Əliquliyev R. M. 1, Mahmudov R.Ş



Yüklə 224,65 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix20.09.2017
ölçüsü224,65 Kb.
#1080
1   2   3   4   5   6   7

İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18  

 

       www.jpis.az                                                                      5 



 

İnformasiya  cəmiyyəti  konsepsiyasının  müəlliflərindən  olan  yapon  alimi  Yonezi  Masuda 

(1905-1995) informasiya cəmiyyətinin əsaslarını aşağıdakı kimi təsvir etmişdir [4]: 

 



yeni  cəmiyyətin  əsasını  insanın  əqli  fəaliyyətini  əvəz  etmək  və  ya  gücləndirmək  üçün 

nəzərdə tutulan kompüter texnologiyası təşkil edəcək

 

yeni  telekommunikasiya  texnologiyaları  vasitəsi  ilə  yaradılan  və  yayılan  intellektual 



istehsal iqtisadiyyatın aparıcı sahəsini təşkil etməklə informasiya inqilabı cəmiyyətin yeni 

istehsal gücünə çevriləcək

 

yeni cəmiyyətdə koqnitiv, sistemləşdirilmiş informasiyanın, texnologiyaların və biliklərin 



kütləvi istehsalı mümkün olacaq; 

 



əməkdaşlıq, problemlərin birlikdə həll edilməsi imkanları artacaq; 

 



intellektual (elmtutumlu) istehsal iqtisadiyyatın aparıcı sahəsinə çevriləcək

 



informasiya cəmiyyətində sosial fəallığın əsas subyekti “azad cəmiyyət” olacaq; 

 



yeni cəmiyyətin əsas hədəfi “zamanın dəyərini” reallaşdırmaq olacaq. 

Amerikalı  alim  Elvin  Toffler  (1928)  informasiya  cəmiyyəti  konsepsiyasının  inkişafına 

mühüm  töhfələr  vermişdir.  Onun  “Gələcəyin  şoku”,  “Üçüncü  dalğa”  və  “Hakimiyyətin 

metamorfozları” adlı əsərləri -  triologiyası bu konsepsiyaya həsr olunmuşdur. “Gələcəyin şoku” 

əsərində  dəyişikliklərin  insanlara  və  təşkilatlara  təsiri  məsələlərinə  baxılır.  “Üçüncü  dalğa” 

əsərində  cəmiyyətə  təsir  edən  dəyişikliklərin  istiqamətləri  təhlil  edilir.  “Hakimiyyətin 

metamorfozları” əsəri isə dəyişikliklər dövrünün idarəetmə problemlərinə həsr olur [9-11].  

E.Toffler informasiya cəmiyyətində iqtisadiyyatı aşağıdakı kimi xarakterizə edir:  

 

informasiya və bilik mübadiləsinin rolu artır; 



 

yeni  informasiya  texnologiyalarının  hesabına  müxtəlif  çeşidli,  lakin  kütləvi  olmayan 



məhsulların istehsalı artır; 

 



ənənəvi istehsal amillərinin - əmək, torpaq, xammal və kapitalın əhəmiyyəti azalır; 

 



ənənəvi pulların əvəzinə elektron informasiya əsas mübadilə vasitəsinə çevrilir; 

 



əmtəə və xidmətlər daim standartlarının həcminin artmasını tələb edən sistemlərin tərkib 

hissələrinə çevriləcək. Bunun nəticəsində həmin standartların qeyd olunduğu informasiya 

uğrunda müharibələr baş verəcək

 



ağır  bürokratik  əmək  müəssisələri  bir  layihə  ətrafında  birləşən  çevik,  müvəqqəti  əmək 

alyansları ilə əvəz olunacaq

 

təşkilat formalarının sayı və rəngarəngliyi artacaq, onlar arasında informasiya mübadiləsi 



mürəkkəbləşəcək; 

 



peşə  sahələrində  dar  ixtisaslaşma  prosesi  dərinləşəcək,  unikal  bilik  daşıyıcıları  olan 

işçilərin bir-birlərini əvəz etməsi çətinləşəcək; 

 

təxəyyül  və  bilikləri  əməli  fəaliyyətlə  birləşdirməyi  bacaran  mütəxəssis  əmək  bazarının 



əsas simasına çevriləcək; 

 



bir  istehsal  prosesinin  tullantılarının  növbəti  istehsal  prosesi  üçün  xammala  çevrilməsi 

nəticəsində  cəmiyyətdə  bolluq  yaranacaq,  bu,  müvafiq  monitorinq  proseslərinin 

kompüterləşməsi, elmi və ekoloji biliklərin dərinləşməsi nəticəsində mümkün olacaq

 



sənaye inqilabı nəticəsində bölünmüş istehsalçı və istehlakçı bolluq yaradılması tsiklində 

yenidən birləşəcək; istehlakçı pulla yanaşı, effektli istehsal prosesi üçün vacib olan bazar 

və digər iqtisadi əhəmiyyətli informasiyaya malik olacaq. Nə vaxtsa istehlakçı da istehsal 

prosesini sürətləndirə biləcək. 

 

bolluq  yaratma  sistemi  həm  lokal,  həm  də  qlobal  miqyasda  mümkün  olacaq.  Bu  proses 



milli sərhədləri aşaraq bir çox dövlətlərin birgə səyləri nəticəsində mümkün olacaq. 

E.Toffler  zamanı  yeni  sivilizasiyanın  əsas  dəyərlərindən  biri  sayır.  Onun  fikrincə,  sürətli 

informasiya axınları və qloballaşma “real zaman iqtisadiyyatının” formalaşmasına gətirib çıxarır. 

E.Toffler informasiya cəmiyyətinin əsas əlamətləri kimi istehsalın fərdiləşməsini və insanların öz 




İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18 

 

6                                                                  www.jpis.az 



 

fəaliyyətlərində fərdiyyəçiliyə üstünlük vermələrini, informasiya mübadiləsinin kəskin artmasını, 

siyasi sistemlərdə özünüidarəetmənin üstünlük qazanmasını qeyd edir.  

Amerika  alimi  Manuel  Kastels  (1942)  əsərlərində  “informasiya  cəmiyyəti”  anlayışından 

istifadə etmir [1,12]. Onun fikrincə bütün cəmiyyətlər informasiyadan istifadə edib, ona görə də 

onların  hamısı,  əslində,  informasiya  cəmiyyəti  olub.  O,  yeni  cəmiyyəti  “şəbəkə  cəmiyyəti” 

adlandırır,  informasiya  erasını  qloballaşma  erası  kimi  xarakterizə  edir.  Onun  baxışlarına  görə, 

zəruri  informasiyanın  toplanması,  analizi  və  ötürülməsi  məhsuldarlığın  və  hakimiyyətin 

fundamental mənbələridir. Hesab edir ki, “informasionalizmin” inkişafı şəbəkə cəmiyyətinin və 

yeni  iqtisadiyyatın  yaranmasına  gətirib  çıxarır.  M.Kastels  “İnformasiya  əsri:  iqtisadiyyat, 

cəmiyyət  və  mədəniyyət”  əsərində  göstərir  ki,  informasiya  əsrində  insanları,  təşkilatları  və 

dövlətləri bir-biri ilə birləşdirən şəbəkə əsas rol oynayacaq.  

M.Kastels yeni cəmiyyətdə beynəlxalq əmək bölgüsünü belə xarakterizə edir: 

 



yüksək dəyərli məhsul istehsalçıları (informasiya əməyinə əsaslanan); 

 



böyük həcmli məhsul istehsalçıları (yüksək əmək məhsuldarlığına əsaslanmayan); 

 



xammal istehsalçıları (təbii resurslara malik olanlar); 

 



bol məhsul istehsalçıları (təmin olunmuş əmək resurslarından istifadə edənlər). 

M.Kastels  şəbəkə  müəssisələrinin  bu  xüsusiyyətlərini  göstərir:  əhatə  dairəsinin  genişliyi, 

interaktivlik,  çevik  idarəetmə,  brandinq  və  istehlakçıya  yönəlmə.  Eyni  zamanda,  qeyd  edir  ki, 

cəmiyyətin informasiya əsrinə keçidi təkcə texnologiya və iqtisadiyyatı əhatə etmir: “O, həm də 

mənəviyyatı, mədəniyyəti, ideyaları, həmçinin cəmiyyətin institusional və siyasi strukturunu əhatə 

edir.  Bu,  bütün  insan  həyatının  tamamilə  transformasiyaya  uğraması  deməkdir”.  M.Kastelin 

“Şəbəkə cəmiyyəti” konsepsiyası informasiyanın sosial strukturun əsası kimi dərk etməsindən irəli 

gəlir. Belə ki, müəllif sosial strukturları yeni sosial quruluş qismində gördüyü şəbəkə strukturları 

kimi təqdim edir. Onun baxışlarına görə, insan həyatının bütün sahələrini əhatə edən operativlik, 

mobillik və çeviklik sosial strukturun şəbəkə formasına keçidi zəruri edir: iqtisadiyyatda şəbəkə 

sistemi, interaktiv siyasi sistem, vahid qlobal informasiya şəbəkəsi İnternet.  

M.Kastels şəbəkə (informasiya) cəmiyyətinin problemlərini belə xarakterizə edir: 

 

İnternetin idarə edilməsi ilə bağlı problemlər; 



 

İnternetin potensialından istifadə ilə bağlı məhdudiyyətlər, rəqəmsal bərabərsizlik



 

informasiyanın işlənməsi qabiliyyətinin inkişafı ilə bağlı problemlər; 



 

əmək münasibətlərinin transformasiyası ilə bağlı problemlər; 



 

təbii resursların istismarının intensivliyinin artması ilə bağlı problemlər; 



 

insanın yaratdığı texnologiyaların onun nəzarətindən çıxması qorxusu. 



Fransız sosioloqu Aren Turen (1925) informasiya cəmiyyətini “proqramlaşdırılan cəmiyyət” 

adlandırırdı. O, bu cəmiyyətin fərqləndirici xüsusiyyətləri kimi, istehsal sahəsində,  hakimiyyət və 

idarəetmə  münasibətlərindəki  dəyişiklikləri  göstərirdi.  Hesab  edirdi  ki,  aqrar  cəmiyyətdə  əsas 

məşğuliyyət  növü  ticarət,  sənaye  cəmiyyətində  istehsal,  informasiya  cəmiyyətində  isə 

kommunikasiyadır [13].  

Amerikalı  alim  Piter  Draker  (1909-2005)  1995-ci  ildə  nəşr  etdirdiyi  “Postkapitalizm 

cəmiyyəti”  kitabı  ilə  informasiya  cəmiyyəti  konsepsiyasına  mühüm  töhfə  vermişdir  [14].  Bu 

kitabda Qərb sivilizasiyasının mövcud vəziyyəti  və inkişaf perspektivləri  ilə  bağlı öz fikirlərini 

ortaya  qoymuşdur.  O,  sənaye  təsərrüfatından  bilik  və  informasiyaya  əsaslanan  iqtisadi  sistemə 

keçidi özəl kapitalist mülkiyyətinin üstünlük təşkil etməsi, müasir insanın yeni dəyərlər sisteminin 

formalaşması  və  iqtisadiyyatın  və  cəmiyyətin  qloballaşmasının  təsiri  ilə  milli  dövlətçilik 

ideyasının qlobal cəmiyyət ideyasına transformasiya olunması kimi xarakterizə edirdi. P.Drakerin 

fikrincə, ənənəvi istehsal amilləri olan torpaq, işçi qüvvəsi və kapital aradan qalxmayıb, sadəcə, 

ikinci  plana  keçir.  Onun  düşüncəsinə  görə,  zəruri  biliklərə  malik  olmaqla  ənənəvi  istehsal 

resurslarını (torpağı, işçi qüvvəsini, kapitalı) asanlıqla əldə etmək olar.              O, informasiya 

cəmiyyətində  hakimiyyət  və  nəzarətin  tədricən  kapital  sahiblərindən  bilik  və  informasiya 

sahiblərinə, həmin resurslardan effektli istifadə texnologiyalarına malik olanlara keçir. 



Yüklə 224,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə