Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   2   3   4   5   6   7   8   9   ...   53

16
– Yox, yox Senti belə işlərə yol verməz. O, burada heç də pis 
tərbiyə almamışdır. Onun həyata münasibəti doğurdan da bu 
cür inkişaf edə bilərmi? Pentan, Senti öz cızığından çıxarmı? 
Pentan əlini daraq kimi edib çal­gümüşü saçlarını bir neçə 
dəfə  sığalladı.  Baxışlarını  Lizanın  başının  üstündən  bir 
xeyli divarda gəzdirib boğazını arıtladı və sonra sanki öz 
gəncliyini  xatırlayıb  sinəsini  vüqarla  qabartdı,  azca  hiss 
olunacaq qürurla: 
– Ah Liza, Liza, axı o, sağlam bədənli, özü də qəşəng oğ­
landır.  Parisdə  əyyaşlığın  qurbanı  olmuş  bəzi  qadınlar  onu 
yoldan çıxara bilərlər. Senti kimi gözəl, qəşəng, təmiz ürəkli, 
hələ o qədər də dünya görüşü olmayan, şəhər mühitinə yenicə 
düşmüşlər  onlara  çox  lazımdır.  Bizsə  Sentiyə  daha  çox  pul 
göndərsək, onlar pullu bir gənc üçün bu işi daha tez görərlər. 
Pentanın  son  sözlərindən  hədsiz  dərəcədə  həyəcanlanan 
Liza  bir  qədər  duruxdu.  Onun  mavi  gözlərindən  kimə  qar­
şı  isə  kin  və  qəzəb  duyulurdu.  Hiss  olunurdu  ki,  ürəyində 
nəyisə fikirləşir, nə barədə isə götür­qoy edir. Sanki kim isə 
indi onun istəkli oğlunu əlindən alacaqdı. Kim isə ona göz­
dağı vermək üçün Senti ilə bir məşuqə kimi şirin­şirin söhbət 
edə­edə gəlib onun yanından keçəcəkdi. Elə bil ki, onu günah­
sız olduğu halda günahkarcasına kötəkləmişdilər. Nəhayət, o, 
bir qədər özünü topladı və hiddətlə: 
– Doğurdan a… Birdən o şeytan məkrlilər balamı yoldan 
çıxararlar,  ürəyimi  dağlayarlar.  Bircə  əziz  balamı  əlimdən 
alarlar, onu məndən üz çevirməyə məcbur edərlər ey. 
Arvadının əsəbiləşdiyini görən Pentan həlim bir səs ilə onu 
sakitləşdirməyə çalışdı: 
– Əsəbiləşmə, arvad. Görünür, sən hələ Sentini yaxşı tanı­
mırsan. O biz düşündüyümüz şeylərin heç birinə məhəl qoy­
maz. O, qeyrətli, ata­ana, namus qədri bilən oğuldur. O, heç 


17
bir şeyi ölçüb­biçməmiş, bizlə məsləhətləşməmiş etməz. Əbəs 
yerə özünü həyəcanlandırırsan. Bu sənin səhhətinə də pis təsir 
edə bilər. Senti ağıllı oğlandır. Kim onu bizdən üz çevirməyə 
məcbur edə bilər? Öz övladlıq şərəfini qorumaq istəyən oğul 
öz şərəfini də qorumalıdır. 
Pentanın bu sözlərindən bir qədər sakitləşən Liza yenə də 
öz qəzəbini boğa bilmirdi. O, boğuq bir səslə dilləndi: 
–  Düzdür,  Senti  heç  də  bizə  qarşı  pis  övlad  olmamışdır. 
Bunu mən də etiraf edirəm. Amma hansısa canıyanmış onu 
bizim  əlimizdən  ala  bilər.  Vallahi  ondan  sonra  tutaram  o 
ifritələrin birçəyindən Parisin o daş döşənmiş küçələri boyu 
o baş bu başa o qədər sürüyərəm ki, çığırmağa da macal tap­
mazlar. 
O öz hiddətinin bir hissəsini bu sözlərlə bəyan etdirdikdən 
sonra artıq tamamilə sakitləşmişdi. Hətta birdən­birə bu qədər 
əsəbiləşdiyinə  görə  deyəsən  bir  qədər  də  peşman  olmuşdu. 
Axı, belə bir vəziyyət yalnız adicə bir söhbətdən sonra yaran­
mışdı. 
Özünün hər cür hisslərinə öz iradəsi ilə qalib gəlməyi ba­
caran Pentan hələ də öz əvvəlki sakit görkəmini saxlaya bil­
mişdi. Özündə qüvvətli iradə tərbiyə etmiş hər bir insan sakit 
həyat sürə bilər. Pentan özündən tamamilə arxayın idi. O, ar­
vadının qayğısına qalaraq sözə başladı: 
– Yaxşı, arvad, bəsdir bu qədər özünü yordun. Senti elə oğul 
deyildir ki, əyyaşlığa qurşansın, pozğunluq etsin, dərslərinə 
fikir verməsin. Yox, arvad, sən onun daxili aləmini yaxşı ta­
nımırsan,  həyata  münasibətini  düzgün  qiymətləndirmirsən. 
Sənin belə fikirlər yürütməyin bizi də, Sentini də təhqir etmək 
deməkdir. Bax əgər o sənin bu dediklərinin yarısını belə eşit­
səydi üzdən bildirməsə də, ürəkdən səndən inciyərdi, Liza. 


18
Liza  Pentanın  bu  sözlərindən  sonra  özünü  bir  qədər  gü­
nahkar kimi hiss etdi. Üzünün zərif ağ dərisindən yüngülcə 
sezilən gözünün altındakı göy damar daha aydın nəzərə çarp­
mağa başladı. O, bir qəbahət işlədib sonra öz qəbahətini etiraf 
edən şəxslər kimi yavaş və titrək səslə baxışlarını bir nöqtəyə 
dikib dilləndi: 
– Dilim­ağzım qurusun, ilahi, niyə mən Sentinin haqqında 
elə fikirlərə düşdüm? 
Baxışlarını Pentana dikərək daha da titrək səslə: 
– Pentan, mənim allahım, keç mənim günahlarımdan. Do­
ğurdan da, heç özüm də hiss etmədən mən Sentini də, səni də 
bu  fikirlərimlə  təhqir  etmişəm.  Keç  mənim  günahlarımdan, 
Pentan!
Arvadının belə incəqəlbliliyi, hər sözə belə emosional mü­
nasibəti  Pentanı  bir  qədər  mütəəssir  etdi.  Pentan  ona  daha 
mərhəm  bir  hisslə  baxıb  bir  baxışla  qəlbini  almaqla  yanaşı, 
həyatda həmişə ona arxa olduğunu da bildirdi. Bir kişi kimi 
bir qədər riqqət və ehtirasla onu özünə tərəf çəkib yanaqlarını 
oxşadı və başını sığalladı. Onda xoş əhval­ruhiyyə yaratmaq 
üçün şən bir səslə: 
– Yaxşı­yaxşı sən nə qəbahət işlətmisən ki, günahından da 
keçim.  Övladlarının  gələcəyini  düşünən  bütün  valideynlər 
kimi, sən də öz övladının həyatda xoşbəxt olmağını istəyirsən. 
Bunun  üçünmü  günahkar  olduğunu  etiraf  edirsən?  Bunun 
üçünmü məndən günahlarının bağışlanmağını xahiş edirsən? 
Kaş bütün günahkarlar övladının doğru yoldan yayına bilə­
cəyini sözlə ifadə etmiş olaydı. 
Dünyada ən xoşbəxt insan odur ki, öz təmiz ürəyinə ləkə 
düşə biləcəyindən qorxur. Pentan da Lizanın belə saf qəlbli 
olduğunu lap gənclik vaxtlarından hiss etmişdi. Odur ki, han­
sı  bizə  məlum  olmayan  instinktin  nəticəsindəsə  söyləyəcəyi 


19
sözlərin hökmən arvadının könlünü alacağını, gümrahlandı­
racağını bilib dedi: 
– Özüm yaxşı bilirəm ki, sənin qəlbin saf uşaq qəlbindən də 
məsum və təmizdir, mənim xanımım. Düşündüklərini demək, 
qəlbindən keçənləri bəyan etmək səni mənim üçün daha da 
yaxın  etmişdir.  Qiymətli  bir  üzüyü  tamamlayan  qaş  tək  öz 
hisslərimizlə  biz  də  bir­birimizi  tamamlayırıq.  İnanıram  ki, 
sənin düzgün məsləhətlərin məni qane etdiyi kimi, mənim də 
dediklərim sənin ürəyinə yatar. Mən xoşbəxtəm ki, sənin kimi 
bir həyat yoldaşı nəsibim olmuşdur. 
Bu  sözlərin  deyilişindəki  ləyaqət,  incəlik,  təmizlik  Lizanı 
öz ərindən razı, ərinin ona ancaq bir kişi gözü ilə baxmadığı­
nı hiss edən bir qadın kimi qürurlandırdı. Liza hiss edirdi ki, 
onlar ər­arvad olmasaydılar belə, əgər bir­birlərini tanıyardı­
larsa,  yaxşı  dost  da  ola  bilərdilər.  Odur  ki,  qürurla  Pentana 
baxaraq sevincək və şən səslə dedi: 
– Elə isə Sentimizə, əziz balamıza hər nə cür kömək edirsən, 
et. Qoyma ki, mənim körpəm, gözlərimin işığı korluq çəksin, 
yad şəhərdə yad adamların arasında sıxıntı içərisində yaşasın. 
Özün yaxşı bilirsən, Pentan, o, hələ sıxıntının nə olduğunu bil­
mir, pulun insan həyatında oynadığı roldan xəbərsizdir. 
Pentan arvadına nikbin bir nəzər saldı. Onun alnındakı qı­
rışlar sanki bir anlığa hamarlandı. Pəncərənin gözlüyünü bir 
qədər qaldırdı. İçəri dolan təmiz havanı ciyərlərinə çəkib köks 
dolusu nəfəs aldı. Elə bil ki, içəri təmiz hava ilə yanaşı yovşan­
ların, otların da ətri doldu. 
Bütün  bunlardan  sonra  Pentan  gözlərini  Lizadan  ayırıb 
ətrafı seyr edə­edə ürəyindən keçənləri söylədi: 
– Hər halda pulun həyatda oynadığı roldan xəbərsiz olsa 
da,  onun  necə  qazanıldığından  xəbərsiz  olmaz.  Sonra  bir 
plantasiya sahibi qüruru ilə əlavə etdi: 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə