Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

115
mətləndirir. Nə isə… yenə də Fridanın bir qədər yorğun və 
sakit səsi eşidildi: 
– Bütün dediklərini anlayıram, Şeyda. Lakin, axı məhəbbət 
hissi bir yana, mənim qızlıq qürurum da var. Bu hissi alçalt­
maq  nə  dərəcədə  düzgündür,  bunu  anlayırsanmı?  Anlayır­
sanmı ki, rədd ediləcəyimi qabaqcadan bildiyim halda Sentiyə 
onu  sevdiyimi  deyərəmsə,  özüm­özümü  nə  qədər  alçaltmış 
olaram? Yox, Şeyda, əsl insan kimi yaşamaq üçün bəzən, yeri 
gələndə, öz saf hisslərini də boğmağı gərək bacarasan. 
Bütün bu söhbətlərdən sonra onların hər ikisi xəyala dal­
mışdılar.  Şeyda  düşünürdü:  –  Yox,  mən  düzgün  hərəkət 
etmədim.  Öz  yersiz  suallarımla  onun  hisslərini  təlatümə 
gətirərək, bəlkə də açılması lazım olmayan, daxilində gizli sax­
ladığı öz intim hisslərini açmağa məcbur etdim. Bəzən insanın 
daxili aləmində elə hisslər yurd salır ki, müəyyən vasitələrlə 
həmin insanı bu hissləri açmağa məcbur etmək öz­özünü al­
çaltmaq  deməkdir.  Yox,  bu  mənim  üçün  bağışlanılmaz  bir 
səhvdir. Mən öz rolumu düzgün oynamadım. Onsuz da, ya­
ralanmış bir ürəyə toxundum, həsrətdən alışıb­yanan bir qəlbi 
daha da alovlandırdım. Artıq gecdir. Mən gərək bütün bun­
ları əvvəlcədən düşünəydim. Həyatda buna  oxşar hadisələr 
həddindən çoxdur. Ax… necə olub ki, bütün bunlar mənim 
nəzərimdən yayınıb və mənim belə bir hərəkət etməyim üçün 
zəmin  yaranıb.  Bəzən  həddindən  artıq  fəallıq  göstərməyin 
özü də ziyandır. Xoşbəxt o adamdır ki, şəraitdən asılı olaraq 
həyatda öz rolunu düzgün oynaya bilir. O, bu hərəkəti üçün 
özünü müqəssir sayırdı. Odur ki, Fridanın gözlərinin içərisinə 
düzgün baxmağa belə utanırdı. 
Xəyallar  Şeydanı  öz  əsrarəngiz  qanadlarının  üstünə  alıb 
demək olar ki, xarici aləmdən təcrid etmişdi. O düşünürdü. 
Doğrudan da, mən heç Fridanın düşdüyü vəziyyəti düzgün 


116
qiymətləndirməmişəm.  Senti  ilə  görüşüb  danışmaq  onun 
üçün həddindən artıq xoş və çılğın anlar olar. Lakin o, belə 
etmək  istəmir.  Görünür  onu  belə  hərəkət  etməyə  məcbur 
edən düşdüyü vəziyyətdən əlavə bir də insanlıq ləyaqətiymiş. 
İnsan öz mənliyini və şəxsiyyətini uca tutmaq üçün hökmən 
öz  ləyaqətini  gözləməlidir.  Əks­təqdirdə,  o,  insan  şəklində 
heyvana çevrilə bilər. Bütün bunlar Şeydanın xəyalından öz 
silinməz  izlərini  buraxaraq  keçir  və  ona  öz  məzmunları  ilə 
doğru yol göstərirdi. Bu, belə də olmalı idi. Öz əməlinin son 
nəticəsini  gec  də  olsa  başa  düşən  bir  insan  üçün  həyat  heç 
də seyr etdiyi hadisələr yığınından ibarət deyildir. İnsan nə 
qədər öz düzgün olmayan hərəkətlərini düzəltməyə çalışarsa 
və öz hərəkətləri üzərində nəzarət etmiş olarsa, o qədər paklı­
ğa və təmizliyə doğru meyl etmiş olar. O, xanımının tutduğu 
mövqeyə öz səmimi münasibətini bildirərək dilləndi: 
– Kamil bir insanın ağıl və kamalı heç də istifadəsiz qalma­
dığı kimi, daxilən baş qaldıran sevgi hissi də istifadəsiz qal­
mamalıdır. İnsan daxili aləmində, insan ürəyində sevgi hissi 
yaranmışsa, deməli, o insan kimisə, nəyisə sevir və bu varlıq 
onun üçün ideal bir mövcudluqdur. Özü də yaranmış bu sev­
gi hissi nəinki adi insan iradəsinə tabedir, hətta ən sərt insan 
iradəsini  də  özünə  tabe  edə  bilər.  Belə  bir  vəziyyətə  düşən 
insan  öz  iradəsinin  gücü  ilə  yalnız  maksimum  bu  işi  görə 
bilər ki, öz sevgi hissini daxili aləmində gizli saxlaya bilsin, 
yeri gələrsə, onu sevdiyinə bildirməsin. Mənim xanımım, indi 
siz də belə bir vəziyyətdəsiniz. Həyatda hər kəs yalnız dözə 
biləcəyi qədər sevinc və kədər hissi ilə yüklənə bilər. Yoxsa, 
əks­təqdirdə,  düşünməyi  və  duymağı  bacaran  bütün  canlı­
lar vaxtından əvvəl məhv olardı. Ümumiyyətlə, yaşamaq və 
həyat maraqsızlaşardı. 


117
Öz hissi ehtiyaclarını kiminləsə bölməyə çalışan Frida Şey­
danın  simasında  öz  axtardığı  olmasa  da,  ona  yaxın  bir  var­
lığı görürdü. Bəzən insanın nəinki yaxını ilə, hətta tamamilə 
kənar bir adamla bir qədər səmimi söhbəti ona daxilən əzab 
verən  hər  hansı  bir  narahatlığı  xeyli  sakitləşdirə  bilir.  Odur 
ki, Frida üçün Şeyda kimi bir müsahiblə söhbət etmək heç də 
darıxdırıcı deyildi. Belə bir şəraitdə söhbəti bir qədər də qızış­
dırmağa çalışan Frida xoşqılıq bir səslə dedi: 
–  Həyatda  heç  kəs  arzusunda  olduğu  bir  fikrin  həyata 
keçməməsini  istəmir,  bu  təbiidir.  Lakin  bəzən  insanın  daxi­
li aləmində elə hisslər, arzular baş qaldırır ki, onların həyata 
keçməsini arzulamaq belə, təmiz bir qəlb üçün ləkə ola bilər. 
Özü bilə­bilə öz qəlbini ləkələyən kəs isə insana xas olan han­
sı  xüsusiyyətlərinsə  birindən  məhrumdur.  Bax  indi  mənim 
düşdüyüm  vəziyyət  də  tamamilə  belədir.  Sentini  sevirəm, 
lakin onun Searanı sevdiyi də mənə aydındır. Əgər mən bü­
tün bunları bilə­bilə Senti ilə birləşmək üçün müəyyən sahədə 
fəaliyyət göstərməyə çalışıramsa, o zaman özüm öz vicdanı­
mı, qəlbimi ləkələmiş olaram. Bu isə aydındır ki, doğru yol 
deyildir.  Yenə  də  ən  yaxşı  vasitə  öz  sevgimi  daxilimdə  giz­
li  saxlamaqdır.  Bu  mənim  üçün  dözülməz  və  çətin  olsa  da, 
əzablı  və  yandırıcı  olsa  da,  mən  belə  etməliyəm.  Heç  kəsin 
qarşısında günahkar olmamaq üçün belə etməliyəm, Şeyda. 
İnsanın öz ömrünü əsl bir insan kimi başa vurması üçün onun 
daxili  saflığı  və  paklığı  birinci  şərtdir.  Yoxsa,  əks­təqdirdə, 
bünövrəsi  şeytan  əməlləri  üzərində  qurulmuş  başdan­başa 
hiylə və məkrdən ibarət olan bir cəmiyyət meydana gələrdi. 
Belə bir cəmiyyətin üzvləri isə yalnız bəd niyyətlər sahəsində 
məşhurlaşardı. Bütün bunları xüsusi diqqətlə dinləyən Şeyda 
üçün Frida qəlbi daha yaxın və aydın olurdu. Həyatdan heç 
də  xoşbəxtlik  hədiyyələri  almamış  Frida  qəlbi  nə  qədər  bö­


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə