Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   2   3   4   5   6   7   8   9   10   ...   53

27
nə  o  qədər  yoxsul  ailədənəm,  nə  də  ki  o  qədər  bacarıqsız 
deyiləm. Mən öz yaşayışımı təmin etmək üçün kifayət qədər 
fəaliyyət göstərə bilərəm. 
Bu sözlərdən sonra Senti bir qədər duruxdu. Sanki hansı 
sözləri  seçib  söyləməkdə  çətinlik  çəkirdi.  Buna  səbəb  bəlkə 
də  müsahibinin  bir  qədər  dalğın  olması  idi.  O,  söyləyəcəyi 
sözlərin bəlkə də Qrantı qane etməyəcəyini düşünürdü, lakin 
hər halda o, danışmağı lazım bilib ürəyindən gələn sözləri heç 
də dəyişmədən: 
– Bir parça çörəyə möhtac olub, yarı ac­yarı tox dolananla­
rın heç də bəziləri sən deyən kimi nə o qədər bacarıqsızdır, nə 
də o qədər düşüncəsiz. Mən artıq hiss etməyə başlayıram ki, 
onların yoxsulluğunun, dilənçi kökündə olmasının səbəbləri 
çox­çox  dərindədir.  Özü  də  bu  hal  heç  də  səndən,  məndən 
yox,  cəmiyyətin  inkişafından  asılıdır.  Cəmiyyətin  inkişafını 
o  istiqamətə  dəyişmək  isə  mənim  üçün  qaranlıqdır  və  mən 
bunu  anlamıram.  O  ki,  qaldı  sənin  hər  hansı  bir  sahədə  öz 
gələcək həyatını firavan keçirmək üçün hər hansı bir fəaliyyət 
göstərməyinə, mən bunu qabaqcadan deyə bilmərəm və bu 
sənin özündən asılı olan bir işdir. 
Qrantın düşüncələri bir qədər incəlmişdi. O, keçirdiyi bu 
tələbə  həyatından  olduqca  narazı  idi.  O,  varlanmaq  ehtirası 
ilə coşurdu. O, hansı bir işəsə rəhbərlik etmək, kimin isə onun 
əmrinə tabe olmasını, kimin isə onun tapşırığı ilə işdən çıxa­
rılmasını, işə qoyulmasını istəyirdi. O istəyirdi ki, onu əhatə 
edən cəmiyyət içərisində o da atası kimi bir sahibkar sifətiylə 
çıxış etsin. Ona görə də inamlı bir səslə üzünü öz müsahibinə 
tutub belə dedi: 
– Mən yüksək cəmiyyətdə müəyyən mövqe tutmaq üçün 
özümə yer açmalıyam, hökmən. Çalışmalıyam ki, hər bir işdə 
mənim üçün sərbəstlik bəxş edən ali bir fəaliyyət sahəm olsun. 


28
Elə bir fəaliyyət sahəm ki, sağ­sola xərcləməyə bol pulum ol­
sun. Yol ilə gedəndə məni barmaqla göstərsin. Xidmətçilərim 
yanımda fır­fır fırlansınlar. Hər hansı bir məclisə daxil olanda 
içəri ali vəzifə sahibinin girdiyi hiss olunsun. Hiss olunsun ki, 
mən də bir kapitalist kimi öz işlərimlə istəsəm Fransanın hər 
hansı bir sahəsində onun inkişafını irəli aparar və ya ləngidə 
bilərəm. 
Senti onun sözlərini dinləyib gülümsədi və zarafatla: 
– Düşündüklərin heç də cəmiyyətimiz üçün yeni deyildir. 
Səndən də çox­çox qabaq milyonları belə düşünmüşlər. Lakin 
bu düşüncələrə səni vadar edən nədir və sən nəyin hesabına 
varlanmaq, sərvət sahibi olmaq istəyirsən?
Qrant əllərini çox da qalın olmayan bığlarına çəkdi. Ayağa 
qalxıb otaqda bir az var­gəl etdi. O, yaşadıqları otağı yeni gö­
rürmüş kimi təəccüblə nəzərdən keçirdi. Sanki içərisində ya­
şadıqları bu ev ona çox miskin göründü. Elə bil ki, onu buraya 
dustaq kimi məcburi salmışdılar. Sonra baxışları ilə kimi isə 
aradı. Onun qonur gözləri Sentinin mavi gözləri ilə rastlaşdı, 
yalnız bu an Qrant xəyala daldığını anladı və gülümsədi. Son­
ra yavaş­yavaş dilləndi: 
– Mən uşaqlıqdan varlı bir sinfin nümayəndəsi kimi firavan 
həyat sürməyə alışmışam. Bir sahibkar­kapitalist oğlu kimi hər 
arzu və istəyim mənim bir təkidimlə hazır olmuşdur. İstədiyim 
bir şeyi əldə etmək, xoşuma gələn bir oyunla qumar oynamaq, 
lap son vaxtların özündə İngiltərədə lüks mehmanxanalarda 
yaşamaq, müxtəlif xanımlarla əylənmək mənim üçün çətin ol­
mamışdır. Əlbəttə ki, mənim bütün bu xərclərim atamın he­
sabına idi. Mən bir israfçı kimi mənə verilən pulları xərcləyir, 
o  isə,  yəni  atam  əsil  səbirli,  işgüzar,  bacarıqlı  bir  kapitalist 
kimi öz varidatını artırırdı. Artıq məndə kübar mühitin çox 
güclü  təsiri  yaranmışdı.  Mən  bu  təsirdən  heç  cürə  uzaqlaşa 


29
bilmərəm və uzaqlaşmaq da istəmirəm. Mənim üçün belə bir 
həyat şən keçərdi və mən özümü belə bir həyatda yaşadığım 
üçün tamamilə xoşbəxt hesab edirdim. O ki, qaldı varlanmaq 
məsələsinə  bu  mənim  qarşımda  qoyduğum  ən  perspektivli 
və inamlı planlarımdan biridir. Mən varlanmalıyam, hökmən 
varlanmalıyam,  hansı  bir  vasitə  ilə  olursa­olsun  varlanmalı­
yam. Kübar varlı bir sahibkarın qızına məhəbbət göstərməklə, 
varlı  dul  bir  qadınla  evlənməklə,  axırı  ki,  nə  ilə,  nə  hesaba 
olursa­olsun  varlanmalıyam.  Bu  yolda  mənim  qarşımı  heç 
bir şey kəsə bilməz, heç bir maneə məni bu yoldan çəkindirə 
bilməz. Mən kapitalist mühitinin qorxusunu artıq çoxdan hiss 
etmişəm. Bir kapitalist balası kimi bu qoxu məni cəlb etməyə 
bilməzdi. Mən artıq belə bir yolla hərəkət etməyi seçmişəm. 
O, həyəcanlı bir halda otaqda var­gəl etməkdə davam edirdi. 
Doğurdan  da,  deyəsən  varlanmaq  ehtirası  onun  canına,  qa­
nına,  iliyinə  işləmişdi.  Odur  ki,  Senti  bunu  yəqinləşdirmək, 
buna bir daha inanmaq üçün Qranta bir sual vermək istədi 
və  sualı  verməmişdən  qabaq  onu  ürəyində  bir  daha  götür­
qoy etdi. Onun sualının Qranta necə təsir edəcəyini, Qrantın 
bu  sualı  necə  qarşılayacağını  düşündü.  Nəhayət  ki,  sualını 
verməyi qərara aldı. O, bir az çəkinən sayaq Qranta belə dedi: 
–  Qrant,  sənə  varlanmaq  meyllərinlə  əlaqədar  bir  sual 
vermək istəyirəm, amma bilmirəm sən onu nə cür qarşılayar­
san?
Qrant müsahibinin sakit vəziyyətindən veriləcək sual ba­
rədə bir şey aydınlaşdıra bilməsə də, onun verəcəyi suala ma­
raq və nəzakət xatirinə etiraz etmədi. Odur ki, yumşaq səslə 
dedi: 
– Buyur, Senti, bu nə sözdür deyirsən, biz yoldaşıq. Yoldaş 
isə  yoldaşa  istədiyi  sözü  deyə  bilər,  əlbəttə  ki,  sual  da  verə 
bilər. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə