Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   2   3   4   5   6   7   8   9   ...   53

8
qadın danışmışdır. Mən iyirmi ildən çoxdur ki, müxtəlif dus­
taq koloniyalarında xidmətçi işləyirəm, lakin hələ onun kimi 
namuslu, tərbiyəli və qanacaqlı bir qadına rast gəlməmişəm. 
Parisdən xeyli kənarda yerləşən P… xutoru. Səhərdir. Nurlu 
bir səhər. Günəş öz şəfəqlərini hər yana bərabər səpələmişdir. 
Lakin  cəmiyyətdə  bərabərlik  hiss  olunmur.  Cəmiyyətdə  iki 
sinif – varlılar və yoxsullar sinfi vardır. Varlılar sinfinin orta 
təbəqəsinə məxsus qoca Pentanın evi. Pentan arvadı Lizayla 
söhbət edir. Onun çatma qalın çal qaşlarının altında hələ də 
cavanlıq  ehtirası  varmış  kimi  alışan  gözlərinə  baxanda  hiss 
etmək olar ki, qocalıq yaşına yenicə qədəm qoymuş bu hün­
dürboylu kişinin həyatında nə isə xoşbəxt bir hadisə üz ve­
rib. Elə bil ki, qoca Pentan nə vaxtdansa həsrətini çəkdiyi bir 
səadətlə qovuşmuşdur. Odur ki, o həmişəkindən də şirin dil 
ilə həyat yoldaşı Lizanı səslədi. 
– Arvad, mənim şadlığıma şərik olmaq istəyirsənmi? 
Liza  ərinə  təəccüb  dolu  nəzərlə  baxdı.  Sanki  o  özünə 
məh rəm olan bu sifətdən nə hadisə baş verdiyini öyrənmək 
istəyirdi. O, birdən nə anladı, nə fikirləşdisə sevincək soruşdu: 
– Nə kimi şadlıq baş verib, kişi? Yoxsa Sentidən bir xəbər 
var? Ax, əziz balam, əzizim, axı sənə nə üçün icazə verdim ki, 
Parisə gedəsən. Axı, sənin nəyinə lazım idi oxumaq. 
Atan oxumuşdu bəyəm, bu qədər dövlətə sahib olub. Sa­
vadlı olub çoxları kimi pulsuz dolanmaqdansa, kaş atan kimi 
savadsız olub, sən də sərvət sahibi olaydın bala. Əşi tez de gö­
rüm balam Sentidən nə bilirsən? Yoxsa əziz balam, o gimna­
ziyadır nədir, ora daxil olub? Bir dayan görüm, yoxsa, ay kişi, 
sən də onun üçün belə sevinirsən? O, bu sözləri elə kövrəkliklə, 
elə sevinc qarışıq ana qüruru ilə dedi ki, bu hissləri yalnız öv­
ladını dərin ana məhəbbəti ilə sevən ana keçirə bilər. 


9
Pentan arvadının bu cavabından bir az darıxan kimi oldu. 
Odur  ki,  bu  darıxmağını  yalnız  arvadının  duya  biləcəyi  bir 
həssaslıqla sözə başladı: 
– Ay arvad, qoy danışım də, dil otu yemisən, nədir? Sevin­
məyim,  bəs  neyləyim?  İndi  zamana  başqadır,  arvad.  Savad 
lazımdır, bilik lazımdır. Sənə nə var ey, mən qazanıram, sən 
yeyirsən.  Sənin  üçün  savadın  olub­olmamağının  bir  xeyri 
yoxdur. Amma  mən  savadsız  olsam  da  artıq  başa  düşürəm 
ki, savad hər bir insana su kimi, çörək kimi lazımdır. Yaxşı ki, 
atamdan qalmış bu plantasiyaya sahiblik hüququm var. Yoxsa 
məni də bir lazımsız əşya kimi, bəli, əşya kimi heç itirib­axta­
ran da olmazdı. Elə danışma, arvad, Sentiyə də, bizə də çox 
böyük xoşbəxtlik üz verib. Senti Paris gimnaziyasının hüquq 
fakültəsinə qəbul olub. Əlbəttə ki, taleyi yar olsa, Senti XVIII 
əsr Fransasının məhkəməsində ola bilər. 
Təxminən altmış yaşına qədəm qoymuş bu ağsaçlı, gümrah 
bədənli enlikürək kişinin danışığında o qədər inam var idi ki, 
dediklərinin hökmən olacağına şübhə yeri qalmırdı. 
Liza ərinin sözlərindəki inamın təsirindən oğlunu gözlərinin 
qarşısında gimnaziyanın hüquq fakültəsini qurtarmış bir gənc 
kimi canlandırdı və ucadan bir ana qüruru ilə: 
–  Ah  Allah,  nə  böyük  xoşbəxtlik  olardı.  Mən  Sentini  bir 
məhkəmə kimi görsəydim. Amma yox, mənim Sentim keşiş­
liyə  layiq  oğuldur.  Kaş,  o  keşiş  olaydı,  özü  də  burada  göz­
lərimin qarşısında. Oxuyaydı da, yazaydı da, keşiş də olaydı. 
Mən Sentimi belə görmək istəyirəm, Pentan.
Pentan arvadının oğluna qarşı nəvaziş və qayğısından razı 
qaldığını və ona qarşı minnətdarlığını mehriban bir gülüşlə 
arvadına çatdırdı. O, həm də yaxşı oğul böyüdüb ərsəyə çat­
dırmış bir ata qüruru ilə dedi: 


10
– Liza, mənim xanımım, Senti hansı sənətin sahibi olursa­
olsun, təki savadlı olsun. Savadsız adamı tez aldadırlar, tez 
yoldan çıxarırlar. Senti savadlı olsa, öz plantasiyama vərəsəlik 
hüququnu ona etibar edə bilərəm. Ölsəm də, rahat ölərəm ki, 
sərvətim etibarlı və doğma əllərdədir. 
Lizanın öz qadın qəlbinin dərinliklərində baş qaldıran han­
sısa bir hissin təsirindən doğan həyəcandan gözləri yaşardı və 
o, ərinə sədaqətli, ona həmdəm, hər cür istəyini, arzusunu öz 
ərində tapan bir qadın kimi dilləndi: 
–  Arvad  ərinin  sadiq  məsləhətçisi  olmalıdır.  Mən  bütün 
qadınlıq qürurumla həmişə bu vəzifəni sədaqətlə gözləməyə 
çalışmışam.  İndi  də  Sentinin  Parisdə  oxumasına  etiraz  edə 
bilmərəm. Bir halda ki, sən gözümün işığını savadlı görmək 
istəyirsən, mən də öz Sentimə xoşbəxtlik arzulayıram, ilahi!
Pentan gözləri yaşarmış arvadının başını sığalladı, ona ta­
nış təmaslarla yanaqlarından öpdü və öz ömür­gün yoldaşına 
açıq bir ürəklə baxıb dedi: 
– Bilirəm, bu vaxta qədər sən mənim əksimə getməmisən, 
Liza. Əminəm ki, Sentinin oxumasına da mənim kimi şadla­
nacaq və sevinəcəksən. 
Liza  ərkyanalıqla:  –  Mənim  yaxşı  oğul  böyüdən  bir  ana 
kimi də sevinməyə haqqım vardır. 
Pentan dərindən ah çəkərək, bir az təəssüf doğuran sözlərlə 
arvadına bildirdi: 
– Amma ki, bu işlə əlaqədar biz bəzi məsələləri də unutma­
malıyıq. 
Liza  düzü  bir  az  təəccübləndi  və  heç  də  öz  təəccübünü 
gizlətmədən sual dolu nəzərlərlə ərinə baxdı və soruşdu: – O 
hansı məsələdir, kişi? 
Pentan asta­asta başını yırğaladı və qismən hiss olunacaq 
kədərlə: – Sentinin Parisdə yaşaması üçün pul lazımdır axı? 
Biz onun adi bir tələbə həyatını pulla təmin etməliyik. 


11
Pentan gözlərini pəncərədən çölə, naməlum bir istiqamətə 
zilləyərək qıydı. Liza onun bu görünüşündən belə başa düşdü 
ki, o, nəyisə hesablayır. Bəli, o yanılmamışdı. Pentan Sentiyə 
göndəriləcək pulların onun kapitalına dəyəcək təsirini təqribi 
hesablayırdı. 
Bir­birinə məhrəm olan kəslər bəzən özləri də hiss etmədən 
belə, biri­birilərinin nə düşündüklərini duyurlar. İndi Liza da 
belə bir vəziyyətdə idi. Odur ki, sükutu pozmaq və ərinin bu 
işə münasibətini bilmək üçün yalnız qadınlara məxsus bir qı­
lıqla dedi: 
–  Biz  Sentiyə  göndəriləcək  pulu  plantasiyamızın  illik 
gəlirindən verə bilmərik ki? 
Bu sual Pentanı, qoca­plantasiya sahibini öz fikirlərindən 
ayırsa da onun görünüşü demək olar ki, dəyişmədi. O, yenə 
də əvvəlki kimi naməlum nöqtəyə baxa­baxa arvadının sualı­
na cavab verdi: 
– Verə bilərik, lakin biz pulları ona göndərərkən elə etmə­
liyik  ki,  aybaay  yığdığımız  kapitalın  üzərinə  yenə  əvvəlki 
qədər gəlir gəlsin. 
Liza bu cavabı bir qədər ləng başa düşdü. Ona görə də bü­
tün hisslərini oğlu barədə gedən söhbətə doğru sahmanlayıb 
ərinə müraciətlə dedi: 
– Savadsız olsam da anlayıram ki, işlər dediyin kimi olsa 
yaxşı olar. Amma belə bir vəziyyət üçün çıxış yolu varmı? 
Pentan çal qaşlarını çatdı. Onun alnında zamanın getdikcə 
iz  saldığı  qırışlardan  yaranan  şırımlar  daha  aydın  nəzərə 
çarpdı.  O  öz  uzun  illik  təcrübəsindən  bilirdi  ki,  kapitalizm 
mühitində  əlavə,  artıq  xərclərə  pul  sərf  etmək  nə  deməkdir 
və bu, nə ilə nəticələnə bilər. Odur ki, o, bir işbaz – plantasiya 
sahibi kimi arvadına belə cavab verdi: 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə