Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə1/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
  1   2   3   4   5   6   7   8   9   ...   53


Əli̇salam Bağirov 
SƏNSİZ YAŞAYA 
BİLMƏRƏM



Kitab kapitalizm cəmiyyətinin eybəcərlikləri, mənəviyyat­
sızlıq,  pula  hərislik,  insan  azadlığının  boğulduğu,  psixi  və 
mənəvi zorakılıq, insanın kölə hala salındığı – içərisində öz 
mənəvi saflığını saxlayan Senti adlı bir gəncin Seara adlı kü­
bar qıza bəslədiyi ülvi məhəbbətdən, bu məhəbbətin onların 
hər ikisini xoşbəxt etməsindən, Frida adlı bir (azərbaycanlı) 
qızın Sentinin xoşbəxt olması üçün öz sevgisini gizli saxlama­
sından, onun necə yüksək mənəviyyat sahibi olmasından söz 
açır. 
Kitabın əsas süjet xəttindən qırmızı zolaqla keçən hadisələr 
o  qədər  ustalıqla,  o  qədər  bədii­fəlsəfi  boyalarla  işlənib  ki, 
əsəri hissiz­həyəcansız, həyatın eniş­yoxuşları haqqında dü­
şün mədən  oxuya  bilmirsən.  Sevmək,  sevilmək  təkcə  eh ti ­
rasların coşması, cilovlanması deyil, həm də istənilən cəmiy­
yətdə yaşamaq, ölmək vasitəsidir. İstənilən yaradılışın sonu 
ölümdür. Ancaq necə? Bax bu suala cavab tapmaq üçün Əlisa­
lam müəllimin kitabını oxumağa dəyər. Oxuyun, zövq alın… 
Oxuyun, düşünün…
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. 


Redaktor:  
Fəxrəddin Ağazadə, 
fəlsəfə elmləri doktoru 
Əlisalam Məmi oğlu Bağırov
SƏnSiz yaşaya BilMƏrƏM (roman)
Bakı: QAnun nəşriyyatı, 2017, 184 səh., 300 nüsxə.
Çapa imzalanmışdır: 11.04.2017
QAnun nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing
ISBn 978-9952-36-346-3
© Bağırov Əlisalam, 2017
© QAnun nəşriyyatı, 2017 


5
P
aris şəhəri. Həyat sönməzliyini öz qaynarlığı ilə bura­
da da qorumağa çalışır. Günəşin qürub şəfəqlərini öz 
üzərində əks etdirən Paris şəhəri göz oxşayan görünüşü ilə elə 
bil ki, dünya şəhərlərinin içərisində ən yaxşılardan biri oldu­
ğunu sübut etmək istəyir. Möhtəşəm kilsələr, ağ sütunlu bö­
yük teatr binası, qraflar və qrafinyalar üçün ən gözəl əyləncə 
məskəninə  çevrilmiş  parklar  şəhəri  daha  da  təravətləndirir. 
Paris  gözəldir.  Bəli,  Paris  onu  seyr  etməyə  gələn  hər  hansı 
bir səyyahı zahiri təmtərağı ilə valeh edə bilər. Doğrudan da, 
Parisin  bu  zahiri  gözəlliyi  tərifəlayiqdir.  Lakin  bu  gözəllik, 
bayaq  dediyimiz  kimi,  şəhərin  zahirini  əks  etdirir.  Şəhərin 
daxilindəki – cəmiyyətdəki eybəcərliyi isə, sözlə ifadə etmək 
çətindir. Bu eybəcərliyi təsəvvür etmək üçün bircə onu demək 
kifayətdir ki, Paris şəhəri zahirən nə qədər gözəl görünürsə, 
Paris cəmiyyəti də daxilən o qədər çirkindir. Birdə onu qeyd 
etmək  lazımdır  ki,  bu  şəhərin  daxili  eybəcərliyini  yaradan 
bünövrə  dünyanın  bir  çox  xalqlarını  da  öz  cəngində  saxla­
yır. Lakin cəmiyyətdə nə qədər çirkinlik, eybəcərlik hələ ya­
şasa  da  namus,  vəfa,  vicdan  kimi  sözlər  yalnız  bir  məfhum 
kimi  işlənmir.  İstismarçı  cəmiyyətin  çirkinliyini  bir  ovuc 
şəxsiyyətlər öz əməlləri ilə dünyaya bəlli etsələr də haqq, ədalət 
tərəfdarlarının  da  olduğunu  etiraf  etməyə  məcburdurlar. 
Ümu miyyətlə, burada – Paris cəmiyyətində kapitalizmin feo­
dalizm üzərində yeni­yeni hökm etdiyi bir şəraitdə baş verən 
hadisələr təsvir olunur. 


6
Paris şəhərində H… mehmanxanası. Mehmanxana şəhərin 
diqqəti o qədər də cəlb edən hissəsində yerləşmir. Ona görə də 
mehmanxana qonaqlarının çoxu heç də Parisə ilk dəfə düşən 
kəslər  deyillər.  Düzdür,  bura  bəzən  ilk  dəfə  Parisə  gələnlər 
də təsadüfən düşür. Lakin bu həmişə belə olmur. Mehmanxa­
na  sahibləri  onlardan  asılı  olmayaraq  yaranan  situasiya 
üzündən yalnız öz sevimli qonaqlarını qəbul edirlər. Nə isə… 
bu diqqəti o qədər də cəlb etməyən sakit mehmanxanada iki 
nəfər şirin­şirin söhbət edir. Kənardan onların söhbətinə qu­
laq  asan,  görünüşünə  baxan  hər  bir  diqqətli  şəxs  asanlıqla 
təyin edə bilər ki, səlis fransız dilində danışan və təxminən 
əlli  yaşları  olan  bu  iki  şəxsdən  yalnız  biri  qərblidir.  Bunu 
onun aydın ləhcəsindən, gördüklərinə o birinə nisbətən bir az 
biganəliyindən və nəhayət, qərblilərə məxsus tikilmiş, əyninə 
kip  oturan  kostyumundan,  dümağ  köynəyinə  yaraşan  bant 
kimi bağlanmış qalstukundan və dərisinin o birinə nisbətən 
ağlığından təyin etmək olar. O biri qırmızı saqqal, pırpız qaş­
lı, şirin ləhcədə danışan, uzun ətəkli əbasının üstündən qur­
şaq  bağlayan  və  qurşağına  tənbəki  kisəsi  bağlamış  kişi  isə 
sırf şərqli idi. Həmən bu şərqlilərə məxsus zahiri əlamətləri 
özündə əks etdirən kişi trubkasına tənbəki doldura­doldura 
sözə başladı: 
–  Qardaş,  indi  ki,  bu  gecəni  bir  yerdə  keçirəcəyik,  gəlin 
ətraflı tanış olaq. Mən azərbaycanlıyam. Təbriz şəhərində ya­
şayıram.  Sizin  dildə  danışmağıma  təəccüblənməyin.  Tərbi­
yəçilərim lap uşaq ikən mənə bu dili öyrətməyə başlamışlar. 
Adım Hüseyndir. Tacir olduğumdan hamı məni tacir Hüseyn 
deyə çağırır. 
O, bu sözləri elə ləyaqətlə, elə şirinliklə səsləndirdi və elə 
mehribanlıqla  gülümsədi  ki,  onun  qərbli  müsahibi  də  ona 
neçə illərin dostu kimi baxaraq gülümsədi və dedi: 


7
–  Sizin  kimi  xoş  xasiyyət  bir  cənabla  tanış  olmaq  mənim 
üçün  də  xoşdur.  Adım  Sarcidir.  Parisdən  xeyli  kənarda 
yerləşən Q… dustaq koloniyasında sıravi xidmətçiyəm. Tale­
yim mənə bu vəzifəni icra etməyi rəva görmüşdür. Allahım­
dan da çox razıyam ki, hələ indiyədək bir parça çörək puluna 
möhtac olmamışam. Qismətim həmişə məni axtarıb tapıb. 
–  Demək,  siz  dustaq  koloniyasında  xidmətçisiniz  –  deyə 
Hüseyn dilləndi. – Sizin vəzifəniz elədir ki, daha çox həyatda 
olmuş və maraqlı hadisələrin şahidi olursunuz. 
Sarci asta­asta siqarını alışdırıb fransızların özlərinə məxsus 
tərzdə bir qullab vurdu və cavab verdi: 
– Bəli, elədir. Biz həyatda olmuş o qədər hadisələrlə rastla­
şırıq ki, onların hər birisi bir canlı həyatın bir ömür daxilində 
baş verən aqibətidir. 
Hüseyn ondan bir dost kimi xahiş etdi:
–  Elə  isə  bunu  nəzərə  alıb  sizə  müraciət  edirəm,  vaxtı 
öldürmək üçün maraqlı və həyatda olmuş bir hadisə danışın. 
FƏSİL 1
Sarci bu xahişi gözləyirmiş kimi siqarına bir qullab da vu­
rub dilləndi: 
– Mən heç vaxt bacara bildiyim işdən ötrü edilən xahişdən 
boyun qaçırmamışam. Dinləyin, sizin üçün həyatda baş ver­
miş  elə  bir  hadisə danışım  ki,  müxtəlif  xarakterli  insanların 
bir neçə illik həyat fəaliyyətini gözlərinizin qarşısında güzgü 
kimi canlansın. Əminəm ki, haqqında danışacağım insanların 
həyatında baş verən hadisələr sizi maraqlandıracaqdır. Onu 
da deyim ki, indi sizə danışacağım hadisəni mənə bir dustaq 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə