Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   2   3   4   5   6   7   8   9   ...   53

23
gənc kimi görmək istəyirdi. Özünün etiraf etdiyi kimi, o za­
man o da məmnuniyyətlə öz plantasiyasına sahiblik hüququ­
nu səmimi qəlblə ona etibar edərdi. O zaman o da dünyadan 
köçsəydi belə, həyatından razı qalardı. 
Pentan və Liza o gecə yalnız səhərə yaxın yuxuya daldılar. 
Yuxuda da onlar Sentiyə xoşbəxtlik diləyirdilər. 
FƏSİL 2
Paris.  Burada  nə  qədər  qeyri­adi  görünə  bilən  təmtəraqlı 
binalara, qəşəng geyimli qrafinyalara, qraflara rast gəlinsə də, 
şəhərdə yöndəmsiz evlər, sadə geyimli və ya heç geyim adlan­
dırıla bilinməyən cır­cındır paltarlı adamlar da az deyildilər. 
Paris öz gözəlliyi ilə daxilində firavan, təmtəraqlı həyat sürən 
varlıları ilə dünyanın bir çox ən varlı şəhərləri ilə rəqabətə girə 
bilərdisə, həm də daxilində hökm sürən rəzalətlə, yoxsulluq­
la,  istismarla  da  dünyanı  bir  o  qədər  heyrətləndirə  bilərdi. 
Gözəl sürahili, yaraşıqlı binalarda yaşayan hər hansı bir qrafın 
gözlərində şəhər nə qədər ruhoxşar, yaraşıqlı, nə qədər gözəl 
idisə, uçuq daxmasını bəlkə də özünə son sığınacaq etmiş hər 
hansı bir yoxsul üçün isə həyat bir o qədər darıxdırıcı, yaşa­
maq bir o qədər acınacaqlı idi. 
Belə  yöndəmsiz  bir  mərtəbəli  evlərdən  biri.  Ev  özü  nə 
qədər yöndəmsiz olsa da, kiçik bağçası onu bir o qədər sah­
manlı göstərirdi. O qədər də hündür olmayan çay daşlarından 
hörülmüş  hasarın  içərisində  yerləşən  bağçada  kiçik  bir  ailə 
sərbəst istirahət edə bilərdi. Evin içərisində yerləşən əşyalar 
isə  hiss  olunacaq  dərəcədə  burada  yaşayanlar  üçün  azlıq 
təşkil edirdi. İçəridə – burada yaşayanlar üçün bir neçə lazımi 
əşyalar və kitablar nəzərə çarpırdı. Kənardan baxan hər hansı 


24
bir diqqətli şəxs asanlıqla təyin edə bilərdi ki, mətbəx də bu 
otağın içərisində yerləşir. Bunlardan başqa, evdə iki ədəd tax­
ta çarpayı, bir ədəd həm yemək, həm də yazı üçün qoyulmuş 
stol və iki ədəd stul var idi. 
Evin yeni sakinlərinin – Senti ilə Qrantın tanışlığı çoxdan 
deyildi. Onlar cəmi bir neçə ay əvvəl, yəni Paris gimnaziyası­
nın hüquq fakültəsinin tələbəsi olduqdan sonra tanış olmuş­
dular. Onların bir evdə yaşamasına isə məhz tələbəlik həyatı 
səbəb olmuşdu. Qrantgilin əsli fransız olsalar da, onların ailəsi 
İngiltərədə  yaşayırdı.  Onun  atası  İngiltərədə  gəmiqayırma 
tərsanələrindən  birinin  sahibi  idi.  Özündən  böyük  olan  iki 
bacısının ikisi də İngiltərədə ərdə idi. Ögey kiçik qardaşı isə 
hələ balaca idi. Bir də ki, Qrant heç özü də anadan ögey olan 
bu qardaşına uyuşmurdu. Atasının, bacılarının dilindən eşit­
diyi Fransa həyatı Qrantı damarlarından fransız qanı axan bir 
fransalı  kimi  çoxdan  özünə  cəlb  edirdi.  Bəlkə  də  indi  onun 
Fransada yaşamasının əsas səbəbi də elə bu marağın özü ol­
muşdu. Atası tanınmış varlı sahibkarlardan biri olsa da Qran­
ta hər ay müəyyən olunmuş məbləğdə pul göndərirdi. Qrant 
isə  həmişə  pulun  azlığından  şikayətlənirdi.  O,  atasını  ona, 
Qrantın dediyi kimi, bir «naharlıq» pul göndərməkdə iki cürə 
təqsirləndirirdi. 
Birincisi, belə əsaslandırmağa çalışırdı ki, atasını ona az pul 
göndərməyə təkid edən analığıdır. Guya o, ərinin bütün va­
ridatını öz kiçik oğlu üçün qoruyub saxlamağa çalışır. Qran­
tın  dediyinə  görə,  guya  analığı  bir  az  atasından  çəkinməsə, 
qorxmasa  heç  öz  ögey  balalarının  üzünə  də  baxmaz,  onları 
öz doğma ata evindən qovar. Atasının varidatından onlara bir 
çöp də verməz. 
İkincisi  isə  o,  atasının  ona  az  pul  göndərməyini  onun 
xəsisliyi ilə izah edirdi. O bildirirdi ki, atası həddindən artıq 


25
xəsisdir  və  ona  görə  də  öz  oğluna  belə  münasibət  göstərir. 
Ona görə də Qrant öz həyatından narazılıq edirdi. Çünki ata­
sının  ona  göndərdiyi  pullar  onun  Fransada  sərbəst  həyatını 
təmin etmirdi və edə də bilməzdi. Çünki Qrant həddindən ar­
tıq israfçı idi. 
Axşamdır.  Dünyanın  bir  çox  ölkələrində  olan  adi  payız 
axşamlarından  biri.  Buludsuz  bəyaz  səmada  ulduzlar  çilçı­
raq kimi sayrışır. Onların bu gözəl füsunkarlığına həftəlik ay 
daha da yaraşıq verir. Dünya gözəldir, yaşamaq gözəldir. Bu 
gözəl yaşamalı dünyada iki nəfər şirin­şirin söhbət edir. Onlar 
iki tələbə – iki otaq yoldaşı Senti və Qrantdır. 
Senti şüvərək, uzunboylu, qarasaçlı, qaraqaşlı, qara kiprikli, 
mavi gözlü bir gəncdir. Danışarkən sol qaşını bir az dartması 
onu adama daha da yapışıqlı edir. Bığ yeri təzəcə tərləmiş bu 
gənc öz incə nəzakətli hərəkətləri ilə hər kəsi özünə valeh edə 
bilərdi. 
Qrant  isə  Sentiyə  nisbətən  bir  az  kök  və  qarayanızdır. 
Sentidən fərqli olaraq onun gözləri qonurdur. Alnına tökül­
müş  saçı  isə  qaradır.  Özünün  dediyinə  görə,  gözlərinin  qo­
nur olması ona irsən anasından keçmişdir. O da nəzakətli və 
mədəni davranışa malikdir. Onun da hərəkətlərində nə isə bir 
cəlbedicilik var. 
Qrant öz uzun siqaretini tüstülədirdi. Onun uzun barmaq­
larının arasından çıxan ağ tüstü burumları Senti ilə öz arasın­
da bir tül pərdə kimi dalğalanırdı. O nə barədə isə fikirləşirdi. 
O qədər də qalın olmayan qara qaşlarının altından bir qədər 
oynaq görünən gözlərində dalğınlıq hiss olunurdu. 
Qrant siqaretindən bir dərin qullab da götürüb üzünü Sen­
tiyə tutdu və fransızların deyiliş tərzindən bir qədər fərqli şi­
rin ləhcə ilə: 


26
– Heç belə də iş olar. Başqaları barlarda, teatrlarda kef edə, 
gününü  Parisin  ən  yaxşı  xanımları  ilə  ən  yaxşı  mehmanxa­
nalarda  keçirə,  ən  təmtəraqlı  yeməkxanalarda  nahar  edələr, 
boynu boğazı qotazlı, zınqırovlu karetalarda gəzə, qumarda 
ətək­ətək pul qoya, pul götürə, sən də burada uçuq bir daxma­
da yarıac, yarıtox kiflənmiş kitabların içərisində bir göstəbək 
kimi eşələnəsən. 
Senti onun bu sözlərinə birdən­birə cavab vermədi. O da 
bir qədər fikirli idi. Düşdüyü şəhər mühiti də, buranın adam­
ları da, hətta Qrantın özü də onun üçün yeni idi. 
Senti  əlində  oxuduğu  kitabın  vərəqini  qatlayıb  bir  tərəfə 
qoydu. Qrantın gözlərinin içərisinə ötəri bir nəzər salıb baxış­
larını başqa səmtə yayındırdı. Sonra alnını ovxalaya­ovxalaya 
belə dedi: 
– Qrant sözlərindən belə çıxır ki, sürdüyün həyatdan na­
razısan, yaşayışın səni təmin etmir. Mən öz­özlüyümdə belə 
qət  edirəm  ki,  biz  cəmiyyət  üçün  hələ  o  qədər  də  xeyirli 
adamlar deyilik. Çünki biz hələ başqalarının hesabına yaşa­
yırıq.  Başqaları  bizim  güzəranımızı,  həyat  şəraitimizi  təmin 
edir. Biz özümüz öz həyat şəraitimizi təmin etməyə qadir bir 
qüvvəyə malik olmayınca sürdüyümüz bu cür həyatdan na­
razılıq etməməliyik. 
Onun son sözləri Qrantı bir qədər də dalğınlaşdırdı. O, co­
şan hisslərini bir qədər cilovlayıb özünə ciddi bir görkəm verdi. 
Sentinin ani baxışlarından sonra hərəkətlərindəki sərbəstliyi 
bir qədər itirdi, lakin yenə də öz hərəkətlərinə bəraət qazan­
dırmağa çalışdı. O, yenə də sakit bir halda sözə başladı: 
– Yox, Senti. Bu cür yaşayış ancaq yoxsulları, bacarıqsızları 
narahat etməz. O kəsləri narahat etməz ki, onlar yalnız axtarıb 
tapa  bilmədikləri  bir  parça  gündəlik  çörəklə  kifayətlənirlər. 
Yarı ac­yarı tox günlərini keçirirlər. Allaha çox şükür ki, mən 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə