Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə53/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   45   46   47   48   49   50   51   52   53

172
Bunları deyib polis rəisi əyləcli kresloda öz yerini rahatladı. 
Seara isə doluxsunmuşdu. Onun zahiri görünüşünə diqqətlə 
nəzər salan hər bir şəxs asanlıqla təyin edərdi ki, bu dolux­
sunmağın səbəbi heç də onun ümidsiz vəziyyəti ilə əlaqədar 
deyildir.  Həyat  hər  kəsi  sevindirdiyi  qədər  də  sevincdən 
məhrum etmək qabiliyyətinə malikdir. İndi Seara da belə bir 
vəziyyətdə idi. O öz mərhum bacısı Klaranı xatırlamışdı. Axı, 
boyunbağını ona Klara yadigar vermişdi. Odur ki, doluxsun­
muş halda dedi: 
– Cənab rəis, bu boyunbağı barədə mən yalnız onu deyə 
bilərəm ki, bunu mənə bir il bundan qabaq mərhum bacım ba­
ğışlamışdır. Mən də bu boyunbağını onun məndə olan yeganə 
və əziz yadigarı kimi o vaxtdan öz boynumda gəzdirirəm. 
Bu  sözlərindən  sonra  polis  rəisi  nə  barədə  isə  bir  qədər 
xəyala daldı, sonra donuq gözlərini dolandırıb bir də Searanı 
süzdü və dedi: 
– Boyunbağını sizə həqiqətən bacınızın bağışladığını təsdiq 
edə bilən şahid varmı? 
Polis rəisinin altı torbalanmış gözlərindən süzülən donuq 
baxışlarından  iyrəndiyindən  gözlərini  yayındırmağa  çalışan 
Seara bir qədər yüngülləşən kimi oldu və sevincəkliklə: 
– Bəli var, cənab polis rəisi. Bunu mənim ərim Senti təsdiq 
edə bilər. 
Polis rəisi göz qapaqlarını yarıya qədər endirərək kreslo­
nun kürəkliyinə söykəndi və istehzalı təbəssümlə: 
– Belə bir şahid sizin üçün əhəmiyyətsizdir, madam, çünki 
o sizin ərinizdir. 
Seara bir qədər tutuldu və təhqir olunmuş vəziyyətə düş­
düyündən ürəyində öz taleyinə acıdı və ümidsiz bir səslə: 
– Ondan başqa bu işi təsdiq edə biləcək bir şahidə güma­
nım gəlmir, cənab polis rəisi. 


173
Polis rəisi Searanın düşündüyündən bir qədər cəld və qıv­
raqlıqla ayağa qalxıb: 
–  Elə  isə  siz  hələlik  bizim  sərəncamımızda  olmalısınız  – 
dedi. 
Seara da ayağa qalxdı və kədərli bir səslə: 
– Nə vaxta kimi? – dedi. 
Şişman polis rəisi isə qısaca cavab verdi: 
– Məhkəmə işi həll edənədək. 
Beləliklə,  polis  rəisi  Searanı  bir  polis  nəfərinə  tapşırdı  və 
getdi. 
***
Gözləmə məntəqəsində dayanmış Senti polis rəisinin gəl­
diyini gördü və ona yanaşıb salam verdi. Sonra bir qədər sözə 
nədən başlayacağını düşünüb bir söz tapa bilmədi və nəhayət 
heç bir müqəddiməsiz: 
– Cənab polis rəisi, siz doğurdanmı boyunbağı oğurluğu 
üstündə Searanı günahlandırırsınız? 
Polis rəisi bir qədər ayağını saxlayıb dik Sentinin gözlərinin 
içərisinə baxdı və dedi: – Əlbəttə. 
Polis rəisinin dayandığını görən Senti bir qədər ürəkləndi 
və yavaş səslə dedi: – Cənab, elə isə ona kömək edin, mən sizə 
istədiyiniz qədər hörmət edərəm. 
Polis rəisi də eyni yavaş səslə dilləndi: – Unutmayın ki, oğur­
lanmış boyunbağı Parisin baş keşişinin məşuqəsinindir. Mən 
bu işə ədalətsiz yanaşa bilmərəm. Yoxsa sizinlə sövdələşmək 
mənim üçün xoş olardı.
Senti bir qədər səsini qaldırdı və dedi: – Cənab rəis, sizdən 
xahiş edirəm mümkünsə…
Polis rəisi də səsini qaldıraraq: – Cani həbs olunmalıdır – 
dedi və yoluna davam etdi. 


174
Yer, göy sanki Sentinin başına fırlandı. Həbs olunmalıdır 
sözü onu ildırım kimi vurdu. Həddindən artıq əsəbiliklə və 
qəzəblə: 
– Elə isə mən sizi yer üzündən yox edərəm. Siz mənim gü­
nahsız Searamı həbs edə bilməzsiniz – dedi və qəzəblə yum­
ruğunu silkələyərək: 
– Sizin qanununuz yalnız daha yüksək rütbəli şəxslər üçün 
ədalətlidir. Ona görə də siz özünüz əsl canisiniz, cənab rəis. 
Polis  rəisi  qəzəbli  bir  səslə,  onların  səsinə  gəlmiş  polis 
nəfərinə: – Bunu burdan rədd edin! – dedi. 
Polis  nəfəri  əmrə  riayət  edib  Sentini  itələyə­itələyə  polis 
məntəqəsindən çıxardı və küçə qapısını onun üzünə bağladı. 
Daha da əsəbiləşmiş Senti qeyzli və uca bir səslə dedi: 
–  Zaman  gələcək  ki,  sizin  bu  ədalətsiz  işinizə  bir  zaman 
ədalətlə baxılacaq. O zaman siz cəmiyyətimizdə bir zaman ya­
şamış ən çirkin bir şəxsiyyət kimi yad ediləcəksiniz. Gələcək 
nəsil sizi nifrətlə damğalayacaq. Siz insanlıq hissindən tama­
milə məhrumsunuz. Siz insan deyilsiniz. Ona görə də sizdə nə 
insaf, nə də ki vicdan vardır. Siz polis rəisi adı daşıyan murdar 
bir məxluqsunuz. Senti bunları ucadan polis rəisinin ardınca 
dedikdən sonra, taqətsiz halda polis idarəsini əhatə edən daş 
hasara söykəndi və yavaş səslə öz­özünə pıçıldadı: 
– Aman Allah!  Deyəsən  mənim  ömrüm  sona  yetmək  üz­
rədir. Searasız bu dünyada yaşamaq mənim üçün həm cina­
yətdir, həm cəza. Kaş istəkli bir adamının ömrü qurtaran anda 
və ya hər hansı bir çətinliyə düşəndə ömrünü, sevincini onun­
la  bölmək  olaydı.  Ax  Allah,  əgər  Searanı  həbsdən  qurtara 
bilməsəm o zaman iztirab, işgəncədən yaxa qurtarmaq üçün 
mənim yalnız bir çarəm qalır, o da özümə qəsd etməkdir. Sen­
ti bütün bunları öz­özünə yavaşdan pıçıldadıqdan sonra əlləri 
ilə başını tutub hasarın dibində oturdu. 


175
FƏSİL 17
Paris  şəhəri.  Axşamüstü  idi.  Polis  məntəqəsinə  bir  nəfər 
qadın  tələsirdi.  Bu  Frida  idi.  Ona  nəzər  salanda  hiss  etmək 
olardı ki, bu qadın özünü nə qədər sakit göstərməyə çalışsa da 
daxilən həyəcanlı və narahatdır. Nə isə… Nəhayət ki, həmin 
qadın  polis  rəisi  ilə  görüşə  bildi.  Öz  vəzifə  borcunu  yerinə 
yetirən  polis  rəisi  nəzakət  çərçivəsindən  kənara  çıxmadan 
dilləndi: 
Şikayətiniz nədir, madam? 
Frida bir qədər duruxdu, öz gələcək aqibətini və ümidsiz 
Sentini  gözlərinin  qarşısına  gətirdi  və  özünü  ələ  alıb  cavab 
verdi: 
– Mən şikayət etməyə gəlməmişəm, cənab, mən etiraf et­
məyə gəlmişəm. 
Bu cavabdan bir qədər təəccüblənən polis rəisi ona yenidən 
nəzər saldı və maraqla soruşdu: – Siz nəyi etiraf etməyə gəl­
misiniz, madam? 
Öz fikrini özü üçün daha da dəqiqləşdirən Frida qəti bir 
səslə dedi: 
– Mən o işi etiraf etməyə gəlmişəm ki, o işin üstündə Seara 
adlı bir qadın günahsız müqəssir ediləcəkdir. Öz yerini kres­
loda daha da rahatlayan polis rəisi bir qədər qabağa əyildi və 
hədsiz maraq hissi ilə dilləndi: 
– Yoxsa, siz madam Zerrinin oğurlanmış boyunbağısı ba­
rədə bir məlumat bilirsiniz? 
Frida sözü uzatmağı lazım bilməyib cavab verdi: 
– Bəli, mən hətta oğrunun kim olduğunu da deyə bilərəm. 
Bu sözlərdən sonra polis rəisi bir qədər də özünün vəzifə 
borcunu yadına salıb özünü qanunpərəst bir polis rəisi kimi 
göstərərək dilləndi: 


176
– Demək, o zaman siz əsl müqəssiri tapmaqla öz alicənab­
lığınızı göstərmiş olarsınız. Bu da bizə cəzanı yalnız cinayətkara 
vermək üçün siz tərəfindən edilən ən böyük köməklik olar. 
Bu  sözlərdən  sonra  Frida  öz  iti  nəzərlərini  polis  rəisinin 
donuq gözlərinə dikdi və baxışlarını heç də yayındırmadan, 
polis rəisinin gözləmədiyi bir halda dedi: 
– Cinayətkar sizin qarşınızdadır, cənab polis rəisi. 
Gözlənilməz cavabdan polis rəisinin gözlərində bir az təəc­
cüb hiss olundu. O, eşitdiklərinə inanırmış kimi təkrarən so­
ruşdu: – Siz nə dediniz? 
Frida son sözlərini bir də təkrar etdi: – Cinayətkar sizin qar­
şınızdadır, cənab polis rəisi. 
Polis rəisi heç də öz təəccüb və marağını gizlətmədən sual 
etdi: 
– Necə, siz cinayətkarsınız? Bu necə olmuşdur? Elə isə bu­
yurun, danışın. 
Frida öz daxili həyəcanını boğmağa çalışdı. İnsanda nə bö­
yük qüvvə varmış. Əsl insani sima qarşısında baş əyməmək 
mümkün deyildir. Nə isə…
Nəhayət ki, Frida özünü ələ aldı, asta­asta, həm də yavaş 
səslə dilləndi: 
– Əhvalat belə olmuşdur, cənab polis rəisi. – Təxminən iki 
il bundan qabaq mən həmin bu boyunbağını, – əli ilə stolun 
üstünə qoyulmuş boyunbağıya işarə edir, – madam Zerrinin 
boynunda gördüm və onu ələ keçirməyi qərara alıb nəhayət 
ki, məqsədimə çatdım. 
Hər şeyi yerli­yerində öyrənmək istəyən polis rəisi Frida­
nın sözünü kəsərək soruşdu: – Bağışlayın, siz o boyunbağını 
necə ələ keçirdiniz? 
Frida  nəzakət  çərçivəsindən  kənara  çıxmadan  həlimliklə 
polis rəisinə bildirdi: 


177
– Xahiş edirəm, hələlik bu barədə danışmayaq. Sonra isə 
əvvəlki fikrini davam etdirdi: – Və ələ keçirdiyim boyunbağı­
nı Searanın bacısı Klaraya bağışladım. Axı, o mənim ən yaxın 
rəfiqələrimdən biri idi. 
Polis  rəisi  məsələni  daha  da  dəqiqləşdirməyə  və  araşdır­
mağa çalışaraq, donuq gözlərini Fridaya zillədi və dedi: 
– Bəs boyunbağını Klaraya bağışlamağınız barədə Searanın 
bir məlumatı yox idi? 
Frida istehzalı bir təbəssümlə gülümsünərək dilləndi: 
– Xeyr cənab, heç kəs bu barədə bir şey bilmirdi. Axı, bo­
yunbağı çox qiymətli oğurluq mal idi. 
Bütün bu söhbətlərdən sonra polis rəisi otaqda bir az var­
gəl etdi. Görünür, o, nə barədə isə düşünürdü və nəhayət ki, 
bir neçə anlıq fasilədən sonra ağ kağız və qələm gətirib Frida­
nın qarşısına qoydu və ona müraciətlə: 
–  Əgər  belə  isə  siz  bu  dediklərinizi  rəsmən  təsdiq  edər­
sinizmi? 
Frida  polis  rəisinin  duya  biləcəyi  bir  sevinclə:  –  Əlbəttə, 
təsdiq edərəm, lakin bir şərtlə, – deyə cavab verdi. 
Polis  rəisi  bir  qədər  ciddiləşərək  soruşdu:  –  Hansı  şərtlə, 
madam? 
Frida aydın və mətin bir səs ilə: – Searanın və Sentinin toxu­
nulmazlığı şərti ilə. 
Bu cavabdan polis rəisi də sevinən kimi oldu və şəstlə: – 
Mən hazır, – deyə gülümsədi. 
Frida da eyni tərzdə: – Mən də hazır, – deyib qələmi gö­
türdü  və  həqiqətən  boyunbağının  madam  Zerrinin  evindən 
oğurlayıb Klaraya bağışlamağı barədə izahat yazdı və imzala­
dı. Sonra isə polis rəisi bir nəfər polisə dedi: 
–  Searadan  günahsız  incidildiyi  üçün  üzr  istəyərək,  bu­
raxın  və deyin, həqiqətən boyunbağını  oğurlayan  cani artıq 


178
tapılmışdır. O, indi polis məntəqəsində nəzarət altında saxla­
nılır. Boyunbağıya gəlincə isə o, sahibinə qaytarılacaqdır. Siz 
yalnız onun cinayət edən şəxs tərəfindən ödənilmiş pulunu 
alacaqsınız. 
Onun son sözlərindən sonra polis nəfəri otağı tərk etdi, Fri­
danınsa ürəyindən bir sevinc hissi titrəyərək keçdi. Axı, o, bo­
yunbağının pulunu ödəyəcəkdi. 
FƏSİL 18
Paris şəhəri. Zaman fəsillərin dövrü təkrarı ilə öz inkişafını 
davam etdirirdi. İllər illəri təqib etməkdə idi. Cəmiyyətin bütün 
üzvləri öz işlərini müxtəlif sahədə davam etdirməkdəydilər. 
Hər kəsin həyata öz müxtəlif münasibəti, hər kəsin öz müxtəlif 
həyat tərzi var idi. 
Fransanın ucqar ərazisində yerləşən Q… dustaq qadınlar 
koloniyası da öz spesifikliyi ilə seçilirdi. Burada da, həyat öz 
inkişafında  idi.  Lakin  burada  həyatın  ən  ali  üzvləri  sərbəst 
deyildilər. Onlar müxtəlif zamanlarda müxtəlif cinayətlər et­
miş və ona görə də cəzaya layiq görülmüş şəxslər idilər. Nə 
isə…  Bir  gün  belə  məhkumlardan  biri  dəmir  barmaqlıqlar 
arasından koloniya xidmətçisini səslədi: 
– Əmican, mənim sizdən bir xahişim var, onu yerinə yetirər­
sinizmi? 
Koloniya  xidmətçisi  hamıdan  çox  rəğbət  etdiyi  bu  qadı­
nın  halına  ürəkdən  acıdı  və:  –  Siz  məndən  nə  xahiş  etmək 
istəyirsiniz, qızım? – dedi. Qadın sıxıla­sıxıla qoynundan bir 
məktub çıxardı və onu koloniya xidmətçisinə uzadıb dedi: 
– Əmican, mümkünsə bu məktubu Parisdə, bax bu ünvan­
da  yaşayan  şəxsə  çatdırasınız.  O,  məktubla  birlikdə  ona  bir 
bank çeki də verdi. 


179
Koloniya xidmətçisi sual dolu nəzərlərlə qadına baxdı və 
əlavə etdi: 
Bəs bu çek nə üçündür, qızım? 
Qadın qəmli bir təbəssümlə gülümsədi və dedi: 
–  Əmican, həyatda  elə şeylər olur ki,  onları  heç  bir  şeylə 
əvəz  etmək  mümkün  deyildir.  İnsan  üçün  xoşbəxtliyə  çat­
maqda  nə  var­dövlət,  nə  zor,  nə  də  ki,  gözəllik  demək  olar 
ki, heç bir rol oynamır. İnsana xoşbəxtliyi yalnız uçuq bir ko­
manın altında da olsa iki birləşən ürəyin biri­birinə səmimi 
münasibəti  bəxş  edə  bilər.  Onun  gözlərindən  iki  damla  yaş 
süzülüb yanaqlarında mirvari kimi parladı.
Koloniya xidmətçisi də kövrəldi. Bundan sonra həmin qa­
dın göz yaşlarını silib, özünü ələ aldı və bayaqkı görünüşü ilə 
heç də uzlaşmayan bir səslə dedi: 
– Mənim dustaq olmağıma baxmayın, əmican. Mənim Fran­
sa banklarında milyonlarım vardır. Siz Fransadan istədiyiniz 
bankdan çekdə yazılan qədər pul götürə bilərsiniz. 
Koloniya xidmətçisi qadına minnətdarlıq edib: – Çox sağ 
olun, qızım, əmanəti yerinə çatdıraram, arxayın ola bilərsiniz 
–  dedi.  Qadın  da  koloniya  xidmətçisinə  öz  minnətdarlığını 
bildirdi. 
Aradan bir neçə gün keçdi. Koloniya xidmətçisinin icazəsi 
ilə məktub göndərənlə məktub alan şəxs görüşə bildilər. Senti 
həddindən  artıq  həyəcanlı  idi.  O  özünü  heç  cür  ələ  ala  bil­
mirdi.  Hər  şey  ona  yuxu  kimi  görünürdü.  Bəzən  insan  heç 
gözləmədiyi hadisənin doğruluğuna xeyli müddət inana bil­
mir. İndi Senti də belə bir vəziyyətdə idi. İndi o, Fridanın Fran­
sanın xeyli ucqarında yerləşən dustaq qadınlar koloniyasında 
olmasına heç cürə inana bilmirdi. İnana bilmirdi ki, qarşısında 
dayanan, gözlərindən qəm qarışıq sevinc yaşları axan bu şəxs 
Fridadır. Nə isə… 


180
Nəhayət ki, o, özünü ələ ala bildi və az qala qışqıraraq: – 
Frida. Bu sizsinizmi? – dedi və əlavə etdi: – Mən sizi Fran­
sadan çox­çox uzaqlarda təsəvvür edirdim. Məktubunu oxu­
dum və…
Frida qəmli bir təbəssümlə onun sözünü kəsdi və kədərlə 
dedi: – Bəli Fridayam. Həmişə sizi düşünən Frida. Bu sözlərdən 
sonra onlar özləri də hiss etmədən bir­birinin ağuşuna atıldı­
lar və öpüşdülər. Xeyli müddət heç birisi ayrılmağa cəsarət 
etmədi. Bu müddət ərzində Senti öz­özünə düşündü: – Məni 
bağışla, Seara. Mən Fridanı vəfalı dost, xeyirxah insan kimi 
öpürəm. Bu sənə qarşı xəyanət deyildir…
Frida da öz­özünə düşünürdü: – Mən Sentini mənim üçün 
bütün  kişilərdən  üstün  olan  bir  kişi  kimi  öpdüm.  Mən  bu 
öpüş üçün özümü günahkar hesab etmirəm. Çünki öpdüyü­
nün yolunda hər cürə çətinliyə qatlaşıb ölümə hazırlaşan bir 
insan üçün bu öpüş heç də qəbahət deyildir və onlar beləcə 
düşünəndən bir müddət sonra bir­birinin ağuşundan ayrıldı­
lar. 
Senti  başını  aşağı  salıb  həzin  bir  səslə  soruşdu:  –  Siz  nə 
üçün belə etdiniz, Frida? 
Frida da başını aşağı salıb, həlim bir səslə dilləndi: – Mən 
belə etməyə də bilməzdim, Senti. Çünki sizi hədsiz dərəcədə 
sevirəm. Sonra dərindən bir ah çəkib əlavə etdi: 
– Siz isə Searanı sevirsiniz. Searanın həbs olunması sizi nə 
qədər  kədərləndirirdisə,  sizin  də  iztirab  çəkməyiniz  məni  o 
qədər sıxıb­əzirdi. Ona görə də, mən sizin iztirab çəkməyinizə 
dözməyib bu işi özümə rəva gördüm. 
Bu sözlərdən sonra Senti bir müddət xəyala daldı. Frida­
dan olsaydı ömrünün sonunadək beləcə dayanıb onun xəyala 
dalmasına tamaşa edərdi. Lakin Senti sükutu sındırıb yenidən 
dilləndi: 


181
– Frida, artıq mən də bir xeyli pul toplaya bilmişəm. Parisə 
qayıtdıqdan  sonra  səni  həbsdən  qurtarmaq  üçün  əlimdən 
gələni edəcəyəm. Sonra isə Searanı da götürüb atamın yanına 
köçəcəyəm. Bilirsənmi, onlar necə sevinəcəklər? Axı, gimna­
ziyanı qurtarmış oğlunu, gəlinini və nəvəsini qarşılamaq heç 
də zarafat deyil. 
Frida səmimiyyətlə onu bir daha süzüb dedi: 
– Ancaq gözləyin Paris kimi bir şəhərdə özünüzü yenidən 
yoxsulluq girdabına atmayın. Mənim həbsdən qurtarmağıma 
onsuz da bir neçə ay qalıb. Xoşbəxtəm ki, sizi xoşbəxtliyə çat­
dıra bildim.
Bu vaxt koloniya xidmətçisinin astaca səsi eşidildi: 
– Cənab, koloniya rəisi gəlir, ayrılın. Onlar yenidən öpüşüb 
ayrıldılar. Bu öpüş də əvvəlki öpüşlərə bənzəyirdi. 
FƏSİL 19
Senti gedən günün axşamı kədərli bir hadisə baş verdi. Fri­
danın halı birdən­birə xarablaşdı. Koloniya həkimləri ona heç 
bir köməklik göstərə bilmədilər. Görünür, Frida özü də ölü­
münün yaxınlaşdığını hiss etmişdi. Odur ki, Sentiyə məktub 
aparan  koloniya  xidmətçisini  yanına  çağırıb  acı  göz  yaşları 
içərisində  bütün  sərvətini  Sentiyə  və  Şeydaya  vəsiyyət  etdi 
və ona çek kitabçaları ilə birlikdə içərisində öz şəkli olan qızıl 
medalyonu və məktub verdi. Özü də qeyd etdi ki, medalyon­
dakı şəklə baxıb onun adını ilk dəfə kim başqa adla çağırsa, 
məktubu o zaman açsın. Sonra ürəyinin ağrısından sızıldaya­
sızıldaya əlavə etdi: 
– Əmican, mənim burada səndən başqa etibar etdiyim bir 
adam yoxdur. Bu bir ildə sən mənə çox yaxşılıqlar etmisən. 


182
Sentiylə  Şeydaya  çatacaq  puldan  sən  də  bir  qədər  götür  və 
sənə verdiyim içərisində şəkilim olan o qızıl medalyonu da 
yadigar saxla. O, bu sözləri dedi və dərindən köksünü ötür­
dü.  Sonra  yavaş  səslə:  –  Əmican,  Sentiyə  çatdırarsan  ki,  o, 
son nəfəsdə də səni düşünürdü və ölərkən də dodaqlarından 
son nida Senti… O, sözünün dalını gətirə bilmədi və canını 
tapşırdı. Ax, həyat, həyat. Təzadla dolu həyat, acı həyat, şirin 
həyat…
FƏSİL 20 
Koloniya xidmətçisi bütün hadisələri elə həmin gün Sen­
tiyə  çatdırdı.  Səhərisi  gün  Fridanı  dəfn  etdilər.  Dəfndə  ko­
loniya  xidmətçisi,  Senti,  Seara,  Şeyda  və  Qrant  iştirak  edir ­
dilər. Onlar heç bir qohum­əqrəbası qəbrinin üstündə iştirak 
etməyən mərhumun halına çox acıdılar və koloniya xid mət­
çisinin  onlara  dediyi  mərhumun  son  vəsiyyətlərindən  bi ri­
nə  də  əməl  edəcəklərinə  söz  verdilər.  O  vəsiyyətsə  bundan 
ibarət idi. Rəfiqəm Şeyda ilə Sentinin dostu Qrant mümkünsə 
evlənsinlər. 
Frida öz ölümündən sonra da daha bir pak əməl sahibi oldu. 
Artıq  xeyli  miqdarda  pulu  olan  Şeyda  ilə  Qrant  evlənməyə 
razı oldu. Şeyda da necə olursa­olsun Qrantı doğru yola qay­
taracağını öz­özlüyündə qət etdi. Bu, mümkün idi. 
***
Sarci  bu  hekayəti  danışıb  qurtaranda  artıq  gecədən  xeyli 
keçmişdi.  Onu  dinləyən  tacir  Hüseyn  isə  kövrəlmişdi.  Son­
ra  Sarci  kostyumunun  qoltuq  cibində  gizlətdiyi  medalyonu 
çıxartdı və tacir Hüseynə göstərib dedi: 


183
–  Həmin  koloniya  xidmətçisi  mənəm.  Bax,  medalyonun 
içərisində olan bu şəkil də Fridanın şəkilidir. 
Tacir Hüseyn şəklə baxdı və ürəyini tutdu. Bu onun beş il 
bundan qabaq Fransada bir xeyli varidatla itkin düşmüş qızı 
Fərqanə idi. Odur ki, o, şəkli öpüb həyəcanlı bir səslə: 
– Ax qızım Fərqanə, ax mənim yazıq balam – dedi və huşu­
nu itirdi. Sarci tez dəsmal isladıb onun alnına qoydu və onu 
yatağa uzandırdı. 
Bir azdan sonra tacir Hüseyn ayıldı və zəif bir səslə dedi: 
– Səhər, heç olmasa, onun qəbrini mənə göstər. 
Sarci kədərlə baş üstə dedi və sonra aylardan bəri cibində 
saxladığı məktubu açdı. Orada yazılmışdı: – Mənim adım Fri­
da yox, Fərqanədir. Özüm də azərbaycanlıyam. 
Sarci bu sətirləri oxuyub dərindən ah çəkdi və öz­özünə ya­
vaş səslə dedi:
– Həyatda nə qəribə işlər olurmuş, İlahi. Biri sevir, lakin öz 
məhəbbətinə sevdiyindən cavab almasa da sevdiyinin yolun­
da canını qurban verir. Məhəbbətin qiymətini göylərə qaldı­
rır. Digəri öz xoşbəxtliyini pozğun bir qadının qəlbində qalan 
kiçicik saf hisslərdə tapır və öz məhəbbəti ilə o qadını doğru 
yola qaytararaq sübut edir ki, hər cür doğru yoldan yayınan 
insan öz psixologiyasında əks dəyişiklik yaradıb, doğru yola 
qayıda bilər. Başqa birisi isə təsadüf nəticəsində itkin düşmüş 
övladı… Doğurdan da, həyat çox qəribədir. 
Səhəri  gün  Fransanın  ucqarında  yerləşən  köhnə  qəbiris­
tanlıqda iki nəfər bir məzarın başında göz yaşı axıdırdı. Bun­
lardan biri Sarci, o biri isə tacir Hüseyn idi. 
01.10.1979-22.03.
1980, İmişli 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə