişdir. 

Topal  Teymur,  Öryət  kəndi,  şəkili  real  igid  pəhləvanlar,  onların  güclü 

idmançı  bacarıqları  bölgədə  çox  sevilə-sevilə  danışılan  rəvayətlərdir.  Bu 

materiallar  bir  də  sübut  edir  ki,  ərazidə  yaşayan  igidlər  tez-tez  idman  yarışları 

keçirir,  qaliblərə  ənam  və  qızıl  pul  verilirdi.  Lakin  onların,  pəhləvan  adı  alması 

üçün müxtəlif imtahanlardan keçməsi, liderlər tərəfindən ağır sınaqlara çəkilməsi 

adəti var idi. 

Kitabda  nəşr  etdirilən  nağıllarda  xeyirxahlıqla  bədxahlıq,  mərdliklə 

namərdlik,  hiyləgərliklə  səmimilik  arasında  mübarizə  gedir  və  sonda  müsbət 

qüvvələr qalib gəlir.   

Kitabda heyvanlarla bağlı nağıllar da öz süjet xəttinə, mövzu və ideyasına 

görə diqqəti  cəlb  edir.  Heyvanlar  tayfa-sürülər şəklində  yaşayır  və danışırlar.  Bir 

çox  nağıllarda  heyvanlar  başqandırlar,  güclüdürlər,  totem  və  rəmzlər  onların 



üzərində  cəmlənib.  Bu  əhvalatlarda  biz  bir  çox  heyvanları  kainatın    və  insan 

nəslinin  yaradıcısı  kimi  təsvir  edildiynin  şahidi  oluruq.  Onlar  sərbəst  olaraq 

hiyləgər  kimi  əhvalatlara  girir  və  mədəniyyət  daşıyıcılarıdırlar.  Qədim  insanın 

təxəyyülünə  görə  insanla  heyvan  arasında  bölgü  yoxdur.  Heyvanlar  həm  özləri 

arasında, həm də insanlarla danışırlar.  

 “Atalar sözləri və məsəllər” (69-77) bölməsində verilən nümunələrdə ifadə 

edilən  müdriklik  və  praktiklik  min  illərdir  ki,  insanlara  öz  sosial  həyatında 

qarşılıqlı  münasibətləri  həyata  keçirməkdə  bələdçilik  edir.  Bu  atalar  sözləri 

gündəlik  təcrübənin  və  bütün  insanların  müşahidəsinin  nəticəsi  kimi  yığcam  və 

mənalı dilin məhsuludur. Bu dil məhsulları asanlıqla yaddaşlarda yaşayır, danışığı 

effektiv etmək üçün  ritorik və şifahi nitq zamanı istifadə edilir. Baxmayaraq ki, bu 

müdrik  ifadələrin  bir-çöxu  hələ  insanların  elm  almadığı,  məktəblərin  mövcud 

olmadığı zamanların məhsuludur, bu gün inkişaf etmiş texnologiya  əsrində də öz 

aktuallığını  və  tərbiyəvi,  praktiki  tövsiyə  əhəmiyyətini  itirməyib.  Araşdırmalar 

göstərir  ki,  atalar  sözləri  ən  inkişaf  etmiş  mədəniyyətlərdə  belə  mövqeyini  ən 

yüksək  məqamda  saxlayır.  “Araz  aşığından,  Kür  topuğundan”  olan 

dədələrimiz(s.69)  öz  yaşam  praktikasında  “halalın  azının  haramın  çoxundan  daha 

dözümlü olması”, “haramın başı dağ boyda olsa da, kökünün qıldan nazik(s.72) və 

zəifliyini kəşf edərək gələcək nəslə tövsiyyələr və məsləhətlər miras qoymuşlar. 

Kitabda  işıq  üzü  görən  atalar  sözlərinin  tədqiqatı  göstərir  ki,  onlar  xalq 

arasında müəyyən tətbiqə malikdirlər, onlardan gənc nəslin fikirləşməsi və həyatda 

yaşayıb mübarizə aparmaq təcrübələrini öyrənməsi üçün geniş istifadə edilmişdir, 

intellektin  və  mədəni  səviyyənin  yüksəlişilərində,  ruhi  xəstəlikdə,  mədəni 

mövzularda,  fərqli  əqli  proseslərdə,  atalar  sözləri  cəmiyyətdə  sosial  işçilərin, 

müəllimlərin,  məruzəçilərin  strategiyalarına  daxil  edilmişdir  və  hətta  siyasətçilər 

tərəfindən  təbliğat  aləti  kimi  atalar  sözlərinin  qabaqcadan  düşünülmüş 

formalarından istifadə edilmişdir.  

Regiondan qələmə alınan atalar sözləri həyat qanunlarını diqtə edir:”Quyunu 

boyuna görə qaz ki, özün düşsən çıxa biləsən”.  



Atalar sözlərində: 

 



müqayisələr “insanın da meyvə kimi kalı olur”, “bayquş kimi neyvət”,  

 



təkrarlar  “ata  haqqı,  tanrı  haqqı”,  ,  “doymə  taxta  qapımı,  döyməyim 

qızıl qapını”, “ərim ər olsun, kol dibi evim olsun”,  

 

anafora “ata olmayan ata qədrini bilməz”,  



 

əkiz  formulalar “qazandığını it yeyir, yaxasını bit yeyir”.  

 

kontrast “özü əyri, yolu düz  



 

alletirasiya  “bala  neyləsin,  baba  ölüb  mal  qalmasa,  baba  malından  nə 

fayda, başda ağıl olmasa”,  

 



ritmik “yaz əkinçi, qış dilənçi”,  

 



paralelizm “evin anası evin dayağı, elin anası elin dayağı”, 

 



metafora  “qız  qızıl  alma,  qızı  gözdən  salma  “oğul  meyvədir,  atası 

bağban”,  

Kitabın  Tapmaca  bölməsində  qələmə  alınan  örnəklər  onu  yaradan  xalqın 

təfəkkürü  yüksək  inkişaf  etmiş  olduğunu  sübut  edir.  Biliklərə  yiyələnmək, 

həqiqətlərdən  xəbər  tutmaq,  bir  çox  həyat  hadisə  və  faktlarının  görünən  və 

görünməyən  cəhətlərini  bədii  şəkildə  obrazlaşdırmaq  yolu  ilə  yaranan  maraqlı 

janrlardan  biri  olan  tapmacalar  yalnız  əylənmək  üçün  deyil,  eyni  zamanda 

təfəkkürün  inkişafı  üçün  də  əhəmiyyətlidir.  Tapmacalar  Azərbaycan  folklorunda 

geniş mövcud olmuş və inkişaf etmiş janrlardan biridir.  

Kitabda nəşr etdirilən əcdadlarımızın tapmaca yaradıcılığı nümunələri, onların 

təbiət,  əşya  və  hadisələrə  şüurlu  münasibəti,  problemlərin  mahiyyətinə  varmaq 

qabiliyyəti, əhvalatların baş vermə səbəbləri, mənşəyi və tərkibi haqqında müəyyən 

biliklərə  malik  olduğunun  bariz  nümunəsidir.  Xalq  nağıllarımızda  padşahlıqların 

bir-birilərini tapmaca, bulmaca, bilməcələr vasitəsi ilə imtahana çəkməsi, sınaqdan 

yaxşı  çıxmayan  məmləkətin  hətta  döyüşsüz  təslim  olması  hələ  qədim 

mədəniyyətimizdə təfəkkürə nə qədər önəm verməsi diqqətimizi cəlb edir.  

Kitabda  sadə,  bəsit  tapmaca  nümunələri  nəşr  etdirilmişdir:  Sadə,  bəsit 

tapmacaların  cavabı asanlıqla  tapılır və bunun üçün çox bilik və vərdişlərə sahib 




olmaq  vacib  olmur.  Bu  tip  tapmacalar  kiçik  yaşlı  uşaqlarının  təfəkkürünün 

inkişafına təkan verən vasitələrdir. 

 Folklor həqiqəti obrazlı, bədii və şişirdilmiş formada  əks etdirir. Orada həm 

gerçəklik,  həm  də  fantastika  var,  çünki  həqiqəti  yazarkən  uydurmalar  onu  xoş 

sonluğa aparır və xalq ədalətin, xeyirxahlığın qalib gələcəyinə inanmışlar; Bu gün 

əhvalatlar  əfsanə,  mif,  rəvayət  olaraq  qəbul  edilsə  də,  hər  şeyin  tərkibində 

atalarımızın  tarix  həqiqətləri  ehtiva  etmişdir.  Xalq  zehni  möhtəşəm  mədəniyyət 

yaratmışdır  və  günümüzün  sivilizasiyaları  buna  "fantastika,  əfsanə,  fantaziya, 

folklor" kimi adlar vermişdir.  

Kitabda  çəşr  etdirilən  nağıl  qəhrəmanlarının  başına  gələn  hadisələr  adi 

məişət  xarakterli,  yaxud  mistik,  qorxulu,  fəlakətlərlə  müşayət  olunur.  Xalq 

nağıllarının tərtibatında konfliktlər insan insan, insan təbiət, insan cəmiyyət, insan 

sehirli qüvvələr, insan şər qüvvələr arasında inkişaf edir.  

  Pəhləvanlarla bağlı əhvalatlarda tarixi məhşur igid pəhləvanlar, sərkərdələr, 

ağsaqqallar haqqında xalq tərəfindən yaradılan və mədh edilən əhvalatlar öz əksini 

tapır.  Bu  nağıllarda  bəzən  qəhrəmanlar  şişirdilmiş  şəkildə  təsvir  edilir  və  onlar 

həmişə  düşmənlərindən  daha  mərd,  qorxmaz  və  cəsur  olurlar.  Xalq  bu  yolla 

düşmənlərdən qorunma yollarını öz gənc nəslinə öyrədir. 

Məişətlə  bağlı  nağıllar  həm  mövzu,  həm  də  mənşə  baxımından  müxtəlifdir. 

Bu  nağıllar  real  həyat  və  insanlar  haqqındadır  və  onlar  öz  ağlı  və  fərasəti  ilə 

problemlərini həll edirlər. Bu növ Azərbaycan nağılları təkərləmə ilə başlayır 

Lətifələr  bölməsində  Kişilərlə  bağlı  yaradılan  lətifələr  daha  çox  öz  əksini 

tapmışdır. Bu istiqamətdə yaranan lətifələrin qəhrəmanları kişilərdir və əsas gülüş 

hədəfi  siyasi  fiqurlar,  məişətlə  bağlı  yaranan  zarafatlar,  ictimai  həyatla  bağlı 

gülməcələr, gülüş vəziyyətinə qəsdən salınan axmaqlar, vəziyyətdən çıxmaq üçün 

yalanlar, situasiyaya zarafatla edilən münasibətlərdir. Bu zarafat və lətifələrdə yerli 

əhali arasından çıxan baməzə insanlar baş qəhrəmanlardır. Eyni zamanda məhəlli 

zarafatlar  və  gülməli  situasiyaların  gülüş  doğuran  tərəfləri  qabarıq  şəkildə 

verilmişdir. Onların vəziyyətə uyğun davranışları, həm güldürmək, həm əylənmək, 




həm də ələ salmaq məqsədi ilə yaradılmışdır. İnsanlar öz hallarına gülür,  gündəlik 

vərdişlərini  hədəf  alaraq  məzəli  əhvalatlara  çevirirlər.  Özünə  gülməkdə  də  bir 

hikmət  vardır.  Bu  bölmədə  qələmə  alınan  məzəli  ixtilətlər,  söhbətlərdə  Dodu, 

Biləcik,  Qışlaq,  Laysqi,  Qaraqoyunlu,  Dərəcənnət  və  Şəkinin  digər  kəndlərində 

yaranan zarafatlar, məzəli əhvalatlar, gülməcələr öz rəngarəngliyi və məzmunu ilə 

diqqəti cəlb edir.Bu məzəli əhvalatlarda məhşur gülüş ustası Lütvəli Abdullayevlə 

bağlı məzəli əhvalatlar maraqlıdır. Bu əhvalatlar təsnif edərkən siyasi, məişət tipli 

nümunəl  daha  çox  yer  almışdır.  Sovetlərin  zamanında  dövlət  idarəçilərinin 

səriştəsiz idarəçilik qaydaları gülüş hədəfinə çevrilmişdir. 

            Bizim  fikrimizcə,  ən  yaxşı  zarafat  qısa,  sözlərin  sayının  minimal  olması, 

yumorun  səviyyəsinin  isə  maksimal  ifadə  edilməsidir  ki,  bu  zarafatı  keyfiyyətli 

edir  və  bu  gün  zarafatın  aparıcı  texniki  elementlərindən  biri  hesab  edilir.  Uzun- 

uzadı  danışılan  zarafatın  keyfiyyəti  aşağı  düşür.  Zarafatın  əsas  keyfiyyəti  onun 

lakonikliyidir.  Bu  gözlənilən  zarafatlar  bir  neçə  dəqiqə  ərzində  davam  edə  bilər. 

Əks  təqdirdə  danışılan  hekayə  anti  zarafat  hesab  edilir,  çünki  o  əhval-ruhiyəni 

dəyişir.  Kitabda  qələmə  alınan  zarafatlar  öz  təbiiliiyi,  əhval-ruhiyyəsinin 

pozitivliyi, paralel olaraq sarkazmları ilə diqqəti cəlb edir. 

         Qələmə  alınan  zarafatların  linqvistik  ifadələri  və  komikliyi  zarafatın 

məzmununu  bildirir  və  gülüş  doğurur:    Zarafat  təbəssüm    oyadır  ki,  gülüş  və 

qəhqəhə  zarafatın  mexanizmidir.  Milton  Berle    1950-ci  illərdə  klassik  teatr 

təcrübəsi  ilə  bunu  nümayiş  etdirdi:  əgər  zarafatlar  zamanı  siz  gülməli  olmayan 

frazaları  eyni  ritmlə  işlədirsizsə  auditoriya,  hər  halda,  gülür.  Klassik 

üçkomponentli  ritm  olan    ilkin  şərait,  normal  fraza  və  gülüş  zarafatın  ritmini 

yaradır.  Auditoriyanı  güldürmək  mütləq  ritm  deyildir,  ancaq  "zarafatın"  qeyri-

məntiqi nəticəsi olan "normal fraza" özü, gözlənilməz və kulminasiya nöqtəsidir. 

           Zarafatda zəka şüurlu olaraq bəzi ağıla gələn təhlükəli ideyaların  qabağını 

alır  və  ya  hər  şeyi  deməkdən  boyun  qaçırmağa  bizə  kömək  edir;  zəka  senzuraya 

malikdir və ideyaları qaldırır. Müxtəlif zəka texnikaları məzəli sözləri ifadə etmək 

üçün  birisinə  imkan  verir.  Zəka  zarafatının  arxasında  dərin  məna  durur;  "Mən 




təhlükəli ideyalara malikəm". Yaxşı Zəka ritorika budağıdır və zarafat etmək üçün 

spesifik nitq fiquruna malik olur.  

           Kitabda  müxtəlif  tip  zarafatlar  öz  əksini  tapmışdır:

  siyasi  zarafatlar, 

professional yumor, etnik zarafatlar,



 dini zarafatlar, tanrıya müraciətlər və s. 

 “Azərbaycan  folkloru  antologiyası  XVIII  cild-  Şəki  folkloru  III  cild” 

kitabı məzmun baxımından rəngarəngdir və folklorşünaslığın inkişafı istiqamətində 

tədqiqat  aparmaq  üçün  qiymətli  məxəzdir.  Kitabda  şəkililərə  xas  olan  slənqlər, 

xalq danışıq dili üslubu linqvistlər üçün maraqlı resursdur.  

Toplunu  uğurlu  iş  hesab  edirik  və  müəllifə  bu  müqəddəs  işdə  daha  böyük 

nailiyyətlər arzu edirik. 



 

 

 



Yüklə 55,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə