Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

34
– Mən sənin sözlərini bir qədər yaxşı başa düşə bilmədim 
Senti.  Özün  qeyd  edərək  deyirsən  ki,  sən  də  varlanmaq 
istəyirsən, səndə də bir meyllər var. Ancaq nə cür? Sənin seç­
diyin  yol  mənimkindən  tamamilə  fərqlidir.  O,  varlanmağa 
doğru  gedən  hansı  bir  qəliz  yoldur  ki,  mənim  nəzərimdən 
qaçmışdır.  Mən  belə  belə  bir  yolun  olduğunu  indiyə  qədər 
hiss etməmişəm. 
Senti  onun  bu  sözlərinə  nəzakət  çərçivəsindən  kənara 
çıxmadan  bir  qədər  gülümsədi.  Belə  vəziyyətdə  onun  mavi 
gözləri əvvəlkindən daha qəşəng və cəlbedici görünürdü. 
Senti öz vəziyyətində bir dəyişiklik etmədən Qranta bax­
dı və onun mavi gözləri Qrantın qonur gözləri ilə rastlaşdı. 
Qrantın baxışlarından hiss etmək olardı ki, o nə isə maraq do­
ğuran, onun üçün lazımlı bir hadisəni səbirsizliklə gözləyir. 
Senti bunu, onu heç vaxt aldatmayan duyğuları vasitəsi ilə an­
ladı, Qrantı bir daha intizarda qoymamaq üçün sözə başladı: 
– Qrant, mən varlanmaq istərkən istəməzdim ki, səadətim 
başqalarının  əzabları  üzərində  qurulsun.  İstəməzdim  ki,  ali 
canlı bir xilqətin məhvi mənə səadət gətirsin. Əks təqdirdə, sür­
düyüm həyat, keçirdiyim firavanlıq mənim üçün həddindən 
artıq darıxdırıcı görünər və mənim xoşbəxtliyimi təmin edə 
bilməz.  Mən  öz  halal  zəhmətim  və  qazancım  müqabilində 
mənsəb və mərtəbəyə çatmaq istərəm. Öz halal zəhmətin və 
əməyin nəticəsində yarada bildiyin güzərandan xoş güzəran 
yoxdur. Mənə də belə bir güzəran lazımdır ki, həyatın mənə 
bəxş etdiyi öz bir parça ömür payımı xoşbəxt və şən keçirə bi­
lim. Hər kəsin səadəti öz əlindədir. Mən də öz səadətimə çat­
maq üçün axtardığım xoşbəxtliyi öz əməyimin və əməllərimin 
bəhrində görürəm. İnsanın hətta ölərkən rahat can verməsi və 
bu dünyadan rahat köçməsi üçün ona öz əməllərinin saf bəhri 


35
lazımdır. Belə bir xoşbəxtliyə nail olmaq üçün isə həmişə öz 
vicdanının səsinə qulaq asmaq lazımdır. 
Qrant onun sözlərini nə qədər həssaslıqla dinlədisə də, bir 
o  qədər  də  laqeydliklə  qarşıladı.  O  öz  hisslərini  son  dərəcə 
gərginliklə  nəzakət  xatirinə  cilovlamağa  çalışdısa  da,  bu  la­
qeyd lik  deyəsən,  Sentinin  nəzərindən  yayınmadı.  Lakin 
Senti  bunu  hiss  etdisə  də,  öz  hissləri  ilə  buna  münasibətini 
bildirmədi.  Ona  görə  də  Qrant  Sentinin  sözlərinə  laqeyd 
münasibət  bəslədiyini  Sentinin  duyub­duymadığını  hiss  et­
mədi.  Nəhayət,  Qrant  Sentinin  sözlərində  öz  fikirlərinin 
həllini  tapmadığı  üçün  bir  qədər  heyfsiləndisə  də,  Sentiyə 
münasib bir cavab verməyin lazım olduğunu duyub bir qədər 
fikrə getdi. 
O düşünürdü, kapitalizm cəmiyyətində Sentinin söylədikləri 
kimi öz halal zəhmətinlə mənsəb və mərtəbəyə çatmaq üçün 
həyatın bizə bəxş etdiyi bir parça ömür payı kifayət deyildir. 
Hiyləgərliyin, riyakarlığın hökm sürdüyü bir şəraitdə doğru­
luqla  irəliləmək  mümkündürmü?  Düzdür,  əgər  doğruluqla, 
düzlüklə irəliləmək mümkün olardısa, bu yaxşı bir yol olar­
dı. Lakin dərin ziddiyyətlərin hökm sürdüyü bir cəmiyyətdə 
belə bir vasitədən istifadə etmək mümkünmüdür? Yox, müm­
kün  deyildir.  Göründüyü  kimi,  Sentinin  bu  sözləri  bizim 
cəmiyyətimiz  üçün  yararlı  deyildir.  Bizim  cəmiyyətimizdə 
baş  çıxarmaq  üçün  müəyyən  mənsəb  və  mərtəbəyə  çatmaq 
üçün  gərək  kapitalizm  mühitinin  tələblərinə  uyğun  hərəkət 
edəsən.  Bu  tələblər  isə  insanpərvərlikdən,  humanistlikdən 
uzaq bir sözlə, doğruçuluqdan və düzlükdən tamamilə fərqli 
tələblər idi. Kapitalizm cəmiyyətində az­çox varlanmaq, irəli 
getmək fikri olan hər bir kəs hiyləgərlikdən, tamahkarlıqdan, 
riyakarlıqdan və bu kimi bir sıra insan təbiətindən lazım gəlsə 


36
yarana  bilən  vasitələrdən  bir  məqsəd  kimi  istifadə  etməyi 
bacarmayan hər bir kəs özünün güc­bəla ilə qazana biləcəyi 
yalnız bir parça çörəyə göz tikə bilər. Bütün bunları düşünən 
Qrant Sentiyə belə bir cavab verdi: 
– Sənin fəlsəfən bizim cəmiyyət üçün yararlı deyildir, Senti. 
Gec­tez sən öz fəlsəfənin bizim cəmiyyət üçün yaramadığını, 
ona yad bir fəlsəfə olduğunu özün də əyani surətdə görəcək 
və hiss edəcəksən. Hiss edəcəksən ki, sənin fəlsəfəni əsas tu­
tub  kapitalizm  cəmiyyətində  həyat  sürmək,  bu  mühitdə  bir 
insan kimi yaşamaq nə qədər çətin olarmış. Sən özün də öz 
fikirlərində dönüş yaratmalısan. Belə bir fəlsəfə ilə sənin üçün 
bizim cəmiyyətimizdə yaşamaq mümkün deyildir. Öz fəlsə­
fənin cəmiyyətimiz üçün yaramadığını hiss edəcəyin vaxt isə 
sənin üçün yeni bir yol seçmək gec olacaqdır. Bu barədə sən 
də oturub dərindən düşünməlisən. 
Senti düşünürdü. Qrantın söylədikləri onu qane etməmişdi. 
O  öz  tutduğu  yolun  doğruluğuna  inanırdı.  İnanırdı  ki, 
hiyləgərlik,  ikiüzlülük,  riyakarlıq,  tamahkarlıq  və  başqa  bu 
kimi cəhətlər insanı xoşbəxtliyə çatdıra bilməz. O isə xoşbəxt 
yaşamaq istəyirdi. Onun üçün həddindən artıq varlı olub­ol­
mayacağının elə bir əhəmiyyəti yox idi. Təki gündəlik öz sadə 
güzəranı ilə daxilən sakit, qəlbən saf, mənəvi cəhətdən sağlam 
bir həyat keçirə bilsin. Elə bir həyat ki, onu sağlam düşüncəli 
bir insan kimi hərtərəfli təmin edə bilsin. Elə bir həyat ki, bir 
ailənin xoşbəxtliyini, səadətini orada tapmaq mümkün olsun. 
Bəli, Senti belə bir həyat arzulayırdı. Odur ki, Senti Qrantın 
fikirləri ilə razılaşmadığını dostcasına bildirərək dedi: 
– Yox… mən sənin söylədiyin fikirləri, seçdiyin yolu doğru 
saya bilmərəm, Qrant. Bizim həyata baxışlarımız arasındakı 
fərq  olduqca  böyük  və  ziddiyyətlidir.  Həqiqəti  öz  fəaliyyət 
sahəsində  istinad  nöqtəsi  hesab  edən  hər  bir  kəs  gec­tez 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə