Əliquliyev R. M. 1, Mahmudov R.Ş



Yüklə 224,65 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix20.09.2017
ölçüsü224,65 Kb.
#1080
1   2   3   4   5   6   7

İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18  

 

       www.jpis.az                                                                      13 



 

beynəlxalq  səviyyələrdə  birgə  tədqiqat  layihələri  həyata  keçirir.  HIIG  fundamental  və  empirik 

tədqiqatlar aparmaqla informasiya cəmiyyətinin imkanları və problemləri ilə bağlı  yeni ideya və 

təkliflər irəli sürür.  

Berkman  İnternet  və  Cəmiyyət  Mərkəzi  (Berkman  Center  for  Internet  &  Society,  BCİS

Harvard  Universitetinin  nəzdində  fəaliyyət  göstərən  tədqiqat  qurumudur  [41].  Hüquq  profilli 

mərkəzin  əsas  missiyası  kiberməkanın  xüsusiyyətlərini  – inkişaf tendensiyalarını, dinamikasını, 

norma  və  standartları  ilə  bağlı  problemləri  öyrənməkdir.  O  cümlədən  burada  şəxsi  həyatın 

toxunulmazlığı, intellektual mülkiyyətin qorunması, kontentin və elektron kommersiyanın idarə 

edilməsi məsələləri araşdırılır. Mərkəzdə “Rəqəmsal media hüququ”, “İnternet və demokratiya” 

kimi tədqiqat layihələri həyata keçirilmişdir. Mərkəzin İnternet portalında müəllim və tələbələr, 

sahibkarlar,  hüquqşünaslar,  proqramçılar  üçün  mühazirələri  dinləmək  və  sərbəst  müzakirə 

aparmaq  imkanları  yaradılmışdır.  BCİS  həmçinin  elmi  konfranslara  və  digər  toplantılara 

sponsorluq edir. 

Kanada İnternet Siyasəti və İctimai Maraqlar Klinikası (Canadian Internet Policy and Public 

Interest Clinic, CIPPIC) Ottava Universitetinin hüquq klinikası kimi fəaliyyət  göstərir [42]. Bu 

tədqiqat  mərkəzinin  məqsədi  ölkədə  texnologiyalarla  bağlı  ədalətli  və  tarazlaşdırılmış  siyasətin 

hazırlanması prosesinə elmi dəstək verməkdir. Başqa sözlə, bu mərkəz ölkədə texnologiyalarla 

hüquq sisteminin qovşağında yaranan müxtəlif problemlərlə bağlı cəmiyyətin maraqlarını təmsil 

etmək  missiyasını  daşıyır.  CIPPIC  müntəzəm  olaraq  Kanadanın  parlament  komitələrində, 

həmçinin müxtəlif məhkəmə orqanlarında ekspertiza qurumu kimi təmsil olunur. Bundan başqa, 

bu qurum İnternet İdarəçiliyi Forumunun tədbirlərində fəal iştirak edir. Bu tədqiqat mərkəzi fiziki 

və  hüquqi  şəxslərə  konsultasiya  xidməti  göstərir,  müxtəlif  hüquqi  məsələlərlə  bağlı  ictimaiyyət 

arasında maarifləndirmə tədbirləri həyata keçirir, eləcə də, tədris fəaliyyəti ilə məşğul olur.  

Hindistanda fəaliyyət göstərən İnternet və Cəmiyyət Mərkəzi (The Centre for Internet and 



Society, CIS) İnternet və digər rəqəmsal texnologiyalarla bağlı multidistiplinar tədqiqatlar aparan 

qeyri-kommersiya  təşkilatıdır  [43].  Mərkəzin  fəaliyyət  istiqamətləri  vətəndaşlar  üçün  rəqəmsal 

biliklərin əlyetərliliyi,  intellektual mülkiyyət  hüquqlarının qorunması,  İnternetin tənzimlənməsi, 

telekommunikasiya islahatları, rəqəmsal konfidensiallıq və kibertəhlükəsizlik kimi sahələri əhatə 

edir. CIS həmçinin İnternet və rəqəmsal media texnologiyaları vasitəsi ilə cəmiyyətdə baş verən 

sosial və mədəni proseslərin, transformasiyaların tədqiqinə xüsusi diqqət yetirir.  

Stenford  Universitetinin  hüquq  fakültəsində  təşkil  edilən  İnternet  və  Cəmiyyət  Mərkəzi 

(Center for Internet and Society (CIS) at Stanford Law School) alimləri, qanunvericiləri, tələbələri, 

proqramçıları,  təhlükəsizlik  üzrə  mütəxəssisləri  özündə  birləşdirir  [44].  Mərkəzdə 

texnologiyaların  hüquqi  aspektləri  ilə  bağlı,  o  cümlədən  söz  azadlığının  təmin  edilməsi,  şəxsi 

həyatın  toxunulmazlığı,  innovasiyaların  tətbiqi  sahəsində  araşdırmalar  aparılır.  Burada  hüquq 

fakültəsinin  tələbələri  və  geniş  ictimaiyyət  hüquq,  texnologiyaların  və  ictimai  maraqların 

qovşağında meydana çıxan siyasi məsələlərin analizi, eləcə də müvafiq tədris materialları ilə təmin 

edilir.  Bu  mərkəz  habelə  bir  sıra  ictimai  tədbirləri,  o  cümlədən  elmi  konfransları,  seminarları 

maliyyələşdirir.  

Nexa (latın dilində “əlaqəli əşyalar” mənasını verir) İnternet və Cəmiyyət Mərkəzi (NEXA 



Center for Internet and Society) Turin Politexnik Universitetinin (İtaliya) idarəetmə və hesablama 

texnikası kafedrasında yaradılıb [45]. Elmi tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən mərkəzdə 

informasiya cəmiyyəti və İnternet multidistiplinar yanaşma əsasında – texnoloji, hüquqi və iqtisadi 

aspektlərdə tədqiq edilir. Bu elmi tədqiqat mərkəzi Avropa Komissiyası, milli və yerli hakimiyyət 

orqanları, biznes qurumları və digər təsisatlarla birgə fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi 

İnterneti xarakterizə edən əsas amilləri, onların dinamikasını və cəmiyyətə təsirini öyrənməkdir.  

Oksford  Universitetində  İnternetin  sosial  nəticələrini  araşdırmaq  məqsədi  ilə  Oksford 

İnternet İnstitutu (Oxford Internet Institute, OII) təsis olunub [46]. OII ən müxtəlif elm sahələrini, 

o cümlədən politologiya, sosiologiya, coğrafiya, iqtisadiyyat,  fizika və  fəlsəfəni  əhatə edir. Bu 

institutda  İnternet  mühitini  tədqiq  etmək  üçün  geniş  spektrli  metodlardan  və  informasiya 




İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18 

 

14                                                                  www.jpis.az 



 

mənbələrindən  istifadə  olunur.  OII-nin  nəşr  etdirdiyi  kitab  və  jurnallarda  şəxsi  həyatın 

toxunulmazlığı  və  təhlükəsizliyi,  elektron  dövlət  və  elektron  demokratiya,  virtual  iqtisadiyyat, 

informasiya etikası, “ağıllı şəhər”, onlayn oyunlar, böyük verilənlər, İnternet-coğrafiya, rəqəmsal 

məhdudiyyətlər,  rəqəmsal  humanitar  elmlər,  Vikipediya  kimi  mövzular  üzrə  tədqiqatların 

nəticələri təqdim olunur.  

Tayvanda  informasiya  cəmiyyətinin  formalaşmasına,  informasiya  texnologiyalarının 

innovativ tətbiqinə, biliklər iqtisadiyyatının inkişafına elmi dəstək vermək məqsədi ilə İnformasiya 

Sənayesi  İnstitutu  (Taiwan  Institute  for  Information  Industry,  TIII)  yaradılıb  [47].  İnstitut 

həmçinin  ölkənin  iqtisadi  inkişafı  üçün  İqtisadiyyat  nazirliyi  və  İKT  üzrə  aparıcı  müəssisələr 

arasında  əlaqələndirmə  və  elmi  dəstək  funksiyasını  yerinə  yetirir.  Tayvanın  İKT  sənayesi  üzrə 

qlobal rəqabət qabiliyyətinə nail olmasında bu institutun fəaliyyəti çox yüksək qiymətləndirilir. 



TIII-nin  tərkibində  “ağıllı”  şəbəkə  sistemləri,  innovativ  tətbiqlər  və  servislər,  data  analitika, 

kibertəhlükəsizlik, elektron təhsil üzrə departamentlər fəaliyyət göstərir. 

ABŞ-da  yaradılan  Berkli  İnformasiya  cəmiyyəti  mərkəzi  (Information  Society  Center  in 

Berkeley,  ISCB)  son  informasiya  inqilabının  sosial  təsirlərinin  tədqiqi  ilə  məşğul  olur  [48]. 

Mərkəzin tədqiqat şurasının rəhbəri informasiya cəmiyyətinin görkəmli tədqiqatçısı M.Kastelsdir. 

Tədqiqat mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 

 



qlobal informasiya cəmiyyətinin problemləri və onların həlli modelləri

 



sosial sferada İKT-nin tətbiqi; 

 



bərabər sosial imkanların artırılması. 

Çikaqoda  fəaliyyət  göstərən  İnformasiya,  Cəmiyyət  və  Siyasət  Mərkəzində  (Center  for 



Information,  Society  and  Policy,  CISP)  informasiya  texnologiyalarının  inkişafı  ilə  əlaqədar 

aktuallaşan informasiyanın təhlükəsizliyi və konfidensiallığı problemləri ilə bağlı  multidistiplinar 

tədqiqatlar  aparılır  [49].  Bu  mərkəzdə  kompüter  elmləri  üzrə  alimlərin,  psixoloqların, 

hüquqşünasların, biznes ekspertlərinin və s. mütəxəssislərin təcrübəsi birləşdirilir.  

Cənubi Koreyanın İnformasiya Cəmiyyətinin İnkişafı İnstitutu (Korea Information Society 

Development InstituteKISDI) İKT-nin iqtisadiyyata tətbiqi məsələləri ilə məşğul olur [50]. KISDI 

Cənubi  Koreyanın  tanınmış  ekspertlərindən  ibarət  aparıcı  beyin  mərkəzi  kimi  ölkə  həyatında 

müsbət  dəyişikliklərin,  imkanların,  nailiyyətlərin  əldə  edilməsi  üçün  səy  göstərir.  Bu  institut 

Cənubi Koreyanın İKT sənayesi sahəsində dünyanın aparıcı ölkələrinə çevrilməsində mühüm rola 

malikdir.  Hazırda  institut  öz  tədqiqat  səylərini  ölkədə  informasiya  cəmiyyətinin, 

informasiyalaşdırmanın, kreativ iqtisadiyyatın, telekommunikasiya sektorunun, elektron medianın 

gələcək inkişafına yönəldib.  

 

İnformasiya cəmiyyətinin multidistiplinar problemlərinə həsr olunan nüfuzlu elmi jurnallar 

Hazırda  dünyanın  müxtəlif  ölkələrində  informasiya  cəmiyyətinin  multidistiplinar  elmi 

problemlərinə həsr olunmuş bır sıra nüfuzlu jurnallar dərc olunur. Həmin jurnallarda informasiya 

cəmiyyətinin müxtəlif aspektləri ilə bağlı aparılan nəzəri və empirik tədqiqatların nəticələri dərc 

olunur.  

İlk  belə  jurnal  1981-ci  ildə  ABŞ-da  təsis  edilmişdir.  “The  Information  Society” 

(“İnformasiya cəmiyyəti”) adlanan bu jurnalda İKT-nin cəmiyyət həyatına təsirinin dərk edilməsi 

və analizi, müvafiq sahə üzrə konseptual və strateji sənədlərin, metodoloji yanaşmaların, müxtəlif 

tendensiyaların (sosial transformasiyaların, mədəni xüsusiyyətlərin dəyişməsinin və s.) müzakirəsi 

ilə bağlı məqalələr çap olunur [51].  



Springer-in nəşrlərindən olan “Universal Access in the Information Society” (“İnformasiya 

cəmiyyətində 

universal 

giriş”) 


jurnalı 

informasiya 

cəmiyyəti 

texnologiyalarının 

layihələndirilməsi, işlənməsi, qiymətləndirilməsi, istifadəsi və təsirləri, habelə ümumi əlyetərliliyi 

asanlaşdıran və genişləndirən standartlaşdırma, siyasət və digər qeyri-texnoloji məsələləri ilə bağlı 




Yüklə 224,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə