Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

82
müxtəlif  vasitələrlə  onu  özümə  cəlb  etmək  mənim  üçün 
çətin  olmazdı.  Mən  belə  etmədim.  Bunu  özüm  üçün  böyük 
qəbahət saydım. Mən istəyirdim ki, Senti özü mənə ürəyini 
açsın, mənə məhəbbət bəslədiyini bildirsin. Mənə desin ki… 
Ancaq,  Şeyda,  bütün  bunlar  arxada  qaldı.  Hadisələr  heç  də 
mənim düşündüklərim kimi cərəyan etmədi. Hadisələrin ge­
dişi hər kəsin düşüncə dairəsi çərçivəsindən kənara çıxmasay­
dı həyatda böyük qarmaqarışıqlıq olardı və bəlkə də gələcək 
hadisələri  fikrimiz  qabaqladığına  görə  yaşayışın  da  mənası 
olmazdı.  Həyat  öz  işini  görməkdədir.  Məni  düşündürən 
məsələlər səbəbini bilmədiyim bir sonluqla nəticələnməkdədir. 
Ancaq yaxşı ki, insanlar həmişə onu bəzi çirkin işlərdən qoru­
ya biləcək öz vicdanları qarşısında cavab verməli olurlar. Mən 
belə  bir  hissi  keçirmişəm.  Həsrətin  çəkdiyim,  xoşbəxtliyimi 
təmin edən qüvvənin – Sentinin gözlərimin qarşısında oldu­
ğunu bildiyim halda bu qüvvədən istifadə etməməyə çalışı­
ram. Buna mənim öz təmiz vicdanım mane olur. 
Xanımının  kədəri  Şeydaya  da  sirayət  etmişdi.  O  da  bir 
qədər dalğın və pərişan görünürdü. Malik olduğu hal­hazır­
kı həyat şəraiti kapitalizmin hökm sürdüyü bir şəraitdə heç 
də pis deyildi. Lakin o, xanımın belə bir vəziyyətə düşməsini 
də  istəməzdi.  İstəməzdi  ki,  ona  heç  vaxt  xidmətçi  gözü  ilə 
baxmamış xanımı hicran atəşində daxilən qovrulsun. Xanımı 
üçün acı həqiqətin bəlli olduğunu bilən Şeyda başa düşdü ki, 
onun bəlkə də Senti ilə birləşə biləcəyi barədə söz salmaq ara­
lıqda ürəkdarıxdırıcı bir gərginlik yaratmaqdan başqa bir şey 
ola bilməz. Odur ki, fikirlərini sahmanlayıb dedi: 
– Siz düzgün hərəkət etmisiniz, mənim xanımım. Əgər siz 
Sentini başqa bir qadını sevdiyi halda özünüzə cəlb etməyə 
çalışsaydınız  və  bəlkə  də  buna  nail  olsaydınız,  o  zaman  in­
sanlar  üçün  ən  böyük  xoşbəxtlik  mənbəyi  olan  səadətin 


83
qiymətini  özünüz  üçün  ucuzlaşdırmış  olardınız.  Lakin  siz 
belə etməmisiniz, bu sizin alqışa layiq bir hərəkətinizdir. Bu 
hərəkətiniz üçün siz hər vaxt, öz daxili aləminiz qarşısında fəxr 
edə bilərsiniz. Sentini sevən o qadın da sizə qarşı minnətdar 
olmalıdır ki, siz də Sentini sevdiyiniz halda, Sentinin başqasını 
sevdiyini bilib, onun bu sevgisi xatirinə, iki qəlbin birləşməsi 
xatirinə  öz  sevginizi  Sentiyə  bildirmirsiniz  və  ondan  ondan 
uzaq qaçmağa çalışırsınız. Sizin həyata baxışınız, sizin insana 
münasibətiniz əsl insana xas olan münasibətdir. Dünyamızda 
insanlar meydana gələndən bəri, onların arasında daim saf­
lıq,  təmizlik,  əxlaqlılıq  nümunəsi  göstərənlər  irəli  çıxmışlar 
və həmişə də insan cəmiyyəti arasında bəd niyyətlərdən uzaq 
əqidələr  yaymağa  çalışmışlar.  Xanımım  siz  də  öz  alicənab 
hərəkətlərinizlə  ilk  bünövrəsi  ulu  əcdadlarımız  tərəfindən 
qoyulan  paklıq  nümunələrindən  birini  yaşadırsınız  və  bu­
nunla da öz təmiz vicdanına ləkə salmamaqla yanaşı, insan 
cəmiyyətinə təmizlik nümunəsi olan saf əməllərinizlə xidmət 
göstərirsiniz. Bir sözlə, siz öz xoşbəxtliyinizi başqalarının bəd­
bəxtliyi üzərində qurmağa çalışmırsınız. 
Bu  deyilən  sözlərdən  sonra  daxilən  yüngülləşən  Şeyda 
kimi, Fridanın üzündə də zahirən qüssənin yavaş­yavaş silin­
diyini sezmək olardı. 
Anasının qoyduğu şirniyyatı, ondan icazəsiz yerini bildi­
yi  halda  götürməkdən  imtina  edən  uşaq  kimi,  Frida  da  öz 
hərəkətlərindən razı idi. Buna görə də o, artıq özünü ələ al­
mışdı və daxilən də bir qədər sakitləşmişdi. Həyatın insana 
bəxş etdiyi ən böyük töhfələrdən biri də ondan ibarətdir ki, in­
san düşdüyü çətin vəziyyətdən daxilən nə qədər narahat olsa 
da, adicə xoş sözdən də bir o qədər sakitləşə bilir. İnsana xas 
olan belə bir psixi xüsusiyyət təbii ki, Fridada da var idi. Odur 
ki, o da Şeydanın son sözlərindən sonra bir qədər sakitləşdi və 


84
beləliklə də öz daxili aləmində bir qədər dəyişiklik yarandı­
ğını hiss etdi. Buna görə də hiss olunacaq gümrah səslə dedi: 
– Şeyda, hadisələrin inkişafı belə də nəticələnməliydi. Axı, 
Senti mənə qarşı meylli olsa da, Searanın vurğunudur. Axı, 
mənə məlumdur ki, Senti Searanı dəlicəsinə sevir və onların 
sevgisi qarşılıqlıdır. Mən başqasını sevən bir qəlbə öz sevgi 
toxumlarımı  səpməyə  qadir  deyiləm,  həm  də  səpmək  belə 
istəməzdim. Mən belə etmək istəməzdim, Şeyda. Bu da mənim 
öz məhəbbətimi qəlbimdə sərt daşlara çevirməyə vadar edir 
və Sentini də xəyalən həmən daşlara zəncirləyir. Məni yaşa­
dan da elə bu xəyalən zəncirlənmiş xəyaldır. 
Xanımını  diqqətlə  dinləyən  Şeydanın  nə  düşündüyünü 
demək çətin idi. Təkcə onu demək kifayətdir ki, onun daxilən 
təlatümə  gələn  hissləri  bircə  şeyə  xidmət  etməyə  çalışırdı. 
Kaş xanımın iztirablarını tamamilə yüngülləşdirə biləcək bir 
söz  deyə  biləydi.  Lakin  belə  bir  imkan  yox  idi.  Öz  narahat 
hisslərini cilovlayıb sözə başlayan Şeyda Fridaya müraciətlə 
dedi: 
– Xanımım, dünyanın işləri belədir. Əgər Senti öz məhəb­
bətini Seara ilə yox, səninlə bölüşsəydi, o zaman Seara sənin 
düşdüyün vəziyyətə düşərdi. Belə olan təqdirdə, o, indi sənin 
hərəkət etdiyin kimi hərəkət etsəydi, əlbəttə ki, sən ona qarşı 
minnətdar olardın. İndi sənin yeganə təsəllin ondan ibarət ol­
malıdır ki, dünyalar qədər sevdiyin bir kəs səninlə bir şəhərdə 
yaşayır  və  öz  sevdiyi  ilə  bir  yerdə  səadətlərini  bölüşməklə 
xoşbəxtdirlər. Taleyin indikindən də böyük acı qisməti nəsibin 
ola  bilərdi.  Bütün  bunlara  baxmayaraq,  yaşamaq  lazımdır. 
İnsanın həyatda insan kimi yaşaması onun həyatda tutduğu 
mövqeyindən yox, ideyasının saflığından asılıdır. 
Bütün  bunları  gərginliklə  dinləyən  Frida  baxışlarını  bir 
nöqtəyə zilləyərək susmuşdu. Bu sükutla keçən gərgin anla­


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə